BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

________________Milli Kitabxana______________ 
117 
 
  
 
 
 
 
 
 
Həkim dostum Cavanşir!  
Bəşərin cismani ağrıları siz həkimlərin,  
mənəvi ağrıları isə qələm sahiblərinin  
ürəyindən keçir. 
 
PROLOQ 
 
Dodağımda: 
"Beynəlmiləl" nəğməsi,  
Qulağımda: hələ də 
Əzilən millətlərin 
Zəncir səsi, 
ah səsi...  
Qarşımda: 
qoca Hemin
*
 
Dünyadan "Şikayəti". 
Başımda: 
Əsrimizin 
ağırlığı, 
siqləti...  
Başımın üstündəsə: 
Allahlara kar olub, 
İnsanları eşidən, 
İldırımdan od alıb  
İnsanlığa bəxş edən, 
 
Qartalın pəncəsində  
Köksü qanlı Prometey.  
(Nə üzündə əzab var,  
Nə dilində bir giley). 
 
 
                                                 
*
Heminquey 
  
 
TƏZADLAR 


________________Milli Kitabxana______________ 
118 
 
 
Xəyalımda, 
Əhrimənlə Hörmüzün 
Əbədi mübarizəsi...  
Bir də... bu qayğılardan 
Ayrılmaqçün, 
Xəyyamın 
Şərab dolu kuzəsi...  
Düşünürəm... 
Nə olsun, 
Məndən dərin düşünmüş  
Məndən ağıllı başlar.  
Bir fayda verməmişdir  
Düşüncələr, 
qorxular, 
həyəcanlar, 
təlaşlar... 
Dünya nemətlərindən  
İlham düşdü payıma.  
Yenə az-çox dünyanı  
Dərindən 
görmək üçün  
İlham çatdı hayıma.  
Bu ilham, 
bu xəyalla  
Dolandım 
səhər-axşam  
Başına dünyamızın.  
Gördüm: 
Günün,  
Zamanın  
Əməlləri 
Yaraşmır 
Yaşına dünyamızın.  
Çox qocadır ərzimiz  
Ancaq, 
Başqadır bizim  
Ərzimizə ərzimiz. 
  


________________Milli Kitabxana______________ 
119 
 
Tarixdəıı də qocadır, 
Zamandan da qocadır, 
Ancaq qocaman deyil
Onu belə qocaldan 
Vaxt deyil, 
Zaman deyil. 
Bir kainat əks olur 
Bəzən bircə qətrədə. 
Bir damlada, 
gilədə. 
O, necə qocadır ki, 
Dərk edə bilməmişdir 
Öz-özünü 
hələ də. 
Tələ quran dünyanın  
Özü bu gün tələdə!..  
İndi... 
Sonsuzluqlara  
Dikib 
Gözünü dünya.  
Boşluqlarda axtarır  
Bəlkə 
özünü dünya?.. 
 
Radiolar bu gün verir  
Bizə dünya xəbərləri – 
Təzə dünya xəbərləri.  
Açır bizim önümüzdə 
kitab kimi  
Qitələri,  
Şəhərləri.. 
Yəqin sabah verəcəkdir  
O, kainat xəbərləri:  
Ulduzlardan danışacaq  
Ora uçaq, 
bura uçaq!  
Ulduzların arasında çəkiləcək 
  


________________Milli Kitabxana______________ 
120 
 
Körpülərdən danışacaq.  
Radiolar bu gün verir  
Bizə dünya xəbərləri- 
Təzə dünya xəbərləri: 
 
Birinci xəbər 
 
Günün günorta çağı  
Prezidenti vurdular. 
 
Rücu: 
 
Qəzetləri 
gümanla, 
şübhəylə 
doldurdular.  
Ayaq açıb şübhələr  
Adamların dalınca  
İlan kimi süründü.  
Amerika 
Başdan-başa  
Qara şübhəyə döndü.  
Bürüdü 
ştatları 
şəhərləri 
Həyəcan.  
Cinayət axtaranlar.  
Əsl canidən özgə  
Şübhələndi hamıdan.  
Yazdı hüquqşünaslar.  
Hərə öz gümanını  
Yazdı, 
bildi həqiqət.  
Şübhə qaranlığında  
İtirildi həqiqət.  
Neçə dəfə, 
 
  


________________Milli Kitabxana______________ 
121 
 
Yalançı 
Məhkəmələr quruldu.  
Cani, 
Yerlərin deyil,  
Göylərin sirri oldu.  
Aya, 
Ulduza gedən  
Sirli yollar tapıldı,  
caniyə tapılmadı.  
"Gördüm" deyən olmadı.  
Oğul istər,  
Bu sirrin 
dənizinə baş vurub 
qəvvas kimi üzəsi!  
Bu da 
əsrin, 
zamanın 
Bir özgə möcüzəsi!..  
Uydurmanın,  
Riyanın  
Gah əskilən, 
gah artan 
Hüdudsuz arşınıyla  
Həqiqət ölçülərmiş...  
Bir nadanın əlində  
Prezident də ölərmiş!.. 
 
İkinci xəbər 
 
Yenə Çində "inqilab".  
Bəli, 
böyük bir ölkə  
Düşübdür böyrü üstə.  
Əqidələr cürbəcür,  
Adamlar dəstə-dəstə.  
Çıxıblar yollar üstə... 
 


________________Milli Kitabxana______________ 
122 
 
Rücu: 
 
Qəfləti qasırğadan  
Sınmış şüşələr kimi,  
Könüllər - çilik-çilik.  
Mədəniyyət adına  
Hərc-mərclik, 
vəhşilik!.. 
Mao deyir "allaham,  
Gərək bu yer kürrəsi,  
Mənim rəyimcə dönsün.  
Mən nə düşünürəmsə,  
Hamı elə düşünsün... 
" Deyir, sənin yerinə,  
Görürlər, 
düşünürlər. 
Yeddi yüz milyon cana  
İki göz, 
bir baş 
yetər!..  
Sən düşünüb 
boş yerə, 
Ağlına güc vermə, gəl!  
Ən ağır yükdür ağıl.  
Sən onu gəzdirmə, gəl.  
Zamana bax,  
Dərdə bax!  
Ağır silahlar susub  
Ağıllar döyüşəndə.  
Yeddi yüz milyon ağlı  
Bir ağıl salmaq istər  
Bu gün, 
qıfıla, 
bəndə!..  
Mümkünmü?  
Yox! 
Yaxşı bax! 
 
  


________________Milli Kitabxana______________ 
123 
 
Yaman yetişib zaman.  
Döndərmək çox çətindir  
Onu öz axarından.  
Axar su kir götürmür.  
Düşüncələr, ürəklər  
Daha zəncir götürmür.  
Mao, 
Dünən sən özün,  
İnqilab etmədinmi?  
Azadlıq şüarıyla  
Çini tərpətmədinmi?  
Vətən sənin şəninə  
Qoşduğu nəğmələrdə  
Dedi: - Sən inqilabçın,  
Azadlıqçın doğuldun,  
Bəs bu gün azadlığa  
Sən niyə qənim oldun?  
Məni yaradıb 
özün, 
Mənim düşmənim oldun.  
Nə qəribə zamandır  
İnsan, 
Gül də verirmiş  
Dünən daş atdığına.  
Bir gün, 
düşmən olurmuş  
Özü yaratdığına!.. 
 
 
Yazıçı Lao-Şenin son sözü 
 
- Yatdıq boz səhrada, quru yerdə biz, 
İllərlə yaşadıq səngərlərdə biz 
Bilmədik rahatlıq, dinclik bircə gün. 
Vuruşduq, 
Qan tökdük bu günlər üçün. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə