72
I fəsil
də insanların daş vasitəsi ilə yağış yağdırmaq inamını
artırmışdır. İbtidai insanlar arasında belə bir inam hökm
sürmüşdür ki, canavar balalayanda susuzluğunu yatırmaq
üçün qarnındakı daşın köməyi ilə yağış yağdrır. Bu
münasibətlə tədqiqatçı B.Abdullayevin gəldiyi nəticə
maraq doğurur: «Etiqada görə, canavar balalayanda çox
təşnə olur və bu vaxt, guya o, daşın köməyi ilə yağış
yağdırıb, susuzluğunu söndürür. Məlumdur ki, canavarın
balalama çağı aprelin sonu və may ayıdır. Həmin vaxtlarda
arabir, həm də olduqca qısa müddətli, hətta bir anlıq yağışlar
olur. Azərbaycanın əksər yerlərində buna «qurd balalayır»
deyir və bəzən bu yağışı doğrudan-doğraya «Qurdyağışı»
adlandırırlar» (2, 130-131).
Heç
şübhəsiz, Kərkük dolaylarında dua
mərasimlərindən sonra oruclarını «Yağmur aşı»
ilə iftar
edən adamların hər birinıni arxa yüz daş atması və yağış
yağanda Altun Köprü və başqa yerlərdə uşaqların
birağızdan təkrar-təkrar:
Yağış yağırı,
Qurd doğuru
Oğlan (çaqqal) nənəsin boğuru
Qıq, qıq, qıq -
oxumaları da bununla əlaqədar yaranmışdır (133, 53, 55, 301;
255, 21).
Göründüyü kimi, «Mövsüm nəğmələri ibtidai
insanların təbiət hadisələrinə və təbii qüvvələrə etiqadından
doğmuş, sonrakı mərhələlərdə insanlar təbiət hadisələrini
dərk edib öyrəndikcə bu nəğmələr də öz əvvəlki
mahiyyətini itirmiş, uşaqların əyləncə nəğmələrinə
çevrilmişlər» (159, 22).
Yağış yağdırmaq məqsədilə Kərkük dolaylarında
keçirilən «Çomçələ qız» mərasiminə bənzər mərasimə
serblər və türklərdə də rast gəlinir (2, 124). Serblər yağış
yağdırmaq məqsədilə balaca qız uşağını soyuodurub
bədənini ot, bitki və güllərlə bəzəyir, həyətbəhəyət gəzdi-
Kərkük folklorunun janrları 73
rərdilər. Dadol adı verdikləri uşağı hər qapıda
dayandırardılar. Qızlar onun ətrafında rəqs edərək, yağış
mərasim nəğmələri oxuyardılar.
Türklərdə isə uzun çəkən quraqlıqdan
cana gələn
kəndlilər bir adama tərsinə çevrilmiş don geydirib, başının
üstünə örtük tutarlarmış. «Yağmır gəlini» adlandırlan bu
şəxsi həyətbəhəyət gəzdirər, evlərin üstündən onun başına
su tökərlərmiş. Sonra hamılıqla bulaq üstünə gedib yağmur
duası oxuyarlarmış.
Maraqlıdır ki, türklərdə özünü göstərən bu mərasimə
bənzər səhnə bahar bayramı zamanı Kərkük dolaylarında
da özünü göstərir. Keçi dərisi geyərək quyruq, buynuz,
qulaq düzəltmiş bir şəxs özünü camaatın arasına verir,
atlanıb düşür, gülməli hərəkətlər edərək adamları güldürür.
Onun quyruğundan, qulağından dartır, şənlənir, sonra isə
üstünə su tökürlər (117, 152).
Kərkük dolaylarında da bahar mərasimləri
Azərbaycanda
olduğu kimi, silsiləvari xətt təşkil edən, bir-
birini tamamlayan zəncirvari nəğmələr və oyunlardır.
Bunların arasında «Atlı qarınca» və «Bakla» diqqəti cəlb
edir. Bu mərasimlər əsrimizin 40-50-ci illərində Azər-
baycanın başqa səmtlərində olduğu kimi, Tovuz
rayonunda bahar bayramı ilə bağlı çərşənbə axşamları icra
edilən «Keçə papaq» mərasimindən о qədər də fərqlənmir.
«Keçə papaq» mərasimində də, «Bakla» və «Atlı
qarınca»da da gənc oğlanlar qız paltarı geyərək bəzənər-
düzənər, zurna və nağaranın sədaları altında oynayaraq
adamları əyləndirərdilər (117, 151-152).
Bununla belə, qeyd etmək vacibdir ki, «Kosa gəldi»
ə ya «Qodu» xüsusilə fərqlənir.
Bu mərasim hər şeydən
əvvəl qışla yazın qarşılaşmasının rəmzi olmaq baximından
diqqəti cəlb edir. İnam və etiqada görə qışın qorayucusu
olan şər qüvvələri qovmaq üçün türk xalqları və onların
qamları keçinin dərisindən, buynuzundan yaranmışlar.
Belə ki,
:
«Bayram və mərasimlərdə qamlar-şamanlar üzər-
74 I fəsil
lərinə keçi dərisi atar, papağına keçi buynuzu bərkidərmiş.
Onlar özlərini keçiyə oxşatmaqla Günəşlə mifık ilişgə
yaradır və guya bununla da insanları yamandan, şər
qüvvələrdən qoruyurlarmış» (192, 65).
Kosa da, Qodu da mifoloji görüşlər, baxışlar
dünyasında boya-başa çatdıqlarından onların mifoloji
təfəkkürlə səsləşməsi təəccüb doğurmur. Bolluq simvolu
olan keçi (310, 663), bir çox xalqların mifik görüşləri ilə
səsləşən obrazdır.
Onu da demək yerində olardı ki, Fransa, İtaliya,
Hollandiya, Belçika və s. kimi ölkələrdə yazın
gəlməsini
türkdilli xalqlarda olduğu kimi bayram edir, şənlənirlər
(293; 174, 26).
Azərbaycan folklorunda «Qodu-qodu» törəni də hər
şeydən əvvəl yazın gəlməsmə həsr edilir. Burada Qodu
Günəşin rəmzi, onun bəlgəsidir. Günəşin rənginə uyğun
qırmızı parçadan düzəldilən gəlincik Qodu adlanır. О da
maraqlıdır ki, Qodu ikili səciyyə daşıyır, Günəşi çağırmaq,
aramsız yağışı kəsmək, başqa bir tərəfdən də yağışı
çağırmaq. Professor M.Seyidov bu münasibətlə yazır:
«Qodu» əksliklərlə, istiliklə, nəmişliklə ilişgəli
olduğundan o, güləndə gün çıxır, ağlayanda yağış yağır,
soyuq olur. Buradan apaydın görünür ki, Qodu iki əksliyin
başlanğıcıdır. Axı, bir də Günəş hər
iki təbiət hadisəsinin,
istinin də, soyuğun da, quraqlığın da, yağışın da
yaradıcısıdır» (192, 18).
Bu, Kərkük folklorunda da elə belədir. Yazın
gəlməsini arzulayanda da, yağışın yağmasını istəyəndə də
«Kosa gəldi», «Qodu» və ya «Çəmçələ qız»a müraciət
edilir. Lakin Kərkük dolaylarında vaxtilə əkin daha çox
dəmyə yetişdiyinə görə, yəni su qıtlığından yağış-yağmura
böyük ehtiyac olduğundan, yağmur mövsüm mərasimi
daha qabarıq şəkildə özünü göstərir. Odur ki, yağmur
mərasim nəğmələri həm keyfiyyət,
həm də kəmiyyətcə
fərqlənirlər.
Kərkük folrunun janrla rı 75
İraq-türkman folklorunda özünü göstərən mövsüm
mərasimlərindən biri də hər il sentyabr ayının 14-ü gecəsi
qeyd edilən «Saya» mərasimidir. Bu şənlik vaxtı köhnə
cürdək, küpə və s. saxsı qablar damdan atılıb sındırılarmış,
fişəng atılar, tonqal qalanarmış. Bununla da damda yatmaq
vaxtının, bir sözlə, yayın qurtardığını göstərirlərmiş.
Uşaqlar arasında indi də qalan «Sayadan, ilan çıxmaz
qayadan» bununla əlaqədar yaranmışdır (255,18; 133, 56).
Azərbaycan folklorunda geniş yayılan sayalar - sayaçı
sözlər isə müxtəlif mərasimlərlə, məsələn, döl, qırxın,
yaylağa köçmə, arana dönmə və s. vaxtlarda özünü
göstərmişdir (111, 76). F.Köçərli qeyd edir ki,
bu sözü
nemət, yaxşılıq, xeyirxahlıq mənasında işlədirlər. Buradan
da sayaçı nemət gətirən, bolluq gətirən mənasına gəlib
çıxır(137, 1-10).
Kərkük dolaylarında keçirilən «Saya» mərasimi bir çox
cəhətdən Azərbaycan folklorunda yer alan «Saya» mərasim
və nəğmələri ilə səsləşir. Kərkük dolaylarında da payızın
əvvəli nemətin bolluğu dövrüdür. Burada da sentyabrın
ortaları qırxım dövrüdür. İraqda, ümumiyyətlə, havalar
çox isti keçdiyindən yazda və yayda qoyunları qırxmaq
olmaz. Əksinə, yayda qoyunları tüklü saxlayırlar ki,
qızmar günəş onları məhv etməsin.
Qeyd etmək lazımdır ki, Kərkük dolaylarında Novruz
bayramı az keçirilir. Bunu Novruzla bağlı nəğmələrin
demək olar ki, olmaması da təsdiqləyir. Ə.Bəndəroğlu
qeyd edir ki, Novruz bayramının əvəzinə indi «İyd-əş-
Şəcərə» - Ağac əkmə bayramı keçirilir (180, 40). Bunun-
la belə bir çox bölgələrdə indi də qeyri-rəsmi şəkildə
Novruz qeyd edilir.
Bəllidir, Azərbaycan, Tacikistan, İran, Əfqanıstan və
s.ölkələrdə bahar bayramı mart ayının 21-də keçirilir. Bu
vaxt təbiət oyanmağa,
ağaclar puçurlamağa, ot göyər-
məyə başlayır. Kərkük dolaylarında isə bu vaxt artıq ya-
zın qızğın çağı olur. Hərarət bəzən 30-35 dərəcəyə qalxır.