Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Qazax-D əllər-Dəliməmmədli mümkün neftli-qazlı



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə24/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   20   21   22   23   24   25   26   27   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Qazax-D
əllər-Dəliməmmədli mümkün neftli-qazlı 
rayonu (MNQR). 
Kür-C
ənubi Xəzər neftli-qazlı subəyalə-
tin
ə (NQSƏ) daxil olan Kiçik Qafqaz-Talışqarşısı neftli-
qazlı vilayətinin (NQV) şimal-qərb hissəsinin cənub-
q
ərbində yerləşən Qazax-Dəllər-Dəliməmmədli MNQR-i 
tektonik c
əhətdən Kiçik Qafqazın Şm.Ş yamacından Kür 
depressiya
sına keçid zonasını təşkil edir. Qərb-şimal-
q
ərbdə Gürcüstan sərhədindən, şərqdə Gödəkboz-Duzdağ 
qırılmasına qədər uzanan bu MNQR, Şm.Ş-də Kür dərinlik 
qırılması, CŞ-də isə Kiçik Qafqazqarşısı dərinlik və 
D
əliməmmədli qırılmaları ilə sərhədlənir (şəkil 61).


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
111 
Kiçik Qafqazın şimal-şərq batımının şimal-qərbində 
yerl
əşən, Ağstafaçay-Gəncəçay arasında olan sahəsi şimal-
da Kür, c
ənubda isə Kiçik Qafqazqarşısı dərinlik qırılma-
ları ilə hüdudlanır. Bu sahə öz geoloji quruluşuna görə
Kür-Qab
ırrı çaylararası rayonundan kəskin şəkildə fərqlə-
nir. Burada Mezozoy çöküntü kompleksi az qalınlıqlı Pale-
ogen-Neogen-Antropogen çöküntül
əri altında 200-800 m 
d
ərinliklərdə yatırlar (şəkil 62, 63, 64, 65). 
Şəkil 61. Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı 
rayonu
. Strukturların yerləşmə sxemi. 
Geomorfoloji c
əhətdən rayon iki zonaya ayrılır. Birinci 
zona Kiçik Qafqazın Şm.Ş yamacının alçaq təpəliklərini, 
ikinci zona is
ə Kür çayının sağ sahilindəki düzənlik sahəni 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
112
əhatə edir. Bu geomorfoloji zonalar, subeninə istiqamətində 
uzanan qırılma ilə ayrılan iki tektonik bloka uyğun gəlirlər. 
Şəkil 62. Ağstafa-Qazax-Qıraq Kəsəmən istiqamətində
geoloji profil (B.M
əhərrəmov). 
Şəkil 63. Qaracəmilli-Xuluf-Yenikənd istiqamətində
seysmogeoloji profil. 
Şəkil 64. Dəliməmmədli-Borsunlu-Gödəkboz istiqamətində
seysmogeoloji profil. 
Şimal-şərqdə yerləşən tektonik blokda Mezozoy çö-
küntül
əri dəniz səviyyəsindən 100-1200 m aşağıda yerləş-
diyi halda, CCQ-d
ə yerləşən tektonik blokda, əsasən dəniz 
s
əviyyəsindən yüksəkdə (300 m-ə qədər) yerləşirlər. Tek-
tonik c
əhətdən mürəkkəb quruluşa malik olan bu bloklar, 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
113 
Mezozoy çöküntül
əri üzrə antiklinal qalxımlar və Qafqaz-
əksi istiqamətli struktur çıxıntılardan ibarət olan Qazax-
D
əllər-Dəliməmmədli MNQR-i təşkil edirlər. 
Şəkil 65. Dəliməmmədli-Bozyeri-Duzdağ istiqamətində
seysmogeoloji profil. 
Bu struktur vahid q
ərbdə Qazax, şərqdə Gəncə körfəz-
vari çök
əklikləri və Kiçik Qafqazın Şəmkir qalxımının 
şimal batımının Kiçik Qafqazqarşısı dərinlik qırılması ilə 
qırılıb düşmüş hissəsidir. Bu sahədə yerləşən Üst Tabaşir 
yaşlı strukturların uzanma istiqamətləri göstərilən dərinlik 
qırılmalarının istiqamətlərinə uyğun olaraq subeninə 
istiqam
ətlənmişlər. Burada Mezozoy kompleksi bir neçə 
enin
ə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. 
Qazax-D
əllər-Dəliməmmədli MNQR uzununa istiqa-
m
ətdə tektonik cəhətdən biri-digərindən fərqli Ağstafa-
Qazax, D
əllər-Tovuz və Dəliməmmədli-Bozyeri olmaqla 
üç hiss
əyə bölünür. 
Rayonun ŞQ-də yerləşən Ağstafa-Qazax hissəsi 
Paleogen-Miosen çöküntül
əri üzrə eyni adlı körfəzvari 
çök
əkliyə uyğun gəlir. Bu hissənin Şm.Ş blokunda Üst 
Tabaşir çöküntüləri dəniz səviyyəsindən 400-1400 m 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
114
a
şağıda yerləşdikləri halda, CQ blokunda dəniz səviyyə-
sind
ən 200-400 m-ə qədər yüksəkdə yerləşirlər. Bu blokda 
Üst 
Tabaşir çöküntüləri üzrə Qazax körfəzindən şərqdə 
Şərqi Ağstafa və qərbdə Ağstafa, Qafqazəksi istiqamətli 
struktur çıxıntılar, daha qərbdə, Gürcüstan sərhədində 
Qafqaz istiqam
ətli Əli Bayramlı qalxımı yerləşir. 
Rayonun Tovuzçay v
ə Qoşqarçay arasında yerləşən, 
m
ərkəzi hissəsi əksqafqaz istiqamətli, böyük ölçülü Şəmkir 
qalxımının Şm.Şm.Ş batımını təşkil edir. Burada, subeninə 
istiqam
ətində uzanan Düyərli, Dəllər və Qarasaqqal qal-
xımlarının tağ hissələrində və CQ qanadlarında Üst Plio-
sen-Antropogen çöküntül
əri altında yatan Üst Tabaşirin 
karbonatlı çöküntüləri, CQ blokda dəniz səviyyəsindən 
100-200 m yüks
əkdə, Şm.Ş blokda isə dəniz səviyyəsindən 
100-600 m-
ə qədər dərində yerləşirlər. 
M
ərkəzi hissədən cənubda, Üst Tabaşir çöküntülərin-
d
ən təşkil olunmuş Tovuz-Zəyəm-Sarıqamış istiqamətdə 
uzanan sinklinal zolaq yerl
əşir. Bu sinklinal isə, öz növbə-
sind
ə, Orta Yura və daha qədim çöküntülər və vulkanik 
süxurlarından ibarət olan, böyük ölçülü, əksqafqaz istiqa-
m
ətli Şəmkir qalxımından Kiçik Qafqazqarşısı dərinlik 
qırılması ilə ayrılır. 
Rayonun CŞ-də yerləşən Dəliməmmədli-Bozyeri his-
s
əsi Qoşqarçay boyunca uzanan, Şm.Ş istiqamətli qırılma 
il
ə Dəllər-Tovuz hissəsindən ayrılır. Uzunluğu 17 km, eni 
3 km olan bu hiss
ənin əsas struktur elementi olan 
D
əliməmmədli qalxımı eninə və uzununa istiqamətlərdə 
k
əskin asimmetrik quruluşa malikdir. Onun uzununa istiqa-
m
ətli asimmetrikliyi Qoşqarçay qırılmasından qərbdə ŞQ 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə