85
təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə
qərarlar qəbul edir və icrasını həyata keçirir;
slahatın qanunvericiliyə uyğun həyata keçirilməsini tə'min edir;
Ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir;
slahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və.s;
Göründüyü kimi aqrar islahatları həyata keçirən orqanların qanunda digər
idarəetmə orqanlarından tamamilə müstəqil şəkildə və kifayət qədər də demokratik
prinsiplər əsasında qurulması nəzərdə tutulmuşdur.
Ə
vvəllər Azərbaycan Respublikasında ASK üzrə dövlət siyasətini formalaşdıran və
həyata keçirən mərkəzi icra orqanı statusunda Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı
baytarlıq, bitki mühafizəsi, meliorasiya və su təsərrüfatı, torpaqların mühafizəsi və
idarəedilməsi sahəsində müstəqil orqanlar fəaliyyət göstərirdi. Lakin aqrar bölmədə
aparılan struktur islahatları nəticəsində bu gün fərqli mənzərə ilə qarşılaşırıq. Belə ki,
ilk öncə 4 fevral 2000-ci il 272 №-li “AR-də aqrar bölmənin idarəetmə sisteminin
təkmilləşdirilməsi haqqında” fərmanla NK yanında Dövlət Baytarlıq Komitəsi və
Dövlət Bitkilərin Karantini Müfəttişliyi ləğv olunaraq onların səlahiyyətləri Kənd
Təsərrüfatı Nazirliyinə verildi. 7 fevral 2000-ci il 275 №-li “Kənd təsərrüfatında özəl
təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası Haqqında” adlı
digər bir fərmanla isə aqrar sektorda aparılan islahatların daha da dərinləşdirilməsini və
sahibkarlığın inkişafının hərtərəfli dəstəklənməsini, habelə AR ilə Beynəlxalq nkişaf
Assosiasiyası arasında kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi
çərçivəsində imzalanmış “ nkişaf üçün kredit haqqında” sazişin icrasını təmin etmək
məqsədilə 1996-cı il 19 sentyabr 495 №-li fərmanla yaradılmış Kənd təsərrüfatında
nümunəvi özəl təsərrüfatların formalaşmasına Yardım üzrə Dövlət Komissiyası Kənd
təsərrüfatında özəl təsərrüfatların formalaşmasına Yardım üzrə Dövlət Komissiyası və
özəl kənd təsərrüfatı müəssisələrinin yaradılması üzrə mərkəzi işçi orqan Kənd
Təsərrüfatında Özəl Bölmənin nkişafına Yardım Agentliyi adlandırıldı.
Aparılan islahatların növbəti mərhələsi isə “Aqrar bölmədə idarəetmənin
təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr Prezident sərəncamı ilə
başlamışdır. Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin yenidən təşkil edilməsi və
onun AR-də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri
86
xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki karantini,
torpaqların səmərəli istifadəsi də daxil olmaqla, aqrar bölmədə dövlət siyasətini və
iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı
funksiyalarını həyata keçirməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı Nazirliyinin
nəzdində aşağıdakı qurumlar yaradılır:
1.
Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi;
2.
Dövlət Baytarlıq Xidməti;
3.
Dövlət Fitosanitar Nəzarəti Xidməti;
4.
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi;
Sərəncama əsasən NK yanında fəaliyyət göstərən Meliorasiya və Su Təsərrüfatı
Komitəsi də ləğv edilmiş və onun balansında olan əmlak Kənd Təsərrüfatı Nazirliyi
yanında yaradılan Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə verilmişdir.
Göründüyü kimi Torpaq və Xəritəçəkmə Komitəsindən başqa ASK üzrə fəaliyyət
göstərən bütün müstəqil idarəetmə orqanları Kənd Təsərrüfatı Nazirliyinə
birləşdirilmişdir. Adı çəkilən sərəncamın 1-ci bəndində torpaqların səmərəli istifadəsi
ilə bağlı məsələlərin də Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid edilməsinə
baxmayaraq Torpaq və Xəritəçəkmə Komitəsinin müstəqil fəaliyyət göstərməsi bir
qədər başa düşülən deyil və növbəti illərdə aqrar bölmədə struktur islahatlarının bu iki
orqan arasında səlahiyyətlərin aydınlaşdırılması istiqamətində olacağı qaçılmaz hesab
oluna bilər.
Göründüyü kimi dövlət bazar iqtisadiyyatı şəraitində aqrar sektorda idarəetmə
sistemini mərkəzdə Kənd Təsərrüfatı Nazirliyi dayanmaqla onun tərkibində funksional
prinsipə uyğun qurmağa çalışdığı bir sıra qurumlar vasitəsilə həyata keçirməyə çalışır
ki, bu zaman da idarəetmənin obyekti kimi əsasən aşağıdakı funksional istiqamətlər
çıxış edir:
Meliorasiya və su təsərrüfatı
Torpaqların
hidrotexniki,
mədəni-texniki,
kimyəvi,
aqrotexniki,
aqro-
meşəmeliorasiya və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmsını təmin
edən meliorasiya və təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-
texniki və digər tədbirlər aparılması yolu ilə verilməsini təmin edən irriqasiya
təsərrüfatından ibarət olan bu sahədə dövlət idarəetməsini əvvəllər NK yanında
87
Meliorasiya və Su Təsərrüfatı Komitəsi həyata keçirirdisə, indi Kənd Təsərrüfatı
Nazirliyi yanında müvafiq agentlik həyata keçirir ki, bu zaman da onun səlahiyyətləri
aşağıdakı şəkildə təyin edilir
40
:
Mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərini suvarma suyu ilə
təmin etmək;
Meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramlarının
hazırlanması və həyata keçirilməsi;
Meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsinin təşkili;
Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri istismarının təşkili;
Su obyektlərindən götürülən suların müəyyən edilmiş qaydada bölüşdürülməsi və
sudan istifadəyə nəzarət edilməsi;
Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması və kadastrının aparılması;
Suvarılan və meliorasiya olunmuş torpaqların uçotunun təşkili və monitorinqinin
aparılması;
Meliorasiya və irriqasiya sahəsində standartların, normaların və qaydaların işlənib
hazırlanması;
Meliorasiya və irriqasiya sistemləri layihələrinin dövlət ekspertizasının aparılması,
onların təsdiq edilməsi;
Meliorasiya və irriqasiya sahəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin
təşkili;
Suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, meliorasiya və irriqasiya
sistemlərinin istismarına nəzarət edilməsi və.s;
Baytarlıq xidməti
Baytarlıq xidməti əvvəllər NK yanında Baytarlıq Komitəsi tərəfindən həyata
keçirilirdisə, indi isə Kənd Təsərrüfatı Nazirliyi yanında müvafiq xidmət tərəfindən
həyata keçirilir. Dövlət baytarlıq xidməti ölkədə heyvan xəstəliklərinin qarşısının
alınmasını, təhlükəsiz heyvandarlıq məhsullarının istehsalını, həm insanlar, həm də
heyvanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasını təmin etmək məqsədilə
yaradılmışdır. Tərkibində elmi tədqiqat baytarlıq institutları, baytarlıq labaratoriyaları,
epizootiyaya qarşı dəstələr və ekspedisiyalar, dövlət sərhəddində və nəqliyyatda dövlət
40
“Meliorasiya və irriqasiya haqqında” AR Qanunu, 26.09.1996, maddə: 13;
Dostları ilə paylaş: |