Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
24
II F
əsil
Neftli-
qazlı və mümkün neftli-qazlı rayonlar
Az
ərbaycanın neftli-qazlı rayonları
və perspektivliyi
ehtimal olunan
əraziləri Böyük Qafqazqarşısı və Qafqaz dağ-
lararası neftli-qazlı əyalətlərinin tərkibinə daxildirlər. Tekto-
nik c
əhətdən bu ərazilər Qafqaz-Kopetdağ mütəhərrik
qurşağına aiddir, 20 km və daha çox qalınlığa malik Mezozoy
çöküntül
ərinin geniş yayılması ilə xarakterizə olunur.
Aşağıda Azərbaycanın neftli-qazlı rayonları və neft-
qazlılıq perspektivliyi ehtimal olunan sahələrinin xüsusiy-
y
ətləri yeni neft-qaz-geoloji rayonlaşdırma sxemi əsasında
qısa şəkildə təqdim olunur.
Neftli-
qazlı rayonlar
Qusar-D
əvəçi neftli-qazlı rayonu (NQR).
Terek-
X
əzər neftli-qazlı subəyalətinin (NQSƏ)
cənub-şərq his-
s
əsini əhatə edən Şimali Abşeron neftli-qazlı vilayətinin
(NQV)
şimal-qərb hissəsində yerləşən Qusar-Dəvəçi NQR-i
geomorfoloji c
əhətdən Böyük Qafqazın cənub-şərq batımı-
nın şimal-şərq yamacını, Qusar maili düzənliyini və Samur-
D
əvəçi ovalığını əhatə edir.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
25
Şəkil 3. Qusar-Dəvəçi neftli-qazlı rayonu. Strukturların yerləşmə
sxemi
(Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov).
Rayonun üçbucağı xatırladan ərazisi şərqdən və şimal-
şərqdən Xəzər dənizi, cənubdan və cənub-qərbdən Siyəzən,
şimal-qərbdən isə Samur dərinlik qırılmaları ilə sərhədlənir
(şəkil 3). Rayon tektonik cəhətdən Paleogen və Neogen
kompleksi çöküntül
əri üzrə eyni adlı
törəmə çökəkliyə
uyğun gələn bu neftli-qazlı rayon daxilində Mezozoy
çöküntül
əri üzrə Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala
qalxım zonaları və onların arasında ikinci dərəcəli Zeyxur
çök
əkliyi ayrılır
[
30, 34
]
. Orta Yura çöküntül
ərindən təşkil
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
26
olunmuş, Miosen çöküntüləri üzrə
gömülmüş olan Qusar-
Xaçmaz-
Ağzıbirçala qalxımlar zonasından cənub-qərbdə
geniş ölçülü Quba-Dəvəçi çökəkliyi yerləşir (şəkil 4, 5, 6).
Şəkil 4. Afurca-Qaynarca-Xaçmaz istiqamətində geoloji profil
(
Ə.Süleymanov, B.Məhərrəmov).
Şəkil 5.
Əmirxanlı-Qaynarca-Ağzıbirçala istiqamətində
geoloji profil (X.Yusifov,
Ə.Süleymanov).
Cənubi Dağıstan çökəkliyinin cənub-şərq davamında
ye
rləşən Zeyxur çökəkliyi Yalama-Xudat və Qusar-Xaç-
maz-
Ağzıbirçala qalxımlarını bir-birindən ayırır. Cənub-
şərqdə Xəzər dənizinə açılan
Quba-Dəvəçi çökəkliyi isə
Qusar-Xaçmaz-
Ağzıbirçala qalxımlar zonasını Təngi-Beş-
bar
maq antiklinoriumundan ayırır.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
27
Yalama-
Xudat qalxımlar qrupu çökəkliyin şimal-şərq
hiss
əsində yerləşir (şəkil 6, 7). Mezozoy çöküntüləri üzrə
Yalama sah
əsində bir-birindən kiçik və dayaz yəhərlərlə ayrı-
lan, c
ənub-şərq istiqamətində uzanan subplatforma tipli, kiçik
ölçülü, yastı tağlı Yalama, Cənubi Yalama
və Şərqi Yalama
qalxımları müəyyən edilib. Geoloji quruluşlarında Orta Yura,
Tabaşir (Üst Barremdən Maastrixtə qədər), Paleogen-Miosen
v
ə Pliosen-Antropogen çöküntüləri iştirak edən bu
qalxımların geoloji quruluşları kəsiliş üzrə yuxarıya doğru
sad
ələşir. Sarmat çöküntüləri üzrə Yalama, Cənubi Yalama
antiklinalları, tağ hissəsi Yalama qalxımında qalmaqla,
uzununa asimmetrik olan
vahid antiklinal strukturla
əvəz olur.
Zeyxur çök
əkliyinin daxilində yerləşən İmamqulukənd və
Şirvanovka qalxımları da yastı quruluşları ilə fərqlənirlər.
C
ənub-şərq istiqamətində uzanan Qusar-Xaçmaz-
Ağzıbirçala gömülmüş qalxımlar zonasında Orta Yura çö-
küntül
əri Paleogen-Miosen çöküntüləri ilə qeyri-uyğun ola-
raq örtülürl
ər. Qusar qalxımında
Orta Yura çöküntüləri
üz
ərinə Sarmat, Xaçmaz qalxımında Paleosen, Ağzıbirçala
qalxımında isə Pontun gilli çöküntüləri yatırlar.
Orta Yura çöküntül
ərinə görə bir sıra qalxımlardan iba-
r
ət Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonası
antiklinorium quruluşlu olduğu halda, Üst Miosen, Pliosen-
Antropogen çöküntül
əri üzrə, Yalama-Xudat qalxımlarında
olduğu kimi, kiçik bucaq altında şimal-şərq istiqamətində
yatan monoklinaldan ibar
ətdir.