107
tərəfindən qəbul olunan müvafiq qanunlar vasitəsilə təyin edilmişdir ki, bu da
onların daha effektli və demokratik olmasını təmin etmişdir;
EÖ-də aqrar təsərrüfat subyektləri yüksək şəkildə təşkilatlanmışdır ki, bu da onların
öz hüquq və vəzifələrini daha səmərəli şəkildə reallaşdırmalarına və aqrar siyasətin
formalaşmasında yaxından iştirak etmələrinə şərait yaradır;
Aqrar siyasət ümumiqtisadi siyasətin tərkib hissəsi olmaqla ərzaq, regional inkişaf,
resurs, ekoloji və elmi-texniki siyasətlərlə qarşılıqlı əlaqə və vəhdətdə həyata
keçirilir;
EÖ-də aqrar sektor kifayət qədər yüksək inkişaf etsə də onun daşıdığı çox mühüm
strateji əhəmiyyət və təbiətindən irəli gələn bir sıra spesifik cəhətlər bu sektorun hələ
də dövlətin aktiv proteksionist siyasətinə ehtiyacı olduğunu və gələcəkdə də bunun
davam edəcəyini görməkdəyik;
Nəhayət, EÖ-də aqrar sektorun ÜDM-də və ümumi məşğulluqdakı payı daim
azalaraq bu günkü təxminən 2% həddinə gəlib çatmışdır. Bu ölkələrin aqrar sektorda
strateji xəttlərindən biri də məhz kifayət qədər ağır fəaliyyət sahəsi olan bu sektorda
ə
n son texnologiyaları tətbiq edərək daha az işçi qüvvəsi ilə daha məhsuldar istehsala
nail olmaqdır və bu zaman xüsusilə “agribusiness” deyilən və güclü kooperasiya
ə
laqələri olan iri aqrar təsərrüfatların geniş yayılması stimullaşdırılır;
EOÖ-in də demək olar ki, hamısının aqrar sektoru EÖ-də olduğu kimi uzun
müddətdir bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Lakin əsas fərqləri
ondan ibarətdir ki, EÖ-in aqrar sektoru daha yüksək inkişaf etmişdir və onlar aqrar
siyasət mexanizmlərini daha effektli şəkildə reallaşdırırlar. Çoxlu ölkələri özündə
birləşdirən EOÖ qrupunun da aqrar siyasət təcrübəsinə nəzər saldıqda 1980-cı illərə
qədər olan aktiv proteksionist və 1980-cı illərdən sonra, xüsusilə 1994-cü il ÜTT-nin
Uruqvay Raundundan sonrakı liberallaşma dövrlərini ayırmaq mümkündür. Bu
ölkələrdə həmçinin digər bir ümumi meyl ondan ibarətdir ki, liberallaşma dövrünədək
ə
sasən idxalı əvəz edən məhsulların istehsalı dəstəklənirdisə, liberallaşma dövründə
ixrac yönümlü aqrar məhsulların dəstəklənməsinə başlanmışdır. Hal-hazırda müəyyən
108
bir ümumiləşdirmə aparmalı olsaq həmin ölkələri aqrar siyasət təcrübəsi baxımından
belə qruplaşdıra bilərik
53
:
Aqrar strukturu əsasən ailə təsərrüfatlarından ibarət olan Cənubi-Şərqi Asiyanın
ndoneziya, Malaziya, Tailand, Tayvan, Cənubi Koreya və Çin kimi ölkələrində
1970-ci illərdə aqrar sektorun vergi yükü azaldılmış və kiçik təsərrüfatlar himayə
edilməyə başlanmışdır. Həmçinin bu ölkələrdə əlverişli makroiqtisadi siyasət
qurulmuş, regional infrastruktur və sosial xidmətlərə ciddi investisiyalar qoyulmuş,
araşdırma və yayın xidmətləri təmin edilmiş və stabil kiçik fermer kredit sistemləri
dəstəklənmişdir. Nəticədə, aqrar istehsal sürətlə artmış və yoxsulluq içində yaşayan
ailələrin sayı ciddi şəkildə azalmışdır;
Argentina, Qana, Nigeriya, Tanzaniya, Uqanda, Zambiya və əksər Afrika
ölkələrini əhatə edən və aqrar strukturları əsasən ailə təsərrüfatı olan bu ölkələrdə
aqrar sektor ixracın vergiləndirilməsi, sənaye proteksionizmi və yüksək valyuta
kursları yolu ilə ağır diskriminasiya tədbirlərinə məruz qalmışdır. Bununla yanaşı
həmin ölkələrdə aqrar sektora kiçik həcmli dövlət yardımları təmin edilsə də bunlar
ə
sasən qeyri-məhsuldar, lakin siyasi baxımdan güclü dəstəyi olan istehsalçılara
yönəldilmişdir. Bu ölkələrin bəzi əlverişli aqrar şəraiti olan regionları xaricində aqrar
istehsalın artım sürəti əhalinin artım sürətinə cavab verə bilməmiş və kənd əhalisi
arasında yoxsulluq sürətlə artmışdır. Lakin buna baxamayaraq həmin ölkələrin əksəri
son illər makroiqtisadi sabitləşmə və struktur islahatları proqramları qəbul etmiş və
çox zəif templə olsa da aqrar siyasət reormaları həyata keçirməkdədir;
Keniya, Meksika və Filippinlər kimi aqrar strukturu koloniya dövründə
formalaşmış iri malikanələrdən ibarət olan ökələr də aqrar sektora ağır vergi yükü
qoymaqla
yanaşı
qeyri-proteksionist
tənzimləmə
mühiti,
valyuta
kursu
məhdudiyyətləri və idxal baryerləri yolu ilə həyata keçirilən qeyri-proteksionist
siyasətə malik olmuşdur. Lakin bu siyasəti nisbətən kompensasiya edən geniş
miqyaslı dövlət regional investisiya və struktur problemlərini həll etməyə yönələn
torpaq islahatı proqramları da həyata keçirmişlər. Nəticədə bu ölkələrdə aqrar
istehsal və kənd yoxsulluğu səviyyəsində nisbi yaxşılaşma olsa da, iri fermer və
53
Daha ətraflı bax: Hans P. Binswanger and Klaus Deininger, “Explaining Agricultural and Agrarian Policies in
Developing Countries”, Forthcoming in the Journal of Economic Literature, March 11, 1997;
109
bürokratlar tərəfindən həyata keçirilən “renta axtarışı”(rent-seeking) dövlət
xərclərini ictimai xarakterli investisiyalardan (məs.irriqasiya) şəxsi təsərrüfatların
istehsal faktorlarını subsidiyalaşdıran (məs. su və elektrik enerjisi)xərclərə çevirərək
onların səmərəliliyini aşağı salmışdır. Hal-hazırda bu ölkələr zəif də olsa dövlət
xərclərinin səmərliliyi ilə bağlı islahatlar keçirirlər;
Braziliya, Kolumbiya, Qvatemala və Cənubi Afrika kimi torpaqların və gəlirlərin
hədsiz qeyri-bərabər bölüşdürüldüyü ölkələrdə bu vəziyyət sənaye sektoru himayə
edildiyi halda aqrar sektorun birbaşa və dolayı vergiləndirilməsi, yüksək valyuta
kursları kimi qarışıq iqtisadi siyasət nəticəsində biraz da pisləşmişdir. Bunun
ə
vəzində isə kənd elitası mülkiyyət hüquqlarının, dövlət investisiyalarının və
xidmətlərinin, kredit və subsidiyaların bölüşdürüməsi məsələlərində himayə
edilmişdir. Lakin hökumətlər bəzən də kəndlərdəki sosial həyəcan və zorakılığa qarşı
torpaqların yenidən bölüşdürülməsini nəzərdə tutan kiçik miqyaslı proqramlar həyata
keçirmişlər və bu daha çox icarə hüquqlarının məhdudlaşdırılması şəklində ortaya
çıxmışdır;
Aqrar siyasət baxımından Çin Xalq Respublikasının təcrübəsi uğurlu olmaqla
yanaşı həm də spesifikliyi ilə fərqlənir. Bu ölkədə sənaye ilə aqrar sektor arasında
qurulan sağlam qarşılıqlı əlaqə Çin “iqtisadi möcüzəsi”nin əsas faktoru olmuşdur.
Çinin iqtisadi strategiyasında sənaye həmişə prioritet xarakter daşıdığından aqrar sektor
da daima onun inkişafına xidmət etmiş və bu 1949-78-ci illərdə aqrar sektorda toplanan
izafi kapitalın sənaye sektoruna yönəldilməsi istiqamətində olmuşdur. Mərkəzi planlı
xalis sosialist iqtisadiyyatının olduğu həmin dövrdə dövlət inhisarçı formada aqrar
məhsulları satın alır və aşağı qiymətlərlə reallaşdırırdı. Bu siyasətdə məqsəd sənaye
sahələrini ucuz əmək və material ehtiyatı ilə təmin edərək onların gəlirlərini artırmaq və
bu sektorda kapital investisiyaları formalaşdırmaq olmuşdur
54
.
54
Won W. Koo and Jinqiang Lou, “The Relationship between the Agricultural and Industrial Sectors in Chinese
Economic Development”, Department of Agricultural Economics Agricultural Experiment Station North Dakota State
University, Agricultural Economics Report No.368, January 1997, səhfə:2-3;
Dostları ilə paylaş: |