Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   65   66   67   68   69   70   71   72   73

290                                                                          III fəsil 
bayatısını demiş  və  bəyin adamları Arzunu ləkəli hesab 
edərək atası evinə qaytarmışlar. Beləliklə, Qəmbər Arzu ilə 
evlənmişdir.  İbrahim Daquqi bunun zəif bir rəvayət 
olduğunu göstərir (117, 106) və  Əta Tərzibaşının çap 
etdirdiyi variantın kamil olduğunu qeyd edir. 
Doğrudur, dastanın  Əta Tərzibaşının çap etdirdiyi 
variantında da buna bənzər bayatıya təsadüf edilir. Lakin 
bayatını  Qəmbər yandığından deyir. Arzunu Tatın oğluna 
gəlin aparanda Qəmbər qarğış edir, sağ aşiq olduğuna görə 
heç kim atın başını tutub gəlini apara bilmir. Hamı 
Qəmbərdən xahiş edir ki, atın başını  о  çəkib aparsın. 
Qəmbər razılıq versə  də hirsindən, hiddətindən gözü yolu 
görmür, at dabanını ayaqlayır. Qəmbərin dabanından qan 
fışqırır. Ayaqqabıları qanla dolur. Üzünü Arzuya tutub 
deyir: 
Hannan sevgilim, hannan, 
Məhəbhətin çıxmaz cannan.  
Dizgününü çəkərək tut, 
Dabanım doldu qannan. 
Arzu deyir: 
Hannan Qəmbərim, hannan,  
Məhəbbətin çıxmaz cannan.  
Dabanından gələn qan  
Gəlsin mənim gözümnən. 
Sağ aşiq olduğuna görə Arzunun gözündən yaş yerinə 
qan gəlməyə başladı. 
«Tat buna qızdı. Qayınbaba bir qəmçi aldı əlinə, verdi 
Qəmbəri qəmçi önünə. Belə vurdu, belə vurdu, etdi özünü 
leş. 
Döndü Qəmbər yandığından dedi: 
Tat oğlu, Güləcə boy, 
Etdin xan Arzuma toy, 
Kərkük folklorunun janrları                                         291 
Kərəsin mən almışam,  
Ayranın başıva qoy. 
Arzu qəhərləndi. Bu əmim oğlu məni çox sevərdi. İndi 
bu məxluqun içində mənə böhtan atdı. Dedi: 
 
Hə eylədin, eylədin,  
Altunu pul eylədin.  
Sən mənə dəyməmişdin,  
Nişin böhtan eylədin? 
Aldı Qəmbər: 
Hə eylədim, eylədim, 
Altunupul eylədim. 
Hamsı ağac zorunnan 
Sənə böhtan eylədim (40, 23-25). 
Onu da demək vacibdir ki, 1991-ci ilin noyabr ayında 
iraqlı  tədqiqatçı-alim  Əbdüllətif Bəndəroğlu «Arzu-
Qəmbər»in Tuz Xurmatu variantını Nizami adına  Ədə-
biyyat  İnstitutuna təqdim etmək üçün Bağdaddan Bakıya 
gətirdi.  Ədəbi  əlaqələrimiz yolunda bu variantın böyük 
əhəmiyyəti vardır. 
Hər şeydən əvvəl maraq doğuran cəhət odur ki, əsərin 
bu variantında hadisələr Araz çayı sahilində cərəyan edir. 
Həyatın əzab-əziyyətlərinə dözməyən Qəmbər özünü Araz 
çayına atır. Arzu üzünü göylərə tutub kömək diləyir: 
Quruyasan, ey Araz 
Əlimizdən düşdü saz. 
Qəmbəri çay apardı, Yetiş, ey 
Xıdır İlyaz. 
Dastanın Tuz Xurmatu variantında dördlüklərin- baya-
tıların sayı 31-dir. Bundan əlavə, bu variantda iki misralıq 


 
292                                                                           III fəsil                                                                                                                                 
şer parçalarına da təsadüf edilir. Məsələn:  
Qəmbər: 
Kəsmə gözləriy mənnən, 
Ayrılmaz ruhum sənnən. 
Arzu: 
Gözlərim ha səndədi  
Səniy eşqiy məndədi və s. 
Onu da qeyd edim ki, bədii cəhətdən daha kamil olan 
bu variant məzmunca dastanın Kərkük variantından fərq-
lənmir. 
Bu dastan başqa türkdilli xalqların folklorunda da 
özünü göstərir. Tədqiqatçı S.Paşayev «Arzu-Qəmbər»in 
1974 və 1975-ci illərdə toplanmış  və 1980-ci ildə 
Daşkənddə  Cəfər Bəkirovun çap etdirdiyi iki variantından 
söz açır (181, 16). Bu variantlarda Arzu və Qəmbərin heç 
bir qohumluq əlaqəsi yoxdur. Birinci variantda təkcə bir 
bayatı, neçə-neçə  gəraylı, qoşma, qıfılbənd-deyişmələr 
vardır.  İkinci variantda bayatıların sayı çox olsa da, 
qoşmalar, qıfılbənd-deyişmələr, yeni süjet və motivlərin 
əlavə olunması göstərir ki, bu variantlar sonralar 
yaranmışlar. Beləliklə, onlar qadın yaradıcılığından 
çıxaraq, daha geniş miqyas almış  və  aşıq-baxşı 
yaradıcılığına daxil olmuşlar. 
О ki, qaldı «Arzu-Qəmbər» dastanının Azərbaycan və 
Kərkük variantlarına, çəkinmədən demək olar ki, bu 
dastan, Kərkük folkloru da daxil olmaqla, Azərbaycanın 
malıdır. 
NƏTİCƏ 
İraq-türkman folklorunun sistemli monoqrafik tədqiqi 
ilə bağlı  əsərin ayrı-ayrı  fəsillərində irəli sürülən fıkir və 
müddəalar aşağıdakı nəticələrə gəlməyə imkan verir: 
-
 
İraqın  şimalında,  əsasən, Kərkük vilayətində toplu 
halda yaşayan, sayı iki milyon yarıma çatan (358
a
; 8; 362, 
36, 53) bu elatın dili Azərbaycan dilindən fərqlənmir. 
-
 
Kərkük folkloru Azərbaycan folklorunun qüdrətli 
qoludur. 
-
 
İraq-türkman folklorunun tədqiqi tarixi 
keçmişimizin, dil tariximizin, estetik fikir tariximizin, xalq 
poeziyamızın, dialektologiyamızın və eləcə 
də 
folkloramuzun tam və əhatəli öyrənilməsi yolunda misilsiz 
əhəmiyyətə malikdir. Ona görə ki, şifahi xalq ədəbiyyatı, 
ümumiyyətlə Xalqın tarixi inkişaf mərhələlərini, həyat 
tərzini, dünya-baxışını, inam və etiqadını, adət-ənənəsini 
və s. əks etdirən, onun bəşər tarixində  məxsusi yerini 
göstərən müstəsna dəyərə malik tükənməz xəzinədir. Bu 
xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, mərasimlərə, 
inam və etiqadlara, adət-ənənələrə, hətta hafizələrdən 
silinmiş tarixi həqiqətlərin güclə sezilə bilən izlərinə belə 
təsadüf edilir. 
-
 
İraq-türkman folklorşünaslığının tarixində XX əsrin 
ikinci yarısı mühüm mərhələ  təşkil edir. Xoyrat və 
manilər, xalq havaları, atalar sözü və məsəllər, tapmacalar, 
ilkin janr nümunələri bu vaxt toplanaraq çap edilmişdir. 
Görülən işlər, özlüyündə böyük elmi və əməli əhəmiyyəti 
olan folklor nümunələrini toplama və  nəşr etmə  çərçi-
vəsində qalmamış,  ауrı-ауrı janrların tədqiqi yolunda da 
müəyyən işlər görülmüşdür. Bu sahədə fəaliyyət göstərən 
tədqiqatçılar arasında  Əta Tərzibaşının xidmətləri xüsusi 
qeyd edilməlidir.  Əta Tərzibaşı öz şəxsi nümunəsi və 
yardımı ilə Kərkük dolaylarında böyük bir folklorşünaslar 
nəslinin yetişməsinə təkan vermişdir. 
Əta Tərzibaşı, Şakir Sabir Zabit, Məhəmməd Xurşid, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə