Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

248                                                                          III fəsil 
misrada daha güclü olur. Məsələn: 
Evimizdə bir fatı var, 
Qara, yumru altı var. 
Əqillilər aqil tökər, bulallar 
Əqilsizlər düşünəllər, durallar. (Neft lampası) 
Kərkük dolaylarında açması özündə olan tapmacalara  
       da təsadüf edilir: 
 
Qan qırınızı, süd bəyaz.  
Dəvə balasından böyük və s. 
Elə tapmacalar var ki, Azərbaycanda olduğu kimi, hər 
misrası ayrıca tapmaca təşkil edir: 
Тар nədi? 
Dağda Düleyman. (İlan) 
Suda Süleyman. (Balıq) 
Obada Aslan. (Xoruz) 
Yatar kövşər, (Qoyun) 
Duzsuz bişər. (Süd) 
İraq-türkman tapmacalarına xas olan bir xüsusiyyət də 
vardır. Bəzən tək bircə sözün dəyişməsi ilə yeni tapmaca 
yaranır. Məsələn: 
Uzun-uzun uzanır, 
Gəlin kimi bəznir. (Xurma ağacı) 
Uzun-uzun uzanır, 
Həftədə bir bəzənir. (Camaşir ipi) 
Uzun-uzun uzanır, 
Hər ildə bir bəzənir. (İlan) 
Yeri gəlmişkən demək lazımdır ki, İraq-türkman 
folklorunda ən çox variantı olan janr tapmacadır. Azərbay-
can və  İraq-türkman tapmacaları bu cəhətdən də 
fərqlənmir- 
Kərkük folklorunun janrları                                         249 
lər. Burada da xoruzla bağlı verdiyimiz nümunədə olduğu 
kimi, hər tapmacanın bir neçə variantına rast gəlinir: 
 
Dəlik-dalik börkü var 
Istər olsun hamıya yar. 
 
Qaranlıqdan qovğa çıxdı,  
Uzun boylu koxa çıxdı.  
Zamparalığı (şorgözlüyü) var, 
İstər olsun hamıya yar. 
 
Azan oxur, namaz qılmaz 
Arvad alır, nikah qılmaz. 
 
Çağırdım həyətdən, 
 Səs verdi kənddən.  
Dimdiyi sümükdən,  
Saqqalı ətdən. 
İraq-türkman tapmacaları arasında açması xurma, 
dombalan, qoz, saat, göz, sırğa, diş, ayaqqabı, yumurta, 
ildırım, ay, günəş, soğan və s. olan tapmacaların daha çox 
variantlarına təsadüf edilir. 
Azərbaycan tapmacalarında olduğu kimi, eyni 
tapmaca İiraq-türkman folklorunda müxtəlif yerlərdə fərqli 
şəkildə deyilir. Məsələn, cöyüzlə əlaqədar tapmaca: 
Kərkükdə: 
Dağdan endi dingir-dingir, 
Boynunda var halqa zincir. 
Daquqda: 
Dağdan endi dambır-dambır,  
Çal başına, otu, gəmir. 
Tuz Xurmatuda: 


250                                                                           III fəsil                                                                                                        
Dağdan endi gumur-gumur,  
Qoy dişinə, qır, gəmir və s. (117, 138). 
Həm Kərkük dolaylarında, həm Şimali Azərbaycanda, 
həm də Cənubi Azərbaycanda demək olar ki, hərfi-hərfinə 
eyni olan onlarca tapmaca vardır: 
Azan oxur, namaz qılmaz,  
Arvad alar, nikah qılmaz. (Xoruz)  
Yeddi dəlikli toxmaq – 
Bunu bilməуən axmaq. (Baş)  
Dəvə dolanı -Gəzər obanı;  
Altı qıçı var,  
İki dabanı. (Tərəzi)  
Oyanı daş, buyanı daş,  
İçində var yüz əlli baş. (Hamam)  
Üstü zəmi - biçərlər,  
Altı bulaq - içərlər. (Qoyun)  
Gec səpdim noxudu,  
Səhər gördüm yox idi. (Uldıızlar)  
O yanı pərçim, bu yanı pərçim,  
İçində var şah göyərçin. (Göz)  
Burda vurdum qılıncı – 
Hələbdə (Bağdadda) çıxdı ucu. (Ildırım)  
Əl əkər, dil biçər. (Yazı)  
Şəкərə bəпzər, dadı yox, 
Havada uçar, qanadı yox. (Qar) və s. (132; 19; 187- 
215; 203; 248, 535-543; 66, 243). 
Elə tapmacalar da var ki, çox cüzi fərqə rast gəlinir. 
Məsələn, dəyə, çadır mənasını verən tapmacaya Azər-
baycanda: 
Qara dəvə çökdü yerə 
Bağırsağın tökdü yerə - 
şəklində (203, 19, 145), Kərkük dolaylarında: 
Kərkük folklorunun janrları                                       251 
Qara sığır (cöngə) çökər yatar 
Bağırsağın tökər yatar- 
şəklində işlənmişdir (132, 243). 
Burada meyvələr,  əkin-biçin, bəzək-düzəklə, din və 
dini ayinlərlə, müxtəlif əşyalar və təsərrüfat alətləri, kainat, 
mücərrəd və  təbii hadisələrlə bağlı çoxlu tapmacalar 
vardır. Bu tapmacalar real varlığı əks etdirir. 
Bəzi tədqiqatçılara görə tapmacalar Xalqın mifik inam 
və etiqadlarının inikasıdır. A.N.Afanasyevə görə 
tapmacada xalq özünün qədim dünyagörüşünü ifadə edib 
(269, 25). F.İ.Buslayev isə təsdiq edir ki, tapmaca əsl xalq 
poeziyası kimi, özünün ibtidai mifik xarakterini 
saxlamışdır(279, 33). 
Rus alimlərinin bu fikrinə  əsaslanan bəzi folklorşü-
nasların  əksər tapmacalarda mifik inam və etiqadların 
yaşadığı, ayın, günəşin, ulduzların, küləyin, yağışın və s. 
canlı və şüurlu olmaları barədə ibtidai insanların inamı və 
onların bu dünyagörüşünün tapmacalarda öz əksini tapma-
sı barədə fikrinə qarşı  çıxmaq və mübahisə etmək olar 
(195, 10,75, 115). 
Demək lazımdır ki, bir çox dünya xalqlarının 
folklorunda, о cümlədən də Azərbaycan və eləcə də İraq-
türkman folklorunda cansiz əşyaların tapmacada canlı 
varlıq kimi, insan kimi göstərilməsi hallarına tez-tez 
təsadüf edilir. Məsələn: 
Dayım oğlu İsımayıl – 
Şapalağa daim mayıl.  
Qulağı dəmirdəndi,  
Köynəyi dəridəndi. (Dəf) 
Biz biz idik, 
Otuz iki qız idik, 
İpək kimin süzüldük, 
İnci kimin düzüldük (Dişlər) 


252                                                                        III fəsil                                                                                                                                     
Dağdan gəlir, daşdan gəlir – 
Saqqallı əmim gəlir. (Keçi) və s. 
Bunu biz elə N.Seyidovun «Tapmacalar» kitabının son 
illərdə yaradılmış «Mətbuat və texnikaya aid tapmacalar» 
bölməsində də görürük (203, 195-202). Açması yazı, səhifə, 
gəmi, paravəz, təyyarə, peyk, kitab və s. olan tapmacalar 
canlı insana, quşa, heyvana, bitkiyə və s. oxşadıldığına   
görə   burada   mifik  təfəkkürün,   animistik görüşlərin 
izlərini axtarmaq təbii ki, yanlış olardı. V.A.Vasilenkonunu 
yazdığı kimi, «əksər hallarda cansız əşyalar tapmacada canlı 
varlıqlar kimi, insan kimi göstərilirlər» (324, 147)Deməli, 
insanın təbiət və cəmiyyət hadisələri barədə düşüncəsi, 
həyat təcrübəsi, müşahidələri və s. nəticəsi kimi düzəldilən 
tapmacalar bu və ya digər hadisənin şairanə təsviridir. 
Tapmacalar xalqın məişətinin müxtəlif sahələrini 
öyrənmək, bir çox məsələləri dürüstləşdirmək baxımından 
əhəmiyyətli mənbədir. Bizcə, tapmacalar vasitəsi ilə xalqın 
keçdiyi həyat yolunu atalar sözlərindəki kimi, addım-
addım izləmək, doğru nəticələrə gəlmək olar. Maldarlıqla, 
əkin-biçin, bağ-bostan, müxtəlif sənətlər, Xalqın işlətdiyi 
əşyalar və təsərrüfat alətləri, onların yaranma tarixi və s. ilə 
bağlı tapmacalar onun keçdiyi tarixi mərhələlərdən xəbər 
verməklə  bərabər, həyat tərzi, məişəti, dünyagörüşü, 
zövqü, insanlara, təbiətə münasibəti, məşğuliyyəti, 
təfəkkürü və s. barədə həyat vəsiqəsi, başqa xalqlar içində 
öz səsidir. 
LƏTİFƏLƏR 
İraq-türkman folklonında Xalqın məişətindən doğan 
duzlu-məzəli lətifələr çoxdur. Onların arasında dərin 
mənası  və hikməti ilə insanları ovsunlayan, heç vaxt 
köhnəlməyən,  əbədi təzə-tər olan Molla Nəsrəddin 
lətifələri həm kəmiyyət, həm də keyfiyyətcə fərqlənirlər. 
Кərкüк folklorunun janrları                                        253 
Demək lazımdır ki, Molla Nəsrəddin lətifələri bir çox 
Şərq xalqlarının, xüsusən də türkdilli xalqların arasında 
geniş yayılmışdır. Hamı onları sevir və özününkü hesab 
edir.  О cümlədən də  İraq  ərazisində yaşayan və azər-
baycanca danışan türkmanlar. 
Sadəlövhlükdən müdrikliyə qədər uzun bir yol keçmiş 
bu müdriki başqa Şərq və türkdilli xalqlardan fərqli olaraq 
Kərkük dolaylarında Xoca Nasır (qazax), Nasriddin Afandi 
(özbək), Efendi (tacik), Носа Nasredin (türk), Ependi 
(türkmən), Nəsrəddin  Оса (tatar), Nəsrəddin  Əpəndi 
(uyğur). Nəsrəddin (fars) adı ilə deyil, Azərbaycanda 
olduğu kimi, Molla Nəsrəddin və ya sadəcə olaraq Molla 
adı ilə tanıyırlar. 
Molla Nəsrəddin lətifələri ilə bağlı ənənə İraq-türkman 
folklorunda da Azərbaycandakı ənənənin eynidir. Məsələn, 
H.Zeynallı göstərir ki, kim Molla Nəsrəddin məz-
həkələrindən birini desə, ya üç, ya beş, ya yeddisini 
deməlidir. Yəni bir olmaz və cüt də olmaz (114, 146). 
Kərkük dolaylarında bu misilsiz məzhəkəçi ilə bağlı 
hər  şeyi məzhəkə halına salır, yeddi lətifə danışırlar, Bu 
baxımdan  Şakir Sabir və  İbrahim Daquqinin fikirləri 
maraq doğurur.  Şakir Sabir yazır: «Bir də bu kimi ev 
oturuşlarında Molla Nəsrəddinin qısa hekayələri 
qonuşulurdu. Bir tək hekayə söyləyənə: «Üzərivə yeddi 
hekayə düşdü. Söyləyəcəksən. Söyləmiyənin nənəsi (anası) 
boşanır» - deyir və yeddi hekayə danışmasını istəyirlər» 
(184, 153). 
Tədqiqatçı  İbrahim Daquqinin də fikri folklorşünas 
Şakir Sabirin fıkri ilə  səsləşir: «Molla Nəsrəddindən kim 
bir lətifə danışsa, gərək yeddisini danışsın. Kim yeddisini 
danışmasa anasının  ərsiz qalacağını uydurmuşlar» (117, 
61). 
Həqiqətdə isə  İbrahim Daquqi və P.Əfəndiyevin 
göstərdikləri kimi, Molla Nəsrəddin lətifələrindən yeddi 
dənəsinin anladılması gecə söhbətlərini uzatmaq, ruhlara 
nəşə vermək və bu dadlı, duzlu söhbətləri daha da məzəli 
etmək üçün düşünülmüşdür (117, 61, 111, 136). 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə