120
Qürurun məlumdur bütün cahana,
Min yara vurardın asi düşmana,
Noldu günəşimiz azdı yolunu,
Qulların övladı əl açdı Sana?
Ona qıymış olan məlum bədniyyət,
Ona vermiş olan əzab-əziyyət,
Görüm min lənətə gəlsin o xain,
Gəzsin Qabil kimi, olmasın rahat.
Qara tikan bassın onun yolunu,
Bayquşlar bürüsün sağ və solunu,
Düzlərdə qarğalar qonsun başına
Yırtıcı heyvanlar izləsin onu.
Olsun sığnacağı onun tikanlar,
Daraşsın canına əfi ilanlar,
Tökülsün üstünə zəhərlə acı,
Şişsin və partlasın görüm o murdar.
Cavanşir, Cavanşir, ey ulu igid,
Sənə dağ və dəniz heyrandı gerçək,
Əmrinə tabedir ən azğın külək,
Sənin həsrətinlə cuşa gələnlər
Qıracaq düşmanı nar çubuğu tək.
Həmin sətirləri Mikayıl Rzaquluzadə, əsərin bütöv mətnini isə Xə-
lil Rza tərcümə etmişdir.
Dərin bədii ehtirasla yazılmış bu əsər müəllifin daha bir çox bədii
əsərlər yazmış olduğunu bildirir.
Dəvdək Cavanşirin ölümündən sonra Bərdədə vəfat etmişdir.
Ə.Əliyev.
“Bərdə”. 1991, 10 aprel
121
AĞAYEV HÜSEYN
BAYRAM OĞLU
1926-cı ildə Bərdə rayonunun Xəsili kən-
dində anadan olmuşdur.
Müharibəyə qədər
Xanağalı kənd orta məktəbində oxuyub. Mü-
haribə dövründə kadr çatışmamazlığı ilə əla-
qədar olaraq kadr hazırlığı məktəbində im-
tahan verib 10-cu sinfi bitirib.
Müharibə zamanı Bəcrəvan kəndində kol-
xozda mühasib işləyib. 1951-ci ildə kənd sovetinin sədri, 1952-ci ildə
Rayon Partiya Komitəsinin göndərişi ilə MTS-in müdiri işləyb.
1955-ci ildə Azərbaycan kolxozunun sədri vəzifəsinə təyin olu-
nub. Onun işlədiyi dövrdə Azərbaycan kolxozu “Lenin” ordeni almışdır.
1960-cı ildə qiyabi yolla Gəncə şəhərində Azərbaycan Kənd Tə-
sərrüfatı institutunun zootexnik fakültəsini bitirib.
Hüseyn Ağayev 1980-ci ildən Moskva kolxozunun sədri vəzifə-
sində işləmişdir.
İşlədiyi müddət ərzində 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bay-
rağı ordeni, Şərəf Nişanı ordeni alıb. 1974-1983-cü illərdə Azərbaycan
Ali Sovetinin çağırışı ilə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
H.Ağayev 2000-ci ildə vəfat etmişdir.
122
ASLANOV QAÇAY
ALLAHQULU OĞLU
1920-ci il yanvarın 14-də Bərdə rayonunun
Kələntərli kəndində anadan olub. 1929-cu
ildə Uğurbəyli kəndində 1-ci sinfə gedib. İlk
müəllimi Pənah Səmədov olub. 1930-cu ildə
təhsilini doğma kəndi Kələntərlidə keçəl lə-
qəbli Cəmilin evində yaradılmış məktəbdə davam etdirib. 1-ci sinfi qur-
tardıqdan sonra 4-cü sinfə qədər İbişin evində yerləşən məktəbdə, 5-ci
sinfi Salır Muğanlının evindəki məktəbdə oxuyub. 7-ci sinfi isə Kələntər-
lidən xeyli aralıda yerləşən Şirvanlı kəndində başa vurub.
1937-ci ildə Gəncə şəhərində Azərbaycan Xalq Komissarlığının
Tibb Texnikumunun “Feldşerlik” şöbəsinə daxil olub. 1964-cü ildə Gəncə
şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib.
1975-ci ildə Respublika hüquq işçilərinin ixtisasartırma kursunda hüquq-
şünas ixtisasına yiyələnib. 1940-52-ci illərdə Yevlax rayonunun Malbinə-
si kəndində tibb məntəqəsində feldşer işləyib. 1941-45-ci illər Böyük Və-
tən müharibəsində iştirak edib.
1947-ci ildə ordudan ehtiyatda olan böyük leytenant rütbəsi ilə
tərxis olunub. 1948-ci ildə Mollalı kənd sovetinin feldşer məntəqəsinin
müdiri işləyib. Həmin ilin sonunda Bərdə rayon partiya komitəsi bürosu-
nun qərarı ilə Bərdə rayon PK katibinin köməkçisi vəzifəsinə təyin olu-
nub.
1952-ci ildə Gəncə Vilayət Partiya Komitəsində partiya kollegiya-
sı üzvünün köməkçisi işləyib. 1953-cü ildə Gəncə Vilayət Partiya kollegi-
yasının ləğvi ilə əlaqədar olaraq Bərdə rayon PK-da kənd təsərrüfatı şöbə-
sinə müdir vəzifəsinə keçirilib. 1956-cı ildə Bərdə rayon PK-da MTS üzrə
katib seçilib. 1959-63-cü illərdə isə Bərdə rayon “Sosializm” kolxozunda
sədr vəzifəsində çalışıb.
1963-1973-cü illərdə Bərdə rayon PK-nın ikinci katibi, 1973-
1986-cı illərdə Bərdə rayon 105 saylı texniki peşə məktəbinin direktoru
işləyib. 1986-cı ildən respublika əhəmiyyətli xüsusi təyinatlı təqaüdçü idi.
1987-ci ildə Azərbaycan SSRi Ali Sovetinin və Azərbaycan SSRİ Nazir-
lər Sovetinin orqanı olan “Kommunist” qəzetinin, 1991-ci ildə “Bərdə”
qəzetinin, 1997-ci ildə Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı olan
“Hüquqşünas” qəzetinin ştatdankənar müxbiri olub.
123
1955-1980-ci illərdə daim kənd və rayon zəhmətkeşləri xalq depu-
tatları sovetinin deputatı seçilmişdir. Otuza yaxın orden, medal, təşəkkür
və mükafatlar almışdır. Təkcə üç dəfə “Qırmızı ulduz” ordeni ilə təltif
olunmuşdur. İstefada olan mayor idi.
İncəsənəti, ədəbiyyatı çox sevirdi. Azərbaycanın Xalq artistləri
Lütfəli Abdullayev, Rübabə Muradova, Şövkət Ələkbərova, Canəli Əkbə-
rov, Ramiz Hacıyevlə, bir çox rəssamlarla, mədəniyyət və incəsənət usta-
ları ilə dostluq edirdi. Özü tarda çox gözəl ifa edirdi. Poeziyanın vurğunu
idi, poema və şeirlər də yazırdı. Füzulini, Nizamini, Puşkini, Yesenini əz-
bər bilirdi. Tarixə xüsusi marağı vardı və hərbi tarixdən məqalələr yazırdı.
Avtomobil idarə etmək xobbisi idi. Ömrünün sonuna qədər şəxsi avtomo-
bilini özü idarə etdi.
Yazıçı-publisist Şəmistan Nəzirli iki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun si-
lah dostu bərdəli mayor Qaçay Aslanov haq-
qında sənədli əsər yazır. Həmin əsərdən
“Həzi ilə görüş” fəslini möhtərəm oxuculara
təqdim edirik.
HƏZİ İLƏ GÖRÜŞ
Tırtıllı tankların gur səsindən sonra dalbadal qumbara atıldı. Qum-
baraların gurultusu torpağı lərzəyə gətirdi. Kazarmanın qapıları və şüşələ-
ri cingilti ilə yerə töküldü. Yuxudan sərsəm oyanan əsgərlər komandirin
gur səsini eşitdilər: – Müharibə! – deyə qışqıran gənc leytenant – silaha
sarılın! – komandasını dalbadal təkrar etdi.
1941-ci il iyul ayının 26-da Kiyev şəhəri yaxınlığında yerləşən 4-cü
mexanikləşdirilmiş korpusun tərkibində 20-ci tank alayının əsgər və
zabitləri yağı düşmənlə döyüşə girdi. Bu ölüm-dirim savaşında mərdliklə
vuruşan alayda bircə nəfər həmyerlimiz vardı. O, iyirmi bir yaşı yenicə
tamam olan bərdəli Qaçay Allahqulu oğlu Aslanov idi. Artıq ikinci il növ-
bəti hərbi xidmətdə olan Qaçayı alayda hamı nizam-intizamlı bir zabit ki-
mi yaxşı tanıyırdı.
Bütün Avropanı ayağa qaldıran Hitler Almaniyası ilk vaxtlar çox
sürətlə irəliləyirdi. Yaxın Şərqə yol açmaq istəyən faşizm özünün “məğ-
lubedilməz” ordu gücünü Stalinqrada yönəltmişdi. Ona görə də Ali Baş
Komandanlıqdan gələn əmrə əsasən leytenant Qaçay Aslanovun döyüşdü-
yü alay da Stalinqrad cəbhəsinə göndərildi. Onların alayı şəhərin Qərb
hissəsindəki Uşakovka kəndi yaxınlığında yerləşirdi. Döyüşlər beş ay idi
ki, davam edirdi. Nə gecə, nə də gündüz vuruşma ara vermirdi. Tapşırıq
çox qəti verilmişdi. Düşməni şəhərə buraxmamaq! Bir neçə döyüş əmə-