112
dıcılığına, folklora bağlılığı, özünəməxsus üslubu olduğunu aydın göstərir.
Gülşəni yaradıcılığının dəyəri və gözəlliyi dərinlik və sadəliyindədir. O,
yaradıcılığında müəllimi Rövşənidən bol-bol bəhrələnmişdir. Bərdəi şəx-
siyyət kimi Rövşəninin yetirməsi və eyni zamanda bir şair kimi onun da-
vamçısıdır.
Gülşəni Bərdəinin şeirləri – eşq, məhəbbət, sədaqət, dostluq haq-
qında himndir. Əsərlərinin dili ilə həmahəng elmi dil nümunəsi tək diq-
qəti cəlb etdiyi kimi, sadə xalq danışığına yaxınlığı ilə də maraq doğurur.
Tanınmış türk tədqiqatçısı Vəsfi Mahir Qocatürk Gülşəninin dilində bariz
bir sadəlik əsasında azəri ləhcəsi (Azərbaycan dili A.M.) qalan bir səmi-
miyyət olduğunu qeyd edərkən, şairin əlimizdəki divanında olmayan aşa-
ğıdakı şeirini nümunə göstərmişdir:
Bənim könlüm alan dilbər,
Gedər derlər, gedər derlər.
Bəni Məcnun tək o Leyla
Edər derlər, edər derlər.
Nə sevdadır deyiniz bana,
Eşidib qalmanız tana
Könül bəndən qaçıb ona,
Gedər derlər, gedər derlər.
Bərdəinin bütün əsərlərinin bir yerə toplanıb tədqiq edilməsi, elmi
tənqidi mətnlərinin hazırlanması azərbaycanşünaslıq, eləcə də türkologiya
qarşısında duran vacib problemlərdən biridir.
Aşağıda Şeyx İbrahim Gülşəni Bərdəinin yeganə nüsxə olan 1614-
cü ildə üzü köçürülmüş əlyazma divanından seçmələri oxuculara təqdim
edirik:
Eşqə könül verməyən cananı qıymaz bana
Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
Eşqi murad edübən tərki-murad etməyən,
Olubanı namurad, eş ilə uymaz bana.
Eşq ilə Məcnun olan əql ilə divanəvəş,
Olubani münkirim, qal ilə gəlməz bana.
Diri ikən ölüymüş, istəyibən bulmazam,
Çünki diri olmayan eşq ilə duymaz bana.
Cani-cahandan köçüb, istəməyən eşqərin,
Dirilu üçün eşqlə cananı verməz bana.
Bir nəfər yüz belə can verübəni almayan.
Diləsəm ondan baha eşq ilə saymaz bana.
Eşq oduna yanmayan, Gülşəndir, sanmanuz.
Rövşənin yürəki mehr ilə yanmaz bana.
114
MUSA KALANKAYTUKLU
Musa Kalankaytuklunu Azərbaycan tarixçilərinin ulusu adlandır-
maq olar. O öz mənalı ömrünü xalqımızın tarixi keçmişinin, əhalinin se-
vinci, kədəri, təsərrüfatı, məişətinin öyrənilməsinə həsr etmişdir.
O, ömrü boyu üzərində işlədiyi “Alban tarixi” adlı iki kitablıq əsə-
rində qədim babalarımız olan albanların tarix səhnəsinə çıxmasından baş-
lamış ta VII əsrin sonuna kimi böyük və tarixi hadisələrlə zəngin bir döv-
rünü tam dəqiqliyi ilə təsvir etmişdir. Müqayisələrdən məlum olur ki, o,
VII əsrin I rübündə qədim tarixli Qarabağın dilbər guşələrindən birində
anadan olmuşdur. Bu gözəl diyar görkəmli tarixçinin özünün yazdığı kimi,
əsl-nəcabətinin anadan olduğu yer Kalankaytuk idi. Akademik Z.M.Bün-
yadovun dediyi kimi, bu kənd Bərdədən çox da uzaq olmayan bir ərazidə,
onun bir neçə fərsaxlığında, Tərtər çayının sahilində, dağətəyi hissədə sa-
lınmışdır. Eyni ifadəni hələ X-XI əsrlərdə yaşamış ərəb müəllifləri də iş-
lətmiş və onların yazılarında göstərilən yer tarixçilərin dilinin qanunların-
dan asılı olaraq Kəlkətus kimi qeyd edilmişdir.
Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Farisi əl-İstəxri (X əsr),
Əbu əl-Qasim ibn Hövqəl (X əsr), Əbu Abdulla Məhəmməd ibn Məhəm-
məd ibn Abdulla ibn İdris (XI-XII əsrlər) və başqalarına görə Bərdədən
Dəbilə (Dvinə) gedən ticarət yolunun 9 fərsaxlığında gur Tərtər çayının
sahilində idi. Hələ 1902-ci ildə Şamaxı keşişi M.Barxudaryan özünün
“Albaniya tarixi” adlı əsərində yazırdı: “Kalankat kəndi xarabaları Tərtər
çayının solunda olmuş Divdakan və Metaqis kəndlərinin arasındakı və
hal-hazırda da neçə azərbaycanlı ailələrinin yaşadığı yerdə Qarı körpüsü
deyilən çay-üstü körpü qalığının yaxınlığındakı yerdə idi”. Bu yer hal-ha-
zırda Bərdə şəhərinin Cənubi-Qərbində Şirvanlıya gedən yolun sol tərə-
findədir. Bir çox müəlliflər isə həmin yerin Albaniyada qədim Uti vilayə-
tinin mərkəzi şəhəri Bərdənin cənubi-qərbində Tərtər çayı sahilində olan
Ağdərə yaşayış yerinin yaxınlığında olduğunu göstərir. Hətta müasir Bər-
də rayonu ərazisində yaşayan ağsaqqal qocaların, dünya görmüş kişilərin
söyləməsinə görə o kənd hal-hazırki dövrdə rayon mərkəzindən 3 kilo-
metr cənubi-qərbdə olan Kələntərli kəndidir. Bu fikrə isə qəti münasibət
bildirmək, əlbəttə, çətindir və bunun üçün xeyli iş aparmaq lazımdır. La-
kin M.Barxudaryanın öz əsərində göstərdiyi yer təqribən Kələntərli yaşa-
yış yeri ərazisinə uyğun gəlir. Ancaq bu çox tutarlı bir dəlildir ki, ilk orta
əsrlərdən mövcud olmuş Kalankat kəndi qədim Bərdədən çox da uzaqda
olmayan ərazidə idi və görkəmli Azərbaycan (alban) tarixçisi Musa Kalan-
kaytuklu da II əsrin birinci rübündə bu yerdə anadan olmuşdur. Ağıllı gənc
elə ilk təhsilini də güman ki, burada olan kilsə məktəbində almışdır və
sonradan Bərdəyə köçmüşdür. Həssas alimin təsvirlərindən məlum olur ki,
o görkəmli alban hökmdarı Cavanşirin (637-38-690) müasiri olmuşdur.