207
yüksək qiymətləndiririk və bu
dəstək bizim üçün çox əhə-
miyyətlidir.
Sizi bir daha əmin etmək istəйиряm ki, Azərbaycan əv-
vəllər olduğu kimi, gələcəkdə də bütün beynəlxalq arena-
larda həmişə Özbəkistanın istənilən təşəbbüsünü dəstək-
ləyəcəkdir. Biz münasibətlərimizi çox yüksək qiymətləndiri-
rik. Bu münasibətlər möhkəm bazaya, dostluğa, xalqlarımız
arasında qardaşlığa əsaslanır. Xalqlarımız həqiqətən qardaş-
dır. Biz öz dilimizdə danışanda tərcüməyə ehtiyac olmur. Biz
bir-birimizi
başa düşür, xalqlarımızın mədəniyyətini, incəsə-
nətini sevirik. Bizi ümumi tarix birləşdirir. Bu gün də iki
müstəqil və dinamik inkişaf edən dövlət kimi biz, əlbəttə,
birgə səylərlə regionumuzda sabitliyin möhkəmləndirilməsi
və vəziyyətin proqnozlaşdırılması işinə böyük töhfə verə
bilərik və veririk.
Sərhədləriniz ətrafında yaranan vəziyyət bizi narahat
edir. Bu vəziyyət fəal həllini tələb edir və demək istəyirəm ki,
biz Azərbaycanda sizin regionda
baş verən hadisələri çox
diqqətlə izləyirik və Sizin bu yaxınlarda nümayiş etdirdiyiniz
və hazırda vəziyyətin xeyli sabitləşməsini şərtləndirən çox
müdrik, ölçülüb-biçilmiş, ağıllı siyasəti yüksək qiymətlən-
diririk. Bu halda məhz Sizin siyasətiniz və atdığınız addımlar
həlledici rol oynamış, həm regiona, həm də dünyaya ölkə-
nizin təkcə regional əhəmiyyətli deyil, eyni zamanda, qlobal
miqyaslı məsələlərdə mühüm rol oynadığını bir daha nü-
mayiş etdirmişdir. Özbəkistanın uğurlu inkişafını, sosial,
iqtisadi məsələlərin necə həll olunduğunu,
dünyada mövqe-
yinin necə möhkəmləndiyini görmək çox xoşdur və bu bizim
də mövqeyimizi möhkəmləndirir. Buna görə də mən sizin
gözəl ölkənizə yenidən böyük sevinclə gəlmişəm. Əminəm ki,
bu gün apardığımız fikir mübadiləsi və imzaladığımız sənəd-
lər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır.
Bir daha qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.
208
AZƏRBAYCAN VƏ ÖZBƏKИSTAN
PREZИDENTLƏRИNИN GENИŞ TƏRKИBDƏ
GÖRÜŞЦ
27 sentyabr 2010-cu il
Sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çat-
dıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kəri-
movun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə da-
nışıqları olmuşdur.
İ s l a m K ə r i m o v: Hörmətli İlham Heydər oğlu!
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, dost-
lar! Sizi Özbəkistan torpağında salamlamaqdan və sizin şəx-
sinizdə qardaş Azərbaycan xalqına dərin hörmətimi bildir-
məkdən hədsiz məmnunam. Fürsətdən
istifadə edib bir daha
vurğulamaq istərdim ki, Özbəkistanda Azərbaycan ilə Öz-
bəkistan arasında səmimi dostluq hisslərinə əsaslanan dərin
məzmunlu ikitərəfli dövlətlərarası münasibətləri yüksək qiy-
mətləndirirlər. Prezidentlər arasında görüşlərə, yüksək səviy-
yədə görüşlərə, nazirliklər, müvafiq qurumlar səviyyəsində
və işgüzar səviyyədə görüşlərə həmişə tələbat vardır. Biz
Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana
bu rəsmi
səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasını,
məzmununu, etimada əsaslanan fikir mübadiləsini obyektiv
qiymətləndirmək, ölkələrimizin əməkdaşlığının ən mühüm
prioritetlərini müəyyən etmək üçün yaxşı bir imkan hesab
edirik.
Biz 2008-ci ildə Özbəkistan nümayəndə heyətinin Azər-
baycana məhsuldar səfərini, orada gördüyümüz unudulmaz
ənənəvi Azərbaycan qonaqpərvərliyini və mehribanlığı xü-
susi hərarət hissi ilə xatırlayırıq. Heç şübhəsiz, ölkələrimiz və
209
xalqlarımız arasında səmimi qarşılıqlı hörmət və dostluq
münasibətlərinin təzahürü üçün bizim milli ənənələrimizin,
dilimizin, mədəniyyətimizin, dinimizin çoxəsrlik tarixi, eləcə
də milli mənafelərimizin və müasir şəraitdə qarşımızda du-
ran uzunmüddətli vəzifələrin ümumiliyi
mühüm və münbit
zəmindir. Azərbaycanlıların tamamilə aydın başa düşdüyü
özbək dilində desək – «Bizim ulduzlarımız müştərək, dilimiz
bir, dinimiz bir, ürəklərimiz birdir».
Fürsətdən istifadə edib təkcə öz adımdan deyil, həm də
ölkəmizin bütün ictimaiyyəti adından görkəmli şəxsiyyət,
bütün həyatını, bütün enerjisini, dövlət xadiminə xas olan
zəngin istedadını bütünlüklə doğma ölkənin dirçəldilməsinə,
ona
xidmətə həsr etmiş, Azərbaycanın bugünkü və gələcək
həyatının təməlini yaratmış Heydər Əlirza oğlu Əliyevin
xatirəsinə dərin hörmət hissini bildirmək istəйиряm. Biz onu
Ö
zbəkistan ilə Azərbaycan arasında qarşılıqlı etimad müna-
sibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş uzaqgö-
rən siyasi xadim və müdrik insan kimi xatırlayır və qiy-
mətləndiririk. Hörmətli İlham Heydər oğlu, təbii ki, həyata
keçirməyə başladığınız, hərtərəfli düşünülmüş və ölçülüb-
biçilmiş xarici və daxili siyasət xəttinin reallaşdırılması,
ölkənizin
iqtisadi qüdrətinin, onun potensialının gücləndiril-
məsi, beynəlxalq aləmdə artan nüfuzunun təmin edilməsi
üçün Sizin nə qədər böyük gərginlik, qüvvə, enerji və əmək
sərf etdiyinizi Özbəkistanda yaxşı bilirik. Ölkənizin çox
zəngin ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiy-
yatın şaxələndirilməsi, onun ixrac hissəsinin genişləndi-
rilməsi, əhalinin rifahının və həyat səviyyəsinin keyfiyyətinin
daim yüksəldilməsi üçün Azərbaycanda inamla reallaşdırılan
proqram böyük hörmətə layiqdir. Bütün bunların
Cənubi
Qafqazda qarşıdurmanın, kənardan təhdid və təhlükələrin,
dünya maliyyə-iqtisadi böhranının təsirinin hələ də davam
etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, bunun nəyin ba-
hasına əldə edildiyi aydın olar.