BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

________________Milli Kitabxana______________ 
139 
 
Hakim masasında zor aldı qanun  
İttiham eləyir vicdanı, arı,  
Dünya təmtəraqlı səhnədir, 
onun  
Yalandır, böhtandır rejissorları. 
 
Namərdlər ağzında haqq çilik-çilik  
Doğranıb səpildi efirə yerdən...  
Böhtanlar yurdunda mərdlik, kişilik;  
Baxır adamlara abidələrdən... 
 
 
Beyin axını 
 
Amerikanın qızılı var,  
Dolları var.  
Bu dolların gücünə də  
Uzaq, yaxın ölkələrə  
Gizli-gizli yolları var.  
Ölkələri deyil yalnız  
Gözəl-gözəl duyğuları,  
Dərin-dərin fikirləri,  
Zəncirlərə sala bilən  
Güclü-güclü qolları var.  
Alır, satır o, hər şeyi —  
Şirin-şirin diləkləri,  
Beyinləri,  
Ürəkləri...  
O, suları bulandırır  
Qızılların şəfəqilə.  
O, gözləri qamaşdırır  
Ağızları sulandırır.  
Tələsinin qırmağına  
Quyruq taxıb  
Asiyanı dolandırır,  
Afrikanı dolandırır...  
Bəzək vurub 
  


________________Milli Kitabxana______________ 
140 
 
O, "azadlıq heykəlinə". 
İngilisin barmağını 
Çoxdan kəsib, 
Calaq edib öz əlinə. 
Xırda-xırda ölkələrə 
Layla çalır. 
Siyasəti hamarlayıb, 
Xəyalları tumarlayıb 
Fikirləri tora salır... 
Afrikadan, 
Asiyadan, 
Avropadan 
Amerikaya ağıl axır, beyin axır.  
Yüz-yüz axır,  
Min-min axır... 
Beyinləri xammal kimi daşıyırlar  
Qalaq-qalaq.  
Onu sataq,  
Bunu alaq!..  
Dili bağlı,  
Qolu bağlı, 
Köksü dağlı millətlərin,  
Təkcə varı, sərvəti yox,  
hissi,  
fikri, 
Düşüncəsi talan olur.  
Həqiqətin doğru, düzgün tərcüməsı  
Yalan olur.  
Neçə-neçə ildən bəri 
beyinləri 
Bir dollara dəyməyənlər,  
Alır, satır  
Fikir dolu,  
Əməl dolu,  
İşıq dolu 
beyinləri. 
Söz qudurub haqqı danır,  
"Həqiqəti" təmsil edən, 
  


________________Milli Kitabxana______________ 
141 
 
Qanun sapla baltalarla 
Haqqın başı parçalanır. 
Bu qanunlar layla çalır 
Millətlərə bələyində, 
Yalanların başı durur bir ölkədə, 
Əlləriysə gəzir başqa bir ölkənin 
ürəyində... 
Millətlərə xeyirini, zərərini 
O göstərir, 
Qanun əkib, 
Qızıl dərir. 
Amerikaya beyin axır, 
əməl axir, 
işıq axır. 
Bu əməllə, bu işığa  
Afrikalı gendən baxır,  
Asiyalı gendən baxır. 
 
 
ÜSYAN 
 
Amerikaınn Vyetnamdakı müharibəsina etiraz etdiyinə  
görə həkim B. Spok məhkəməyə verilmişdir. 
 
- Neçin axmalıdır uzaq diyarda  
Amerika gəncinin günahsız qanı?  
Bu qəsdli, qərəzli vuruşmalarda,  
Sizdən soruşuram, 
ədaləl hanı? 
 
Bayquş əməllidir əməlləriniz,  
Buna biganədir qanun da, din də.  
Neçin xoşbəxtliyi tapmalıyıq biz  
Başqa ölkələrin bədbəxtliyində? 
 
Neçin sahibini evdən qovlayaq,  
Neçin şəhərlərə od ələyək biz?  
Neçin ürəklərə dərd, ələm qoyaq,  
Neçin yanaqlara yaş çiləyək biz? 
  


________________Milli Kitabxana______________ 
142 
 
Qorxub cəmiyyətin xəstəliyindən,  
Artıq təbabətdən əl çəkirəm mən.  
Tək-tək xəstələri sağaltmaq hələ  
Deyil əlimizdə o qədər çətin.  
Ey həkim dostlarım, verək əl-ələ  
Dərdini düşünək bu cəmiyyətin.  
Üzüldük, 
düşündük, 
bilmədik ancaq 
Nədir dərmanımız, çaramız bizim.  
Biz burda xəstəyik, 
bilmədik ancaq, 
Vyetnamda açıldı yaramız bizim.  
Bu sözlər üstündə tutdular onu,  
Çəkdi məhkəməyə dğru doğrunu.  
Dedilər: - Vətəndaş deyilmisən sən?  
Bəs sənin qeyrətin, namusun hanı?  
Bizi imdadına səslərkən Vətən,  
Güldürdün Vətənə bütün cahanı.  
Dedi: - Günahkarı məgər dünyamı?  
Kəsir kökümüzü öz əllərimiz.  
Billah, gülməlidir, 
Vyetnamdamı  
Vətən qeyrətini çəkməliyik biz? 
 
Bəs onda... hər yerdə deyirik nədən,  
Zülmün zəncirini çoxdan qırmışıq,  
Biz ki, yurdumuzu dövri-qədimdən  
Azadlıq ölkəsi adlandırmışıq. 
- Azadlıq! Hər şeyin, axı, həddi var. 
- Bizi məhv elədi hədlər, hüdudlar. 
- Demək hüdudlara nöqtə qoyulsun? 
Həkim, çox böyükmüş sənin niyyətin. 
-Yarımçıq azadlıq qoy sənin olsun. 
Bütövü gözəldir hər səadətin. 
-Həkim, zamana bax, özünü danla, 
Görmüşük döşünə çox döyənləri. 
 
  


________________Milli Kitabxana______________ 
143 
 
Zaman özü udur vaxtla, zamanla  
Fikrini kökləyə bilməyənləri.  
Həqiqət boyanın dalında yatır,  
Utanmaz-utanmaz böhtan da atır,  
Zamana boyalar, vaxta boyalar,  
Min dilli boyalar, saxta boyalar
 
Gün dedim Günəşə, ay dedim Aya,  
Öyündüm xəyali gündüzlərimlə.  
Baxmaq istəyirəm, axı, dünyaya  
Mən öz gözlərimlə, öz gözlərimlə.  
Bir eşqim, min arzum, min diləyim var,  
Çalma min ürəyi tək bircə simlə.  
Mənə ürək vermə, öz ürəyim var,  
Duymaq istəyirəm öz ürəyimlə. 
 
Qoy özünə qalsın bu səfsəfələr,  
Mən seçə bilirəm düzü əyridən.  
Mənə ağıl vermə, öz ağlrm yetər,  
Qanmaq istəyirəm öz ağlımla mən. 
 
Vətəni hamıdan çox sevdiyindən  
Vətənin düşməni - dedilər ona.  
Həmişə... Zindana dönübdür Vətən  
Vətənin ən böyük oğullarına. 
 
Gəlin, varaqlayaq keçmiş illəri,  
Düşünən başlara qılınc çaldılar.  
Danteni, 
Puşkini, 
Feyxtvangeri,  
Hadini Vətəndən qaçaq saldılar. 
 
Haqqı bayraq edən, 
qədimdən bəri 
Batıb iynə kimi gözünə əsrin.  
Böyük ürəklərin böyük sözləri  
Dəyib sillə kimi üzünə əsrin. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə