Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə58/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

244                                                                          III fəsil 
        Dağdan-təpədən qar yağar, 
        Nənəm onu bişirər. (Ələk, un) 
        Üç dənə gəldilər körpü başına; 
        Biri baxdı, basdı keçdi, biri baxdı keçdi. 
        Biri də nə baxdı, nə basdı, amma keçdi. (Qucağında 
uşaq olan hamilə qadın) 
        Bir hovuz içində bir ilan,  
        Başında bir qırmızı quş.  
       Su bitər, ilan durar,  
       Quş ölər. (Neft lampası) 
Bununla belə, Kərkük tapmacaları arasında nəzm 
şəklində olanlar əksəriyyət təşkil edir. Onlar iki, üç, dörd, 
beş, altı, səkkiz misralı poetik parçalardan ibarət olurlar: 
 
Qapqaradır hər yanı,  
Hər gün dağlanır canı. (Qazan)  
Bu gün çərşənbədi,  
Könlünə düşən nədi?  
Odu yox, ocağı yox,  
Kölgədə bişən nədi? (Dələmə) 
Ruhu yoxdu, almaz nəfəs,  
Şəkli, cismi eyni qəfəs.  
Əgri beli, uzun boyu,  
Çox nəşəli verir bir səs  
Boş qarnına dolur hava  
Məhzun səsi dərdə dava. (Ud)  
Çox dişi var, dişləməz,  
Heç kimsəni incitməz.  
Əllərdən yerə düşməz. (Daraq)  
Uzun-uzun yollardan  
Bir əcaib quş gəlir.  
Qırma badam dili var  
Hər nə desən xoş gəlir  
Gözlərindən yaş gəlir. (Məktub) 
Qarnı şişib, şəhəra düşüb,  
Sanki dürdü yemək bişib,  
Aləm ona qoşa gəlir,  
            Hamı birdən coşa gəlir. 
Kərkük folklorunun janrları                                        245 
Barmağı var yüz arşın 
Al-yaşıllı, sarışın. 
Ağzına adam girər 
Həm oturar, həm durar. (Minarəli məscid) 
İraq-türkman folklorunda nəzm  şəklində olan 
tapmacalar içərisində  ən çox təsadüf edilən iki və dörd 
misralı olanlardır. 
Misallardan göründüyü kimi, tapmacalarda vəzn və 
qafiyə hər vaxt gözlənilmir. Tədqiqatçı İ.Kolesnitskaya bu 
münasibətlə yazmışdır: «Tapmaca hecaların ardıcıllığına 
əsaslanan düzgün vəznli və qafiyəli  şerin nə olduğunu 
bilmir. Tapmacadakı şer tonikdir» (297, 534). 
Bu fikrə başqa tədqiqatçılarda da təsadüf edilir: «Xalq 
tapmacalarının  əksəriyyəti, onların ritmikliyindən asılı 
olmayaraq,  şer misralarına mütləq bölünməsini tələb 
etmir. Tapmacalar hər şeydən əvvəl cümlənin və qafıyənin 
şəkil intonasiyası ilə möhkəmlənmiş bölgüsünü tələb edir» 
(291, 14). 
Demək olar ki, bu xüsusiyyət bütün dünya xalqlarının 
tapmacalarına aiddir. Bununla belə, Azərbaycan və eləcə 
də 
İraq-türkman tapmacalarını başqa xalqların 
tapmacalarından fərqləndirən bir xüsusiyyət də vardır. 
Burada bayatılarla yaranmış çoxlu tapmacalara rast gəlinir. 
Bu dördlüklərdə poeziya qüvvətli, vəzn, qafiyə yerli-
yerindədir. Onları formaca bayatılardan fərqləndirmək 
olmur. Odur ki, onları lirik növün bir janrı kimi «bayatı-
tapmacalar» adı altında nəzərdən keçirdik. 
Kərkük tapmacalarının əksəriyyəti metafora şəklində 
qurulur. Məcaz tapmacanın canıdır. Məcazı duymaq tap- 
macanın açmasını dərk etmək deməkdir. Adətən açması 
tələb olunan əşya və onun məcazı müəyyən əlamətinə 
-   görə müqayisə olunur. Məsələn: 
Toxumsuz bitər, aləmə yetər. 
(Toz) Daşdandı, dəmirdəndi 


246                                                                           III fəsil                                                                                                              
Mayası xəmirdəndi. (Dəyirman) 
Ayaqları su içər, 
Üstündən gələn keçər. (Körpü) 
Yoxladım belindəkin, 
Anladım könlündəkin (Kitab) və s. 
İraq-türkman tapmacalarının  əksəriyyəti bənzətmə, 
müqayisə, təşbih, təkrir və başqa bədii təsvir vasitələri ilə 
düzəlir. Burada fikrin mənası üstüörtülü olur, hadisə, 
məfhum və ya şeyin bir əlaməti və ya xüsusiyyəti dolayı 
yollarla söylənir, başqa cəhətləri gizli saxlanılır. Məsələn: 
Yuxarıda qara-qara
Yerə düşdü, para-para. 
Əlimə aldım qan kimin, 
Ağzıma qoydum, bal kimi. (Xar tut) 
Səpdim noxud, 
Çıxdı söyüd. 
Yarpağı tut, 
Barı armud. (Pambıq) 
Göründüyü kimi, tapmacada təsvir edilən  əşyanın, 
müqayisə edilən bir cəhəti, xasiyyəti, forması, məzmunu, 
keyfiyyəti fantastik müqayisələrlə oxşadılır. V.A.Vasi-
lenko bu münasibətlə yazmışdır: «Tapmacada əşyaların 
məcazi təsviri çox geniş fantaziya üçün qeyri-məhdud 
imkan yaradır. Bu və ya digər anlayışı ən müxtəlif əşyalara 
keçirmək olar. Belə ki, insan gözləri tapmacada qardaş, 
quş, yumurta, kukla, alma, noxud, pul, ulduz və s. adlan-
dırılır» (324, 141). 
Kərkük dolaylarında da Azərbaycanda olduğu kimi
sual  şəklində quruları tapmacalar çoxdur. Bu tapmacalar 
adətən çox sadə olub, insanın biliyini, ətraf aləm, təbiət, 
cəmiyyət, heyvanlar, bitkilər, kainat və s. haqqında mə-
lumatını yoxlamaq üçün düzəidilir, məsələn: 
Тар nədi? 
Quşlardan yumurta doğmaz, bala doğar. (Yarasa) 
Кərкüк folklorunun janrları                                          247 
Тар nədi? 
Heyvanda dilsiz, ağacda kalsız. (Balıq, ənсir) 
Daşdı, daş deyil? 
Yumurta doğar, tavuq deyil, 
Аrра уеуər, at deyil. (Tısbağa) və s. 
Bir çox tapmacalar saylarla işlənirlər. Təbii ki, belə 
tapmacalar, hər  şeydən  əvvəl uşaqlara sayları öyrətmək 
baxımından maraq doğurur. Lakin onların içində  dərin 
fəlsəfi fikirləri əks etdirənlər də az deyildir. Məsələn: 
Gələr bir-bir, 
Gedər bir-bir; 
Gələn gedər, 
Gedən gəlməz, - 
Gəl bunu bil. (Doğum, ölüm) 
Beşdə quzu, 
Onda toğlu; 
İyirmidə aslan, 
Otuzda qaplan. (İnsan) 
Hav, hav, hav atar, 
Çaxmaq daşı qav atar. 
Səksən səkkiz dəyirman, 
Doxsan doqquz nav atar. (İldırım) 
Tədqiqatçılarımız, bayatılar kimi, dörd misralı tap-
macaların da 1-ci, 2-ci misralarının mənası olmadığı ba-
rədə fikir yürüdürlər (195). Deyirlər ki, guya 1-ci, 2-ci 
misraların bir çox hallarda tapmacaya dəxli olmur, məna 
üç və dördüncü misralarda verilir. Biz şübhə etmirik ki, 
zəif təfəkkür məhsulu olan belə tapmacalara təsadüf edilə 
bilər. Lakin belə naqisliyi, ümumiyyətlə, xalq yaradıcı-
lığının bütöv bir janrının ayağına yazmaq doğru deyildir. 
İraq-türkman tapmacaları ilə bağlı  aşağıdakı mülahizələr 
(bunlar, ümumiyyətlə, bütövlükdə Azərbaycan tapmacala-
rında da özünü göstərir) dediklərimizə dayaq olur. 
Bəzi İraq-türkman tapmacalarında məna 1-ci və 2-ci 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə