113
bölüşdürmə(distribution) formasında, Albaniya yalnız bölüşdürmə, Polşa isə pulla
satış formasında aparmağa üstünlük vermişdir. Aqrar təsərrüfatlar restrukturizasiya
olunan zaman isə həmin təsərrüfatların qeyri-torpaq resursları təsərrüfat işçiləri və
üzvləri arasında bölüşdürülmüşdür. Torpaq və qeyri-əmlak resursları bölüşdürüldükdən
sonra təbii ki, əvvəlki təsərrüfatların yeni formalarda qurulması və buna paralel olaraq
yeni fərdi təsərrüfatların ortaya çıxması prossesi də getmişdir. Bu zaman Rumuniya və
Bolqarıstan fərdi, korporativ və assosiativ, Macarıstan, Çexiya və Slovakiya fərdi və
korporativ, Albaniya isə ancaq fərdi təsərrüfatlara üstünlük vermişdir.
Aparılan islahatlar aqrar-sənaye müəssisələrinin özəlləşdirilməsi, regonal
maliyyələşdirmə və instutsional islahatlarla da dəstəklənməklə bu ölkələrdə aqrar
sektoru böhran vəziyyətindən çıxarmaq və inkişaf “relsi”nə salmaq mümkün olmuşdur.
Postsovet Keçid qtisadiyyatı Ölkələri
Aqrar islahatlar zamanı Baltikyanı ölkələrdə bütün torpaqlar potensial xüsusi
mülkiyyətli elan olunmuş, özəlləşdirilən torpaqlar kollektivləşmə prossesindən öncəki
sahiblərinə və ya onların varislərinə təzminat şəklində verilmiş, qeyri-torpaq resursları
müəssisələrin işçiləri və ya üzvləri arasında bölüşdürülmüş, torpaq üzərində mülkiyyət
və istifadə hüquqlarının tam olaraq ötürülməsinə şərait yaradılmış, torpaqların
bölüşdürülməsi fiziki formada həyata keçirilmiş və təsərrüfatların restrukturizasiyası
zamanı isə fərdi və korporativ formalara üstünlük verilmişdir.
Digər ölkələrdə isə aqrar islahatların elementləri bir qədər fərqli xüsusiyyətlər kəsb
etmişdir. Belə ki, torpaqların xüsusi mülkiyyətdə olmasına icazə verilməsi baxımından
ə
ksər ölkələrdə bütün torpaqlar potensial xüsusi mülkiyyətli elan olunduğu halda
Özbəkistan və Tacikistanda heç bir torpaqların xüsusi mülkiyyətdə olmasına icazə
verilməmiş, Qazaxıstan və Belarusda yalnız ev təsərrüfatı torpaqlarının xüsusi
mülkiyyətdə saxlanmasına icazə verilmiş, Qırğızıstanda isə 1998-ci il iyun ayında
keçirilən referendumla bütün torpaqların potensial xüsusi mülkiyyətdə olmasına icazə
verilmişdir. Torpaq üzərində xüsusi mülkiyyət və istifadə hüquqlarının ötürülməsinə
icazə verilməsi baxımından isə vəziyyət daha da fərqlidir. Belə ki, Ermənistan,
Gürcüstan, Azərbaycan və Moldovada bu hüquqlar tam şəkildə tanındığı halda,
Rusiya, Ukrayna və Qazaxıstanda istifadə hüquqlarının ötürülməsi tanınsa da,
mülkiyyət hüquqlarının ötürülməsi məhdudlaşdırılmış, Tacikstan və Özbəkistanda
114
xüsusi mülkiyyət hüququ olmadığı halda istifadə hüquqlarının ötürülməsi birincidə
tanınmış, ikincidə isə qadağan edilmiş, Belarusda istifadə hüquqlarının ötürülməsi
qadağan olduğu halda mülkiyyət hüququnun ötürülməsi məhdudlaşdırılmış,
Türkmənistanda istifadə hüquqları qanunla qadağan edilməsə də praktikada buna icazə
verilməmiş, Qırğızıstanda isə 1998-ci ildə torpaq üzərində xüsusi mülkiyyət və istifadə
hüquqlarının
ötürülməsinə
5
illik
moratorium
qoyulmuşdur.
Təsərrüfatlar
transformasiya edilən zaman isə Ermənistan, Gürcüstan fərdi, Moldova, Azərbaycan
və Qırğızıstan fərdi və korporativ, digərləri isə korporativ, kollektiv və fərdi
təsərrüfatlara üstünlük vermişdir.
Nəticədə, aqrar sahə də daxil olmaqla aparılan islahatlar və onların məqsədinə nail
olma səviyyəsi baxımından postsovet ölkələri arasında Baltikyanı ölkələr digərlərindən
xeyli fərqlənmiş və demək olar ki, keçid prossesini başa vuraraq Avropa Birliyinin tam
hüquqlu üzvlərinə çevrilmişlər. Digər ölkələrdə isə aparılan islahatlar makroiqtisadi və
hüquqi-instutsional baxımından əlverişsiz mühütə malik olmaqla əsasən səmərəsiz
olmuş və öz məqsədlərinə elə də yüksək səviyyədə nail ola bilməmişdir.
115
Nəticə və təkliflər
Aqrar sektor təsərrüfatçılığın ən qədim sferalarından biri olmaqla dünya iqtisadi
inkişafının bütün mərhələlərindən keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Bu
mərhələlərin hər birində iqtisadiyyatdakı rolu dəyişən və inkişaf edən aqrar sektor
özü ilə bağlı nəzəri baxış və siyasi doktrinaları da dəyişməyə məcbur edərək müasir
səviyyəyə çatdırmışdır. Həmin nəzəriyyə və siyasi doktirnaları araşdırarkən dövlətin
aqrar siyasətinin məqsəd və vəzifələrinin sabit və keçid iqtisadiyyatı şəraitində
fərqləndikləri ortaya çxsa da bu siyasətin daim bir ümumi cəhətə – aqrar sektorun
təbiətindən irəli gələrək onun daim dövlətin proteksionist yanaşmasına ehtiyacı
olduğuna – malik olduğu da açıqlığı ilə görünür;
Müasir dövrdə aqrar sektorun tənzimlənməsində istifadə olunan metod və
mexanizmlər
iqtisadiyyatın
dövlət
tənzimlənməsinin
ümumi
metod
və
mexanizmlərinin bu sektora uyğunlaşdırılmış xüsusi formaları olmaqla özündə geniş
miqyaslı tədbirlər kompleksini birləşdirir. Bu baxımdan əsasən dolayı(iqtisadi)
tiplərinə üstülük verilən bu metod və mexanizmlər yalnız kompleks, bir-birilə əlaqəli
və harmonizə edilmiş şəkildə tətbiq edilərsə müəyyən səmərə verə bilər və aqrar
siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq olar;
Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin mövcud prinsip, metod və
xüsusiyyətləri iqtisadi cəhətən mübadilələr, hüquqi baxımdan müqavilələr zənciri
olan bazar iqtisadiyyatında aqrar subyektlər arasındakı bu münasibətlərinin səmərəli
şə
kildə qurulmasının və stabilliyinin dövlət tərəfindən təminatına xidmət edir. Məhz
dövlət aqrar sektorda yeni iqtisadi münasibətlərin formalaşması və inkişafına
sistemli yanaşmalı, radikal iqtisadi islahatlar və onlara hüquqi baza yaradılmasında
obyektiv iqtisadi qanunlardan və qanunauyğunluqlardan irəli gələn dialektik
ə
laqələrə əsaslanan qanunlar, fərmanlar, sərəncamlar, qərarlar və müxtəlif səpkili
normativ-hüquqi aqtlar qəbul etməlidir ki, bunlar da həyata keçirilən hüquqi
tənzimləmə prossesinin əsas vasitələridir;
Keçid iqtisadiyyatı şəraitində aqrar münasibətlərin tənzimlənməsi prossesində dövlət
bu tənzimləmənin iqtisadi bazasını sosialist iqtisadiyyatından qalma köhnə və
səmərəsiz şəkildə qurulmuş münasibətlərin bazar iqtisadiyyatı şəraitində yeni və
Dostları ilə paylaş: |