Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

262                                                                          III fəsil 
murləngə deyir ki, millətin bir ricası var, deyirlər ki, fil tək 
darıxır, onu iki etsin. 
Bu lətifədə bir tərəfdən Teymurləngin xalqa etdiyi 
zülm göstərilirsə, digər tərəfdən Mollanın çətin 
vəziyyətdən böyük məharətlə  çıxdığının, qorxaqları 
layiqincə cəzalarıdırdığının şahidi oluruq. 
Molla Nəsrəddin lətifələri arasında didaktik-əxlaqi 
nəticə ilə bitən lətifələr də çoxdur. 
«Baş süfrədə  əvvəlcə yer alardım», «Başqalarının 
evini niyə  yıxırsan», «Mollanın kədəri», «Eyibsiz gözəl 
olmaz», «On bir toyuğun bir xoruzu», «Eşşəklə 
məsləhətləşim», «Paranı verən düdüyü çalar» və s. bu 
qəbildəndir. «Baş süfrədə  əvvəlcə yer alardım» lətifəsi 
daha səciyyəvidir. Lətifədə göstərilir ki, Molla bir gün bir 
məclisə köhnə paltarda gedir. Nə ona ehtiram göstərən, nə 
yer göstərən olur. Hələ bu az imiş kimi, hər gələn ondan 
başa keçir. Mollanın acığından dişləri bağırsağını  kəsər, 
gizlincə məclisi tərk edər, gedib təzə paltar və kürk geyib 
yenidən məclisə dönər. Hamı ona ehtiram edər, baş süfrədə 
yer göstərər. Mollanın qabağına cürbəcür yeməklər 
qoyarlar: 
- Buyur Molla, süfrəyə  əl uzat. О  ətdən ye - və s, 
deyərlər. 
Molla yeməz, kürkünün ətəyini yeməyə uzadıb: 
- Buyur ye, hörmət sənədi, mənə olsa idi, baş süfrədə 
əvvəlcə yer alardım, - deyir və yer üzünün əşrəfi olan 
insana paltara görə qiymət qoyan adamları lağa qoyur. 
Bir çox lətifələr dindarlıq, mövhumat, dini bayramlar, 
namaz, oruc və s. kor-koranə etiqada qarşı yönəldilmişdir. 
«Sol ayağının  əbdəsti yoxdu», «Bu il altmış oldu», 
«Başqalarının evini niyə  yıxırsan», «Keşgə  hər gün bay-
ram olaydı», «Günah işim yox», «Mutlu günün unudulmaz 
xatirəsi», «Yeni evlənmişlərsə pozulur» və başqa 
lətifələrdə mənasız yerə özünə əzab-əziyyət verən avam və 
Kərkük folklorunun janrları                                        263 
dindarlara istehza edilir, çox incə yumorla tənqid hədəfinə 
çevrilirlər. 
Bu baxımdan çox yığcam olan «Yeni evlənmişlərsə 
pozulur» və «Tanrı müsafiri» daha səciyyəvidir: 
Bir gün Molladan sorarlar: 
- Orucluqda bir adam arvadını öpərsə oruc pozulur- 
mu? 
Molla: 
- Yeni evlənmişlərsə pozulur. İkinci illəridirsə bilmə- 
rəm - demişdir. 
«Tanrı müsafiri» adlı  lətifədə isə deyilir: «Bir gün 
yoldan keçənin biri Mollanın qapısını döymüş  və tanrı 
müsafıriyəm demiş. 
Molla: 
- Yanlış  gəlibsən, oğlum. Onun evi bu deyil, odu - 
deyərək məscidi göstərmiş. 
Göründüyü kimi, xalq İraq kimi din mərkəzində belə 
yeri gəldikcə müəyyən vasitələrlə avam, dindar adamları 
tənqid edir və onları islah etməyə çalışır. 
Burada tərki-dünyalıq fəlsəfəsi pərdəsi altında xalqı 
soyan hakim siniflər, tüfeylilər və s. də Molla Nəsrəddinin 
nəzərindən yayınmır. Bu baxımdan, «Axır zamandı, paltarı 
neynirsiz» maraq doğurur. Məlum olur ki, Mollanın bir 
quzusu varmış. Bir gün arxadaşları fikirləşirlər ki, necə 
etsinlər, quzunu Mollaya kəsdirsinlər. Çox götür-qoy 
edirlər və nəhayət - Mollanın yanına gəlirlər ki sabah axır 
zamandı, quzunu kəs yeyək. 
Harda kəsək quzunu? Çəmənlikdə, çayın kənarında. 
Nə isə quzunu kəsirlər. Molla quzunu bişirməkdə olsun, 
onlar da çayda çimməkdə. Deyib-gülur, Mollanı 
aldatdıqlarına sevinir, sabah bazarda aləm olacaq - deyə 
düşünürlər. 
Molla da onda Molla olmaz ki, onlara bir dərs vermə-
sin. Odur ki, arxadaşlarının paltarlarını yığıb qazanın altı-
na tökür. Arxadaşları çimib çıxanda görürlər ki, paltarları 


264                                                                         III fəsil                                                                                                                              
yoxdur. - Molla, hanı bizim paltarlar? 
Molla: 
- Vallah qoydum qazanın altına quzu bişsin. Sabah 
axır zamandı, paltarı neynirsiz? - deyir. 
Azərbaycanda olduğu kimi, Kərkük dolaylarında da 
ailə-məişət, tərbiyə mövzularında olan lətifələr üstünlük 
təşkil edir. Bu lətifələrdə  ərlə arvad arasındakı 
münasibətlər, hüquq bərabərsizliyi, məişət nöqsanları, 
yaramaz tərbiyə üsulları, insanların avamlığıı, pintiliyi, 
səliqəsizliyi tənqid edilir. «Evdəki parıltı», «Ağlı başında 
olan evlənər?», «Şey-meylərin yerini nənəndən sor», 
«Qürbət belimi qırdı», «Sənin kimin uğursuz sağ qalıb», 
«Əcəba, başından gedən nə imiş», «Sən bir az üzə 
bilirsən?», «Molla ölüm ayağında», «Kimə mavi mıncuq 
vermişəmsə onu çox sevirəm», «Qızım hamilədi», «Müt-
ləq erkək», «Eşşəyin yemini sən verəcəksən», «Demədin 
qapıya məğəyət ol?»
?
 «Ölmüş adamı necə bilərsən», «Ət 
nə oldu», «Keçinməyə könlüm yox» və başqa lətifələrdə 
Molla bəzən qayğıkeş ata, gözəl ailə başçısı, bəzən də 
arvad və  uşaqlarının düşməni, onlan mənən  şikəst edən 
daşürəkli nadana çevrilir. Şübhəsiz, hər iki tip lətifələr 
insanlara təsir etmək, onları  tərbiyələndirmək məqsədi 
daşıyır. Əslində Molla Nəsrəddin lətifələrinin təsir qüvvəsi 
də elə bundadır. 
Lətifələrin adlarından göründüyü kimi, ailə-məişət 
məsələlərinə  həsr olunan lətifələrin mövzu dairəsi çox 
rəngarəngdir. Burada avam, miskin qadınlara həsr 
olunmuş  lətifələrdən başlamış hiyləgərlik, var-döviət 
naminə izdivac, İslam aləmində vaxtilə geniş yayılmış 
çoxarvadlılıq və s. ilə bağlı  lətifələrə  hər addımbaşı 
təsadüf edilir. 
Dar düşüncəli, avam, miskin qadınların islahına həsr 
olunmuş lətifələr arasında «Ölmüş adamı necə bilirsən» və 
«Əcəba başından gedən nə imiş?» xüsusilə seçilirlər. 
Birinci lətifədə  nəql edilir ki, Molla bir gün arvad alır. 
Arvadının ağlını yoxlamaq üçün soruşur: 
Кərкüк folklorunun janrları                                         265 
-
 
Ölmüş adamı necə bilərsən? 
-
 
Özünnən sorram - deyə arvad cavab verir. 
İkinci lətifədə isə Molla Nəsrəddinə xəbər verirlər ki, 
arvadı bazar yolunda yıxılıb, ağlı başından gedib. Evə 
aparıblar. Bir həkim tapıb tez evə getməsi məsləhətdir. 
Molla isə fikrə dalır. 
- Molla,  nə düşünürsünüz? - sualına Molla təmkinlə 
cavab verir: «Arvadının  əslində  əvvəldən ağlı yoxdu, 
düşünürəm, əcəba onun başından gedən nə imiş?» 
Başqa qrup lətifələrdə isə çoxarvadlılıq məsxərəyə 
qoyulur. «Sən bir az üzə bilirsən» lətifəsində deyilir ki, bir 
gün Mollanın hər iki arvadı onun yanına gəlib hansını daha 
çox istədiyini sorurlar. Müşkül vəziyyətdə qalan Molla: 
- İkinizi də sevirəm - deyərək sözlərini kəsmək istə- 
mişsə də, bir şey çıxmamış. 
Kiçik arvadı: 
- Molla,  əgər dənizdə üzsək, allah eləməmiş, qayıq 
çevrilsə, suya düşsək hansımızı  əvvəl xilas edərsən? - 
deməklə Mollanı  çıxılmaz vəziyyətdə qoydu. Molla çox 
fikirləşəndən sonra üzünü əski arvadına çevirdi və dedi: 
- Zənn edirəm sən bir az üzə bilirsən, deyilmi? 
«Kimə mavi muncuq vermişəmsə onu çox sevirəm» 
lətifəsində  də çoxarvadlılıq məsələsindən və bununla 
əlaqədar evdə yaranan söz-söhbət və naralıatçılıqlardan 
söhbət gedir: «Mollanın iki arvadı vardı. Tez-tez «Molla 
məni daha çox istəyir» - deyə dava edirdilər. Evdə qulaq 
dincliyi tapmayan Molla düşünür ki, nə etsin? Bazara 
gedir. Üci mavi muncuq alır. Evə  gəlib arvadlarının hər 
birinə: 
-
 
Al, bunu saxla. Ortağına bir şey söyləmə - demiş. 
Bir müddət sonra qadınlar yenə qovğa salırlar. 
-
 
Hansımızı daha çox sevirsən, Molla? - deyə  təkidlə 
soruşurlar. 
-
 
Bir şərtlə deyərəm. Bir daha qovğa etməyəsiniz. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə