Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

 
94 
Amerika Birləşmiş Ştatları  
nkişaf  etmiş  dünyanın  əsas  subyekti  olan  ABŞ  dünyada  aqrar  sekorla  bağlı 
siyasətin formalaşmasında demək olar ki, lider kimi çıxış edir. Hələ bu ölkə qurulmadan 
öncə  buradakı  torpaqlar  Britaniya  imperiyası  tərəfindən  hissələrə  bölünərək  xüsusi 
ş
irkətlərə  və  fərdlərə  bağışlanmışdı  ki,  onlar  da  bu  torpaqları  ya  becərir,  ya  da 
başqlarına  satırdılar.  ABŞ  qurulandan  sonra  isə yeni  torpaq  islahatı  həyata  keçirildi  və 
həmin  vaxtadək  boş  qalan  torpaqlar  federal  mülkiyyətə  daxil  edildi  ki,  bunlar  da 
sonradan  hektarı  6,25$-a  satıla  bilirdi.  1862-ci  ildə  “Fermer  Məskunlaşdırma 
Qanunu”  qəbul  edilərək  ölkənin  qərb  bölglərindəki  böyük  ərazinin  uzun  müddət 
yaşamaq  və  təsərrüfatlar  qurmaq  şərtilə  pulsuz  paylanılmasına  gedildi.  Həmin  il  digər 
bir qanunla da ayrı-ayrı ərazilərdə kənd təsərrüfatı və texnologiya kollecləri(land grant 
colleges) yaradılması ilə bağlı federal ərazilərin ayrılmasına başlanıldı. Bununla bərabər 
Morrill Qanunu” ilə dövlət kollec və universitetləri qurularaq bütün sahələrdə olduğu 
kimi aqrar təsərrüfatçılıq sahəsində də elm və təhsil fəaliyyətləri geniş vüsət aldı. 
Çoxlu  sayda  iri  quldar  təsərrüfatlarından  ibarət  olan  ölkənin  cənub  torpaqları  isə 
1861-1865-ci illər vətəndaş  müharibəsindən sonra quldarlığın ləğvi ilə keçmiş qulların 
öz ağaları ilə razılaşaraq payçı-əkinçi(sharecropper) qismində birgə istifadələrinə keçdi. 
XIX  əsrin  II  yarısından  ABŞ-ın  sənayeləşməyə  başlaması  ilə  həm  sənayeçilərin 
kənd  təsərrüfatı  məhsullarına  artan  tələbini,  həm  də  inkişaf  edən  sənayenin  kənd 
təsərrüfatında  səmərəliliyi  yüksəldən  maşın  və  avadanlıqlar  istehsalını  doğurdu  ki, 
nəticədə  aqrar  sektorda  yüksək  məhsuldarlıq  və  inkişaf  əldə  edilmiş  oldu.  Hətta  o 
səviyyədə  ki,  1860-cı  il  ABŞ  ixracında  kənd  təsərrüfatı  məhsullarının  payı  82%-ə 
yüksəlmiş,  ölkədə  yeni  qurulan  dəyirman  və  fabriklərdəki  işçilərin  əksəriyyəti  aqrar 
sektordakı  yüksək  məhsuldarlıq  nəticəsində  orada  işləmələrinə  ehtiyac  qalmayan 
insanlardan  ibarət  olmuşdur.  Nəticədə  ABŞ  həyatında  ciddi  status  qazanmış  fermer 
təbəqəsi özlərinin hüquq və mənafelərini dövlət və ya qeyri-dövlət institutları qarşısında 
qoruyacaq ilk təşkilatlarını da 1867-ci ildə “Grange” adı altında qurdular. 
XIX əsrin sonu XX ərin il iyirmi ili də ABŞ aqrar sektoru üçün güclü inkişaf dövrü 
kimi yadda qalır və həmin dövrdə dövlət aqrar sahədə elmi-texniki inkişafa xüsusi önəm 
vermişdir.  Bu  məqsədlə  ABŞ  Kənd  Təsərrüfatı  Departamenti  yeni  texnologiyaların 
tətbiq  olunduğu  pilot  təsərrüfatlar  qurmuş,  seleksiya,  xəstəlik  və  ziyanvericilərlə 


 
95 
mübarizə  sahələrində  çoxlu  mütərəqqi  yeniliklər  yaratmış,  1914-cü  ildə  Konqres 
tərəfindən  “Texniki  Kənd  Təsərrüfatı  darələri”  yaradılaraq  fermerlər  və  onların 
ailələrinə kimyəvi gübrə istifadəsindən tutmuş evdə tikiş tikmə layihələrinə qədər bütün 
sahələrdə məsləhət xidməti göstərən mütəxxəsis-işçi ordusu formalaşdırmışdır.    
Lakin  I  Dünya  müharibəsindən  sonrakı  prosseslər  və  baş  verən    dünya  iqtisadi 
böhranları nəticəsində qiymətlərin hədsiz aşağı enməsi və məhsul artıqlığının yaranması 
ABŞ  aqrar  sektoruna  böyük  ziyan  vurdu  və  onu  dövlətin  aktiv  himayəsinə  ehtiyac 
duyacaq  səviyyəyə  gətirdi.  Bu  məqsədlə,  1929-cu  ildə  Prezident  Herbert  Hoover 
Federal  Fermer  Şurası  yaradıldı  və  aqrar  sektorun  tənzimlənməsində  aktiv  dövlət 
müdaxiləsi dövrünə qədəm qoyuldu. 
1933-də  hakimiyyətə  gələn  Franklin  Roosevelt  isə  həmin  il  başda  “Aqrar 
Tənzimləmə  Aktı”  (Agricultural  Adjustment  Act)  olmaqla  bir  sıra  qanunların 
Konqresdə  qəbul  edilməsinə  nail  oldu  ki,  bunlar  da  istehsalı  məhdudlaşdıraraq  kənd 
təsərrüfatı  məhsullarının  qiymətlərini  yüksəltməyi,  “paritet  qiymət”  sistemini  tətbiq 
edərək  isə  qiymətlərin  paritetdən  aşağı  olduğu  hədsiz  istehsal  illərində  artıq  məhsulu 
dövlət tərəfindən satın almağı nəzərdə tuturdu. 
Bununla yanaşı Roosevelt hökuməti fermerlərə yardım məqsədilə elektrik xəttlərini 
kəndlərə  qədər  çatdıran  Kənd  Elektrik  Administrasiyasını  qurmuş,  kəndlərdən  qəsəbə 
və  şəhərlərlə  əlaqə  yaradılmasını  asanlaşdıran  “aqrar  təsərrüfatlardan  bazara  yol” 
şə
bəkəsi qurularaq inkişaf etdirilmiş və erroziya ilə mübarizə proqramları tətbiq edərək 
ə
kinə yararlı torpaqların səmərəli şəkildə istifadəsi təmin edilməyə çalışılmışdır. 
Görülən  bütün  bu  tədbirlərə  baxmayaraq  II  Dünya  müharibəsindən  sonra  tətbiq 
olunan  mütərəqqi  texnologiyalar  nəticəsində  ABŞ  aqrar  sektoru  yenidən  artıq  istehsal 
problemi ilə üzləşdi və qiymətləri aşağı salan və vergi mükəlləflərinə xeyli yük gətirən 
bu  artıqlığı  aradan  qadırmaq  məqsədilə  Konqres  1954-cü  ildə  Sülh  Naminə  Ərzaq 
Proqramı  tətbiq  edərək  həmin  məhsulların  yoxsul  ölkələrə  ixrac  edilməsinə  kömək 
göstərdi.  Bunun  davamı  olaraq  1960-cı  illərdə,  Prezident  Lyndon  Johnsonun 
Yoxsulluqla  Mübarizə  illərində  hökumət  Federal  Ərzaq  Pulu  Proqramını  da  tətbiq 
etməyə  başladı.  Proqrama  əsasən  aşağı  gəlirli  şəxslərə  ərzaq  kuponu  verilirdi  ki,  bu 
kuponlar sonradan ərzaq məhsullarının alınmasında istifadə edilirdi. Digər bir proqram 
isə yoxsul uşaqlara məktəblərdə pulsuz yemək verilməsi proqramını əhatə edirdi.  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə