70
Hal-hazırda istehsal olunan istehsal olunan əksər kənd təsərrüfatı məhsulları
daxili bazarda reallaşır, sadəcə meyvə və tərəvəz sahəsində istehsalın müəyyən hissəsi,
xüsusilə qonşu ölkələr olmaqla ixrac edilir.
Beləliklə, bu fəsildə ölkəmizdə keçid iqtisadiyyatı şəraitində aqrar sektorun
tənzimlənməsinin müasir vəziyyəti ilə tanış olduq. Bu zaman aqrar təsərrüfatların
fəaliyyətinin
bütün
mərhələlərində
ortaya
çıxan
iqtisadi
münasibətlərin
tənzimlənməsində yeni iqtisadi və hüquqi bazaya nəzər salınmış, bu sektorda keçid
prossesinin əsas elementi hesab olunan özəlləşdirmə, onun bütün istiqamətləri üzrə
mövcud normativ-hüquqi aqtlara əsaslanaraq şərh edilmiş və ən nəhayət aparılan
islahatlardan sonra aqrar sektorda yaranmış yeni iqtisadi münasibətlər sistemi,
təsərrüfatlar arası iqtisadi əlaqələrin xarakteri, onların miqyası müxtəlif kəmiyyət və
keyfiyyət göstəriciləri əsasında qiymətləndirilmişdir. Növbəti və sonuncu fəsildə isə bu
sektorda iqtisadi münasibətlərin tənzimlənməsi prossesinin daha da təkmilləşdirilməsi
üzrə hal-hazırda görülən tədbirlər və dünya təcrübəsi qiymətləndirilərək potensial
imkanların ortaya çıxarılmasına çalışılacaqdır.
71
Fəsil III: Aqrar sektorda iqtisadi münasibətlərin
tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri
3.1 Aqrar sahibkarlığın inkişafının tənzimlənməsinin iqtisadi-hüquqi əsasları
XX əsrin sonlarına doğru aqrar sektor da daxil olmaqla Azərbaycan Respublikası
iqtisadiyyatının əksər sahələrində bazar iqtisadiyyatına keçidlə bağlı aparılan radikal
islahatlar demək olar ki, başa çatmaq üzrə idi və bu dövrdən başlayaraq iqtisadi
tənzimlənmənin qarşısında yeni bir mərhələ - islahatlar nəticəsində yaranmış yeni bazar
münasibətləri və strukturlarının kəmiyyət və keyfiyyət baxımından daha da
təkmilləşdirilməsinə imkan verən inkişaf strategiyalarının qurulması və reallaşdırılması
mərhələsi dayanmışdır.
Bu baxımdan aqrar sektorda həmin mərhələnin ölkə Prezidentinin “Aqrar
islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” 22 mart 1999 118 №-
li fərmanının verilməsi ilə başlandığını qeyd etmək mümkündür. Həmin fərman
çərçivəsində kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna qalan bütün vergilərdən
5 il müddətinə azad edilmiş(hal-hazırda bu müddət müvafiq qaydada 1 yanvar 2009-cu
ilədək uzadılmışdır), 26 mart 1999-cu ildə qəbul olunan “Sovxozların, kolxozların və
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki
şə
xslərin(emal müəssisələrindən başqa) vergi borclarının silinməsi haqqında”
Qanunla adı çəkilən subyektlərin 1999-cu ilin 1 yanvar tarixinə olan və bu Qanun
qüvvəyə mindiyi günədək ödənilməmiş vergi borcları, onlara tətbiq edilən maliyyə
sanksiyaları və hesablanmış peniyalar(həyətyanı sahələr üçün hesablanmış torpaq
vergisindən başqa) silinmiş, həmin gün NK-nın qəbul etdiyi “Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına neft məhsullarının güzəştli satışı barədə” 49 №-li
qərarı əsasında Kənd Təsərrüfatı Nazirliyi, qtisadiyyat Nazirliyi və Dövlət Neft
Ş
irkətinin hazırladığı Qaydalar əsasında adı çəkilən təsərrüfat subyektlərinə aradakı
fərqin dövlət büdcəsi hesabına Dövlət Neft Şirkətinin təchizat təşkilatlarına ödənilməsi
şə
rti ilə 30 min ton A-76 benzini, 120 min ton dizel yanacağı, 6 min ton M-8V1 və M-
12VB motor yağlarının təxminən yarı qiymətə satılması nəzərdə tutulmuş, habelə aqrar
istehsalçılara kredit resurslarının ayrılması və digər tədbirlər həyata keçirilmişdir.
Görülən tədbirlərin davamı olaraq 9 noyabr 1999-cu ildə bir növ aqrar sahədə aparılan
72
islahatlara yekun vurma xarakteri daşıyan “1999-2000-ci illərdə AR-də aqrar
islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına
kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında” 203 №-li Prezident fərmanı
verildi. Proqramda aqrar islahatın dərinləşdirilməsinə dövlət himayəsi aşağıdakı əsas
istiqamətlərdə nəzərdə tutulmuşdu:
Aqrar sahədə əmlakın özəlləşdirilməsinin başa çatdırılması: Burada əvvəki
fəsildə haqqında geniş danışdığımız sovxoz və kolxoz əmlakının, aqrar sahənin emal
və müvafiq xidmət sahələrinin özəlləşdirilməsinin və kənd sosial infrastruktur
obyektlərinin mülkiyyət formasının müəyyənləşdrilməsinin başa çatdırılması
nəzərdə tutulur;
Torpaq islahatının başa çatdırılması: Torpaq paylarının, bununla bağlı mülkiyyət
hüquqlarını təsdiq edən sənədlərin paylanması, habelə həyətyanı sahələr üzərində
mülkiyyəti təsdiq edən sənədlərin verilməsinin başa çatdırılması və torpaq bazarı
institutlarının yaradılma işinə kömək edilməsi kimi tədbirləri əhatə edir;
Meliorasiya və su təsərrüfatı sahəsində islahatların sürətləndirilməsi:
Torpaqların meliorativ vəziyyətinə və sudan istifadəyə dövlət nəzarətinin təmin
edilməsi, təsərrüfatdaxili meliorasiya və irriqasiya sistemləri üzərində mülkiyyət
hüquqlarının müəyyən edilməsi, sudan təsərrüfat məqsədləri üçün istifadə edənlərin
hüquq və mənafelərinin qorunması məqsədilə ölkədə Sudan
stifadəedənlər
Assosiasiyasının yaradılmasına metodiki köməklik göstərilməsi tədbirlərinin həyata
keçirilməsini nəzərdə tutur;
Aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı: Kredit, sığorta,
texnologiyalar, təchizat-satış şəbəkələri, idxal-ixarc kimi bir sıra sahələrdə aqrar
sahibkarlarlığın inkişafına xidmət edən geniş tədbirlər kompleksini əhatə edir;
Aqrar sahədə idarəetmə sisteminin islahatı: ASK-nın bütün həlqələrində dövlət
idarəetmə
orqanlarının
funksiyalarının
bazar
iqtisadiyyatı
prinsiplərinə
uyğunlaşdırılması və onların yenidən təşkil edilməsini nəzərdə tutur;
Kəndin sosial inkişafı: Kənd təsərrüfatı əmtəə istehslçılarının sosial müdafiəsinin
gücləndirilməsi və kəndlərdə sosial infrastrukturun inkişaf etdirilməsi tədbirlərinin
həyata keçirilməsindən ibarətdir;
Dostları ilə paylaş: |