BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

________________Milli Kitabxana______________ 
129 
 
İşığın qədrini sinəsi dağ-dağ,  
Gözləri sonradan tutulan bilər.  
Azad yaşamağın qədrini ancaq  
Həbsdə sinəsi köz olan bilər. 
 
Baş açıq, 
Əl yalın, 
Ayaqlar yalın, 
Amerika əsgəri qaçdı cəbhədən. 
Dedi: - Vətənini qoruyanların 
Qanını tökməkdə haqlıyammı mən? 
 
Dedi: - Vyetnama gəldiyim ilk gün 
Vicdanım təmizdi, 
Alnım açıqdı. 
Demə, aldadıblar bizi büsbütün, 
Həqiqət burada qarşıma çıxdı. 
 
Belə anlatmışdı zabitlərimiz:  
Ədalət, azadlıq əsgəriyik biz.  
Qədim Vyetnama gedirik bu gün  
Onların haqqını qoramaq üçün. 
 
Kimdən? 
Çox düşündüm bu sualı mən. 
Sonra başa düşdüm: 
Öz-özlərindən!.. 
Millət bir, 
Vətən bir, 
hava bir, 
su bir. 
Yol iki, 
söz iki, 
təriqət iki. 
Qardaşı qardaşa düşmən edibdir  
Bir ana torpağın iki məsləki, 
  


________________Milli Kitabxana______________ 
130 
 
Bir boyük məmləkət, qanammıram mən,  
Saxta kağızlara necə büküldü?  
Qara siyasəti Ağ evin, dünən  
Bir xalqı, bir yurdu ikiyə böldü.  
İnsan bəd ayaqda hər şeyi anlar,  
Qılınc kəsə bilir bəzən qında da.  
Mən burda ilk dəfə gördüm, 
yalanlar  
Olurmuş həqiqət paltarında da. 
Ax, rəngli cümlələr, boyalı sözlər, 
Abırlı 
ismətli,  
həyalı sözlər. 
 
Mən görə bilmədim o zaman neçin,  
Arxanızda duran o haqsızlığı?  
Bircə mənası var dedim hər sözün  
Mən seçə bilmədim qaradan ağı. 
 
Mən indi bilirəm, bilirəm artıq 
Nədir əsl həyat, 
Əsl azadlıq! 
Biz ağ yalanlara çox uymuşuq, çox, 
Deməyin dərisi qalma vay, vay! 
 
Deyin, həqiqətin paltarını yox,  
Özünü görənin halına vay, vay! 
 
Sözün bəzəyini, saxta zərini  
Mən indi görürəm, təcrubəm ki, var.  
Böyük cənabların dediklərini  
Tərsinə çevirsən həqiqət olar. 
 
Onlar "silahları ləğv edək!" - deyir  
Onlar silahlanır gizlində ancaq.  
Heç kəs bir-birinə könül verməyir.  
Söz alıb söz verir hey qucaq-qucaq. 
 


________________Milli Kitabxana______________ 
131 
 
İnamlar naminə söz yığm-yığm,  
Bağlanır birbəbir müqavilələr.  
Deyirəm, əslində inamsızlığın  
Ən böyük rəmzidir müqavilələr...  
Cənablar "silahlar məhv olsun" deyə,  
Bir-bir imza atır müqaviləyə.  
Danışıb gülürlər lap şirin-şirin,  
Gülüşlər dalında işlər gizlənib.  
Qalxıb görüşürlər... 
bu görüşlərin  
Dalında qıcanan dişlər gizlənib. 
Ax, niyə, ax, niyə bunları bildim?  
Mən diri ölüydüm. 
bilib dirildim.  
Bildim... 
Ax, bu yükü götürmür ürək.  
Bildim...  
Nədən ötrü? 
De, kimdən ötrü?  
Əgər bilməsəydim... 
başqalarıtək,  
Mən də yaşayardım bir insan ömrü... 
 
Yalana, böhtana biz çox uymuşuq,  
Deməyin dərisi qalına vay, vay!  
Deyin, həqiqətin paltarmı yox,  
Özünü görənin halına vay, vay! 
 
Hər gün bir ölkədə qopur vəlvələ,  
Zalimlər, zülümlər gəldi-gedərdir,  
Bəşərin tarixi - qədimdən hələ  
Azadlıq yolunda çəkişmələrdir.  
Azadlıq alınar, yaddan umulmaz,  
Azadlıq verilməz ərməğan təkin.  
Verilən azadlıq azadlıq olmaz,  
Başqa bir rəngidir o, əsarətin. 
  


________________Milli Kitabxana______________ 
132 
 
Şərəfdir ölmək də azadlıq üçün,  
Bu məslək dəyməzmi bütün dinlərə?  
Deyirəm, eşq olsun dünən və bu gün  
Azadlıq yolunda can verənlərə! 
 
Azadlıq - həyatın ən parlaq gözü,  
Azadlıq - ən uca, ən şanlı bayraq.  
Azadlıq arzusu, azadlıq sozü  
Dünyanın ən böyük dinidir ancaq. 
 
Azadlıq - cəsarət, azadlıq - hünər.  
Azadlıq əsgəri heç əyilərmi?!  
Bütün xalqlar üçün azadlıq qədər  
Böyük bir səadət ola bilərmi? 
 
Məzlumun yurdunda bostan əkibdir,  
Zülmü öz içində qocaldan ölkə.  
Bu gün azadlığa qılınc çəkibdir,  
Azadlıq heykəli ucaldan ölkə. 
 
Bəs o, necə danır axan qanları?  
Bu saxta rənglərdən, de, nə göturdük?  
Daim həqiqətdən dəm vuranları  
Həmişə biz belə yalançı gördük. 
 
Mən "hayıf' demərəm tutub əlini  
Azadlıq yolunda axan qanlara.  
Alqış! Azadlığın tunc heykəlini,  
Qəlbində yaşadan mərd insanlara! 
 
Dördüncü xəbər 
 
Cənab Conson narahat,  
Ledi Conson narahat – 
Amerikada oğurluq,  
Artır,  
Artır 
hər saat. 
  


________________Milli Kitabxana______________ 
133 
 
Rücu: 
 
Xırda oğurluqların  
Törətdiyi cinayət,  
Böyük oğurluqların  
Dəhşətindən ağırımış...  
Xanım Conson 
Ölkənin 
Kübar xanımlarını  
Məşvərətə çağırmış: 
- Kimdir burda günahkar? 
- Neyləmək? 
- Bir-bir deyin
Kimin nə təklifi var? 
-Qaranlıqdır küçələr, 
İşıqları çoxaltmaq! 
- Bəlkə... valideynlər... 
- Yox-yox! Nə danışırsan 
Günahkar əsrimizdir, 
Qızışıbdır beyinlər... 
Söz verilir Ertaya – 
Zənci müğənnisinə: 
-Gərək bütün ürəklər 
Vicdan, insaf odunun 
Atəşinə isinə. 
Varmı bizdə bu vicdan? 
- Erta, nə danışırsan? 
- Mən nə danışdığımı 
Bilirəm... 
qulaq asın.  
Kim istər, 
öz ölkəsi 
Yad ellərdə talansın?  
Ölkəmizin içində  
Oğurluğa dözməyib,  
Qanunu bərkitmişik.  
Ancaq yad ölkələrə  
Oğurluğa getmişik! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə