Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

270                                                                     III fəsil 
«Bahara bir söz deyən yox» adlı  lətifədə isə  ədalət, 
insaf, vicdan ön plana çəkilir, yaxşını pisdən ayırmaq 
ideyası irəli sürülür. 
Bir gün Mollanın dostlarından biri: 
-  İnsanları anlamıram. Soyuq olunca qışdan, isti 
olunca yaydan şikayət edirlər. 
Molla: 
- Qardaşım, amma bahara bir söz deyən yox. 
«Səsi yarın çıxacaq» adlı  lətifədə isə görülən bəd 
əməllərin üstünün açılacağına, pis əməllərlə  məşğul 
olanların  əvvəl-axır xar olacaqlarına işarə edilir. Lakin 
xalq müdriki Molla Nəsrəddin bunu özünəməxsus, 
təkrarolunmaz bir tərzdə göstərir: 
Bir gecə Molla oğlu ilə evinə gedərkən oğruların bir 
mağazanın qıfilını xırxıladıqlarını görürlər. 
Oğlu: 
-
 
Baba, bunlar nə yapırlar? 
Molla: 
-
 
Rübab çalıllar. 
Oğlu: 
-
 
Heç səsi çıxmayır - deyincə Molla: 
-
 
Oğlum, onun səsi yarın çıxacaq, - deyir. Göründüyü 
kimi, bu lətifələrin hər birirində mənalı gülüş vardır. 
Gülüş isə nikbinlik, mənəvi sağlamlıq deməkdir. 
Məhz buna görə  də  şifahi xalq ədəbiyyatında tam bir 
fikri və ya əhvalatı çox təbii və  mənalı gülüş üsulu ilə 
ifadə edən, yığcam süjet xətti olan əsərlər lətifə adlanır 
(232, 197). Lətifələrdə «xalq bədii istedadı, iti ağlı, 
döyüşkən ruhu, mənfiliklərə qarşı barışmaz münasibəti, 
sadə, canlı bir ifadə üsulu ilə öz əksini tapmışdır» (98, 36). 
Lətifə janrının meyarı təzaddır. Təzadsız lətifə tapmaq 
çətindir. Lətifədə  əvvəlcə bir şey, hadisə haqqında qısa 
məlumat verilir, ikinci hissədə qarşılaşdırma, müqayisə 
yolu ilə yaranan ziddiyyət və ya münaqişə barədə anti- 
Kərkük folklorunun janrları                                       271 
tezis irəli sürülür, nəhayət, üçüncü bissədə  nəticə  əldə 
edilir(220, 102). 
Belə bir quruluş prinsipinə, demək olar ki, əksər 
Kərkük lətifələrində də təsadüf edilir. 
İraq-türkman lətifələrinə xas olan xüsusiyyətlərdən 
biri də, nağılların başlanğıcında olduğu kimi, icra edilən 
hal və  hərəkətin qabarıq  şəkildə özünü göstərməsidir. Bu 
özünü əsasən zaman, məkan kateqoriyalarında və eləcə də 
subyekt məchulluğunda göstərir. Məsələn: «Bir gün Molla 
arxadaşları ilə hamama gedirdi», «Son vaxtlar arvadı 
Mollaya heç baxmırdı», «Günlərin birində Mollanın arvadı 
oğlu üçün varlı ailədən bir qız tapır», «Bir axşam Molla 
əllərini qaldırıb ucadan deyir», «Biri qaça-qaça gəlib», 
«Bir gün bir adam Mollanın qapısını döyür», «Bir nəfər 
eşşəyə minib gedirdi», «Gəvəzənin biri Mollaya sataşmaq 
üçün deyər», «Bir gecə Mollanın yuxusu qaçmışdı», «Aylı 
bir axşam su çəkmək üçün Molla quyuya gedər», 
«Günlərin birində Molla qərib bir köyə gedirdi», «Bir gün 
Mollagilin məhəlləsində toydu», «Bir gün Molla 
oturmuşdu çayxanada», «Molla gəncliyində bir şəhərə 
getmişdi», «Səyahət vaxtı bir köyün imamına müsafır olan 
Mollaya ev sahibi», «Bir gün Molla qəssabdan cigər alır», 
«Bir qonşusu qaça-qaça Mollanın yanına gəlmiş» və s. 
Mayasını  həyat təcrübəsi, real həyat hadisələri, onun 
qanunauyğunluqları, ziddiyyətləri, insan xarakterləri, 
təzadlar təşkil edən lətifələr elə  yığcam, elə lakonik olur 
ki,T.Fərzəliyevin qeyd etdiyi kimi, bu xüsusiyyət lətifədən 
nəinki bir cümlə, hətta bir kəlmə belə götürülməsinə imkan 
vermir. Onlardan bir detal, bir söz, bir məqam belə 
götürüldükdə onun əsas qayəsi pozulur. Əgər lətifədə bir 
əşyanın keyfiyyəti, məsələn: onun həcmi, rəngi, miqdarı, 
çəkisi, iyi, yaxud da subyektin - obrazın boyu, sir-sifəti, 
xasiyyəti, hərəkəti, davranışı, geyimi və s. göstərilirsə, bu 
о deməkdir ki, həmin əşya və ya detal sonluqda yumor, 


272                                                                               II fəsil 
hikmətli kəlam və ya istehza, kinayə üçün zəruridir (220, 
107, 108). 
«Bə  ət hanı», «Eşələmə, qoxusu çıxar» və s. İətifələr 
yuxarıda deyilənlərə  əyani misal ola bilər. Məsələtn, «Bə 
ət hanı» lətifəsində deyilir: 
Molla işə getməzdən  əvvəl üç hoqqa ət alıb axşama 
yemək bişirmək üçün arvadına verir. Qonşular Molla 
gəlincə  əti bişirib yeyirlər. Axşam üstü arvadı Mollanın 
qabağına bişmiş lobya qoyur. 
-
 
Əti bişirməyə vaxt olmadı? 
-
 
Molla, əti pişik yedi. 
Mollanın qafası qızır: Kirli-pasaxlı, pis-pinti arvad, üç 
hoqqa  əti pişik necə yedi? - deyib Molla pişiyi tutur və 
tərəzidə çəkir. Pişik üç hoqqa gəlir. 
Molla: 
- İnsafsız qadın. Əgər bu ətdirsə bə pişik hanı? Yox, 
əgər pişikdirsə, bə ət hanı? - deyir. 
Demək lazımdır ki, rişxənd, istehza, kinayə, duzlu, 
məzəli, incə xalq yumora Molla Nəsrəddin lətifələrinin 
ətini-qanını  təşkil edir. Sanki lətifələr bu bədii təsvir 
vasitələri ilə qoşa yaranmışlar. Elə bir lətifə tapmaq 
çətindir ki, orada bu və ya digər bədii təsvir vasitəsinə 
təsadüf edilməsin.  İstehza, kinayə, rişxənd, incə yumor 
lətifələrdə qura-qura tərifləmə, lağa qoyma, ələ salma, 
rüsvay etmə, yaxşıya pis, pisə yaxşı demə, özünü 
qanmazlığa, görməzliyə, eşitməzliyə, saymazlığa, 
bilməzliyə vurma və s. yolu ilə düzəlir. 
Dinlədikcə adamı mat qoyan, valeh edən bu məzəli, 
dadlı-duzlu lətifələrin predmeti insandır. Ümumiyyətlə, hər 
bir lətifədə ən azı, iki, üç insan obrazına rast gəlinir. Xalq 
tərəfindən ümumiləşdirilən bu obrazlar cəmiyyətin 
müxtəlif təbəqələrini təmsil edir. Lətifələrdə surətlərin dili 
onların dünyagörüşlərinə,  şüurlarına, ağıl və  dərrakəsinə 
uyğun gəlməklə  bərabər, onların hansı silkə, hansı 
təbəqəyə aid olduqlarını, sənətlərini, daxili aləmlərini, 
psixologiyalarını da parlaq şəkildə göstərir. 
Kərkük folklorunun janrları                                          273 
Canlı xalq dilinin bütün incəliklərini  əhatə edən 
lətifələrə sözçülük, uzunçuluq yaddır. Təbiilik, yığcamlıq, 
oynaqlıq,  şirinlik və s. lətifə janrının dilinin səciyyəvi 
xüsusiyyətidir.  Şübhə yoxdur ki, lətifələrin belə geniş 
yayılmasında və sevilməsində bu cəhət az rol 
oynamamışdır. 
İraq-türkman folklorunda lətifələrdə  təsadüf edilən 
surətlərin hər birinin özünəməxsus danışıq tərzi və eləcə 
də  fərdi xüsusiyyətləri vardır. Lakin onların içində Molla 
Nəsrəddin tamamilə  fərqlənir. Xalq həyat təcrübəsini, 
müdrikliyini bu surətdə  təcəssüm etdirmişdir. Öz 
müdrikliyi ilə  əzəmətli olan, xalqın sevimlisinə çevrilən 
Molla Nəsrəddin insana xas ən gözəl xüsusiyyətləri 
özündə toplayan ağıllı, dərrakəli, həyatın keşməkeşlərini, 
istisini-soyuğunu görmüş, bərkdən-boşdan çıxmış, 
təmkinli, uzaq-görən, yaxşını pisdən, xeyiri şərdən 
ayırmağı bacaran, dünyanı düzgün dərk edən bir xalq 
müdrikidir, 
Vicdanı  təmiz olan bu müdrik üçün həyatda 
xeyirxahlıqdan ümdə heç nə yoxdur. Odur ki, qəddar, 
insafsiz, vicdansız,  ədalətsiz, rüşvətxor, ikiüzlü, yaltaq, 
nadan, cahil və  s.  adamlara  qarşı mübarizə aparmaqdan 
çəkinmir. «Molla, dünyada ən axmaq kimdir?» soran 
birisinə «Sözün doğrusunu Xalqın gözünə deyən» (152, 2) 
cavabını verməklə Molla atdığı addımın məsuliyyətini 
dərkn etdiyini, bu yolda 
onu nələr gözlədiyini xüsusi qeyd etsə də, tutduğu yoldan 
dönmür. Köhnə dünya, onun törətdiyi  ətalət, səfalət, 
cəhalət, istibdad, mövhumat, xürafat və s. onun əsas 
tənqid hədəfinə çevrilir. 
Doğrudur, Molla avam və sadəlövh adamlara acıyır, 
onların gözünü açmağa çalışır. Xalqı elm, bilik, savad və 
tərəqqiyə, maarif və  mədəniyyətə  səsləyir.  İnsanları 
ədalətli olmağa, bəd  əməllərdən çəkinməyə çağırır. 
Gənclərin tərbiyəsinə xüsusi fıkir verir. Onların  əxlaqlı, 
əmək-sevər, namuslu, qeyrətli olmalarına diqqət yetirir. 
I


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə