Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

 
282                                                                     __  III fəsil 
«Arzu-Qəmbər» xalq nağılları ilə bağlı olan 
dastanlardandır. Bu məsələ ilə əlaqədar V.Belinskinin fikri 
maraq doğurur. O, qeyd edir ki, Kiril Danilovun kitabında 
yer alan bütün dastanların nağıl variantı da olmuşdur 
(276,46). 
«Arzu-Qəmbər»i səciyyələndirən cəhətlərdən biri də 
odur ki, bu əsər nağılla dastan arasında keçid təşkil edir, 
daha doğrusu nağıl-dastandır. 
«Arzu-Qəmbər»in nağılla dastan arasında keçid təşkil 
etdiyini onun müqəddiməsindən də gömnək olur. Dastanın 
müqəddiməsi nağıl pişrovu ilə başlayır: 
Hartdan-hurtdan, sıxması qarpız qabığı, dügməsi 
turpdan. Aman-zaman içində, qərbil saman içində, dəvə 
bərbərlik edir, əski hamam içində. 
Var idi, yox idi, iki qardaş var idi və s. О da maraqlıdır ki, 
Kərkük folklorunda eiə nağıl da, dastan da, «matal» sözü ilə 
ifadə olunur. 
«Arzu-Qəmbər»in nağılla dastan arasında keçid təşkil 
etdiyini, nağıldan yarandığını göstərən cəhətlərdən biri də 
odur ki, bu dastan bəzi nağıllar kimi (262, 360), yalnız 
qadınlar tərəfindən və həm də qadın məclislərində danışılır. 
Dastanın Azərbaycan variantları və eləcə də «Yaxşı və Aşıq» 
dastanında olduğu kimi, Kərkük variantı da bayatılar 
üzərində qurulmuşdur. Professor M.H.Təhmasibin təbirincə 
desək, Azərbaycan folklora bu janrda, bu formada da İraq-
türkman folkloru ilə şərikdir. 
Bununla belə, qeyd etmək lazımdır ki, «Arzu-
Qəmbər»in Kərkük variantı dastanın Azərbaycan 
variantlarından və eləcə  də «Yaxşı  və  Aşıq» dastanından 
fərqli olaraq aşağıdakı nağıl pişrovu ilə başlayır: «Hartdan-
hurtdan. sıxması qarpız qabığı, dügməsi turpdan. Aman-
zaman içində, qərbil saman içində, dəvə bərbərlik edir əski 
hamam içmdə. Var idi, yox idi, iki qardaş var idi». 
«Arzu-Qəmbər» dastanının Azərbaycan və eləcə  də 
Kərkük variantında aşiq-məşuqun hiss və  həyəcanının 
poetik  ifadəsini   bayatı   şəklində  tapması   folklorşünas 
Kərkük folklorunun janrları                                           283 
A.Nəbiyevin haqlı olaraq göstərdiyi kimi, belə bir ehtimal 
doğurur ki, dastan yaradıcılığında qoşma və  gəraylı 
şəkillərindən hələ çox-çox əvvəl bayatıdan istifadə yolu ilə 
dastanlar yaranmışdır (30, 94). 
«Arzu-Qəmbər» dastanına, onun qəhrəmanlarına həm 
İraq-türkman, həm də Azərbaycan bayatılarında təsadüf 
etməyimiz isə onun xalq arasında sevildiyinə dəlalət edir: 
Arzular gedər; 
Qəmbər-Arzular gedər.   
Bəsləmə yad ördəgin, 
Vətən arzular gedər. 
(Kərkük bayatısı) 
Bu gələn Qəmbər ola, 
Müşk ilə əmbər ola. 
Səni mənə yetirən 
Bəlkə Peyğəmbər ola. 
(Azərbaycan bayatısı) 
Demək lazımdır ki, dastanın Kərkük variantında 
hadisələrin gedişi həyatiliyi ilə seçilir. Çox təbii və sadə 
dildə iki gəncin nakam məhəbbətindən danışılır. Dastanda 
yer alan 29 bayatının hamısı yerli-yerində  işlənməklə, 
onun məzmununu dərinləşdirir və təsir gücünü daha da ar-
tırır. Doğrudur, dastan «Şəhri və Mehri», «Əzətinli  Əm-
ralı» və. s. Azərbaycan dastanlarında olduğu kimi, övlad-
sızlıq barədəki ənənəvi süjetlə, doğma qardaşların uşaqları 
olacaq təqdirdə, oğlan və  qız olsalar, onları bir-birilə ev-
ləndirəcəkləri barədə  əhd-peymanla başlayır. Lakin bəzi 
dastanlarımızdan fərqli olaraq dastanın Kərkük variantında 
«qondarma» hadisələrə, deyək ki, «Şəhri və Mehri»nin va-
lideynlərinin dördünün də bircə balıq tərəfindən bircə də-
fəyə udulması və 15-16 yaşlı gənclərin «yetim» qalmaları 
və s. rast gəlinmir.  Əksinə, «Arzu-Qəmbər»in Kərkük 
variantında böyük həyat həqiqəti vardır. Belə ki, Qəmbərin 
ata-anası  vəfat edəndən sonra əmisi onu öz evinə  gətirir, 
Arzu ilə birgə onu mədrəsəyə qoyur. Qardaşı ilə kəs- 


284                                                                            III fəsil 
diyi  şərti,  əhdi-реуmanı unutmur. Lakin Qəmbərin  əmisi 
arvadı gözünün ağı-qarası olan yeganə  qızını kimsəsiz, 
yetim bir oğlana vermək istəmir. Qızını varlı-hallı, arxalı 
bir gəncə vermək arzusu ilə yaşayır. Hər  şey də buradan 
başlayır. Arzu ilə  Qəmbəri məktəbdən çıxarırlar.  Əmi 
arvadı bir-birini dərin məhəbbətlə sevən gənclərin görüş-
məsinə  hər vasitə ilə mane olur. Gündüzlər Qəmbəri 
qoyun-quzunu otarmaq üçün örüşə göndərir, axşamlar isə 
qızına göz qoyur ki, Qəmbərlə görüşməsinlər. Ümu-
miyyətlə, Arzunun Qəmbərlə görüşməsini qəti qadağan 
edir. Bunu «bilərzik» əhvalatından aydın görmək olur. 
Arzunu bulağa suya göndərən ana dönə-dönə tapşırır 
ki, Qəmbərlə görüşməsin. Bulaqdan su götürüb tez evə 
gəlsin. Arzu bulaq üstündə bilərziyini çıxarıb  əl-üzünü 
yuyanda Qəmbərin ona tərəf gəldiyini görür. Anasının 
qorxusundan tələsik su qabını götürüb evə qaçır. Anası 
təkidlə  Qəmbərlə görüşüb-görüşmədiyini soruşur. Arzu 
and içir, aman edir ki, Qəmbərlə görüşməyib. Hətta tələs-
diyindən bilərziyi unudub bulaq başında qoyduğunu deyir. 
Anaya belə  gəlir ki, Arzu bilərzigini bulaq başında 
bilərəkdən qoyub ki, Qəmbərlə görüşməyə bəhanəsi olsun. 
Odur ki, Arzunu əldən düşənə  qədər döyür. Biri-birinin 
dərdindən dəli-divanə olan Arzu ilə  Qəmbəri bu yoldan 
döndərmək üçün bütün vasitələrə əl atır, hər şeydən əvvəl, 
məsələni sülh yolu ilə həll etmək üçün öz südünü dələməyə 
qatır ki, Qəmbər yesin, Arzu ilə bacı-qardaş olsunlar. 
Arzu bayatı ilə  məsələnin nə yerdə olduğunu ona 
anladır: 
Hey hatıbdı, hatıbdı, 
Qoyun-quzu yatıbdı. 
Qəmbər, dələmə yemə 
Nənəm südün qatıbdı. 
Burada xalq arasında dərin kök salan, yaşayan, hamı 
tərəfindən riayət olunan həyat həqiqətindən söhbət gedir. 
Kərkük folklorunun janrları                                          285 
Bu baxımdan folklorşünas S.Paşayevin fikri maraq 
doğurur: «İndinin özündə belə iki bacıdan ya biri öldükdə, 
yaxud döşündə süd olmadıqda başqa uşaq onun uşağını 
əmizdirərsə, uşaqlar böyüdükdə onların evlənməsinə razı 
olmurlar. Çünki о  uşaqlar artıq xala oğlu, xala qızı yox, 
bacı-qardaş sayılır. Hətta yad bir ana da, hər hansı bir 
uşağı  əmizdirdikdə, döş verdikdə  həmin uşaq onun 
övladları ilə  о gündən bacı-qardaş olur. Bir sözlə, süd bu 
işdə həlledici rol oynayır» (181, 16). 
Görünür, keçmişdə  də çox yaxın qohumların 
evlənməsi ciddi naralıatlıqlara, məsələn, uşaqların qeyri-
normal olmasına və s. gətirib çıxarırmış ki, hər vasitə ilə 
bunun qarşısını almağa çalışırlarmış. 
Təsadüfi deyildir ki, professor Musa Adilov 
yazmışdır: «Ərəb əhatəsində yaşayan azərbaycanlılar (İraq 
türkmanları) heç cür öz ənənəvi adətlərindən  əl çəkə 
bilmirlər. Dastanda əmiqızi ilə əmioğlunun evlənməsi baş 
tutmur ki, bu məsələnin tarixi-etnoqrafik baxımdan 
prinsipial 
əhəmiyyəti vardır. 
Əmiqızı-əmioğlunun 
evlənməsi  əslində  ərəb xalqı üçün səciyyəvidir. Bizim 
folklorumuz üçün, mən deyərdim səciyyəvi cəhət 
qəhrəmanın yad qızı (oğlu) ilə evlənməsidir. Qəhrəmanlara 
yuxuda «buta» verilməsi deyilənləri təsdiqləyən faktlardan 
ola bilər» (8). 
Bu motivin «Arzu-Qəmbər» dastanında yer alması 
təbiidir. Çünki hər bir dastan öz dinləyicisinə müəyyən 
əxlaqi keyfiyyətlər aşılamağa, onu nədənsə  çəkindirməyə 
çalışır. 
Maraqlı  cəhət odur ki, «Arzu-Qəmbər» dastanının 
Azərbaycan variantlarında rast gəlinən bu və ya başqa 
süjetlərə, motivlərə bütövlükdə dastanın Kərkük 
variantında təsadüf edilmir. Bununla belə, S.Paşayevin 
dastanın Bakı variantnın Kərkük variantına daha yaxın və 
kamil olduğunu qeyd etməsi inandrıcıdır (181, 15). Əgər 
Bakı variantı kamil olmasa idi, əsrin  əvvəlində Bakıda 
boya-başa çatmış yazıçı Seyid Hüseyn «Arzu-Qəmbər»i 
məşhur 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə