117
BƏRDƏLİ ALİM YUSİF QARABAĞİ
Fəlsəfə, məntiq, fiqh elmləri və poeziya sahəsində məşhur olan
Yusif Məhəmmədcan oğlu Qarabaği 1570-ci ildə Bərdə şəhərinin yaxın-
lığında, Tərtər çayının sağ sahilində yerləşən Mehribanlı kəndində anadan
olmuşdur. O, ilkin çağlarda şeirlə maraqlanmış, şeirlərini Yusif Mehribani
təxəllüsü ilə yazmışdır.
Bəs necə olmuşdur ki, Yusif sonralar Qarabaği təxəllüsünü götür-
müşdür? Məlumdur ki, Yusif zamanın sərt üzünü görmüş, vətənindən çox
uzaqlara düşmüşdür. Onun yaşadığı dövrdə hakimiyyət Səfəvilər dövləti-
nə mənsub idi. Azərbaycanı inzibati ərazi bölmələri ilə adlandırırdılar.
Arazdan ta Gəncəbasar tərəflərə qədər Qarabağ bəylərbəyliyi adlandırı-
lırdı. O dövrdə Bərdə və onun Mehribanlı kəndi dünyəvi əhəmiyyətdən
məhrum idi. Onun elmi və fəlsəfi əsərləri orta Asiyada Mövlana Yusif
Qarabaği adı ilə nəşr edilirdi. Bu baxımdan bərdəli alim Yusifi biz oxucu-
larımıza Yusif Qarabaği kimi təqdim edirik.
Yusif Qarabağinin atası Məhəmmədcan dövrünün tanınmış ilahiy-
yatçısı idi. O, Yusifin təhsili ilə özü məşğul olduqdan sonra oğlunu İrana
aparmış, orada dövrünün böyük alimi olan Həbibulla Mirzəcan Şirazinin
məktəbinə qoymuşdu. Lakin alim İranda çox qala bilməyib müəllimi ilə
birgə Orta Asiyanın şəhərlərinə mühacirət etmişdir. O, əvvəlcə Şərqin
mühüm elm mərkəzlərindən biri olan Səmərqənddə yaşadıqdan sonra Bu-
xara şəhərinə köçür. Bu şəhərdə orijinal əsərlər və təsvirlər yazır.
Bu zaman Buxara əmiri İmamqulu Bahadur xan idi. Bahadur xan
yüksək şeir təbinə malik şəxsiyyət olduğundan bizim alim Yusif Qaraba-
ğini də hörmətlə qarşılamış, onunla dostluq etmişdir.
Yusif Qarabaği şeir deməkdə yüksək təbə və istedada malik idi.
Onun qəsidələri bədii sənətkarlıqla dolu olmuş və əvvəldən axıra kimi
nadir və məzmunlu qafiyələrlə bitmişdi. Alimin əsərlər külliyatından Öz-
bəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Əlyazmalar
Fondunda əsas aşağıdakılar qorunub saxlanılır.
1950-1951-ci ildə ərəb dilində yazılmış “Xanəngah haşiyəsi”
əsəri;
Buxara şəhərində yazılmış “Anlaşılmayan
məsələləri birtərəf
haqqında tamamlayıcı təsvirləri” əsəri;
Ərəb dilində yazılmış “Vaqifin (zərurətin) sübutu haqqında”
traktatın şərhi əsəri;
“Nur saraylarının şərhi olan nur mənzəhələrinə haşiyə”;
Ərəb dilində yazılmış “Tənzib” kitabının şərhinə haşiyə əsəri;
“Varlıq fəlsəfəsi” kitabına haşiyə əsəri.
118
Göstərilən əsərlərdən əlavə alimin 10 mükəmməl əsəri də vardır ki,
Özbəkistan EA-nın Əlyazmalar Fondunda saxlanılır. Bu əsərlər həm ərəb,
həm də fars dilində olduğundan gənc alimlərimiz onların tədqiqatı ilə
məşğul olmaqda çətinlik çəkirlər.
Yusif Qarabaği 1645-ci ildə vəfat etmişdir. Qarabağinin qəbri Bu-
xara şəhərinin cənubundakı Sefid Muy adlı kənddə Baba Şoqi Pərəluz
darvazası yaxınlığındadır.
Allah ona rəhmət eləsin. Gün o gün olsun ki, Yusif Qarabağinin
əsərləri Azərbaycana gətirilib tərcümə olunsun, xalqımız bu mənbələrdən
bəhrələnsin.
Əliyev Ə.
“Bərdə” – 1991 – 2 noyabr
119
BƏRDƏLİ ŞAİR DƏVDƏK
Beşinci əsrdən etibarən Azərbaycanın Şimal hissəsi olan Albani-
yanın ictimai, iqtisadi və mədəni həyatında çox mühüm tərəqqi nəzəri
cəlb edir. Azərbaycan mədəniyyətinin həmin dövrdə yaranmış bəzi yadi-
garları bizim günlərə qədər gəlib çatmışdır. Yeddinci əsrdə yaşamış Dəv-
dəkin yazdığı “Şərq ölkəsinin kədəri” adlı mərsiyyəsi belə yadigarlardan-
dır.
Dəvdək bərdəlidir. O, xalqımızın istiqlaliyyətini qoruyan, Sasani-
lərə və xəzərlilərə qarşı müqavimət göstərən, alban hökmdarı Cavanşirin
müasiri, yaxın dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə
görüşlərində iştirak etmişdir.
681-ci ildə “Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazla-
rının gizli qəsdi nəticəsində öldürüldükdə” (Ziya Bünyadov) Dəvdək sər-
kərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, bö-
yük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir. Mərsiyyə-poe-
madan bir parçanı oxuculara təqdim edirik:
Mənim şərq ölkəmi bürüdü kədər,
Yayılmış cahana bu qara xəbər,
Qoy ellər eşitsin səsimi mənim,
Səsimə səs verib ağı desinlər!
Sakit həyatımız matəmlə doldu,
Bizə soyğunçular həp yağı oldu
Misilsiz bir dövlət çökdü kökündən,
O, parlaq şüası saraldı, soldu.
Cəsurdur, sanki bir heybətli aslan,
Susardı önündə düşmən hər zaman
Başçılar, işxanlar tabedir ona,
Sonsuz məhəbbətdən, həm də qorxudan.
Şöhrəti çatmışdı uzaq ellərə,
Adı yayılmışdır bütün ellərə,
Dünya heyrət ilə əhsən deyərdi,
Ondakı zəkaya, elmə, hünərə.
İşıqdı dünyada bizə hökmdar,
Əmrinə tabedir dağlar, dalğalar,
Tamam ram etmişdi böyük Cavanşir,
Dünyada nə qədər istilaçı var.