116
daha səmərəli şəkildə qurulması prinsipi ilə formalaşdırdığı halda, onun hüquqi
bazası göstərilən prossesin həm vasitəsi, həm də nəticəsi kimi çıxış edir. Belə ki,
qəbul olunan hər bir yeni normativ-hüquqi aqt bir tərəfdən yeni iqtisadi
münasibətlərin formalaşmasına xidmət edirsə, digər tərəfdən kortəbii şəkildə
formalaşan
yeni
iqtisadi
münasibətlərin
sistemli
şə
kilə
salınaraq
“rəsmiləşdirilməsi”nə xidmət edir;
Bazar iqtisadiyyatına keçid prossesinin əsas istiqamətlərindən olan mülkiyyət
münasibətlərinin yenidən qurulmasına şərait yaradan dövlətsizləşdirmə və
özəlləşdirmə prossesi ölkəmizin aqrar sektorunda torpaq islahatı, sovxoz və
kolxozların islahatı və emal-infrastruktur müəssisələrinin islahatı kimi üç əsas
istiqaməti əhatə etməklə konseptual baxımdan əsasən düzgün şəkildə təsbit edilsə də
praktikada ciddi qüsurlarla müşahidə edilmişdir ki, bunların da tam aradan
qaldırılması çox çətin olsa da bundan sonra formalaşdırılan siyasət mexanizmləri ilə
onun ağır nəticələrinin yumuşaldılmasına və neytrallaşdırılmasına nail olmaq
mümkündür;
Demək olar ki, başa çatmış aqrar islahatlar nəticəsində ölkə aqrar sektorunda baş
verən kəskin tənəzzülün qarşısını almaq, daxili tələbatın ödənilməsində müəyyən
müsbət nəticələr əldə etmək mümkün olsa da, hələ də ölkənin ixrac potensialında
ciddi geriliklər özünü göstərir və istehsal həcmi və məhsuldarlıq mövcud imkanlar
baxımından xeyli aşağıdır. Bu məsələləri həll etmək üçün növbəti illərdə aqrar
siyasətin qarşısında mütərəqqi texnologiyalardan istifadənin genişləndirilməsi, dünya
standartlarına uyğun məhsul istehsalı, yığımı, tədarükü, saxlanılması, qablaşdırılması
və daşınması sisteminin formalaşdırılması, şoranlaşma, eroziya, su çatışmazlığı və
xəstəliklərlə mübarizənin gücləndirilməsi, damazlıq və seleksiya işlərinin
səmərəliliyinin artırılması kimi istiqamətlərdə bir sıra vəzifələrin həll edilməsi
dayanmalıdır;
Son illər ölkəmizdə ümumi sahibkarlıq mühitinin, xüsusilə də aqrar sahibkarlıq
mühitinin yaxşılaşdırılması ilə bağlı bir sıra normativ-hüquqi aqtlar qəbul edilmiş və
hazırlanan proqramlarda qarşıdakı illər üçün bu sahədə bir sıra tədbirlərin görülməsi
nəzərdə tutulmuşdur. Lakin həmişə olduğu kimi ölkəmizdə problem normativ-
hüquqi sənədlərin hazırlanması sahəsində deyil, onlardan irəli gələn müddəaların
117
icrası sahəsindədir və hazırlanan bu normativ-hüquqi xarakterli sənədlərin
reallaşdırılması sahəsindəki problemlərin ortaya çıxması digər amillərlə yanaşı,
mühüm dərəcədə bu aqtlardan irəli gələn vəzifələri həyata keçirəcək inzibati-
instutsional quruluşun, başqa sözlə müvafiq idarəetmə strukturlarının qeyri-təkmil
xarakter daşımasından asılıdır;
Ölkəmizdə aqrar sektorun idarəetmə strukturlarının formalaşma və təkmilləşmə
prossesi davam etsə də, hələ də Kənd Təsərrüfatı Nazirliyi və Torpaq və
Xəritəçəkmə Komitəsinin hüquq və vəzifələri tam şəkildə bir-birindən
ayrılmamışdır. Aparılan funksional islahatlarla yanaşı bu sektorun idarəetmə
orqanlarında korrupsioner-bürokratik sistemin dağıdılması, onların məhsuldarlığının
artırılması, şəffaflıq və demokratizm ənənələrinin kök salması və desentralizsiya
meyllərinin gücləndirilməsi istiqamətlərində ciddi tədbirlərin görülməsi vacibdir. Bu
baxımdan dünya təcrübəsində qəbul olunan ən mütərəqqi texnologiyaları özündə
birləşdirən elektron hökumət layihələrinin hazırlanaraq sürətlə həyata keçirilməsi
zəruridir;
Aqrar siyasətlə bağlı dünya ölkələrinin təcrübəsini araşdırarkən belə bir ümumi
nəticəyə gəlirik ki, ölkələrin inkişaf səviyyəsindən, aqrar sektorun əsas fəaliyyət
sahələri olub olmamasından asılı olmayaraq onların hamısında bu sektor dövlətin
aktiv proteksionist siyasətinin təsiri altında inkişaf etmiş və indi də bu davam
etməkdədir. Yalnız 1994-cü il ÜTT-nin Uruqvay Raundunda aqrar istehsala daxili
subsidiyaları, bazara giriş maneələrini, onların ixracını subsidiyalaşdırmağı, qeyri-
tarif gömrük maneələrini aradan qaldırmağı nəzərdə tutan Kənd Təsərrüfatı Sazişinin
(Agreement on Agriculture) qəbul edilməsi ilə bu sahədə bir qədər liberallaşdırma
müşahidə edilməkdədir. Bu baxımdan ölkəmiz üçün də dünyada qəbul olunan yeni
qaydalara uyğun olaraq aqrar sektoru dəstəkləmə tədbirlərini özündə birləşdirən
sağlam aqrar siyasət mexanizmlərinin formalaşdırılması və həyata keçirilməsi
növbəti illərdə daha da aktuallıq kəsb edəcəkdir;
118
Ə
dəbiyyat siyahısı
Dərslik və monoqrafiyalar:
1.
William J. Barber, “A History of Economic Thought”, October, 2002, orginally
published by Preager 1968 and Penguin 1967, Elektron kitab,səhfə:
http://www.wesleyan.edu/css/readings/Barber/toc.htm
;
2.
Doç. Dr Arif Ersoy, “ ktisadi teoriler ve düşüncelerin gelişme tarihi”, II Baskı,
zmir, 1990;
3.
Henry W. Spiegel , “The Growth of Economic Thought”, Duke University Press,
Durhan, North Carolina, 1971;
4.
Maurice Schiff and Alberto Valdes, World Bank, “Agriculture and
Macroeconomy”, Elsevier Science, Handbook of Agricultural Economics, Ed. By
B.Gardner and G. Rausser, March 24, 1998 revisions;
5.
Gustav Ranis, “The evolution of development thinking: theory and policy”,
Economic Growth Center Yale Univercity, Center Discussion Paper No. 886, May
2004;
6.
Claudio Bravo-Ortega, Daniel Lederman, “Agriculture and National Welfare
Around the World: Causality and International Heterogeneity since 1960”,
WB Research Working Paper 3499, February 2005;
7.
Campell R. Mcconnell, and Stenley L. Brue, “Economics: principles, problems,
and policies”,14’th edition, Irwin McGraw-Hill Companies, International Edition,
1999;
8.
William Liefert and John Swinnen, “Changes in Agricultural Markets in
Transition Economies”, Economic Research Service United State Department of
Agriulture (ERS), Agricultural Economic Report No. AER806, March 2002;
9.
Kamil Sadıqov, “Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin konseptual
ə
sasları”, Bakı-1999;
10.
L.T. Axundzadə, A.Ə. Əsədov, “Aqrar Hüququ”, Bakı, “Qanun”, 2003;
11.
“Economics”, Fourth edition, Roger A. Arnold, California State University, San
Marcos, South-Western College Publishing, Ohio, 1998;
12.
Aziz Babacan, “Genel tarım politikaları çerçevesinde doğrudan gelir ödemeler
sistemi”,
TC
Devlet
Planlama
Teşkilatı,
Aralık,
1999,
http://ekutup.dpt.gov.tr/babacana/gelirode.pdf
;
13.
Zvi Lerman, Csaba Csaki, and Gershon Feder, “Land Policies and Evolving
Farm Structures in Transition Countries”, World Bank, January, 2002;
14.
Sahib Məmmədov, “Əmək hüquqları: işçilər və həmkarlar ittifaqları fəalları
üçün soraq kitabı”, elektron kitab,
www.kitabxana.org
;
15.
Toshihiko Kawagoe, “Agricultural Land Reform in Postwar Japan: Experience
and Issues”, World Bank Policy Research Working Paper 2111, May 1999;
16.
Johan Swinnen and Ayo Heinegg, “On the Political Economy of Land Reforms
in the Former Soviet Union”, Katholieke Universiteit Leuven, LICOS Centre for
Transition Economics,
http://www.econ.kuleuven.ac.be/licos
, Belgium, Discussion
Paper 115/2002;
Dostları ilə paylaş: |