73
Aqrar sahənin elmi, normativ-hüquqi təminatı və kadr hazırlığı: Göstərilən
istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulan ümumi xarakterli tədbirlərlə yanaşı
aqrar sahədə elmi tədqiqat işlərini inkişaf etdirmək və xarici ölkələrlə əməkdaşlığı
genişləndirmək məqsədi ilə ölkədə Kənd Təsərrüfatı Elmi Mərkəzinin və onun
regional strukturlarının yaradılması barədə təkliflərin hazırlanması kimi konkret
tədbiri də özündə birləşdirir;
Aqrar sahənin informasiya təminatı: Fermerləri elmi informasiya və metodiki
məsləhətlərlə təmin etmək məqsədilə informasiya sisteminin bütün sahələri üzrə
kompleks tədbirlərdən ibarətdir;
Proqramın yerinə yetirilməsilə əlaqədar olaraq mülkiyyət mənsubiyyəti olmayan
daxili təsərrüfat meliorasiya və irriqasiya sistemlərinin mülkiyyət münasibətlərinin
müəyyənləşdirilməsi və onların müvafiq strukturların balansına verilməsinin təmin
edilməsi ilə əlaqədar müvafiq nazirliklər tərəfindən təkliflər hazırlanmış və bunlar
ə
sasında NK 15 mart 2000-ci il tarixli 43 №-li qərar qəbul etmiş, Aqrar Elm Mərkəzi və
onun regional strukturlarının yaradılması barədə NK 16 dekabr 1999-cu il tarixli 190
№
-li qərar qəbul etmiş və bununla bağlı təkliflər hazırlanaraq Dövlət Aqrar slahat
Komissiyasında baxılmış, keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin vaxtı keçmiş bank ssuda və digər borclarının restrukturizasiyası və
ödənilməsini təmin edən tədbirlərlə bağlı təkliflər hazırlanaraq Dövlət Aqrar slahat
Komissiyasına təqdim edilmiş və nəticədə borcların silinməsi barədə 24 oktyabr 2000-ci
il tarixli AR Qanunu və 28 noyabr 2000-ci il tarixli Prezident fərmanı qəbul
olunmuş(nəticədə 2000-ci ildə həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fonduna
olan 110 mlrd. manat borcları silinmiş, islahat nəticəsində ləğv olunmuş müəssisələrin
47 mlrd. manatlıq ssuda borcları silinmişdir), Sudan stifadəedənlər Assosiasiyası
yaradılması, Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramı il bağlı normativ səndələr
hazırlanmış, sahibkarların maliyyə vəsaitlərinə olan ehtiyaclarını ödəmək məqsədilə 2
may 2000-ci ildə “Kredit ittifaqları haqqında” Qanun qəbul olunmuş və digər
müvafiq tədbirlər görülmüşdür. Göstərilənlərə paralel olaraq bu dövrlərdən başlayaraq
ümumiyyətlə ölkədə sahibkarlıq fəaliyyəti, xüsusilə kiçik və orta sahibkarlığın
inkişafının tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Belə ki, 4 iyun 1999-
cu ildə ölkədə kiçik sahibkarlığa dövlət köməyinin iqtisadi, hüquqi, təşkilatı əsaslarını,
74
forma və üsullarını müəyyən edən “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”
Qanun qəbul olundu. Qanuna əsasən aqrar sektorda hüquqi şəxs yaratmadan fərdi
sahibkarlıqla məşğul olanlar və işçilərinin orta siyahı sayı 30 nəfərədək olan hüquqi
şə
xs qismində sahibkarlıqla məşğul olanlar rəsmi şəkildə kiçik sahibkarlıq subyekti
kimi tanınır və dövlətin kiçik sahibkarlıqla bağlı həyata keçirdiyi bütün dövlət
proqramlarında iştirak edə bilərlər. Bundan sonra 17 avqust 2002-ci ildə “2002-2005-ci
illər üzrə AR-də kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı” adlı geniş
miqyaslı sənəd qəbul edilmişdir. Proqramda 1997-2000-ci illər üzrə qəbul olunmuş
müvafiq proqramdan irəli gələn vəzifələrin əsasən yerinə yetirildiyi və bunun
nəticəsində ÜDM-nin 71%-nin, kənd təsərrüfatı istehsalının isə 99%-nin özəl bölmə
tərəfindən təmin edilməsi qeyd olunmaqla yanaşı sahibkarlıqla məşğul olanların
mövcud imkanlardan az olması, özəl bölmədə strateji cəhətdən mühüm olan, struktur
formalaşdırıcı potensiala malik müəssisələrin zəif inkişaf etməsi, KOS-un ölkə
ixracında payının və strukturunun təkmilləşdirilməsinə təsirinin məhdud olması, KOS
müəssisələrinin 70%-nin Bakı və onun ətrafında cəmlənməsi qeyd olunaraq onun
regional inkişafının hazırkı səviyyəsinin ölkənin mövcud potensialına uyğun gəlməməsi
və daxili istehsalçılar arasında iqtisadi əlaqələrin zəifliyi də göstərilərək geniş miqyaslı
tədbirlər planı nəzərdə tutulmuşdur. Proqramın davamı olaraq 2002-ci ildə sahibkarlığın
inkişaf etdirilməsi və tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində bir sıra addımlar
atılmışdır. lk növbədə 27 avqust 2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun
yenidən təşkil olunması məqsədilə yeni əsasnaməsi qəbul olunmuşdur. Əsasnaməyə
görə Fond qtisadi nkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərməklə dövlət büdcəsi,
dövlət əmlakının özəlləşdirilmə gəlirləri, fondun fəaliyyətindən daxil olan vəsait,
könüllü ianələr, yardımlar və qrantlar vasitəsilə maliyyələşdirilir. Əsasnamədən irəli
gələrək 27 avqust 2002-ci tarixli 779 №-li fərmanla “AR Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitinin istifadəsi Qaydaları” qaydaları təsdiq edilmiş, 13 sentyabr
2002-ci il qtisadi nkişaf Nazirinin 63 №-li əmri ilə ”AR Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitinin istifadəsi üzrə müsabiqə komissiyası haqqında” Əsasnamə
təsdiq edilərək onun vəzifəsinin müsabiqə əsasında müvəkkil bankların seçilməsi
vasitəsilə Fondun vəsaitinin səmərəli istifadəsini təmin etməkdən ibarət olması,
komissiyanın funksiyaları, müvəkkil bankların seçilmə meyarları kimi məsələlər
Dostları ilə paylaş: |