Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə63/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

266                                                                        III fəsil                                                                                                                                    
Kimə mavi muncuq vermişəmsə, onu çox sevirəm, - 
deyir». 
Maraqlıdır ki, xalq arasında indinin özündə belə bu 
lətifə ilə bağlı aşağıdakı beytlər məşhurdur: 
Gögcə muncuq kimdədi, 
Mənim könlüm ondadı (149, 100). 
Molla mənfi xasiyyətli, deyingən, heç nəyin üstündə 
dava-dalaş salan, amansız qadınlara da qarşı çıxır və onları 
biabır etməkdən çəkinmir. Bu baxımdan «Evdəki partıltı» 
incə yumoru ilə seçilir: «Bir gün Molla evdən çıxarkən 
qonşusu: 
-
 
Molla, dünən axşam sizin evdən söz-söhbət, guraltu 
sədası gəlirdi. 
-
 
Bizim Koroğlu ilə bir az ağız qovğası etdik. Arvad 
darıldı. Kürkümə bir təpik vurdu. О da pilləkəndən düşüb 
bir az səs saldı: 
- Amma dedin ha! Kürk də bu qədər səs salar? 
Molla: 
- Sus  canım. Niyə adamı bu qədər zora salırsan. Ola 
bilsin kürkün içində mən də olmuşam, - deyir». 
Lətifələrdə var-dövlətə görə evlənən, müəyyən 
məqsədlə ailə quran, öz mənfəətindən başqa bir şey 
düşünməyən adamlar ələ salınır, gülüş  hədəfinə çevrilir. 
Belə lətifələr insanı düşünınəyə, nəticə çıxarmağa məcbur 
edir. «Eyibsiz gözəl olmaz» bu qəbildən olan 
lətifələrdəndir: «Günlərin birində Mollarnın arvadı çox 
varlı ailədən qız tapır ki, oğlunu evləndirsinlər. Qız 
dedikcə kifir olur. Molla bilir ki, oğlu qızı  bəyənmyəcək. 
Arvadını başa salır ki, oğlu bir şey sorsa nə desin. Oğlan 
qızı görüncə beyni qızar. Gələr nənəsini məzəmmət edər. 
-
 
Oğlum, qızm eybi nədir? 
-
 
Dili laldır. 
-
 
Əyidi. Evdə baş-beynimizi ağrıtmaz. 
-
 
Bəs gözlərinə nə deyirsən? Biri kor, biri də çaşdır. 
Kərkük folklorunun janrları                                        267 
-
 
Eybimizi görməz, oğlum! 
-
 
Topallığına nə deyirsən? 
-
 
Qapı-qapı gəzməz. 
Oğlan çox darılar. Bəs keçəlliyi? Buna nə  bəhanə 
tapacaqsan? 
Arvad bilməz nə desin. Molla bunu deməmişdi. О biri 
hücrədən söhbətə qulaq asan Molla: 
- Arvad, niyə lal olubsan. Desən, gözəl eyibsiz olmaz. 
Hər gözəldə bir eyib olar, - deyir. 
Azərbaycanda olduğu kimi, Kərkük dolaylarında da 
qızı  ərə verərkən onu tərifləmək adəti Molla Nəsrəddin 
lətifələrində pislənir və lağa qoyulur. Bu, «Qızım 
hamilədi» lətifəsində öz əksini daha yaxşı tapmışdır: «Bir 
gün Mollanın qızına diləkçiliyə  gəlirlər. Qızının 
diləkçiliyinə gələnlərə Molla deyir: 
- Qızımın qarnında balası var. 
Onlar da çıxıb evlərinə gedirlər. 
Sonra arvadı Molla ilə dava edir. 
Molla deyir: 
- Mən nə bilim. Bazarda inəyi satanda dedim, boğaz- 
dı, qarnında balası var. Tez aldılar. Dedim, bəlkə bunu da 
tez aldılar, - deyir». 
İraq-türkman folklorunda lətifələrin böyük bir 
əksəriyyətini «Molla və qonşuları» təşkil edir. Burada «На 
zamana qədər sizə yol göstərim», «Mollanın sınağı», «Eş-
şəklə  məsləhətləşim», «Məktubunuz gəldi». «Doğmağa 
razısiz, ölməyə razı deyilsiz?», «Xülyadan qoxu alırlar», 
«Sözümü tutmaz», «Eşşəyin anqırmsına inanırsan», «Qırx 
illik sirkə», «Əcəmi bülbül», «Yaş məsələsi deyil ki» və s. 
kimi dərin mənab lətifələr vardır. «Eşşəklə məsləhətləşim» 
lətifəsini fərqləndirən də bu cəhətdir: «Bir gün qonşusu 
bazara getmək üçün Mollanın eşşəyini istəmiş. 
- Bir az dur, eşşəklə  məsləhətləşim. Könlü olsa ver- 
rəm. 
Molla içəri girmiş, az sonra çıxıb demiş: 


268                                                                         III fəsil 
- Eşşəyi razı sala bilmədim. Məlum oldu ki, onu əllərə 
verdiyim zaman həm eşşəyimin qulağına vurar, həm də 
arvadıma söyürlər. 
Demək lazımdır ki, Kərkük dolaylarında həyatın elə 
bir sahəsi yoxdur ki, ona münasib ifşa və islahedici lətifə 
olmasın. 
Avamlıq - «На zamana qədər sizə yol göstərim»; 
«Şey-meylərin yerini nənən bilir»; «Göz ağrısına  əlac»; 
«Dəyənək ata-ata halva yedirdirlər»; «Kürkün içində 
olsaydım»; «Ayı da quyudan çıxardıq»; «Mollanın ovu» 
və s.; xəsislik - «Kimi yandırar, allah bilir»; «Səni kimilərə 
möhtac olmamaq üçün»; «Bir şey yemədim» və s.; biclik 
-
 
«Altı barmaqla yeyərdim»; «On bir toyuğun bir xoruzu»; 
«Qürbət belimi qırdı»; «Sənin kimi uğursuz sağ qalıb»; 
«Hər kəsin malı başının altında gərək»; və s.; hiyləgərlik 
-
 
«Doğmağına razısız, ölməyinə yox?»; «Наnı arvadım?»; 
«Molla ölüm ayağında olarkən»; «Mollanın sınağı» və s.; 
yekəxanalıq - «Dəyirman heyvanları»; «Səni dörd ayaqlı 
edə billəm»; «Mutlu günün unudulmaz xatirəsi»; «Onu 
heybə yapacaqdım»; «Keç igidim, keç» və s.; lovğalıq -
«Öz ağlı ilə bildi»; «Gəl, ya mübarək»; «İstədiyim oldu» 
və s.; höcətlik - «Kişinin sözü bir olar»; «Bu bilər mən ha 
zaman ölləm»; «İnanımırsan get say» və s.; yalançılıq -
«Keçinməyə könlüm yox»; «Fincançı qatırlarını 
hürkütməsən bir şey yox» və s.; nadanlıq - «Mollanın 
kədəri»; «Sən bəyəndin, mən doldurdum» və s.; tamah-
karlıq - «Yuxuda qaçırılan fürsət»; «Mollanın mükafatı» və 
s.;  əliəyrilik - «Yorğan getdi, iş bitdi»; «Ənsəmcə  gəl»; 
«Sən gecə nə tapacaqsan»; «Utandığından gizləndim» və s. 
kimi mənfı keyfiyyətləri özünə  rəva görən  əcaib-qəraib 
insanlara qarşı Molla Nəsrəddin çəkinmədən, mərd-
mərdanə mübarizə aparır, onların daxili aləmlərini 
məharətlə üzə çıxarır, ağlı, dərrakəsi, hikmətli kəlamları ilə 
insanları tutduqları pis yoldan, pis əməllərdən 
çəkindirməyə, tərbiyə etməyə çalışır. 
Kərkük folklorunun janrları                                        269 
Misal göstərilən lətifələrdən göründüyü kimi, ağlı, 
düşüncəsi, fikri, zəkası, hazırcavablığı, hikməti ilə seçilən 
Molla Nəsrəddin bəzən İraq-türkman folklorunda da avam
sadəlövh, yüngül təbiətli, tez aldanan, gülünc vəziyyətə 
düşən, tərsinə iş tutan bir adam kimi təsvir edilir. Bununla 
da xalqı bir tərəfdən müdrikliyə, elmə, savada çağırırsa, 
digər tərəfdən də məharətlə avamlığı, mövhumat və geriliyi 
özünəməxsus rişxəndlə tənqid edir. Tarixən dinlə möhkəm 
bağlı olan İraqda xalq xürafatı və haqqı nahaqqa satan bəzi 
din xadimlərini hamının dostu və havadan Molla 
Nəsrəddin vasitəsi ilə kəskin satira atəşinə tutur, əməllərinə 
gülür, hərəkətlərinə istehza edir. 
Demək lazımdır ki, müəyyən  əxlaqi və  tərbiyəvi 
fikirləri təbliğ etdiyindən, qeyri-adi təsir gücünə malik olan 
lətifələrin məziyyəti eyni zamanda kəsərliliyində
yığcamlığında, hikmətamiz və ibrətamiz olmasındadır. 
Burada az sözlə böyük məna ifadə etmək  əsas  şərtdir. 
«Bahara bir söz deyən yox»; «Müjdə»; «Səsi yarın 
çıxacaq»; «Sözümü tutmaz»; «İçində getməyin»; «Dəli-
dolu axdığın üçün»; «Sabah olduğunu bilirsən»; «Bol 
vədə»; «Mütləq erkək»; «Ay alıb satmıram ki?»; «Hansı 
qiyamət»; «Cigər tərifnaməsi»; «İnsanlıq»; «Çöl quşları»; 
«Sığırın suçu»; «Onun üstü bizdən kirlidi»; «Siz məni nişin 
keçirə bilmirsiniz»; «Qırx illik sirkə»; «Namus məsələsi»; 
«Tutsa Mollanın kefınə bax» və başqa lətifələrdə  hər 
şeydən  əvvəl diqqəti cəlb edən bu cəhətdir. Misallardan 
göründüyü kimi, bu lətifələrin hər birində bir dünya məna 
vardır: «Dəlidolu axdığın üçün» adlı  lətifədə ibrətamiz 
həyati bir məsələyə toxunulur: 
Molla bir yay günü yoldan keçirmiş, hava bürkü 
olduğundan susayır. Ağzına ağac çalınmış su borusu görür. 
Ağacı çıxarınca üstü tamam islanır. 
- Ay səni, iştə belə  dəlidolu axdığın üçün ağzına paz 
çalmışlar! - deyir. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə