Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə25/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   21   22   23   24   25   26   27   28   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
115 
periklinalının olmaması, CŞ periklinalının 17 km-ə qədər 
uzanması, eninə asimmetrikliyi isə Şm.Ş qanadının geniş, 
CQ qanadının isə olduqca qısa və dik olmasında əks olunur. 
D
əliməmmədli qalxımının iki uzununa qırılma arasında 
horst şəklində qalxmış olan tağ hissəsində, Mezozoy 
çöküntül
əri 0-500 m dərinliklərdə yerləşdikləri halda, 
strukturun 
Şm.Ş qanadında 1000-2500 m dərinliyə qədər 
gömülmüşdür.
Qeyd etm
ək lazımdır ki, Qoşqarçay qırılmasının Kür 
submeridional d
ərinlik qırılmasından şimalda davamının 
T
ərsdəllər qalxımının şərq hissəsindən keçdiyi geofiziki təd-
qiqatlarla aşkar edilmiş və axtarış-kəşfiyyat qazıması ilə 
t
əsdiq olunmuşdur. Burada qırılmanın Tabaşirin səthi üzrə 
amplitudu 2000 m-
ə çatır. Mezozoy çöküntü kompleksi 
s
əthinin Qoşqarçay qırılmasından şərqdə Dəliməmmədli 
qalxımının tağ hissəsində 400 m-dən onun şərq periklina-
lının uzaq batımında tədricən 4000 m-ə qədər enməsinə 
baxmayaraq, struktur subenin
ə uzanma istiqamətini saxlayır. 
Burada amplitudu 1000 m-d
ən artıq olan uzununa qırılma 
D
əliməmmədli antiklinalının cənub qanadı boyunca uzanır.
D
əliməmmədli qalxımının Şm.Ş qanadının şərq 
hiss
əsində yerləşən kiçik ölçülü Soyuqxanlı, Fəxrəli, Çaylı 
v
ə Bozyeri qalxımları yerləşirlər. Bozyeri və Fəxrəli 
qalxımlarında Mezozoy çöküntülərin yatma dərinlikləri 
2200-2400 m-
ə, Gödəkboz-Duzdağ qırılması yaxınlığında 
is
ə 4500 m-ə qədər artır.
Qazax-D
əllər-Dəliməmmədli MNQR-in Tovuz-Qazax, 
D
əllər-Tovuz və Qıraq Kəsəmən sahələrində struktur-axta-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
116
rış, Dəliməmmədli sahəsində isə struktur-axtarış və kəşfiy-
yat quyuları qazılmışdır. Qazax-Məmmədtəpə sahəsində 
qa
zılmış quyularla açılmış Foraminifer laylarının alt hissə-
sin
ə aid edilən tufogen çöküntülərin keçiriciliyi (0.0102-
0.0347)x10
-3
mkm
2
arasında dəyişir. Qazılmış quyuların 
m
əlumatları göstərir ki, Maykop laylarının alt hissəsində 
0,5-
12 sm qalınlıqlı alevrolit və qumdaşı laycıqları möv-
cuddur. Burada Alt Maykopu
n qalınlığı 88 m təşkil edir. 
C
ənub-şərq istiqamətində həm qumdaşı laycıqlarının, həm 
d
ə Alt Maykopun qalınlıqları artır. Dəliməmmədli sahəsin-
d
ə Alt Maykopun qalınlığı 855 m-ə qədər çatır.
Qazax-M
əmmədtəpə sahəsində Maykop dəstəsi çö-
küntül
ərinin alt hissəsinin qumdaşıları və alevrolitləri yük-
s
ək keçiricilik və məsaməliklə xarakterizə olunur. Burada 
keçiricilik (0.0091-0.2448)x10
-3
mkm
2
arasında, məsamə-
lik is
ə 25-30 % arasında dəyişir. Dəliməmmədli sahəsində 
bu r
əqəm 17 md və 15-25 % təşkil edir.
A
ğstafa ərazisində qazılmış 15 saylı quyuda 322 m də-
rinlikd
ə güclü qaz tullanışı baş vermiş, Qazax-Məmməd-
t
əpə sahəsində 1 saylı istinad quyusunda 842 m dərinlikdə 
z
əif qaz təzahürü qeydə alınmışdır. 36 saylı struktur-axtarış 
quyusun
da Ağcagil çöküntülərini keçərkən 316 m-də qaz 
tullanışı, 17 saylı quyuda Maykop çöküntüləri açılan zaman 
qaz ayrılması, 23, 25, 27 və 29 saylı quyularda qısamüddətli 
qaz atılmaları müşahidə olunmuşdur.
D
əllər-Tovuz sahəsində kəşfiyyat işləri aparılan zaman 
Tabaşir əhəngdaşılarının yuyulması zamanı neft iyi qeydə 
alınmışdır. Qazılmış quyuların əksəriyyətində su təzahürü 
qazla 
müşayiət olunmuşdur. Dəllər sahəsində qazılmış 16, 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
117 
17, 18, 24, 28 saylı struktur-axtarış quyularında karbonatlı 
v
ə tufogen fasiyalı Tabaşir çöküntüləri açılmışdır. 28 saylı 
quyuda 250-
559 m intervalından götürülmüş süxur nümunə-
l
əri bu çöküntülərin çatlı kollektorlara malik olduğunu göstə-
rmişdir. Çatların eni 0,1 mm-dən 2 mm-ə qədər dəyişir. 
Keçiricilik 0,0428x10
-3
mkm
2
t
əşkil edir.
D
əliməmmədli sahəsində kollektor xüsusiyyətləri qa-
zılmış quyulardan götürülmüş 10 süxur nümunəsində 
yoxl
anmışdır. Çöküntülər tuf qumdaşıları, tuf alevrolitlər 
v
ə qumdaşılarından ibarətdir. Məsaməlilik 5,7-25,3 % 
t
əşkil edir. Keçiricilik çox aşağıdır.
T
ədqiqatlar göstərir ki, Qazax-Dəllər zonası uzununa 
v
ə eninə qırılmalarla səciyyələnir və karbonatlı çöküntülə-
rin çatlılığı kəskin artır. Quyunun qazılması zamanı su 
axınının 600 l/dəq-ə qədər çatması həm Tabaşir, həm də 
ondan üstd
ə yatan çöküntülərdə qənaətbəxş neft-qaz kol-
lektor
larının mövcud olduğunu göstərir. Bu qənaətə gəlmək 
olar ki, Ağstafaçay-Xramçay arası sahədə karbonatlı-çatlı 
çöküntül
ər və daha cavan çöküntülərin qranulyar 
kollektorları neftli-qazlı ola bilər və neft-qaz axtarışı 
baxımından maraq kəsb edir.
D
əliməmmədli sahəsində Üst Tabaşirin karbonatlı gil-
li çöküntül
əri 1, 5, 6 və 20 saylı, vulkanik çökmə süxurları 
3, 4 saylı quyularla açılmışdır. Qazma zamanı neft-qaz 
t
əzahürləri 20, 12, 14, 23, 27, 6, 10, 18, 25 saylı quyularda 
müşahidə olunmuş, bəzi quyularda 1-2.5 t neft alınmışdır. 
Q
alxımın Şm.Ş qanadında və CŞ periklinalında qazılmış 
k
əşfiyyat quyularında Maykop lay dəstəsinin I, II 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
118
Qazanbulaq v
ə Orta Eosenin III Qazanbulaq horizontların-
dan 5-7 t/gün hasi
latla neft axını alınmışdır.
D
əliməmmədli sahəsində neft-qaz-su təzahürlərinin 
araşdırılması göstərir ki, əsas neftli-qazlı laylar Üst Tabaşir 
çöküntül
ərinə, Foraminifer qatına və yüksək dərəcədə neft-
qaz 
əlamətləri olan Maykop seriyasına aiddir. Strukturun 
c
ənub-şərq periklinalında Tabaşir çöküntüləri, Foraminifer 
qatı və Maykop seriyası perspektivli obyektlər kimi qiy-
m
ətləndirilə bilərlər. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə