Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə65/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

274                                                                         III fəsil                                                                                                                                             
İraq-türkman lətifələrində dünyanın  əşrəfı haesab edi-
lən insana xas olan bir çox xüsusiyyətlər öz əksini tap-
mışdır. Məlumdur ki, insanda hər  şeyi duymaq, anlamaq, 
bilmək, sərbəst olmaq arzusu güclü olur. Dünyanı düzgün 
dərk etmək, həyata realist münasibət bəsləmək insan tə-
biətinin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan, Molla 
Nəsrəddin lətifələri hər an onun köməyinə çatır, havadarı 
olur. Öz mayasını xalqdan alan bu yaradıcılıq aləmi hamı-
nın malı olduğundan, əsrdən-əsrə, nəsildən-nəslə, eldən-elə 
keçərək könüllərdə  məskən salmış, ölməz  ədəbi irsə 
çevrilmişdir. Bizcə, lətifələri xalqın iti ağlı, görən gözü
vuran nəbzi hesab etmək ədalətdən kənar olmazdı. 
DASTANLAR 
Azərbaycan folklor xəzinəsində aşıq yaradıcılığı, eləcə 
də dastanlar mühüm yer tutduğu halda, İraq-türkman 
folklorunda  о  qədər də geniş yayılmamışdır. Bu da 
səbəbsiz deyildir. Bizcə, bunun birinci səbəbini Səfəvilər 
hakimiyyətindən sonra Bağdadın və azərbaycanlılar 
yaşayan Kərkük dolaylarının Osmanlıların təsiri altına 
düşməsində axtarmaq lazımdır (348, 590). Bu, Azər-
baycanda aşıq sənətinin,  о cümlədən də dastan yaradıcı-
lığunın inkişaf etdiyi dövrə düşür. Dastan janrı isə  hələ  о 
vaxt Osmanlılar arasında yox dərəcəsində idi. Türkiyəli 
tədqiqatçı prof. P.N.Boratavın göstərdiyinə görə, dastanları 
Türkiyəyə  Cənubi və  Şimali Azərbaycandan azər-
baycanlılar gətirərək XIX əsrin ortalarından 1928-ci ilə 
qədər İstanbulda 15-dən artıq dastanın çapına nail olmuşlar 
(339, 211; 340, 66). 
Təsadüfi deyildir ki, Azərbaycanda güclü olan aşıq 
yaradıcılığının türk musiqi folkloruna dərin təsiri olmuş 
(347, 129; 236, 126), bunu xalq musiqisini yaxşı bilən 
türkiyəli Firad Qızıltuğ da etiraf etmişdir: «Azərbaycan 
xalq havaları türk musiqisinin əsasını  təşkil edir. Sadəcə, 
biz bu çılpaq həqiqətin fərqinə varmamışıq» (144). 
Kərkük folklorunun janrları                                        275 
О da maraqlıdır ki, P.Boratav və Azərbaycan alimi 
İ.Abbasov görkəmli  şərqşünas  İ.Kunoşun fikrinə  tərəfdar 
çıxaraq göstərirlər ki, ümumiyyətlə, dastanların vətəni 
Azərbaycandır (339, 3; 259, 4). 
Folklorşünas  Əta Tərzibaşı «Kərkük havaları» 
kitabında yazır: «Aşıqlar əskidən şəhərdən şəhərə gəzərək 
saz çalır, söz və  nəğməsi özünün olan havalar oxuyardı, 
İndi Kərkükdə aşıq yoxdur. Əvvəllər vardı... İndi Kərkükə 
bağlı  bəzi köy və  qəsəbələrdə nadir olaraq təsadüf 
edilməkdədir» (208, 6-7). 
Qəribədir ki, dahi Azərbaycan bəstəkarı 
Ü.Hacıbəyovun XX əsrin  əvvəlində Azərbaycan aşıq 
sənəti ilə bağlı dediyi sözlər İraq-türkman folklorunda tam 
əksini tapmışdır; 
«Aşığın ictimai əhəmiyyətini lazımınca 
qiymətləndirmək iqtidarında olmayan köhnə  cəmiyyət 
onun rəqibi sazəndələri müdafiə etmişdir; sazəndələrin 
«fəaliyyət dairəsi» təkcə  şəhərləri deyil, varlı  kəndləri də 
əhatə edərək, getdikcə genişlənmiş, aşıqlar isə ucqar və 
yoxsul kəndlərə  çəkilməli olmuşlar. Nəticədə  aşıq sənəti 
demək olar ki, ölümə məhkum idi» (230, 204-205). 
Bizcə,  İraq-türkman folklorunda aşıq yaradıcılığının 
geniş yayılmamasının ikinci səbəbini bunda axtarmaq 
lazımdır.  Şübhəsiz, buna görədir ki, Kərkük dolaylarında 
qoşma, gəraylı, təcnis kimi aşıq  şer formalarına az rast 
gəlinir. 
Göründüyü kimi, Azərbaycanda aşıq sənəti, aşıq 
havaları çox geniş yayıldığı halda, İraq-türkman 
folklorunda bu janr unudulmaq dərəcəsinə gəlib çıxmışdır. 
Demək lazımdır ki, vaxtilə bu, Azərbaycanda da belə 
olmuşdu. Təsadüfi deyil ki, XX əsrin əvvəlində tədqiqatçı 
Hənəfi Zeynallı ürək ağrısı ilə yazırdı: «Tarix boyu nə 
vaxtdan bizdə aşıqların əfsanələr söylədiyini bundan sonra 
gənclər material toplamaqla və tarixləri araşdırmaqla təyin 
edəcəklər» (114, 125). 


276                                                                         III fəsil 
Sevindirici haldır ki, son illərdə, xüsusən də iraqlı 
tədqiqatçı  Ə.Bəndəroğlunun Azərbaycana səfərlərindən 
sonra Kərkük dolaylarında aşıq yaradıcılığına, onun 
tədqiqinə maraq artmışdır.  İraq türkmanlarının Bağdadda 
öz dillərində çıxan «Yurd» qəzetində tez-tez saz sənətinə
aşıq yaradıcılığına dair yazılar və nümunələr verilir. Tilə-
fərdə saz sənətini öyrənən dərnəyin fəaliyyəti bu baxımdan 
xüsusi əhəmiyyət kəsb edir (128
a
; 128
b
). 
Azərbaycan aşıqlarından Abbas Tufarqanlı, Aşıq 
Ələsgər, Hüseyn Saraclı, Mikayıl Azaflı,  Əkbər Cəfərov, 
Aşıq  Ədalət, «Aşıq Pəri» qadın aşıqlar məclisinin üzvləri 
Nаrınc Xatın, Aşıq Ulduz, Dilarə və Gülarə Azaflı bacıları 
və başqalarının yaradıcılığından verilən nümunələr və sazla 
portretləri,  şairlərimizin qoşmaları iraqlı saz həvəs-
karlarının böyük marağına səbəb olmuşdur (128
a
). Aşıq 
Ədalət və Gülarə Azaflı  İraqa dəvət olunmuşlar.  Şair 
Ə.Bəndəroğlu və  Yılmaz yaradıcılığından nümunələr 
verilən aşıqlarımıza qoşmalar həsr edərək «Yurd» 
qəzetində çap etdirmişlər (128
a
). 
Yuxarıda deyilənlərdən  о  qənaətə  gəlmək olmaz ki, 
ümumiyyətlə, aşıq sənəti Kərkük dolaylarında yox 
dərəcəsindədir.  Əta Tərzibaşı  aşıq yaradıcılığının 
inkişafında xüsusi xidmətləri olan kərküklü qocaman Aşıq 
Abbasdan,  Ərbilli Aşıq Məhəmməddən söz açır, Kərkük 
dolaylarında «Kərəm havası», «Divan-Urfa» kimi aşıq 
havalarınra məşhur olduğunu qeyd edir (208, 36; 212, 
261). 
İraq-türkman folkloranu təmsil edən aşıq və 
dastanlardan bəhs edən  İbrahim Daquqi isə yazır: 
«Kərkükdə Kor Abış (1911-ci ildə ölüb), Bəşirdə  Xəlil 
Əhməd (1917-ci ildə ölüb). Daquqa bağlı  İmam 
Zeynalabdin köyündə Qəmbər Əli (1906-cı ildə ölüb) kimi 
başqalarına aid dastanı, şerləri nağıl və rəvayət edən, bəzi 
ravilər bulunmuşdur. Hətta Qəmbər Əli bu şerləri oxurkən 
səsinin gözəlliyi və  ədası  səbəbilə sazına bülbüllər 
qonarmış» (117, 158, 171). 
Kərkük folklorunun janrları                                       277 
Bu yaxınlarda  əbədiyyətə qovuşan Tiləfərli Aşıq Rza 
Əbu da çox məşhur olub. Toylar onsuz keçməzmiş.  İndi 
onun  şəyirdləri arasında Aşıq Sadiq Sazıgözəl böyük 
hörmətə malikdir. Onun çalıb-oxuduğu havaları tez-tez 
radio ilə  səsləndirirlər. Aşıq Sadiq gözəl çaldığına və 
sazının çox bahalı  şirmayı ilə tamam bəzədildiyinə görə 
«Sazıgözəl» ləqəbini qazanıb. Həmin sazı o, 1976-cı ildə 
1500 dinara - «vəlqa» kimi bir minik maşınının qiymətinə 
almışdı (128
b
). 
Təbii ki, belə aşıqları yetişdirən mühit olmuşdur. İraq-
türkman folklorunda «Leyli və  Məcnun», «Yusif və 
Züleyxa», «Fərhad və Şirin». «Arzu-Qəmbər» kimi nağıl-
dastanlar, «Koroğlu» və  «Əsli və  Kərəm» kimi dastanlar 
vardır. Hazırda «Əsli və Kərəm» İraq türkmanlarında sazla 
çalınıb-oxunan yeganə dastandır. Radio ilə  dəfələrlə 
səsləndirilən bu dastanı yalnız Tiləfər bölgəsində çalıb-
oxuyurlar. Dastan çox məşhur olduğundan uşaqlara 
dastanın qəhrəmanlarının adını qoyurlar. Başqa dastanları 
isə  əzbərdən bilən adamlar nəql edirlər. Nağıl-dastanlar 
Azərbaycan variantından о qədər də fərqlənmir. О ki qaldı 
«Koroğlu»ya, dastan İraq-türkman folklorunda belə 
başlayır: 
Mən bir kor oğluyam dağlar gəzərəm,  
Dağ sultanı yeldən qüvvət sezərəm.  
Zalımların başlarını əzərəт, - 
Əcələ yap, usta, mənim sazımı - 
deyərək intiqam almağa tələsən qəhrəman, tüfəng icad 
edildikdən sonra məyus olur. «Mərdliyin pozulduğunu» 
bildirir: 
        Düşmən gəldi tabır-tabır düzüldü,  
        Allımıza qara yazı yazıldı.  
        Tifək icad oldu, mərdlik pozuldu,  
        Əgri qılınc qında parslanmalıdır — 
deyir və tale ilə barışmalı olur: 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə