Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   65   66   67   68   69   70   71   72   73

294                                                                           Nəticə                                                                                                                          
İbrahim Daquqi, Əbdüllətif Bəndəroğlu,  İhsan Vəsfi, 
Sübhi Saatçı, Mahir Naqib, Mövlud Taha Qayaçı  və 
başqaları indi İraqın hüdudları xaricində də tanınır və İraq-
türkman folklorunu layiqincə təmsil edirlər. 
Bununla belə, qeyd edilməlidir ki, hələ müstəqil bir 
elm sahəsi səviyyəsinə yüksəlməyan  İraq-türkman 
folklorşünaslığının qarşısında xalq sənətinın müxtəlif 
sahələri ilə bağlı problemləri həll etmək kimi çox çətin və 
şərəfli vəzifə durur. 
Təqdim olunan monoqrafiya İraq-türkman folklorunun 
tədqiqi yolunda atılan addımlardan biridir. Əsərdə kamil 
sənət abidəsi olan İraq-türkman folklorunun mövcud janr 
və növləri araşdırılmış, son illərə  qədər qədərincə fikir 
verilməyən ilkin janrlara və xalq mərasim və nəğmələrinə 
başqa janrlar kimi, xüsusi diqqət yetirilmişdir. Nəzərə 
alınmışdır ki, insanların real həyat hadisələrinə inam və 
etiqadlarının bir növ bədii  əksi olan ilkin janrlar və eləcə 
də xalq mərasimləri qədim adət-ənənələrin, xalqra düşüncə 
tərzinin, həyata baxış  və münasibətinin, etik, estetik, 
etnoqrafik görüşlərinin, mərasimlərinin sistemli şəkildə 
izlənməsində, eləcə də yaranışı və keçdiyi qatlarda nə kimi 
keyfiyyət dəyişikliklərinə  uğradığını aydınlaşdırmaqda 
böyük dəyər və elmi əhəmiyyət kəsb edir. 
Xalq mərasim və  nəğmələrindən mövsüm, toy və yas 
mərasim və  nəğmələri xüsusilə diqqət mərkəzində 
olmuşdur. Toy və yas mərasim və  nəğmələrinin müxtəlif 
anlarına, psixoloji və  səciyyəvi cəhətlərinə  həsr olunan 
sazlamaq və  nəğmələr, bir tərəfdən Xalqın bədii tə-
fəkkürünü, rəngarəng adət-ənənələrini əhatəli əks etdirmək 
baxımından, digər tərəfdən də  İraq-türkman folklor 
musiqisi ilə bağlı poetik mətnlərin tədqiqi baxımından 
diqqəti cəlb etmişdir. Nəzərə alınmışdır ki, mərasimdən 
kənarda nəğmə  məna kəsb etmədiyi kimi, mərasim də 
nəğməsiz öz ənənəvi mahiyyətindən məhrum olur. 
İraq-türkman folklorunda xoyrat və maniləri, xalq 
havalarını, beşik nəğmələrini, bayatı-tapmacaları  əhatə 
edən, yüksək bədii təfəkkürün məhsulu olan növün 
heyrətamiz poetik gücü və  zənginliyi  əsərdə öz tədqiqini 
lazımınca tapmışdır. 
Kərkük folklorunun janrları                                            295 
Məlumdur ki, xalq poeziyasının məzmunu xalq 
həyatının məzmunu ilə müəyyən olunur. Harada ki, xalq 
poeziyasının məzmunu yoxsuldur, deməli, orada xalq 
həyatının özü də yoxsuldur və  əksinə, xalq poeziyasının 
məzmunu zəngin olan xalqlarda xalq həyatının özü də 
zəngin olur. Bu baxımdan, musiqi ilə xalq poeziyasının 
vəhdətindən yaranan, əsl ilham məhsulu olan bu incilər, 
onu yaradanların nə  qədər incə  və  zərif zövqə, bəşəri 
hisslərə, duyumlara malik olduqlarına dəlalət edir və bir 
daha təsdiq edir ki, ümumiyyətlə, xalqın  şifahi  ədəbiy-
yatının zənginliyi, onun ifadə etdiyi fəlsəfi dərinlik, 
müdriklik, xalqın  ənənəvi dühasını, yüksək düşüncə qa-
biliyyətini, təfəkkür və  təxəyyülünün inkişaf səviyyəsini 
göstərən ən ümdə amillərdəndir. 
Epik növə daxil olan atalar sözü və məsəllər, nağıllar, 
tapmacalar və  lətifələr də  hər  şeydən  əvvəl bu baxımdan 
fərqlənir. Çox geniş yayılmış bu mükəmməl janrların hər 
birinin özünəməxsus səciyyəvi xüsusiyyətləri və böyük 
elmi  əhəmiyyəti vardır. Təsadüfı deyildir ki, tədqiqatçılar 
yorulmadan bu mənəvi incilərə istinad edir, onların vasi-
təsilə müəyyən hadisələrin izlərini və köklərini axtarırlar. 
Atalar sözü və məsəllərlə bağlı gətirdiyimiz misal, bu və ya 
digər dərəcədə bütün janrlara aid edilə bilər. Məsələn, 
tarixçi atalar sözü və  məsəlləri qədim tarixə, tarixi 
hadisələrə dair məlumat baxımından, hüquqşünas onları 
xalq həyatının yazılmamış qanunları baxımından, etnoqraf 
atalar sözü və  məsəlləri unudulub getmiş adət-ənənələrin 
hifz olunub saxlarıdığı mənəvi incilər mənbəyi baxımından 
qiymətləndirir. Filosof atalar sözü və  məsəllər vasitəsi ilə 
Xalqın düşüncə tərzini öyrənməyə, məntiq aləmində yerini 
dürüstləşdirməyə can atır. Dilçi və dialektoloq isə atalar 
sözü və  məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin 
leksik-qrammatik qayda-qanunlarını  tədqiq etmək işində 
əvəzsiz mənbə nöqteyi-nəzərindən yanaşır. Göründüyü 
kimi, atalar sözləri və  məsəllər, eləcə  də  İraq-türkman 
folklorunun bütün başqa janrları nəinki xalqın dünyagörüşü 
və  təfəkkürünü ifadə etmək baxımından, həm də Xalqın 
keçmişi barədə bir növ tarixi sənədə çevrilmək baxımından 
böyük əhəmiyyət kəsb edir. Əsərin 


 
296                                                                           Nəticə                                                                                                                      
hər səhifəsində bu təkzibolunmaz həqiqəti duymaq 
mümkündür. 
İraqla əlaqələrin bərpa olunduğu bir dövrdə, fürsətdən 
istifadə edərək Kərkük dolaylarında məskən salan bu elatın 
folklorunu araşdırmağa səy göstərdim. Bunu, böyük 
folklorşünas alimimiz M.H.Təhmasibin təbirincə desək, 
milli mədəniyyət tariximizi əhatəli və tam öyrənmək 
yolunda başlanmış ümumxalq cidd-cəhdi tələb edirdi. Bu 
tələbə iqtidarım və imkanım daxilində cavab verməyə 
çalışdım. 
Minnətdarlıq hissi ilə yada salmaq olar ki, 1962-ci il-
də  İraqa ilk səfərim  ərəfəsində xalq şairləri Rəsul Rza, 
Bəxtiyar Vahabzadə  və Qasım Qasımzadənin  İraq 
türkmanları ilə bağlı maraqlı yazılarını oxumuş, mərhum 
akademik M.Şirəliyevin Kərkük dialekti və folkloru barə-
də  dəyərli məsləhətlərini dinləmişdim.  О vaxtdan məndə 
Kərkük dialekti və folkloruna maraq oyanmışdı. Sonralar 
bu maraq məcrasını  dəyişərək məhəbbətə çevrildi. 
Nəticədə  Kərkük dialektinə  həsr olunmuş namizədlik 
disser-tasiyası, neçə-neçə  məqalə  və kitablar, о cümlədən 
də üzərində illərlə  işlədiyim bu monoqrafıya meydana 
gəldi. Elmi işin hər səhifəsi arxasında  İraqda keçirdiyim 
altı ilin acılı-şirinli anları, artıq əbədiyyətə qovuşan, eləcə 
də yaşayıb-yaradan tədqiqatçılar durur. Onların hamısını 
ehtiramla anır və  bəzən öz-özümə fikirləşirəm: «Məni 
İraq-türkman folkloruna, onu yaradıb-yaşadanlara belə 
dərindən bağlayan nədir?» Göz önünə ilk olaraq 
Azərbaycan  İraq-türkman folklorana Xalqın dərin 
məhəbbəti və doğmalıq hissi gəlir. Özüm üçün bir daha 
«kəşf» edirəm ki, doğmasını sevməmək mümkün olmadığı 
kimi, onu unutmaq, ona yad münasibət bəsləmək də 
mümkün deyildir. Başqa bir tərəfdən də düşünürəm: 
parçalanmağa məruz qalmış Xalqın ellikcə yaratdığı sərvət 
üçün bağlı qapılar, keçilməz yollar yoxdur. Həqiqətən də 
nə  kəsilən yollar, nə illər mənəvi ayrılığıa gətirib çıxara 
bilməmiş, qismətimizə düşən cisınani ayrılıq olmuşdur. 
Bu, gün kimi aydın həqiqət monoqrafiyanın hər 
səhifəsində özünü aş-kar hiss etdirir və  əsrlər arxasından 
haray çəkən bu mənəvi birliyin əbədiyyət nəğməsini 
oxuyur. 
Tədqiqatçının çap etdirdiyi kitablar 
Kərkük bayatıları (Xalq şairi Rəsul Rza ilə birgə), Bakı, 
1968, 184səh. 
«Arzu-Qəmbər» dastanı, Bakı, 1971, 31 səh. 
Kərkük mahnıları, Bakı, 1973, 48 səh. 
Rusca-azərbaycanca danışıq kitabı, Bağdad, 1994, 97 səh. 
Kərkük atalar sözləri, Bakı, 1978, 74 səh. 
İngiltərə haqqında (ingüiscə), Bakı, 1981, 128 səh. 
İraq-Kərkük bayatıları, Bakı,1984, 350 səh. 
Kərkük tapmacaları, Bakı, 1984, 37 səh. 
Altı il Dəclə-Fərat sahillərində, Bakı, 1985, təkrar nəşri 
1987,229 səh. 
Altı il Dəclə-Fərat sah. (ərəbcə), Bağdad, 1996, 125 səh. 
Aleksandr Düma. Qafqaz səferi (ingilis və fransızcadan 
tərcümə. H.Abbasovla birgə), Bakı, 1985, 141 səh. 
Kərkük folkloru antologiyası, Bakı, 1987, təkrar nəşr 
1990, 366 səh. 
İmadəddin Nəsimi. İraq divanı, Bakı, 1987, 334 səh. 
Sula Benet. Necə yaşayasan, yüzü haqlayasan (ingilis- 
cədən tərcümə), Bakı, 1989, 210 səh. 
Əbdüllətif Bəndəroğlu. Göylər unutmuşdu yağacağını 
(tərtibçi), Bakı 1991, 128 səh. 
İraq-türkman folkloru, Monoqrafiya, Bakı, 1992, 216 səh. 
İraq-türkman folklora, Monoq. Bağdad 1995, 159 səh. 
İraq-türkman folk., Monoqrafiya, İstambul, 1998, 320 səh. 
Aqata Kristi. Mavi qatarın sirri (ingiliscədən tərcümə), 
Bakı, 1996, 247 səh. 
Azərbaycan folkloru antologiyası.  İraq-türkman cildi 
(Ə.Bəndəroğlu ilə birgə), Bakı, 1999, 467 səh. 
Ə.Bəndəroğlu.Yolun sonunadək (tərtibçi), Bakı, 2001,62 s.  
Çağdaş İraq şərindən seçmələr (Ə.Bəndəroğlu ilə birgə), 
Bakı,  2001, 108 səh. 
Kərkük dialektinin fonetikası. Monoqrafiya, Bakı, 2002, 
212 səh. İraq-türkman folklorunun janrları. Monoqrafıya 
(rusca), Bakı, 2002,  128 səh. 
Nəsrin Ə.Sizə amanat qala. Şerlər top. (tərtibçi), Bakı, 
2003, 60 səh, 
Kərkük dialekti. Monoqrafiya (şərikli), Bakı, Elmi 
nəşr, 2003, 430 səh. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə