Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

258                                                                        III fəsil 
əsərin girişindən və kitabiyyatından göründüyü kimi, bu 
kitab Molla Nəsrəddin lətifələrinin  İstanbul, Ankara, Qa-
hirə nəşrlərinə əsasən hazırlanmışdır. 
Məhz buna görə də İraqda işlədiyim altı il ərzində İraq-
türkman folklorunun başqa janrlarına dair nümunələrlə 
bərabər lətifələri də böyük məhəbbət və ehtiramla topladım. 
Onların çoxunu yerli əhalinin dediyi şəkildə lentə 
köçürdüm. Məlum oldu ki, burada Molla Nəsrəddinlə bağlı 
olmayan, lakin xalq arasında geniş yayılan lətifələr də 
çoxdur. Bunların  əksəriyyəti  ən çox müasir, daha doğrusu 
son dövrlərdə yaranınış  lətifələrdir. Məhz buna görə  də 
onları «Molla Nəsrəddindən töhfələr» və «Mollanın nəvə-
nəticələrindən töhfələr» başlıqları altında qruplaşdırdıq 
(133, 211-250). 
İraq-türkman folklorunda müşahidə edilən Molla 
Nəsrəddin lətifələrinin mövzu dairəsi əhatəli, rəngarəngdir. 
Bu lətifələr məzmununa görə azacıq fərqlə M.H.Təh-
masibin təsnifatına uyğun gəlir (153). Onları da «Molla 
evdə», «Molla və dövlət adamları», «Molla dostları 
arasında», «Molla və qazılar», «Molla və din xadimləri», 
«Molla elm və  mədəniyyət aləmində», «Molla əllaməlik 
edir», «Molla məsləhət verir», «Molla məsciddə», «Molla 
bazarda», «Molla və qonşuları» və s. bölməklə  də 
qruplaşdırmaq olar. 
İraq-türkman folklorunda da Molla Nəsrəddin inadkar 
eşşəyinin üstündə oturab sakit-sakit yol gedən, hər şeyə göz 
qoyan, ağıl süzgəcindən keçirən, doğru nəticəyə  gələn, 
bədbinlikdan uzaq olan bir müdrikdir. O, həmişə xalqın 
içində olur. Hamı onun xatirini istəyir, bazarlarda, çayçı 
dükanlarında, məclislərdə onun ətrafında fırlanır, Molladan 
müdrik bir kəlam eşitmək təmənnasında olurlar. Molla da 
yaxşı bilir ki, onun sözünün qiyməti də, mənası da 
insanların içində olmasındadır. Odur ki, bəzən çağırıl-
madığı  məclisə  də  qəsdən gedir, məclis sahiblərinə  dərs 
verir: «Sizin qanacağınız çatmayıb, məni çağırmayıbsınız. 
Kərkük folklorunun janrları                                        259 
Mənim qanacağıma nə gəlib ki, sizi saymayım» - deyir. 
Molla Nəsrəddin lətifələri məzəli, duzlu, ibrətamiz, 
yığcam, tez mənimsənilən, ürəyəyatan olduğundan geniş 
yayılmış, Xalqın məişətinə daxil olmuşdur. Bu baxımdan 
onlar folklorun bayatı, mahnı, atalar sözü, tapmaca 
janrlarından heç də geri qalmır. Hətta bir çox lətifələrdən 
çıxan nəticələr xalq arasında zərb-məsəl, atalar sözü kimi 
işlənir. Deməli, atalar sözü və zərb-məsəllərin inkişafında 
və yayilmasında lətifə janrının rolu az deyildir. 
Eldən-elə, dildən-dilə  gəzən, işləndikcə  yığcamlaşan, 
büllurlaşan lətifələrdə Molla Nəsrəddinin bir çox kəlamları 
aforizmə çevrilmişlər.  İndi  İraq-türkman folklorunda bir 
çox atalar sözü və  zərb-məsəllər bu müdrikin adı ilə 
bağlıdır. Məsələn: Paranı verən düdüyü çalar; Eybsiz gözəl 
olmaz; Bahara bir söz deyən yox; Qürbət belimi qırdı; 
Məsələ haçalandı; Yorğan getdi, iş bitdi; Kişinin sözü bir 
olar; Eşələmə, qoxusu çıxar; Bu pişikdirsə, bəs  ət hanı? 
Əlmin xəmiri ilə kişi işinə qarışma və s. belələrindəndir. 
Lətifələrdə çox vaxt fikir tək bircə cümlə ilə ifadə 
olunur.  Əslində  lətifə elə bu müdrik ifadəyə görə yadda 
qalır, çünki lətifənin canını elə bu ifadə təşkil edir. 
Mövzu və ideya cəhətdən zəngin və  rəngarəng olan 
lətifələrdə Xalqın həyat tərzi, dünyagörüşü, ailə, əxlaq və 
s. haqqında fikirləri qabarıq  şəkildə özünü göstərir. 
Lətifələrin ifşa və  tənqid hədəfı haqsızlıq,  ədalətsizlik, 
istismar, zülm, ətalət,  əsarət, zorakılıq, rüşvətxorluq
yaltaqlıq, ikiüzlülük, xəstəlik, hiyləgərlik, tamahkarlıq, 
qəddarlıq, paxıllıq, firıldaqçılıq,  şöhrətpərəstlik, hərislik, 
acgözlük, cahillik, avamlıq, axmaqlıq, tənbəllik, qorxaqlıq, 
boşboğazlıq, nadanlıq, itaətkarlıq, yalançılıq, 
mənsəbpərəstlik, tüfeylilik, lovğalıq və s. kimi mənfı 
əxlaqi keyfıyyətlərdir. 
Folklorşünas T.Fərzəliyev lətifələri mövzu və ideya 
cəhətdən üç yerə bölmüşdür. Birinci, mütləqiyyət üsul-
idarəsinin və hakim sinif nümayəndələrinin əxlaq və mə- 


260                                                                         III fəsil 
nəviyyatını tənqid və ifşa edən lətifələr; ikinci, mövhumat 
- xürafat əleyhinə olan lətifələr; üçüncü, ictimai həyatda 
baş verən nöqsanların tənqidi və yaxud ailə-məişət, tərbiyə 
və s. məsələlərə toxunan lətifələr (220, 52). 
Bu bölgünü heç bir qeyd-şərtsiz İraq-türkman lətifələ-
rinə  də aid etmək olar. Kərkük dolaylarında da Molla 
Nəsrəddin lətifələri gündəlik həyatla sıx  əlaqədə olur və 
hər bir münasibətdə onlardan istifadə etmək yerinə düşür. 
«Öz özlüyündə çox canlı, narın və çox nagəhani nəticələr 
ilə bitən  şeylər olmasındadır ki, bunları  eşidənlər 
gülməkdən «çatlayacaq» dərəcəyə gələ bilirlər» (114, 143). 
Adətən çox ibrətamiz olan lətifələr arasında elə bir 
lətifə tapmaq olmaz ki, orada müəyyən əxlaqi, əqli, ictimai 
fikir verilməmiş olsun. Molla Nəsrəddin bəzən zahirdə 
çətin nəzərə çarpan mənəvi nöqsanları  məharətlə üzə 
çıxarır. 
Mütləqiyyət üsul-idarəsinin və hakim sinif nüma-
yəndələrinin  əxlaq və  mənəviyyatını  tənqid və ifşa edən 
lətifələrdən danışarkən ilk olaraq göz önünə Teymurlənglə 
bağlı olan «Nöyzənbillah», «Millətin ricası», «Mollanın 
mükafatı», «Allahın işi nədi» və s. gəlir. 
Bu lətifələrdə xalq kütlələrininn hüquq və  mənliyini 
tapdalayan, xalqı daim itaətdə durmağa, boyun əyməyə 
məcbur edən, onu təhqir etməkdən çəkinməyən, həddini 
aşan  şöhrətpərəst,  ədalətsiz, zalım hökmdarlar tənqid 
atəşinə tutulur. 
Lətifələrdə tez-tez rast gəldiyimiz obrazlardan biri də 
qazıdır.  İraq-türkman lətifələrində qazılar nadan, 
rüşvətxor, yalan danışan, tərəfkeş, dostbaz, ədalətsiz və 
haqsız işlər görən surət kimi səciyyələnir. Məsələn: 
«Məsələ haçalandı», «Eşşəyin qazı oldu», «Mollanın 
sınağı», «Get haqqımı al», «Könlümü incəldib də üzmə-
yin» və s. 
Təkcə «Məsələ haçalandı» lətifəsində qazının 
ədalətsiz, haqsız, yalan danışan, tərəfkeş, nadan olduğu 
aydın 
Kərkük folklorunun janrları                                       261 
görünür. Molla qazı olarkən bir nəfər içəri girərək davasını 
anlatmağa başlamış. 
- Qazı  əfəndi, bir əlac qıl.  İnək, hər halda sizin 
olacaq, inəyimizin qarnını buynuzlayaraq öldürınüşdür. 
Buna cəza lazım gəlirmi? 
-
 
Nə  cəza? Heyvana qarşı qan davası açacaq deyilik 
ki? 
-
 
Qazı  əfəndi, yanlış anlatdım. Bizim inək sizinkini 
öldürmüşdür. 
-
 
Necə? Qazının inəyini sizin inək nə cürətlə öldürə 
bilər? 
Molla katibinə: - Məsələ haçalandı.  О  rəfdəki qara 
qapaqlı kitabı ver, bir baxım, nə cəza verməliyik». 
Azərbaycan folklorunda olduğu kimi, İraq-türkman 
folklorunda da Molla Nəsrəddin rəhmdil, sadəlövh, ağıllı, 
bilikli, tədbirli, gözüaçıqdır. Kasıb və yoxsulların havadan 
olan bu müdrik yeri gələndə nöqsan, yalan, qorxaqlıq və 
nadanlıqlarına görə onları cəzalarıdırmaqdan da çəkinmir. 
Bunu «Millətin ricası», «Allahı başımıza çıxarıbları», 
«Azacıq aşağıya gəliz», «На zamana qədər sizə yol göstə-
rim» və s. lətifələrdə tam çılpaqlığı ilə görmək оlur. Məsə-
lən, «Millətin ricası» lətifəsindən aydın olur ki, Tey-
murləngin bir fili varmış. Qapalı yerdə saxlanmayan bu fil 
bir bəla olub, keçibmiş xalqın boynuna. Tükanları dağıdır, 
zəmiləri xarabazara çevirirdi. Uşaq-böyük qaba-ğına kim 
çıxsa ayaqlayardı. Teymurləngə  şikayət edən olsa, boy-
nunu vurdurardı. Camaat qorxudan bir yana çıxa bilmirdi. 
Bir gün çayxanada yenə də fildən danışırdılar. Belə qərara 
gəldilər ki, elliklə Teymurləngin yanına şikayətə getsinlər. 
Deyirlər ki, hamı getsə, heç nə etməz, hamının boytnunu 
vurdursa, rəiyyəti kim olar. Xahiş etdilər ki, Molla bir 
ağsaqqal kimi qabağa düşüb onlarla getsin. Molla düşür 
qabağa. Yolda bir-bir, iki-bir hamı aradan çıxır. Saraya 
çatanda Molla görür ki, tək qalıb. Çox acığı tutur. Lakin 
geri dönə bilmir. Teymurləng onu görmüşdü. Tey- 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə