BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

________________Milli Kitabxana______________ 
160 
 
 
  
Su da özümdədir, od da özümdə.  
Dost da özümdədir, yad da özümdə.  
Rəhm də məndədir, zülm də məndə,  
Həyat da məndədir, ölüm də məndə... 
 
İnsanlar döyüşür biri-birilə,  
İnsanlar döyüşiir öz-özlərilə.  
Yaman döyüş gedir göydə, yerdə də,  
Döyüşlər hər zaman girir bir dona.  
Utanmaz-utanmaz hər dövrdə də  
Yıxırıq günahı əsrin boynuna. 
 
De, kimdir yaradan bu fəsadları?  
Döyüşdə yaranır ən böyük söz də.  
Əsrin nə günahı? 
Bu təzadları 
Gəlin, biz axtaraq öz içimizdə.  
Sonsuz döyüşlərdə həyat yüksəlir,  
Bütün yüksəlişlər qovğadan gəlir. 
 
Bəzən bir saatda, bir neçə gündə,  
Daşıyır illərin yükünü insan.  
Bəzən özümüzü tapmaq üçün də,  
Biz keçə bilirik varlığımızdan. 
 
Sükunət... 
Dayanır dilsiz məzarda,  
Qəbrin başdaşına ilişib zaman.  
Vuruşa-vuruşa 
bu vuruşlarda  
Özünü axtarır həmişə insan... 
 
- Məzarda tapırmı? 
-Nə deyim sənə!  
Başqa cür yaşamaq son təsəllimiz.  
Axı, əslimizə dönürük yenə,  
İlkimiz torpağa qarışanda biz... 
1966-1967 
  


________________Milli Kitabxana______________ 
161 
 
 
 
 
 
 
 
 
Tələbələrimə 

 
Bir gün müəlliməm, 
Bir gün şairəm. 
Daim bir məcazda ola bilmirəm! 
Mənim də qismətim beləymiş, deme, 
Naşükür deyiləm öz qismətimə. 
 
Yarıya bölünür günüm, saatım,  
Vaxt mənim sərvətim, sonsuz varımdır.  
Müəllimlik - mənim günüm, həyatım,  
Şairlik - ən uca duyğularımdır. 
 

 
İmtahan... 
İmtahan götürürəm mən.  
Gəlir tələbələr, gəlir birbəbir.  
Hər gələn cavanın tərpənişindən  
Ağlı, düşüncəsi mənə bəllidir.  
Kimi cəsarətlə çəkir bileti,  
Kimi qorxa-qorxa yanaşır mizə.  
Kimi bildiyindən umur qiyməti,  
Kimi də güvənir mürvətimizə.  
Kimi nişan alır əvvəldən sonu,  
Dediyi mətləbi hiss edir, duyur.  
Kimi əzbərləyib oxuduğunu,  
Danışmır,  
Elə bil kitab oxuyur. 
  
 
 
QİYMƏT


________________Milli Kitabxana______________ 
162 
 
Sözündən özünün xəbəri yoxdur 
Cümlələr ütülü, 
Sözlər soyuqdur. 
Bir il bu sinifdə 
bildiklərimi, 
Alışa-alışa danışmışam mən. 
Onların önündə 
bir çıraq kimi 
Sözümdən od alıb alışmışam mən. 
Məqsədim bir olub: 
Bu təzə nəsil 
Dünənə güvənsin, bu günü sevsin. 
"Özgəni" danmasın, 
ancaq, müttəsil  
Özünə tapınsın, 
Özünü sevsin. 
Mənim də kəsirim az deyil, şəksiz, 
Dünyanı asmışam əsəblərimdən. 
Bircə sözümü də ancaq ürəksiz, 
Boğazdan yuxarı deməmişəm mən. 
 
Hər cümləm - dünyada ayaq izlərim,  
Köklənib könlümün öz ahənginə.  
Könül qaynağında bişən sözlərim  
Bürünüb hissimin qızıl rənginə.  
Ən böyük fikrimi, sözümü bəzən,  
Danışa-danışa yaratmışam mən. 
 
Yanlışı zamanın özü düzəldir,  
Fikri də istərəm mən, əlvan-əlvan.  
Özünün yanlışı min pay gözəldir,  
Özgənin düzünü təkrarlamaqdan.  
Könlüm qanadlandı,  
Fikrim ucaldı, 
Gəncliyin önündə alışanda mən.  
Dedim: "Nə" sualı arxada qaldı,  
“Neçin” Mən yapışm, 
  


________________Milli Kitabxana______________ 
163 
 
İndi "Neçin" dən! 
Mən ki, deməmişəm, Loğman Sabirin 
Harda, 
Hansı ildə 
doğulduğunu. 
Demişəm, dilidir o, dərdimizin,  
Vətən nədən ötrü doğubdur onu...  
İstərəm, 
hər cavan 
yandığım kimi,  
Alışsın! 
Məni də yandırsın yenə!  
Mənim yana-yana dediklərimi,  
Həmən yanğıyla da qaytarsın mənə. 
 
Gəlir, bir çəlimsiz, ucaboy oğlan. 
Danışır, 
İnam var, inam səsində, 
Məsləki görünür baxışlarından, 
Ürəyi səslənir hər kəməsində. 
Üzü də tüklüdür... 
Baxıram ona. 
Gecəni yatmayıb, şişib gözləri. 
Mənim gəncliyimi andırır mənə 
Əsəbi görkəmi, yanıq sözləri... 
"-Siz belə dediniz, filankəs belə, 
Filan alimlərsə... deyir filan cür. 
Mənim fikrimcəsə..." 
Bu fikrin hələ 
Bişməyib. 
Mənəsə gözəl görünür. 
Niyə? 
Soruşsana... 
Gün təzələndi. 
O səni gözləyir, sən sabaha bax...  
Biz öz sözümüzü demişik, indi,  
Bu meydan sizindir, sizindir ancaq! 
  


________________Milli Kitabxana______________ 
164 
 
Mənim yana-yana dediklərimi,  
Sən mənə qaytardın bu gün ayrı cür.  
Sən səcdə qılsaydın mənə büt kimi,  
Mən sonsuz olardım,  
Şükür, 
Çox şükür! 
Bir təzə rəng verdi o, hər mətləbə.  
Bu böyük zəfərdir,  
Bu ki dərd deyil.  
Şagird, 
Ustadından neçə mərtəbə,  
İrəli getməsə...o, şagird deyil.  
Mən bu tələbəyə nə yazım indi?  
Qələm kağız üstə gəzdi, sevindi...  
Yazdı qiymətini o özü! 
Mən yox! 
O, rəngdən rəngi yox, ətri götürmüş.  
Meyvədən danışdım mən ona ancaq,  
O, könül gözüylə toxumu görmüş!.. 
 
Saçları çiynində, mini yubkalı,  
Gözləri sürməli birisi gəldi.  
Bileti çəkincə dəyişdi halı:  
-Bilmirəm... - deyərək yola düzəldi.  
"İkini yazımmı? 
Məgər bununla 
vəzifən bitirmi? 
Yox! 
Dayan, yavaş! 
Başımn çölünü bəzəyincə o,  
Başnın içini bəzəyəydi kaş!  
Təzədən çağırdım,  
Dedim: -Bilet çək!  
Çəkdi. 
İki kəlmə danışdı,  
Qalxdı.  
O ki var danladım. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə