Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
108
çöküntül
əri üzərinə qeyri-uyğun yatırlar. Tektonik zonanın
Saatlı-Lənkəran hissəsində yatma dərinlikləri cənub-şərq
istiqam
ətində 2800 m-dən 7000 m-ə qədər artır.
Kürd
əmir-Saatlı-Lənkəran MNQR–in neft-qazlılıq ba-
xımından maraq kəsb edən Uzuntəpə qırışığının tağında
Orta Miosen v
ə Maykop çöküntüləri kəsilişdə iştirak etmir-
l
ər, Sarmat çöküntüləri isə Üst Eosen çöküntüləri üzərinə
qeyri-
uyğun şəkildə yatırlar.
Kürd
əmir-Saatlı-Lənkəran MNQR-də
təbii neft-qaz
çıxışları mövcud deyil. Qaracalı, Sorsor, Carlı, Saatlı, Orta
Muğan, Məmmədabad, Azadkənd, Nəsimikənd sahələrində
qazılmış bir sıra axtarış quyularında Üst Tabaşir çöküntü-
l
əri açılmış və lay sınağı zamanı flyüid təzahürləri
olmuşdur. Məhsuldar Qat çöküntülərilə əlaqədar neft-qaz
t
əzahürləri isə Saatlı, Carlı və Qaracalı sahələrində qeydə
alınmışlar. Saatlı 1 saylı, Sor-sor 2 saylı və Qaracalı 1 saylı
axtarış-kəşfiyyat quyularında Miosen
çöküntülərinin
qazılması prosesi neft-qaz təzahürlərilə müşayiət
olunmuşdur. Xüsusən Carlı sahəsində qazılmış 1, 3, 5 saylı
quyularda bu
əlamət daha kəskin olmuşdur.
Neftqaztoplanma zonasının CŞ hissəsində yerləşən
Uzunt
əpə sahəsində qazılmış quyularda Maykop və Sarmat
çöküntül
ərilə əlaqədar neft-qaz təzahürləri qeydə alınsa da,
k
əsilişdə diqqəti cəlb edən horizontlar qeydə alınmayıb.
D
ərin axtarış-qazıma və seysmik kəşfiyyatı nəticələ-
rin
ə görə tədqiqatçılar belə qənaətə gəlmişlər ki, Kürdəmir-
Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasının cənub anti-
kli
nal qurşağında yerləşən qalxımları perspektivli olmalı-
dır. Neft-qazlılığın əsas kriterilərinin kompleks analizi
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
109
göst
ərir ki, Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar
zonasının şimal-şərq və cənub-qərb kənarlarının Mezozoy
dövründ
ə davamlı və uzun
müddətli intensiv çökməyə
m
əruz qalması nəticəsində, tərkibi üzvi maddələrlə zəngin
karbonatların və gillərin formalaşması üçün əlverişli şərait
yaranmışdır. Güman olunur ki, hər iki çökəkliyin mərkəzi
hiss
əsi neft-qaz əmələgəlmə hövzəsi olmuş və buradan
miqrasiya olunan KH-l
ər gömülmüş qalxımlar zonasının
strukturlarına toplanmışlar.
G
ömülmüş qalxımlar zonasında Üst Tabaşirin karbonatlı
v
ə vulkanogen çöküntüləri qeyri-uyğun yatımla Miosen, bəzi
yerl
ərdə isə Alt Pliosen çöküntüləri ilə örtülmüşlər. Aparılmış
analizl
ərə görə (H-M. Əliyev, M.B. Xeyirov, R.Y. Babayev
v
ə s.) karbonatlı çöküntülərin
başqa sahələrdə olduğu kimi
Üst Santon-
Maastrixt yaşlı, vulkanogen əmələgəlmələr isə
Turon-Alt
Santon yaşlıdırlar. Karbonatlı çöküntülərin
k
əsilişinin qalınlığı 560-600 m-ə çatır ki,
bunlar da uzun
müdd
ətli aşınmaya məruz qaldıqları üçün yüksək çatlı-
m
əsaməli kollektorlara malikdirlər. Carlı sahəsində qazılmış
3 saylı quyudan yüksək debitli minerallaşmış suyun alınması
bunu
əyani sübut edir. Saatlı 1 saylı quyusunda 2890-2903 m
intervaldan Ü
st Kampan yaşlı açıq və çəhrayı-boz rəngli
əhəngdaşılarında az miqdarda yağlı bitumların olması, Üst
Tabaşir çöküntülərinin neftli-qazlı olmasına dəlalət edir.
Kürd
əmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zona-
sının Muğan monoklinalında Azadkənd və Orta Muğan
strukturlarının çöküntülərinin də KH potensialına malik
olması ehtimal olunur. Orta Muğan strukturunda 1971-ci
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
110
ild
ə qazılmış 1 və 2 saylı kəşfiyyat quyularında uyğun
olaraq 570 m v
ə 60 m qalınlıqda,
vulkanogen-çökmə
süxurlarının altında Üst Tabaşirin karbonatlı çöküntüləri
açılmışdır.
Şorsulu strukturunda 1 saylı quyu 4500 m-ə qazıl-
mışdır. Tabaşirin üzərinə az qalınlıqla yatan Miosenin
(Sarmatın) tufogen çöküntülərində qazıma zamanı intensiv
neft t
əzahürləri qeyd olunmuşdur.
Mövcud geoloji-geofiziki v
ə axtarış-kəşfiyyat qazması
n
əticələrinin analizi və ümumiləşdirilməsi
güman etməyə
əsas verir ki, Kürdəmir-Saatlı-Lənkəran MNQR-ində Üst
Tabaşir,
Orta Eosen
v
ə Oliqosen-Miosen kollektorlarında
neft-qaz perspektivliyi litoloji tip t
ələlərlə əlaqədar olması
ehtimalı daha yüksəkdir, axtarış-qazıma işlərinin əsas
obyektl
əri Üst Tabaşir tələləri olmalıdır.
Dostları ilə paylaş: