Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   65   66   67   68   69   70   71   72   73

286                                                                      III fəsil 
dastanlarımızla yanaşı tutub yazmazdı: «Məlum olduğu 
üzrə, bizim olduqca zəngin el ədəbiyyatımız var. «Aşıq 
Kərəm», «Koroğlu», «Qərib», «Tahir və Zöhrə», «Arzu və 
Qəmbər» kimi hekayətlər el ədəbiyyatımızın məhsulu 
olduğundan tarixi ədəbiyyatımızın ilk səhifələrini onlardan 
başlamalıyıq» (199). 
Doğrudan da «Arzu-Qəmbər»in Bakı  və  Kərkük 
variantlan çox yaxındır. Hər iki variantda Arzunun anası 
yeməkdə Qəmbərə zəhər vermək istəyir. Arşu şerlə, sözlə 
Qəmbəri məsələdən hali edir. Hər iki variantda bilərzik 
əhvalatı  və bilərziklə bağla dastanın bədii cəhətdən  ən 
gözəl hissələrindən olan Arzu ilə Qəmbərnn bayatılaşması 
səhnəsi vardır. Bakı variantında da Arzunu bəy evinə 
apararkən atın cilovunu Qəmbərin tutmasına və Arzunun 
onun dabanını əzdirməsi səhnəsinə təsadüf edilir. 
Kərkük variantında olduğu kimi, dastanın Bakı 
variantında da Qəmbər  Şahın yanına  şikayətə gedərək 
ondan imdad diləyir ki, sevgilisinə qovuşmaqda ona 
kömək etsin. Şah qoşun göndərir ki, Arzunu alıb Qəmbərə 
versinlər. Lakin hər iki variantda küpəgirən qarı hiylə 
işlədərək işləri korlayır. 
Tədqiqtçı S.Paşayev göstərir ki, dastanın Bakı variantı 
yeganə variantdır ki, Arzunu vermək istədikləri oğlanın 
adı məlumdur - Küləboy (181, 15). 
Bu sözə dastanın Kərkük variantında da rast gəlinir. 
Lakin orada küləboy - bəstəboy, gödək mənasında 
işlənmişdir: 
Tat oğlu küləca boy  
Etdin xan Arzuma toy.  
Kərəsin mən almışam  
Ayranın başıva qoyl (41, 26) 
Dastanın Kərkük, Gəncə  və Naxçıvan variantlarında 
da oxşar cəhətlər vardır. Hər üç variantda əmiuşağı olan 
Arzu ilə Qəmbər, «Tahir və Zöhrə», «Leyli və Məcnun», 
Kərkük folklorunun janrlan                                         287 
«Əzətinli  Əmrah» və s. dastanlarımızda olduğu kimi, 
mədrəsədə sevişirlər və s. 
Ümumiyyətlə, demək lazımdır ki, «Arzu-Qəmbər»in 
Kərkük variantında  ауrı-ауrı  məhəbbət dastanlarımızda 
yer alan süjetlər, motivlər, hadisələr öz əksini inandırıcı 
şəkildə tapmışdır. «Qurbani», «Abba-Gülgəz», «Əsli və 
Kərəm» və s. kimi gözəl məhəbbət dastanlarımızda 
olduğu kimi, «Arzu-Qəmbər» dastanında da qəhrəmanın 
sağ aşiq - haqq aşığı olub-olmadığı yoxlanılır. Qəmbər sağ 
aşiq olduğu üçün imtahandan çıxmaqla bərabər, onda 
qeyri-adi bir keyfıyyət də üzə çıxır. Nə desə yerinə yetir, 
bütün qarğışları həyata keçir. Qəmbərin sağ aşiq olduğunu 
bildiklərindən «Mahmud və  Ağcaquş» dastanında olduğu 
kimi (30, 163), Arzunu bəy evinə aparmazdan əvvəl heç 
kim Arzunu bəzətməyə, onu geyindirməyə cəsarət etmir. 
Bu fakt bir daha «Arzu-Qəmbər»in çox qədim 
olduğuna dəlalət edir. Та  qədim zamanlardan nağıllar və 
«Kitabi-Dədə Qorqud» boylarından göründüyü kimi, 
insanlar qarğışlardan çəkinir, qarğiş tutacağına inanırdılar. 
О da maraqlıdır ki, dastanda yer alan bütün qarğışlar 
bayatı üstündədir. 
Qəmbərin sağ aşiq - haqq aşığı olduğunu göstərən və 
«Arzu-Qəmbər» kimi iki gəncin nakam məhəbbətindən 
söz açan «Yaxşı  və  Aşıq» dastanında yer alan süjet də 
maraq doğurar. 
Arzuya və eləcə də Yaxşıya evlənmək istəyən gənclər 
yıxılıb ölür. Hər ikisi bayatılar üstündə qurulan «Arzu-
Qəmbər» və «Yaxşı  və  Aşıq» dastanlarını birləşdirən, 
başqa dastanlardan fərqləndirən bir cəhət də vardır. Hər iki 
dastanın məzmunundan da görünür ki, Arzu da, Yaxşı da 
sevgililəri kimi, sağ  aşiq olduqlarından hər  şey onlara 
əvvəlcədən agah olur. 
«Arzu-Qəmbər»i başqa dastanlarımızla birləşdirən, 
doğmalaşdıran oxşar cəhətlər çoxdur. Bu dastanda da 
aşiqlər dara düşəndə Xıdır İlyası köməyə çağırırlar. Qəm- 


288                                                                            III fəsil                                                                                                                               
bər çayda boğularkən Arzunun Xıdır İlyasdan imdad 
diləməsi səhnəsi bu baxımdan səciyyəvidir: 
Qərəz eləsən, qərəz,  
Yar, əlmizdən düşdü saz. 
Qəmbəri şat apardı,  
Yetiş ya Xıdır İlyaz. 
«Arzu-Qəmbər» və  «Əsli-Kərəm» dastanlarında saf, 
ülvi məhəbbət daşa dəyir. Gənclər sevgililərinə qovuşa 
bilmir, vüsala yetmir, məhv olurlar. Kərkük dolaylarında 
«qara sevgi dastanı» adlarıdırılan (117, 52) hər iki 
dastanda gənclərin qəbirləri arasından qaratikan çıxır, 
axirətdə  də onları qovuşmağa qoymur. Hər iki dastanda 
qaratikanı  kəsirlər, yenidən göyərir (109, 75; 40, 32; 41, 
31). 
Göründüyü kimi, «Arzu-Qəmbər» Azərbaycan 
dastanları ilə qırılmaz tellərlə bağlıdır. 
Doğrudur, Əta Tərzibaşı Azərbaycan folkloru ilə tanış 
olmamışdan  əvvəl «Arzu-Qəmbər»in oğuz qrapuna 
mənsub başqa türkdilli xalqlarda nağıl kimi, kərküklülər 
arasında isə bayatılarla işləndiyinə görə dastanlaşaraq 
qadın məclislərində söyləndiyini və başqa ölkələrdə olan 
variantlardan tamamilə fərqləndiyini göstərmişdir. 
Görkəmli folklorşünas M.H.Təhmasib Kərkük 
bayatılarına həsr etdiyi məqaləsində iraqlı  tədqiqatçının 
fıkrinə haqlı etiraz etmişdir: «Görünür, cənab  Əta 
Tərzibaşı bu sətirləri yazdığı zaman azəri bayatıları  və 
«Arzu-Qəmbər»in Azərbaycan variantı ilə lazımi qədər 
tanış deyilmiş. Bu dastan bizdə  də var. O, bayatılar 
üzərində qurulmuşdur. Beləliklə, biz bu formada da 
Kərküklə şərikik» (215, 203). 
Demək lazımdır ki, tədqiqatçı  İbrahim Daquqi də 
«Arzu-Qəmbər»i  İraq-türkman folkloruna aid edərək ya-
zır: «Adətlərdən, dastanda keçən olaylardan anladıldığına 
görə, «Arzu ilə Qəmbər» bir türkman dastanıdır. Meydana 
gəlişi XVI və XVII yüzilliklərdə Ağqoyunlu, yaxud 
Kərkük folklorunun janrları                                         289 
Qaraqoyunlu Türkman dövlətləri zamanında  İraqda 
tamamlanmışdır... Bu mənzumədə  əda və  nəğmə olaraq 
türkman xarakteri vardır. Ötə yandan qəhrəmanların 
isimləri, türklərin və azərbaycanlıların qullanmadığı 
isimlərdəndir. Bu isimlər, qızlara və oğlanlara çox verilən 
sevimli türkman isimlərindəndir» (117, 164). 
Tədqiqatçının bu mülahizələrinə ciddi etiraz etmək 
olar. Hər  şeydən  əvvəl demək lazimdır ki, Qaraqoyunlu 
(1420-1463) və  Ağqoyunlu (1468-1502) dövlətlərinin 
hakimiyyəti dövründə Azərbaycan və eləcə  də  İraq 
türkmanları bir bayraq altında birləşirdilər (22, 103-104; 
23, 54-55); 15,221; 120, 81; 121, 62; 350, 3; 141, 97, 172). 
Başqa bir tərəfdən də Arzu və Qəmbər Azərbaycanda 
geniş yayılmış adlardandır. 
Məhz buna görə  də, on ildən çox Azərbaycanda 
işləyən, Dövlət Univərsitetini Bakıda bitirərək dissertasiya 
müdafiə edən, Azərbaycan  ədəbiyyatını, eləcə  də 
folkloranu yaxşı bilən kərküklü tədqiqatçı Sinan Səid də 
İbrahim Daquqi ilə razılaşmır. Sinan Səid bu münasibətlə 
yazır: «Müəllif «Arzu-Qəmbər» 
əsərinin 
İraqda 
yarandığını  və ancaq türkman ədəbiyyatına məxsus 
olduğunu sübut etməyə cəhd edir. Bu xüsusda bəzi əsassız 
fərziyələrə dayanır» (197, 7). 
Yeri gəlmişkən qeyd edək ki, İbrahim Daquqi «Arzu-
Qəmbər»in Daquq qəsəbəsində mövcud olan başqa bir 
variantından da söhbət açır. Bu variantda dastanın Şamaxı 
variantında olduğu kimi, Arzu ilə  Qəmbərin heç bir 
qohumluğu yoxdur. Bu variantda da Şamaxı  və  Gəncə 
variantlarında olduğu kimi, dastan xoşbəxt sonluqla bitir. 
Bu variantda göstərilir ki, Arzunu toy edib bəy evinə 
apararkən Qəmbər: 
Hey gedənlər, gedənlər, 
Əyləncə, toy edənlər, -
Kərəsin mən almışam 
Ayranıydan gedənlər - 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə