124
liyyatında igid zabit kimi döyüşən Qaçay Aslanovun sinəsini “Qırmızı
Ulduz” ordeni bəzəyirdi. Onu hamı “leytenant Aslanov” deyə çağırırdı.
Bir axşam Qaçayı alay komandiri podpolkovnik Vladimir Litvi-
nov torpaq qazmaya yanına çağırdı. Onun yanında ortaboylu, suyuşirin
qaraşın bir zabit də vardı. Litvinov gülümsünüb:
– Hə, həmyerlilər, Aslanovlar, tanış olun – dedi və əlini Qaçayın
çiyninə toxundurub, bu da bizim igid Azərbaycan oğlu Aslanovumuzdu –
deyə polkovnikə təqdim etdi.
Yanağı sərt şaxtadan azca allanıb qızarmış polkovnik qonaq Asla-
nov əlini Qaçaya uzadıb:
– Tanış olaq, – dedi – eloğlu, mən Həzi Aslanovam. Hər dəfə ko-
mandirinlə görüşəndə səni bolluca tərifləyir. Hətta zarafatla deyir ki, Hə-
zi, qardaşın leytenant Aslanov alayımızın fəxridir. Gəldim ki, səninlə ta-
nış olum. Çox sağ ol ki, xalqımızın başını uca edirsən.
Qaçay utancaq baxışlarını bilmədi haraya gizlətsin. Həzi Aslanov
isə elə hey onu tərifləyirdi. Söhbətinə ara verər-verməz komandiri Litvi-
nov onun şücaətindən danışırdı:
– Həzi, – noyabrın 19-da, iki gün əvvəl bizim leytenant Aslanovu
səhər saat səkkizdə bölüyü ilə Plodaviti kəndi istiqamətində kəşfiyyata
göndərdim. Üç saata yaxın apardığı döyüş əməliyyatında düşmənin de-
mək olar ki, bir rotasını yarıbayarı məhv edib geri oturtdu.
Həzi Aslanov bu dəfə doğma ana dilində, canıyananlıqla:
– Özünü gözlə eloğlu, sən hələ çox cavansan, neçə yaşın var?
– İyirmi iki yoldaş polkovnik – deyə Qaçay nizami əsgəri qaydada
cavab verdi:
– Axı, biz hələ sənin toyunda oynamalıyıq. Sənə bir böyük qardaş
məsləhətim, çalış döyüş vaxtı bölüyünün arxasını boş qoyma, onda daha
arxayın vuruşarsan, döyüş uğurun da artıq olar. Yaxın günlərdə bir cəbhə-
də vuruşacağıq. Mən çayın o tayında müdafiədə duran 55-ci tank alayının
komandiriyəm. Mənim alayımda da sənin kimi qoçaq həmyerlilərim çox-
dur. Amma sən burda, bu alayda tək-tənhasan darıxmırsan ki?
– Nə danışırsınız yoldaş polkovnik, heç bu frislərin əlindən darıx-
mağa vaxt var... İcazə verin yoldaş polkovnik bir söz də mən deyim.
– Buyur!
– Bax, Siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanınıram.
Sizi axı, bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Sizin Moskva ət-
rafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün Azərbaycan mətbuatı qı-
zılı hərflərlə yazır. Vətəndən aldığım qəzetlərdə Sizin haqqınızda bolluca
yazılar var.
– Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran,
Astara bölgəsinə bənzəmir. Bilmək istərdim mənim həmfamilim olan igid
hansı bölgədəndir? Bilirsən niyə soruşuram, alayıma qayıdanda mənim
125
“uşaqlarım” belə şeyin çox marağındadırlar, bilirəm ki, məni sorğu-suala
tutacaqlar.
– Qarabağlıyam, yoldaş polkovnik. Aran Qarabağın Bərdə rayo-
nundanam. Kəndimin də adı Kələntərlidir. Xanlıq dövründə bizim kənd
Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə Batmanqılınc adı ilə düşən
igid Məmməd bəy Mehrəlibəyoğlu Cavanşirin kəndi olub.
Polkovnik Həzi Aslanov gülümsünüb:
– İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin şeir yaz-
maq qabiliyyətin var. Bir də qarabağlı olasan yaxşı səsin olmaya? Bunlar
da varmı?
– Yeri gələndə şair Səməd Vurğun demişkən az-az uydururam...
– Səmədlə tanışlığın varmı?
– Yox, heç üzünü görməmişəm. Amma “Vaqif”ini əzbər bilirəm.
– Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən görüş-
dük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da yazıb verdim.
Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ olsun. Anam yazır ki, Həzi,
oğlum, Səməd Vurğun gətirdiyi məktub bizə xeyli təsəlli verdi, sənin ba-
rəndə... Qaçay, Allah qoysa bu frislərin axırına çıxaq, müharibə qurtarsın
sənin toyuna Səmədlə gələrik... İndi mən getməliyəm, axşam toranı düşür.
Sənə ən vacib tövsiyəm döyüş vaxtı özünü qoru...
Podpolkovnik Litvinov gülə-gülə:
– Yoldaş polkovnik, sizin dili bilməsəm də danışığınızın abı-hava-
sından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox-çox şad oldum.
Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov geri
dönüb gülə-gülə dedi:
– Biz azərbaycanlılar harada yaşayıb-işləməyimizə baxmayaraq
hamımız bir ananın, bir atanın övladıyıq. Hələlik, görüşənə qədər.
***
Şərəfli döyüş yоlu kеçmiş Qaçay Aslanоvun müharibədən sоnrakı
həyatı və əmək fəaliyyəti də nəsillərə örnək оla biləcək ömür yоludur.
Uzun illər məsul vəzifələrdə çalışmış, əməksеvərliyi, ədalətliliyi,
humanizmi ilə еl arasında böyük hörmət qazanmışdı. Indi də adı çəkilən-
də hamı: «Rəhmətlik yaxşı kişi idi, Allah rəhmət еləsin!» dеyib ruhuna
dua оxuyur. «Yaxşı kişi» titulunu qazanmaq hər kəsə nəsib оlmur. Qaza-
nanlar isə еlin yaddaşında əbədi hеykələ dönür. Qaçay Aslanov kimi.
126
ASLANOV FƏRHAD
QAÇAY OĞLU
1950-ci il may ayının 27-də Bərdə rayo-
nunda anadan olub. 1967-ci ildə Bərdə şəhər
2 nömrəli rus orta məktəbini bitirib. Həmin
il Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunun Mexanika fakültəsinin “Avto-
mobil nəqliyyatı” şöbəsinə daxil olub. 1972-ci
ildə institutu müvəffəqiyyətlə başa vurub. Hə-
min il institutun nəzdində hərbi hazırlıq keçərək “Zirehli avtomobillər tex-
nikası üzrə mühəndis mexanik” ixtisasına yiyələnib.
1980-ci ildə Azərbaycan DİN-i kollegiyasının qərarı ilə SSRİ
DİN-nin Akademiyasına daxil olmuşdur.
1982-ci ildə həmin Akademiyanın Daxili İşlər Orqanlarının rəhbər
işçilər hazırlayan fakültəsinin hüquqşünaslıq bölməsini bitirərək asayişi
mühafizə sahəsində hüquqşünas təşkilatçı ixtisasına yiyələnib. Akademi-
yanı “Qırmızı diplom”la bitirən F.Aslanov yaxşı oxuduğuna görə SSRİ
DİN-nin “Əla milis işçisi” döş nişanı ilə təltif olunub.
1982-ci ildə həmçinin Akademiyanın nəzdində fəaliyyət göstərən
“Kino, teatr, musiqi, təsviri incəsənət” ixtisası üzrə Mədəniyyət Universi-
tetini də qurtarmışdır.
1974-1995-ci illərdə Azərbaycan DİN-də aşağıdakı vəzifələrdə ça-
lışmışdır:
– Bakı şəhəri Nizami rayon polis idarəsində rəis müavini;
– Bakı şəhəri Səbail rayonu polis idarəsində rəis;
– Bakı şəhəri DİDİ-nin Dövlət Yol Polis idarə rəisi;
– Azərbaycan Respublikası DİN-in DYP idarə rəisinin 1-ci müavini;
– Azərbaycan Respublikası DİN-in DYP idarəsində rəis vəzifəsi
səlahiyyətlərini icra etmişdir.
1995-1998-ci illərdə müxtəlif diplomatik vəzifələrdə çalışmışdır:
– İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası adından
Yol Hərəkətinin Dövlətlərarası Beynəlxalq Təşkilatının Baş Assambleya-
sının üzvü
– YHBT-nın hüquq komissiyasının sədri (İsveçrə, Cenevrə)
– YHBT-nın elmi tədqiqat komissiyası sədri vəzifəsinin səlahiy-
yətlərini icra edən (İsveçrə, Cenevrə)
– YHBT-nın texniki komissiyasının sədri (İsveçrə, Cenevrə)
Dostları ilə paylaş: |