BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə28/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   24   25   26   27   28   29   30   31   ...   155

 

109

 

MƏKKİ  BƏRDƏYİ 



 

X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik. 

Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdul-

lanın,  Əbubəkr Bərdəyinin,  Əbdüləziz ibn-əl Həsən  əl-Bərdəyinin,  Əbu-

səyid  Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə-

həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah 

Bərdəyinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çək-

mək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, bili-

yi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əh-

məd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X 

əsrin  əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı 

qədim tarixli Bərdədə anadan olmuşdur.  İlk təhsilini də o Bərdədə, öz 

doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam 

etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada get-

mişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin 

bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr 

əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanu-

nundan bəhs edən elm daha çox cəlb edirdi. 

Bunun xatirinə o astronomiya və nücum elmlərini dərindən öyrə-

nir və  təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər 

açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qa-

nunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına 

günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət aç-

maq, onların əsrlərdən bəri qıfıllı qalan qapılarını açıb geniş dəhlizinə da-

xil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş de-

yildi. X əsrdə ilahi qüvvə sayılan Günəş, Ay guya Allah-Təala tərəfindən 

düzələn ulduzların təbii qanunundan bəhs edən hər kəs, din xadimləri tə-

rəfindən cəza da ala bilərdilər. Şübhəsiz bu cəza və maneələrə Məkki də-

rin elmilə cavab verməliydi. Bunun üçün o çoxlu müşahidələr aparmalı 

idi. Özü də onun müşahidələri müxtəlif yerlərdən olmalıydı. Belə etdikdə 

alim indi həm də dönüb səyyah olurdu. Özünün səyahətləri zamanı o, Şər-

qin bir çox ölkələrini – İranı, İraqı, Orta Asiya və bir çox ölkələri gəzmiş-

dir. Onların elmi və mədəniyyət mərkəzi olan Bağdad, Dəməşq, Nişapur, 

Xorasan və digər şəhərlərində xeyli yaşamışdır. Adlarını çəkdiyimiz ölkə 

və şəhərlərdə Məkki Bərdəyi yerli xalqların adəti, ənənəsi və sənətkarlığı, 

təsərrüfat həyatı, tarixi və etnoqrafiyası haqqında çoxlu məlumatlar topla-

mışdır. Alim həm də öz dövrünün görkəmli yazıçısı idi. O çox da uzun ol-

mayan ömrü boyu həddən-ziyadə çoxlu kitablar yazmışdır. XIII əsrdə ya-

şamış görkəmli  ərəb tarix və coğrafiya alimi Yaqud Həməvi yazırdı: – 

Məkki  İbn  Əhməd  əl-Bərdəyi ağılasığmaz dərəcədə çoxlu kitablar yaz-




 

110

mışdı. Salnaməçiyə görə bu əsərlər elmin müxtəlif sahələrini əhatə edirdi. 

Çox mənalı ömür keçirən Məkki 965-ci ildə vəfat etmişdir. Onun əsərləri 

üzərində müəyyən qədər iş görülür və şübhəsiz ki, o öz səmərəsini gələcək-

də verəcəkdir. Alimin elmi və ədəbi-fəaliyyəti haqqında görkəmli tarixçi-

lər, coğrafiya alimləri,  şəqşünaslar qismən iş aparmışlar. Belə alimlərdən 

mərhum tarixçi Z.İ.İbrahimi, coğrafiya alimi N.K.Kərəmovu göstərmək 

olar. Gənc şərqşünas-filosof Z.C.Məmmədov, arxeoloq Q.M.Əhmədov da 

yeri gəldikcə Məkki haqqında öz qiymətli mülahizələrini söyləmişlər. 

 

Nuriyеv A.  

«Kоmmunizm yоlu» - 1986 - 5 iyun 



 

 

 

 

 

 

 

 

 

 

 


 

111

 

GÜLŞƏNİ  BƏRDƏİ 

 

Gülşəni Bərdəinin yaradıcılığı XV–XVII əsrlərə – Azərbaycanın 

ictimai-mədəni həyatının yeni yüksəliş dövrünə təsadüf edir.  

Məhəmmədəli Tərbiyət XVI əsrdə yaşamış türk tədqiqatçısı  Əh-

məd  Əfəndi Taşkeprilüzadənin “Şəqayiqi-neməniyyə”sinə istinad edərək, 

Bərdəinin 1426-cı ildə doğulduğunu, adının isə bütövlükdə Şeyx İbrahim 

ibn  Şahabəddin Gülşəni olduğunu yazır. Seyid İsmayıl Sadiq Kamal da 

“Şərhi-Əsmayi-ənbiyanın, övliyanın qüssəsi”  əsərində Gülşəninin həmin 

ildə Azərbaycanda anadan olduğunu nəzmlə  qələmə almışdır.  Əhməd 

Həlmi isə Gülşəninin həyatı ilə bağlı  məlumatı genişləndirmişdir. Onun 

yazdıqlarından məlum olur ki, Bərdəi iki yaşında ikən atasını itirmiş, əmi-

si Seyid Əlinin himayəsində tərbiyə almış, atasından ona çoxlu kitab qal-

mışdır. 

Gənc yaşlarında Bərdədən Təbrizə  gələn Gülşəni XV əsrin filo-

sofu Seyid Yəhya  Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin 

tələbəsi olmuş və onun məsləhəti ilə əvvəlki təxəllüsü “Heybəti”ni “Gül-

şəni” ilə  dəyişdirmişdir. Orta əsrlərdə yaşamış bir çox şəxsiyyətlər haq-

qında maraqlı  məlumatlar verən “Silsilənameyi – məaşaixi-əhli təriqət” 

də Gülşəni adı  çəkilmiş, Rövşənidən sonra onun yerinə keçmək hüququ 

qazandığı göstərilmişdir. 

Bir müddət Türkiyə  və Misirdə yaşamış Gülşəni yerli əhali tərə-

findən doğma övlad kimi sevilmişdir. Qaynaqların verdiyi məlumatlara 

görə, yüz ildən artıq ömür sürən şair 1533-cü ildə Misirdə vəfat etmişdir. 

Onun oğulları Şeyx Əhməd Xəyali, Məhəmməd Zəfi, nəvəsi Şeyx Siffəti, 

nəticəsi Haləti də şair olmuşlar.  

Onların həyat və yaradıcılığı haqqında Əlaəddin İbrahim Qovşanın 

“Rəsmli yeni lüğət və ensiklopediya”sından, “Türkcə yazma divanlar” və 

s. əsərlərindən qısa məlumat almaq olar. Yaşadığı dövrdən sonrakı yüzil-

liklər ərzində Gülşəni haqqında bir çox tanınmış alimlərin dəyərli fikirlə-

rinə baxmayaraq, vətəni Azərbaycanda onun həyat və yaradıcılığı indi-

yədək  əhatəli öyrənilməmiş,  əsərləri çap edilməmişdir. Gülşəninin ədəbi 

irsi “Ruznamə”, “Qədəmnamə”, “Simurqnamə”, “Pəndnamə”, “Məsnəvi-

yi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə”sinə yazdığı cavabdan və Azər-

baycan, ərəb, fars dillərində olan divanlardan ibarətdir. Əsərləri dünyanın 

müxtəlif  əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilməkdədir. 

Misirin Xidviyyə, İstanbulun Universitet və Millət, Rusiyanın Şərqşünas-

lıq  İnstitutunun Sankt-Peterburq bölməsi kitabxanalarında Gülşəni Bər-

dəinin divanları saxlanılır.  

Gülşəninin  əlimizdə olan divanına 68 qəzəl və  qəsidəsi daxildir. 

Bu əlyazma tam olmasa da, Gülşəninin yaradıcılığı haqqında müəyyən tə-

səvvür verir. Divandakı şeirlər onun klassik Şərq ədəbiyyatına, xalq yara-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə