B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


NEFT EHTİYATLARI HAQQINDA MƏLUMAT



Yüklə 10,22 Mb.
səhifə9/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   5   6   7   8   9   10   11   12   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

NEFT EHTİYATLARI HAQQINDA MƏLUMAT
Cədvəl I.1.

G Ö S T Ə R İ C İ L Ə R

Respublika üzrə

Quru mədənləri

Dəniz mədənləri

MƏDƏNLƏRİN SAYI

54

37

17

İSTİSMAR OBYEKTLƏRİN SAYI

584

430

154

NEFTİN İLK BALANS EHTİYATI, MLN.T.

3752

2568

1184

NEFTİN İLK ÇIXARILABİLƏN EHTİYATI, MLN.T.

1690

1135

555

ÇIXARILMIŞ NEFT HASİLATI, MLN.T.

1400

945

455

NEFTİN QALIQ BALANS EHTİYATI, MLN.T.

2062

1433

629

NEFTİN QALIQ ÇIXARILABİLƏN EHTİYATI, MLN.T.

290

190

100

YENİ TEXNOLOGİYANIN TƏTBİQİ NƏTİCƏSİNDƏ ÇIXARILABİLƏN EHTİYAT, MLN.T.

120

80

40

CARİ NEFTVERMƏ ƏMSALI

0,37

0,37

0,38

SON NEFTVERMƏ ƏMSALI

0,45

0,44

0,47

Göründüyü kimi, respublika üzrə neftin ümumi balans eh­tiyatı 3752 milyon ton (o cümlədən, 2568 milyon ton quru, 1184 milyon tonu dəniz yataqları üzrə) həcmində yüksək etibarlılıqla hesablanmış və təsdiq olunmuşdur. Məlum olduğu kimi, belə ehtiyatlardan mövcud texnologiya ilə onun çıxarılabilən hissəsi də əsaslandırılıb. Respublikada bu ehtiyatlar ümumi balans ehtiyatının 45%-ni təşkil edir və 1690 milyon tona (quru üzrə 1135 milyon ton, dənizdə 555 milyon ton) bərabərdir. Bu isə son neftvermə əmsalının 0,45 olması deməkdir (cari neftvermə əmsalı 0,37-dir). Yuxarıda qeyd edildiyi kimi, artıq hasil edilmiş neftin həcmi haqqında göstəricilər nəzərə alınarsa, ölkənin quru ərazisindəki yataqlar üzrə ehtiyatların yalnız qalıq çıxarılabilən hissəsi 190 milyon ton, dəniz yataqlarında­ isə 100 milyon ton olduğu aşkar olur.
Beləliklə, ARDNŞ-nin istismar etdiyi yataqlar üzrə mövcud texnologiyanın tətbiqi ilə 290 milyon ton neft hasil edilə biləcəyi şübhə doğurmur. Lakin burada bir vacib problemin də mahiyyəti üzərində dayanmaq lazımdır. Bu, dünya neftçıxarma texnologiyasında son 15-20 ildə baş vermiş proseslərlə əlaqədardır. Belə ki, inkişaf etmiş ölkələrdə layların istismarı prosesində onların neftverimini artıran proqressiv üsullar geniş tətbiq olunur (M.M.İvanova və b.,2000; M.L.Surquçov,1985). Qeyd etmək lazımdır ki, göstərilən fiziki-kimyəvi, istilik və digər üsulların sayı, onların tətbiq dairəsi daima artmaqdadır. Aparılan ümumiləş­dirilmələr göstərir ki, bu üsullar neftvermə əmsalını 3-20% artırır. Onu da qeyd edək ki, ölkəmizdə də istifadə edilmiş bir sıra üsullar üzrə effektivlik göstərilən səviyyədə olmuşdur. Deməli, respublika yataqlarında layların neftverimini artıran üsullar tətbiq olunarsa və onlardan hətta orta hesabla ən azı 5% effekt alınarsa, onda qalıq balans ehtiyatlarının 120 milyon tonu da real çıxarılabiləcək ehtiyatlara aid edilə bilər. Belə olduqda ARDNŞ üzrə ehtiyatların ümumi qalıq çıxarılabilən hissəsi 400 milyon tondan da artıq olar. Nəzərə alsaq ki, neft şirkəti ildə 9-10 milyon ton səviyyəsində neft hasil edir, onda göstərilən ehtiyatın ölkəmizdə neftə olan tələbatının 40-45 il müddətində təmin edə biləcəyini təsdiqləyir.
Lakin yataqların ehtiyatlarından səmərəli istifadə problemini sadə məsələlərdən hesab etmək olmaz. Burada xeyli sayda bir-biri ilə sıx əlaqədə olan kompleks məsələlərin həlli tələb olunur. Belə ki, uzun müddət işlənilən yataqların geoloji-texnoloji şəraitinin (o cümlədən, cari dövrlərdə) öyrənilməsi, işlənilmə prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya neftçıxarma təcrübəsində analoji geoloji şəraitdə işlənilmə yeniliklərinin və s. tədqiqi tələb olunur. Başqa sözlə, bu yataqların bundan sonra da uzun müddət işlənilən sənaye əhəmiyyətli obyekt kimi saxlanılması kompleks tədqiqatların sistemli baxımdan aparılması ilə əlaqədardır. Buraya aşağıdakı tədqiqat blokları daxil edilməlidir:
a) Geoloji tədqiqatlar. Nəzərə almaq lazımdır ki, istismarın gələcək dövrlərini hər şeydən əvvəl iqtisadi göstəricilər müəyyənləşdirir. Bu isə yatağın istismarını təmin edəcək müxtəlif geoloji-texniki tədbirlərin yüksək səmərə ilə həyata keçirilməsini tələb edir. Bu tələbləri yerinə yetirmək üçün isə yatağın və onun kəsilişindəki ayrı-ayrı layların daxili quruluşunun etibarlı öyrənilməlidir. Tələbatın yerinə yetirilməsində bir sıra məsələlərin ardıcıl həlli təmin olunmalıdır. Bunların arasında baxılan yataqların üçölçülü modellərinin tərtibi, cari neft yığımlarının hidrodinamiki vəziyyətinin aşkar edilməsi və regionda oxşar obyektlərin təsnifat üsulları ilə qruplaşdırılması və işlənilmələrinin təhlil edilməsi, oxşar qrup obyektlərində neftverməyə təsir edən amillərin aşkar edilməsi və onların məqsədyönlü tənzimləndirilməsi, layların neftverimini artıran üsulların tətbiqi üçün müvafiq işlənilmə obyektlərin seçilməsi və s. kimi məsələlər mühüm yer tutur.
Aydındır ki, yataqların uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şəraitini xeyli mürəkkəbləşdirmiş və burada sistematik dəyişmələr çox hallarda lokal fluktuasiyalarla əvəz olunmuşdur. Odur ki, yataqların qalıq ehtiyatlarının maksimum mənimsənilməsi üçün seçiləcək optimal yollar və onların operativ həlli geoloji-riyazi modellərin tərtibini və onların müasir kompüterlərdə realizəsini tələb edir.
b) Texnoloji tədqiqatlar. Azərbaycanda çoxdan işlənilmədə olan yataqlarda tətbiq olunan texniki vəsait və texnoloji proseslər müasir tələblərə artıq cavab vermir. Burada layların hidrodinamiki vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq işlər son vaxtlar çox az aparılır. Məsaməli mühitdə qalmış neftin yuyularaq quyu dibinə aparılması süni təsir üsullarının (səthi aktiv maddələr, polimerlər, miselyar məhlullar, istilik üsulları və s.) və horizontal quyuların qazılması və istismarını tələb edir. Beləliklə, yataqlarda ehtiyatların, o cümlədən, onun çıxarılabilən hissəsinin tam realizəsinin buradakı işlənilmə texnikası və texnologiyasının təkmilləşdirilməsindən asılı olması şübhə doğurmur.
c) İqtisadi tədqiqatlar. Azərbaycan yataqlarının gələcəkdə istismarının iqtisadi cəhətdən səmərəliliyini təmin etmək üçün dünya neft təcrübəsində istifadə edilən müxtəlif geoloji-işlənilmə-iqtisadi modellərin yaradılması və onların əsasında konkret geoloji-mədən və ya təşkilatı tədbirlər vaxtaşırı həyata keçirilməlidir.
d) Ekoloji tədqiqatlar. Dünya neftçıxarma təcrübəsində ekoloji təminatların yerinə yetirilməsinə ciddi fikir verilir. Ölkəmizdə isə bu sahədə hələ də çatışmamazlıqlar qeyd olunmaqdadır. Onları aradan qaldırmaq üçün isə müvafiq tədqiqatlar aparılmalıdır ki, bu da quru sahəsi və dəniz akvatoriyasında işlənilən yataqlarda ekoloji mühiti əsaslı surətdə yaxşılaşdırmalıdır.
Beləliklə, göründüyü kimi Azərbaycanın quru ərazisində və dəniz akvatoriyasında yerləşən çoxdan işlənilmədə olan yataqların poten­si­al imkanlarının mövcudluğu şübhə doğurmur. Burada indiyədək istifadəsiz qalmış ehtiyatların maksimum realizəsi respublikanın enerji-yanacaq kompleksi üçün çox vacib problemdir. ARDNŞ-nin balansında olan neft yataqlarının işlənilməsinin rasional aparılmasını təmin etmək üçün çoxfunksiyalı bir model təklif olunmuşdur, bu da təcrübədə rast gəlinə bilən bütün məsələlərin həllini operativ rejimdə təmin edir (şək. I.4.). Qeyd etmək vacibdir ki, təqdim olunan modelin bütün elementlərinin alqoritmi tərtib olunmuş və proqramları müxtəlif geoloji-mədən göstəriciləri ilə səciyyələnən yataqlarda tətbiq olunmuşdur [B.Ə.Bağırov, 2003].

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə