Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

114                                                                              I fəsil 
qaldıqlarına görə  təxəllüslərini göstərməkdən çəkinmişlər. 
Çünki onlara da, mani oxuyan, xoyrat çağıranlar kimi 
alçaq nəzərlə baxır, onları düşük bir zümrə sayır, xori -
deyərək təhqir və istehzaya məruz qoyurdular (212, 13). 
XX  əsrın ikinci yarısında xoyrat oxuyanlar tövbə 
edirsə, nədənsə, kimdənsə çəkinirsə, qaranlıq əsrlərdə gözəl 
səsi və fitri istedadı olan adamlar ürəklərinin səsi ilə 
hərəkət edərək tutduqları yoldan dönməyəndə, bəzi din 
xadimlərınin onlara qarşı necə amansız mübarizə 
aparınalarını, onlara alçaq nəzərlə baxmalarını, onlara hər 
cür damğa vuraraq xalqın gözündən salmağa çalışmalarını 
təsəvvür etmək çətin deyil. Bütün bunlar Hicri Dədə kimi 
müdrik və mütəfəkkirin dediklərini təsdiq edən, 
təkzibolunmaz tutarlı dəlillərdir. 
Xoyrat-xoryat sözünün «xori» sözündən yaranınası və 
yeni məna çaları  kəsb etməsi, yəni bayatı  mənasında 
işlənməsi həm mümkün, həm də ağlabatandır. 
Dilçilik elmindən məlumldur ki, hər hansı bir dildə 
məxsusi mənanı ifadə etmək üçün yaranan söz vaxt 
keçdikcə başqa mənalar da kəsb edir. 
Kərkük dolaylarında xoyrat yerinə «qoşma» və ya 
«beyt-beyit» termin də  işlənir.  Əta Tərzibaşı bu 
münasibətlə yazır: 
«Bəzi yazma məcmuələrdə (cüng) xoyrat və mani 
qarşılığında «həqiqət» sözü keçdiyi kimi, bəzi  şairlərimiz 
bunun yerinə «qoşma» terminini qullanmışdır. Ayrıca, xalq 
arasında  əskidən bəzən «beyt» sözü keçirdi. Bunu, xalqın 
ümumiyyətlə  şer qarşılığında hələ  də qullandığını 
bilməkdəyiz» (212, 40). 
Bu, alimlərimizin fıkrini doğraldur. Onlar iddia edirlər 
ki, qoşma, gəraylı, təcnis bayatıdan yaranmışdır.  İlk 
vaxtlar bayatı kimi bir bənd olan bu şer formaları təkamül 
yolu keçərək sonralar üç bənd olmuşlar (158, 40). 
Elə bunu təcnislərin eyni ilə xoyratlar kimi cinas 
qafiyəli olması da təsdiq edir. 
 
  Kərkük  folklorunun janrları                                       115 
Mani sözünün etimologiyasına gəlincə, hər  şeydən 
əvvəl demək lazımdır ki, bu söz həm mani, həm də maani 
kimi tələffüz edilir. 
Bir çox tədqiqatçılar maninin ərəbcə «mana» sözünün 
cəmi «məani»dən alındığını söyləmişlər (212, 55). 
Əmin Abid türk və qaqauzlarda da bayatı  əvəzinə 
«mani» işləndiyini və  ərəb sözü «məani»dən alındığını 
qeyd edir(108, 12, 13). 
Maraqlıdır ki, «mani» termini vaxtilə bizdə  də 
işlənmişdir. 1925-ci ildə Bakıda çap olunan «Bayatılar» 
kitabındakı fikirlər dediklərimizi təsdiq edir: «Toplamış 
olduğumuz mimunələrin «bayatı və mani» qisınindən sadə 
material olaraq bu kitabçayı nəşrə qərar verdik... Kitabçada 
bulunan bayatı və manilər mərhum Mirzə Məhəmməd, şair 
Abdulla  Şaiq və müəllimə  Şəfiqə xanım  Əfəndizadə 
yoldaşların toplamış olduğu materiallardan 
götürülmüşdür» (50, 3-4). 
Tədqiqatçı Salman Mümtaz «mani» sözünün 
etimologiyasını müəyyən bir ulusla, ellə bağlayır: 
«Şerlərin xüsusi adlarına gəldikdə, onlar da, mani, varsağı, 
türkmanı, geraylı, ovşarı, bayatı və başqalarından ibarətdir. 
Türki-türk, mani-mahan, varsağı-varsaq, türkmani-
türkman, gəraylı-gəray, ovşari-afşar, bayatı-bayat. Bu adlar 
ulusların, ellərin hünərləri, bacarıqları sayəsində 
yaradılmış  şerlərə, mənzumələrə verilən adlardır ki, 
bunların vasitəsi ilə hansı  şerin hansı ulusa, elə nisbəti 
olduğu meydana çıxır... Gəray elinin yaratdığı mənzuməyə 
«gəraylı» deyildiyi kimi, əfşarların qoşqularına  əfşarı 
deyilir. Yalnız mani təhrif olunınuşdur ki, о da mahan 
elinin düzdüyü düzmədir» (188, 7). 
Professor M.Seyidov da «Manilər  əski türkdilli 
qəbilələrdən olmuşlar» hökmünü verir (190, 312). 
Manilər bir çox xüsusiyyətlərinə görə xoyratlardan 
fərqlənirlər.  Əsas fərqləndirici cəhət odur ki, xoyrat və 
manilər həm forma, həm də məzmunca fərqlənirlər. For- 


116                                                                           II fəsil 
ma baxımından manilərin bütün misraları yeddi hecalı 
olduğu halda, xoyratların birinci misrası  kəmhecalı, yəni 
üç, dörd və ya beş hecalı olur. 
Yeri gəlmişkən deyək ki, iraqlı  tədqiqatçı  Əbdüllətif 
Bəndəroğlu «Xoyrat-bayatı» məqaləsində xoyratların 
birinci sətrinin ancaq üç və ya dörd hecadan ibarət olduğu 
fikrıni irəli sürmüşdür (96
a
). Həqiqət naminə demək 
lazımdır ki, İraq-türkman folklorunda birinci sətri üç və ya 
dörd hecadan ibarət olan xoyratlar əksəriyyət təşkil edir. 
Bununla belə, Kərkük dolaylarında birinci sətri beş 
hecadan ibarət olan xoyratlar da gərəyincədir. Məsələn: 
Yüz aya dəgər; 
Hüsnüv yüz aya dəgər. 
Ay var, bir günə dəgməz 
Gün var yüz aya dəgər (212, 406), 
Təkcə onu demək kifayətdir ki, Əta Tərzibaşının 
kitabına daxil edilən 950 cinaslı xoyratın 60-dan çoxunun 
birinci sətri beş hecalıdır (212, 297-410). 
Birinci sətri beş hecadan ibarət olan cinaslı xoyratlara 
İzzəddin  Əbdül Bayatlı, Mustafa Kəmqaya, Rəşid  Əli 
Daquqlu və  s.  kimi  müasir  şairlərin də yaradıcılığında 
təsadüf edilir (212, 414-420). 
Yeri gəlmişkən qeyd etmək olar ki, Ə.Bəndəroğlunu 
siyasi lirikanın yaradıcısı kimi tanıdan (95, 136), onun 
məşhur: 
 
Oyanan istər;  
Millət oyanan istər  
Bu çağ atom çağıdı 
Gücə dayanan istər - 
xoyratının birinci misrası da beş hecadan ibarətdir. 
Xoyrat və manilər məzmuna görə  də  fərqlənirlər. Bu 
baxımdan Əta Tərzibaşının fıkri maraq doğurar: «Gəncli- 
Kərkükк folklorunun janrları                                        117 
yin ehtirasiarını  tərənnüm edən bəsit dörtlüklərə mani, 
sənət qavramı olqun və üstün olanlara da xoyrat adı 
vermək yerində olur» (212, 60). 
Xoyratlardan fərqli olaraq manilərə musiqi bəstələnir 
və onlar müəyyən döndərmələrlə - nəqəratla birlikdə xorla 
oxuna bilir. 
Xoyratla manini fərqləndirən başlıca amillərdən biri də 
xoyratların həmişə cinaslı, manilərin isə adi qafıyəli 
olmasıdır. Lakin bu о demək deyildir ki, manilər arasında 
cinaslılara təsadüf edilmir. Az da olsa cinaslı manilərə də 
rast gəlinir: 
 
Sona göldə bir üzdü,  
Bir çalxandı, bir zdü,  
Üzün qoy üzüm üstə 
Görən desin bir üzdü. 
Manilər vəzn etibarilə  də xoyratlardan fərqlənirlər. 
Əmin Abidin göstərdiyinə görə Tadeuş Kovalski «Mani» 
növünün vəznində dörd tip ayırd etmişdir. Misrası 4 + 3; 3 
+ 4; 2 + 5; 2 + 3 + 2 hecalı olanlar. Bu bölgüyə əsaslanan 
Əmin Abid vəzn etibarilə Azərbaycan bayatılarının on 
dörd şəklini üzə çıxartdığını qeyd edərək misallar versə də, 
misal gətirdiyi üç, dörd və on ikinci nümunələr 
tədqiqatçının irəli sürdüyü bölgüyə cavab vermir (108, 28-
29). 
Bayatıların 1, 2 və 4-cü misralarının heca bölgüsünə 
görə qruplaşdırılmasına sonralar da cəhd edilmiş (81, 199; 
103, 62), hətta tədqiqatçı H.Qasımov bayatıların misralar 
üzrə heca bölgüsünə görə 17 növdə olduğunu qeyd 
etmişdir(81, 199). 
Kərkük manilərində hecaları misralar üzrə daxili 
bölgü, ritm və ölçü baxımından nəzərdən keçirərək on üç 
şəklini üzə çıxartdıq. 
Misraları 3 + 2 +2; 2 + 2 + 3; 2 + 3 + 2; 3 + 1+3; 3+ 4; 
1+2 + 2 + 2; 2 + 2+1+2; 2+1+4; 1+2 + 4; 2+1+2 + 2;   4 + 
2 + 1; 2 + 2 + 2+1;  1+2 + 3+1 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə