________________Milli Kitabxana______________
170
Ürəyi, məsləki daşa, taxtaya...
Mən onu kəsmədim, üç yazdım ona
Bu "üç"lə dağ basdım haqqın bağrına.
"Üç"lərlə vicdanı veririk bada,
"Üç" - başdan eyləmək, "üç" - natamamlıq.
Biz bu "üçlər"dəki saxtalıqla da
Haqqın, ədalətin belini qırdıq.
Hər "üç" - bir yarımçıq, kəmsavad həkim,
Hər "üç" - bir cinayət, vaxtsız bir ölüm.
Hər "üç" - balasını itirən ana,
Hər "üç" - tikildikcə sökülən bina.
Müəllimlər, gəlin, düşünək dərin,
Kəsir özümüzü öz qılıncımız.
Bizim verdiyimiz saxta "üçlərin"
Barı - cinayətdir, səbəbkarı biz.
Mən onu kəsmədim, kəsə bilmədim
Kəsib vicdanımı "üç" yazdım, bu an
Vicdanım qışqırdı,
Ona-"Sus!"-dedim!
Oğlan gülə-gülə çıxdı qapıdan.
Güldü, sinəsini dağladıb haqqın,
Güldü, anasını ağladıb haqqın.
Bu gülüş düzlüyün sapını qırdı,
Onun gülüşündə haqq ağlayırdı.
O çatdı qəsdinə... Dikəldi...
Bəs mən?
İndi mən əyilib dondüm yumağa.
Demək, şirnikdirdim onu indidən,
Özgənin haqqını oğurlamağa...
Hələ bu nədir ki?.. Dalı "əcəbdir",
Daldadır ev yıxıb, qan qaraltması.
Ən böyük haqsızlıq törədəcəkdir,
Haqqı olmayanın haqqa çatması.
________________Milli Kitabxana______________
171
Əlim yazdısa da, " yox" dedi könlüm,
Qələmin altında inlədi könlüm.
Özgə qiymətinə o, sahib oldu,
Nə verər sonrakı hay-haray bizə?
Deyirəm, həyatda bu mahir oğru
Özgənin yerini tutsa - vay bizə!
Mən onu kəsmədim, kəsə bilmədim,
Vicdanım qışqırdı...
Ona"sus!" - dedim!
Vicdan,
Yazıq vicdan!..
Bəzən həyatda
Yaşamaq naminə səni əzmişik.
Bizdən güclülərin ayağı altda
Səni istəmədən qurban kəsmişik.
Ölüm hədələyib dərd gülən zaman,
Deyirik, bəxtimiz yenə yatıbdır.
Əlimiz hər yerdən üzülən zaman,
Gücümüz həmişə sənə çatıbdır.
Vicdan da bir yana...
Bir cani kimi,
Qaydanı, qanunu ayaqladım mən.
Dandım məsləkimi, düz əqidəmi,
Ürəyin yerinə daş bağladım mən.
Qanundan, düzlükdən danışırıq biz,
Uca kürsülərdən ağız dolusu.
Sözlərdən utanmır əməllərimiz,
Özümüz oluraq haqqın oğrusu.
İndi soruşuram:
- Kimdir müqəssir?
Tələbə?
Yoxsa, mən?
Yoxsa, o müdir?
Mən də müqəssirəm,
oxucu, sən də.
Heç kəs dayanmasın burda yad kimi.
________________Milli Kitabxana______________
172
Mənə o müdir də kömək edəndə,
Qanunu beləcə əyməmişdimi?
Yarpaq töküləndə, ot saralanda,
Bilirik, ömrünü tapşırır bahar.
Mən ondan qanunsuz taxta alanda,
Biləydim, bu gündən mənimçin də var!
Bəlkə, düz demirəm?
Haqsızam, bəlkə?
Heç kəs yaxasını çəkməsin yana.
Qanunu əyəndə hərə bir tikə,
Böyük cinayətlər çıxır meydana...
Nədir o cinayət?
Həmin tələbə
Sabah bitirəcək darülfünunu.
Müəllim gedəcək o bir məktəbə,
Savadsız müəllim!
Yaxşı, bəs sonu?
Sonu cinayətdir,
cinayət!.. Min min!
(Cani öz-özündən intiqam alır)
Elə cinayət ki,
bu cinayətin
Canisi bilinmir, cəza mat qalır.
Mənim qaşığıma çıxacaq gec-tez
Mənim doğradığım...
həyat dövr edir.
Bir vaxt görərəm ki,
həmin savadsız
Mənim övladıma "savad" öyrədir.
Durduğum budağa çaldım baltanı –
Çaldım öz balamın gələcəyinə.
Qanunu əyəndə,
onun ziyanı
Qayıdıb özünə dəyəcək yenə...
Bilmədi...
Mən ona "üç" yazdım... Bəli!
Bəs o işvəli qız, gözü sürməli?
________________Milli Kitabxana______________
173
Niyə bir müdirin tanışlığına
Verdiyim o "üç"ü qıymadım ona?
Sözümüz bir olmur əməlimizlə
Düzlük nalə çəkir, ədalət yanır.
"Düzlük" - deyə-deyə öz əlimizlə
Həqiqət boğulur, düzlük tapdanır.
"Yox!" - deyə dilləndi başqa səs yenə.
Dayan!
Vicdanınla dayan təkbətək.
İndi ki qol çəkdin əyriliyinə,
Qıza da o "üç"dən yazasan gərək.
Dedim: - Sən haqlısan,
qab əyildimi
Su gərək tökülə axna kimi.
Qıza da "üç" yazdım...
Hər şey pozuldu.
Qiymətlər hamısı baş-ayaq oldu.
Hökm etdim ürəyə, qıydım vicdana.
İşimi korladı bircə yelbeyin.
Mənim götürdüyüm bu imtahana
İmtahan deməyin, həqsızlıq deyin.
Mənə tapşırdılar şərəfli, çətin –
Qiymət vermək kimi bir vəzifəni.
Özümdən soruram: - Bəs sən neylədin?
Gör necə aldılar özündən səni!
Niyə tapılmadı o qüdrət məndə,
Verim qiymətini, verim hər kəsin?
Saxsını almazla bir eləyəndə,
Günahkar sərrafdır,
almaz neyləsin?
Qorqud adamlara ad qoyanda da
Əməli düşündü,
Dəyəri gördü...
Güvənib Dədədən aldığı ada
Hər kəs o ad ilə ömrünü sürdü.
________________Milli Kitabxana______________
174
Mən verə bilmədim, ay Qorqud Dədə.
Doğru qiymətini burda heç kəsin.
Qorxum ondandır ki, cəmiyyətdə də,
Bunlar qiymətini ala bilməsin.
Pozular qaydalar, dağılar nizam,
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də çatlayıb üzülər tamam
Sərrafdan almasa düz qiymətini...
Mahnıda bəmi var, zili var səsin.
Həyatda yeri var, axı, hər kəsin.
Gözlər ağlamasın, gözlər neyləsin –
Sən qaşa verəndə göz qiymətini.
Yalanın əlilə gerçək boğuldu,
Yaxın uzaq oldu, qara ağ oldu.
Dünyanın növrağı tamam pozuldu,
O gün ki, itirdi söz qiymətini.
Son söz
Sonrakı qazancdır müəllimliyim,
Amma şairliyim, öz fitrətimdir.
Burda birləşdilər...
Bu dastan mənim,
Özümdən özümə şikayətimdir.
Sənət, həqiqəti deyən sən oldun,
Dünyanı dünyaya göstərən oldun.
Təmizlik - məsləkin, ucalıq - Tanrın.
Xəyanət bilməmiş sən etin dili,
Ucalıq eşqilə yaşayanların
Məsləki düzlükdən od götürməli!
1970
Dostları ilə paylaş: |