Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

278_____________________________________ III fəsil 
Mən zalımlar düşməniyəm, 
Zavallılar aslanıyam.  
Təqdir beləysə razıyam,  
Haqq belə yazmış yazımı - 
deyir(117, 160-162). 
Göründüyü kimi, dastanın sonu da Azərbaycan 
variantindan о qədər fərqlənmir. Burada təəccüblü bir şey 
yoxdur. 
S.Azbelovun haqlı olaraq göstərdiyi kimi, qohum və 
ərazicə yaxın olan başqa-başqa xalqlarda qəhrəmanlıq 
dastanlarının hətta çox yaxın variantlarına belə  təsadüf 
edilir(263,201). 
Kərkük dolaylarında «mərdliyin pozulduğundan» 
şikayətlənən Koroğlu, Azərbaycanda «mərdlik  əldən 
getdi» deyə haray çəkir: 
 
Axır əcəl gəldi yetdi, hay-haray!  
Çəkdiyim qovğalar bitdi, hay-haray!  
Tüfəng çıxdı, mərdlik getdi, hay-haray!  
Mənmi qocalmışam, ya zəmanəmi? – 
 
deyir. 
     Təbii ki, burada elə böyük bir fərqə rast 
gəlmək mümkün də deyildir. Bir çox başqa 
dastanlar kimi, «Koroğlu» da Türkiyəyə 
Azərbaycacdan aparılmış, oradan isə İraq-
türkman folklorana keçmişdir. 
Bunu iraqlı  tədqiqatçılar  Ə.Bəndəroğlu,  İbrahim 
Daquqi və başqaları da təsdiq edirlər. 
Bununla belə,  İraq-türkman folklorunda «Koroğlu» 
dastanı ilə bağlı hələ uşaqlıqdan adı hər azərbaycanlı üçün 
doğma olan Qırat, Dürat, Çənlibel barədə yeni fikir 
söyləməyə imkan vardır. 
Məlumdur ki, atlara bir qayda olaraq müəyyən bir 
nişanına və  rənginə  əsasən ad vermişlər. Bu, bədii 
ədəbiyyatda da öz əksini tapmışdır. Qaşqa, səkil, alapaça, 
boz at adları belələrindəndir. 
Bəs «qır» və «dür» at adlarını hansı nişanına  əsasən 
vermişlər? 
Кərкüк folklorunun janrları                                           279 
Folklorşünaslarımız «Qırat» sözünün real mənasına 
fıkir vermədən, onun yalnız astral-mifik mənasından çıxış 
edərək Qıratın «qor at», «od at», «qara at» olduğu fikrinə 
gəlmişlər. Qırat, Dürat sözlərinın astral-mifik mənasına 
toxunmadan, onların Kərkük dialektində bu gün belə 
işlənən real əsasına arxalanaraq qıratın - zilqara və  ağ 
rəngli at, dörü və ya doru atın - kəhər at, boz at olduğunu 
söyləyə bilərik. Xoşbəxtlikdən həmin sözlərin 
etimologiyasına dair son tədqiqatdan göründüyü kimi, elə 
bu sözlərin astral-mifik mənası (99, 102-103) və 
«Koroğlu» dastanında verilən bir süjet də dediklərimizi 
təsdiqləyir. 
Koroğlu tacir Əhmədi aldatmaq üçün yapıncısını  və 
arxasınca da bir sərnic qatıq atır ki, tacir Əhməd onun 
Qırata - zil qara və ağ rəngli atına minib getdiyini güman 
etsin. Belə də olur. Tacir Əhməd aldanır. 
Qıratın qara və ağ rəngli olmasını Kərkük dolaylarında 
geniş yayılan «Alma alı, min dörü, bəslə  qırı, sat yağızı» 
məsəlinə dair folklorşünas Məhəmməd Xurşidin gəldiyi 
nəticə maraq doğurar: «Bu söz əskilərin atsevərlərin 
ögüdüdür. Al rəngli atı alma, çünki rəğbətsizdir. Dörü ata 
min, çünki təhlükəsizdir. Bəyaz rəngli qır atı bəslə, çünki 
dəgərli və bəgənilən bir atdır (149, 89). 
Dürat məsələsinə  gəldikdə isə deməliyik ki, dür at -
kəhər at, boz at mənasında  əksər türkdilli xalqlarda doru, 
toru at kimi, Azərbaycan dilində  dor  at  kimi  işlənmişdir 
(13, 207). Dür atın Boz at olmasını «Kitabi-Dədə 
Qorqud»dan götürdüyümüz, «Koroğlu» süjeti ilə  səsləşən 
maraqlı fakt da təsdiqləyir: 
«Bayböyrəgin oğlıyçun bir dəniz qulum - boz ayğır 
aldılar» (136» 52). 
Açması gecə-gündüz olan Azərbaycan tapmacasında 
da Qır atla bərabər, elə Boz at işlədildiyinın şahidi oluruq: 
Qır at qovar, Boz at qaçar. 
Boz at qovar, Qır at qaçar (203, 46). 


280                                                                         III fəsil 
Onu da demək lazımdır ki, əksər tədqiqatçılar 
Koroğlunun tarixi şəxsiyyət olduğunu göstərirlər (161, 25-
27; 222, 12-13). Belə olan halda, təbii ki, Qırat və Dürat 
sözlərinin astral-mifik mənasından daha çox, onların real 
əsasına arxalanmaq daha ağlabatan, daha məntiqi olardı. 
Yeri galmişkən onu da qeyd edək ki, Azərbaycan 
dilinin Qazax, Tovuz, Salyan, Cəbrayıl və s. dialekt və 
şivələrində  işlənən «dör-dəm» - at kimi qaçmaq sözünün 
də «dor» sözündən götürüldüyünü söyləmək olar. 
Çənlibel sözünün etimologiyasına gəldikdə isə 
deməliyik ki, folklorşünaslarımız bu sözü «çənlə örtülü 
dağ beli», «danın söküldüyü bel» kimi izah etmişlər. 
Lakin tarixdən məlumdur ki, xalq qəhrəmanları adətən 
zülmkarlara, istisınarçılara, hakimlərə qarşı mübarizə 
aparmaq üçün dəstəsini yığıb, ətrafı meşəli dağlarda məskən 
salmışlar. Koroğlu da belə etmişdir. Bunu XVIII əsrin 
əvvəlində Təbriz və Azərbaycanın başqa yerlərindən top-
lanaraq «Nəğmələr» adı altında verilən folklor 
materiallarından da görürük. «Nəğmələr» kitabında Koroğlu 
barədə maraqlı məlumat vardır: «O, bir çox atlıların başında 
duraraq yollarda ağalıq edərmiş. Bəzən keçən tacirləri soyar
bəzən də onlardan razılıqla pul alarmış... Orada böyük bir 
meşə var, indi Soğanlı adlanır. Orada о bir qala da 
tikdirmişdir ki, Koroğlu qalası adlanır» (111, 30). 
Deyilənlərə  Kərkük dialektində  işlənən «çəm» və 
«çəm ağacı» sözləri də söykək olur. Kərkük dolaylarında 
bu gün belə meşə sözü əvəzinə «çəm» işlənir. Bundan 
başqa, bu dialektdə böyük ağaclara «çəm ağacı» - meşə 
ağacı deyirlər. Beləliklə, Çənlibelin «Çəmlibel» - meşəli 
bel, ətrafi meşəli dağ olduğu fikrini söyləmək olar. 
«Çənlibel»in etimologiyasından söz açarı M.Seyidov 
bu sözün bəzi türk xalqlarında ağacla bağlı yarandığını 
təsdiqləyir(191,270). 
«Koroğlu» dastanından danışarkən H.Zeynallı 
«Çamlıca», «Çamlı dağ» terminlərini işlədir və  şer də 
verir. 
Kərkük folklorunun janrları                                           281 
Aşağıdakı bu bir-iki parça... «Çamlı dağ»ın mühüm 
rolundan bəhs olunduğunu da göstərə biləcəkdir (114, 
233). Tədqiqatçının misal gətirdiyi beş  bəndlik  şerdən 
verdiyimiz nümunədən göründüyü kimi, Çəmlibel deyəndə 
ətrafı meşəli dağ nəzərdə tutulur: 
Meşədən enərkən Çamlı dağından; 
Çəkinməyin həramıdan yağıdan.  
Səflər pozan, düşmənləri dağıdan  
Öndəki. düşməndən xəbardar olsun. 
Onu da deyək ki, Türkiyədə də çap olunan «Koroğlu» 
dastanlarında «Çənlibel»  əvəzinə «Çamlıbel» gedir 
(170,35). 
Professor D.Əliyevanın üzə  çıxardığı  və dastanın 28 
qolunu - boyunu əhatə edən, tədqiqatçılar üçün böyük 
əhəmiyyət kəsb edən qədim  əlyazma nüsxəsində  də 
«Çamlıbel» işlənir (102). 
İraq-türkman folklorunda şöhrət qazanmış 
dastanlardan biri də «Arzu-Qəmbər»dir. 
Bu dastan xalq məişətini, onun inam və etiqadlarını, 
mərasimlərini, adət-ənənələrini parlaq şəkildə  əks 
etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. 
Dastanı  kərküklü folklorşünas  Əta Tərzibaşı yaşlı bir 
qadının dilindən lentə köçürərək çapa hazırlamışdır. 
Tədqiqatçı bu münasibətlə yazır: «Dil baxımından məktəb-
filan təsiri altında qalmayan sayın yaşlı xanımın qonuşma 
dilinə heç toxunmadan hekayəyi kəlmə-kəlmə, cümlə-
cümlə  təşbit (lentə yazdım) etdim. Bu, yerli ağız üçün 
günün ən gözəl örnəgidir» (40, 3). 
Yəqin buna görədir ki, bu dastan tez bir zamanda İraq 
(1964),  İran (1967) və Türkiyədə (1971) çap olundu (41, 
5). 
Dastan Bakıda da tərəfimizdən təkrar-təkrar çap 
olunmuşdur (28
a
: 41; 133). 
Təəssüf ki, Azərbaycanda dastanın Bakı,  Şamaxı, 
Gəncə, Naxçıvan, Qarayazı  və s. variantları olsa da, işıq 
üzü görməmişlər (181). 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə