Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

 
88 
baytarlıq  nəzarətinin  zona  idarələri,  heyvandarlıq  məhsulları  emal  edən  və  saxlanan 
müəssisələrdə  baytar  nəzarəti  xidmətləri  olan  Dövlət  Baytarlıq  Xidməti  aşağıdakı 
səlahiyyətlərə malikdir: 
 
Heyvanları  karantin  və  xüsusilə  təhlükəli  xəstəliklərdən  qorunması  və  onların  ləğv 
edilməsi sahəsində məqsədli dövlət proqramları işləyib hazırlayır və həyata keçirir; 
 
cra  hakimiyyəti  orqanları  və  vəzifəli  şəxslər,  tabelik  mənsubiyyətindən  və 
mülkiyyət  formalarından  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatlar,  ictimai 
birliklər,  vətəndaşlar,  xarici  hüquqi  şəxslər  tərəfindən  baytarlıq  qanunvericiliyinə 
ə
məl olunması üzərində nəzarəti həyata keçirir; 
 
AR  ərazisini  xarici  dövlətlərdən  keçə  biləcək  yolxucu  heyvan  xəstəliklərindən 
qoruyur; 
 
Karantin və xüsusilə təhlükəli xəstəliklərin siyahısını müəyyənləşdirir; 
 
Heyvanlar  xəstəliyə  tutulduğu  hallarda  onların  kəsilməsi  və  yaxud  məhv  edilməsi 
barədə icrası məcburi olan göstərişlər verir; 
 
Heyvanların  yolxucu  xəstəlikləri  aşkar  edildiyi  təqdirdə  lazımi  baytar-sanitar  və 
epizootiyaya  qarşı  tədbirlər  görülənədək  heyvandarlıq  obyektlərindən  ət  və  süd 
sənayesi müəssisələrindən istifadə olunmasını qadağan edir və.s; 
Bitki mühafizəsi 
Bitkilərin  və  onların  məhsullarının  ziyanverici,  xəstəlik  və  alaq  otlarından 
qorunması  məqsədilə  elmi  cəhətdən  əsaslandırılmış  kompleks  tədbirləri  özündə 
birləşdirən bitki mühafizəsi əsasən dövlət tərəfindən həyata keçirilən fitosanitar nəzarəti 
və  bitki  karantini  formalarında  həyata  keçirilir.  Əvvəllər  bu  funksiyaları  NK  yanında 
fəaliyyət  göstərən  Dövlət  Bitkilərin  Karantini  Müfəttişliyi  həyata  keçirdiyi  halda  son 
islahatlar  nəticəsində  bu  funksiyalar  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  yaradılan 
Dövlət  Fitosanitar  Nəzarəti  Xidmətinə  verilmişdir  və  bu  sahədə  dövlət  idarəetməsini 
ümumi şəkildə aşağıdakı istiqamətlərdə göstərə bilərik: 
 
AR-nin bütün ərazisində bitki mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə 
dövlət nəzarətini həyata keçirmək; 
 
Bitki  mühafizəsi  üzrə  tədbirlər  sisteminin  həyata  keçirilməsi,  karantin  və  digər 
xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət 
proqramlarının yerinə yetirilməsi; 


 
89 
 
Ziyanverici obyektlərin kütləvi şəkildə meydana gəlməsi və yayılması şəraitini və 
səbəblərini,  onlarla  mübarizənin  mümkün  ola  biləcək  neqativ  nəticələrini  müəyyən 
etmək; 
 
Ziyanverici obyektlərin kütləvi çoxalmasını qabaqcadan xəbər vermək, bitkilərin və 
onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması tədbirlərini 
təşkil etmək; 
 
Kənd  təsərrüfatı  bitkilərinin  becərilməsində  bitki  mühafizəsi  sahəsində  zəruri  olan 
normativ sənədləri və tövsiyələri hazırlamaq; 
 
Bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil, 
bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi 
üzrə AR-nin vahid dövlət siyasətinin formalaşdırılması və.s; 
Aqrar bölmənin kreditləşdirilməsi 
Məlum  olduğu  kimi  kənd  təsərrüfatı  xarakter  etibarilə  əsasən  yüksək  risqli  sahə 
olduğundan  bu  sahədə  kredit  münasibətləri  o  qədər  də  inkişaf  etmir  və  bu  sahədə 
dövlətin  müdaxiləsinə  həmişə  ehtiyac  vardır.  ndiyədək    bu  sahədə  dövlət  idarəetməsi 
ə
sasən  qarışıq  şəkildə  həyata  keçirilmişdir.  Lakin  aqrar  sektorda  aparılan  son  struktur 
islahatları  nəticəsində  artıq  Kənd  Təsərrüfatı  Nazirliyində  bu  məslələrlə  bağlı  xüsusi 
orqan - Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi  yaradılmışdır. Bu orqan kənd 
təsərrüfatının  kreditləşdirilməsi  sahəsində  ümumidövlət  siyasətini  formalaşdırıb  həyata 
keçirəcəkdir. Buraya fermerlərin bu sahədə maarifləndirilməsi, elmi-metodik və hüquqi 
yardımların  göstərilməsi,  onlarla  donor  təşkilatlar  arasında  əlaqələrin  qurulmasına 
kömək  edilməsi  kimi  məsələlərdən  tutmuş  alınan  kreditlərə  dövlət  zəmanətinin 
verilməsinə qədər kompleks vəzifələrin icra edilməsi aiddir.   
Hal-hazırda ölkə aqrar sektorunun dövlət idarəetmə orqanları demək olar ki, Kənd 
Təsərrüfatı  Nazirliyinin  rəhbərliyi  altında  toplanmışdır.  Yalnız  bir  orqan  -  Torpaq  və 
Xəritəçəkmə  Komitəsi  müstəqil  fəaliyyət  göstərir  ki,  o  da  əsasən  “Torpaq  kadastrı, 
torpaqların  monitorinqi  və  yerqurluşu  haqqında”,  “Torpaq  bazarı  haqqında”, 
Torpaq  icarəsi  haqqında”  kimi  qanunlardan  irəli  gələn  vəzifələrin  yerinə  yetirməsi 
ilə  məşğuldur.  Bu  orqan  ölkədə  vahid  torpaq  kadastrı  sistemini  təşkil  edir,  torpaqların 
mühafizəsi məqsədilə onların monitorinqini həyata keçirir və torpaq bazarında bağlanan 
ə
qdlərin qeydiyyatı kimi məsələləri həll edir. 


 
90 
Ümumiyyətlə,  dövlət  idarəetmə  orqanları  ölkə  iqtisadiyyatında  “oyun 
qaydaları”nı  müəyyənləşdirən  əsas  instutsional  vahidlər  olmaqla  iqtisadi  inkişafın 
təmin  edilməsində  mühüm  rol  oynayırlar.  Belə  ki,  onların  fəaliyyəti  iqtisadi  inkişafı 
təmin  etməklə  yanaşı  onun  tormozlayıcısına  da  çevrilə  bilər  və  bunun  üçün  həmin 
orqanların  daim  yenidən  qurularaq  dövrün  tələblərinə  və  yürüdülən  sosial-iqtisadi 
siyasətə  uyğunlaşdırılması  vacibdir.  Bu  fasiləsiz  bir  prossesdir  və  dünyanın  ən  inkişaf 
etmiş  ölkələrində  belə  hələ  də  davam  etməkdədir.  Bu  baxımdan  son  illər  ölkəmizdə 
aqrar  sektorun  idarəetmə  orqanlarında  aparılan  struktur  islahatlarını  konseptual 
baxımdan  düzgün  hesab  etmək  mümkündür,  lakin    bütövlükdə  ölkəmizdə  dövlət 
idarəetmə  sistemindən  irəli  gələn  bir  sıra  problemlərin  mövcudluğunu  və  dünyada  baş 
verən sürətli dəyişikliklərin doğurduğu qlobal meylləri nəzərə alaraq qeyd edə bilərik ki, 
idarəetmənin bütün sahələrində olduğu kimi bu sahədə də ciddi islahatların aparılmasına 
ehtiyac var və ölkə iqtisadiyyatının gələcək inkişafı bu islahatlardan çox asılı olacaqdır. 
Hər  şeydən  əvvəl  idarəetmə  orqanlarında  mövcud  korrupsioner-bürokratik 
sistem  aradan  qaldırılmalıdır.  Belə  ki,  dövlət  idarəetmə  sistemində  baş  alıb  gedən 
korrupsiya  halları  mövcud  strukturun  hansı  formada  qurulmasından  asılı  olmayaraq 
idarəetmə  sistemini  iflic  vəziyyətə  salır  və  qanunların  reallaşdırılması  qarşısında  ciddi 
təhlükəyə çevrilə bilir. 
 Aqrar  sahədə  idarəetmə  strukturlarının  mümkün  olan  qədər  ixtisarı   
məhsuldarlıqlarının  artırılması  zəruridir.  Hal-hazırda  dövlət  idaretmə  sistemi 
sahəsində  qlobal  meyllərdən  biri  ondan  ibarətdir  ki,  dövlət  özəl  bölmənin  fəaliyyət 
göstərə biləcəyi bütün sferaları bu sektora təhvil verməlidir və ya həmin sferalara özəl 
bölməni  cəlb  etməlidir.  Ölkə  aqrar  sektorunda  keçmiş  sovet  sistemindən  qalma  elmi-
tədqiqat,  bitki  mühafizəsi,  baytarlıq  xidməti,  meliorasiya  və  su  təsərrüfatı  strukturları 
hələ  də  fəaliyyət  göstərir  və  onların  əksəri  əslində  praktiki  olaraq  öz  funksiyalarını 
yerinə  yetirə  bilmirlər.  Mümkündür  ki,  bu  strukturların  əksəri  özəlləşdirilsin  və  ya 
onların  funksiyalarını  həyata  keçirə  biləcək  modern  özəl  qurumların  yaranması 
stimullaşdırılsın  və  nəticədə  bu  sahələrdə  dövlət  idarəetmə  orqanlarını  həm  kəmiyyət 
baxımdan  kiçiltmək,  həm  də  onların  stimullaşdırıcı    və  nəzarət  funksiyalarını 
gücləndirmək  mümkün  olsun.  Başqa  sözlə,  idarəetmə  orqanları  öz  büdcələrini  yalnız 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə