BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

________________Milli Kitabxana______________ 
112 
 
Millətin qulağına  
Haqq sözü deyən budur – 
Gündə min yol adını  
Lənətlə yad etdiyi  
"Ağlar-güləyən" - budur. 
 
4. ÜMİD MƏKTƏBİ 
 
"Yaşasın şəhriyari-hürriyyət"  
Sabir 
 
Onunçun həyat - ümid.  
Onunçun zaman - ümid,  
Onu ucaldan - amal,  
Onu yaşadan - ümid.  
Onun ümid günəşi  
Aləmə şölə saçdı.  
Dükanımı bağlayıb  
"Ümid" məktəbi açdı.  
Elə bil ki, bununla  
O çatdı bəslədiyi  
Hər arzuya, mətləbə.  
Ümidini bağladı,  
Bu ikicə sinifli  
Balaca bir məktəbə. 
 
O unutdu elə bil  
Dərdini də büsbütün.  
Dərs verdiyi hər uşaq  
Bir ümid çırağıydı,  
Bu böyük şair üçün... 
 
"Mənim bağım, baharım,  
Fikri işıqlı oğlum,  
Məktəb zamanı gəldi,  
Dur, yaraşıqlı oğlura".  
Açdı şeirlərilə  
O, yumulu gözləri
 


________________Milli Kitabxana______________ 
113 
 
Tanıtdı körpələrə - 
Şanlı sabaha gedən  
Cığırları, izləri...  
Körpələrin gözündə  
Nuh əyyammdan qalan  
Vərdişləri qırdı o.  
Onların ürəyində  
Min çıraq yandırdı o.  
Qanmaq öyrətdi Sabir,  
Qandırdıqca onlara  
Yanmaq öyrətdi Sabir. 
 
Hər şeyin öz admı  
Başa saldı o bir-bir.  
Kor, donuq baxışlara  
Görmək öyrətdi Sabir. 
 
Nifrət öyrətdi Sabir  
"Daş qəlbli insanlara" – 
Buz tək soyuq qanlara.  
Məhəbbət öyrətdi o,  
"Fatma, tükəzbanlara". 
 
Bir istiyə bərabər  
Qızınmaq öyrətdi o.  
Bir soyuğa bərabər  
Üşünmək öyrətdi o.  
Hər kəsə özünü yox,  
Hamıya bir mətləbi  
Düşünmək öyrətdi o.  
O öyrətdi nobellər  
Obasından baş alıb  
Bura niyə gəlibdir?  
Çaqqal dağdan arana  
Hansı iyə gəlibdir?..  
O öyrətdi niyə biz  
Yadlar üçün bu qədər  
Cazibədar olmuşuq,  
Niyə yadı bəzəyib,  
Özümüz xar olmuşuq?.. 
 


________________Milli Kitabxana______________ 
114 
 
  
Balaca körpələrə  
O öyrətdi ayıqlıq,  
O öyrətdi sayıqlıq.  
O öyrətdi vətənə,  
Doğma elə sədaqət.  
O öyrətdi dəyanət!  
O söylədi: "Yaşasın  
Şəhriyari-hürriyyət!" 
 
O, bircə il dərs dedi  
Bu "Ümid" məktəbində.  
O, şeirilə beşcə il  
Bütün Şərqə dərs deyib  
Özgə məktəb yaratdı.  
İlhamından, təbindən.  
O, gülüş arxasından  
Damcılayan göz yaşı! —  
O - bizim şeirimizin  
Ən böyük vətəndaşı!.. 
 
5. AMAL 
 
"Seyli-tən oylə taməvvüca alıb dövrü bərim – 
Bənzərəm bir qocaman dağa ki, dəryadə durar". 
Sabir 
 
Deyirlər, naşiri şeirləriçün,  
Ona pul ayırdı on manat ayda.  
Ancaq qəzəblənib nəyəsə bir gün,  
Bu az raəbləği də göndərmir daha. 
 
Axır ümidi də kəsilir tamam  
Dayanmır, o yanır,  
Yaradır yenə, 
Coşur, əzildikcə daha da ilham,  
Həqiqət naminə, düzlük naminə!  
şeirinin, sözünün müqabilində,  
Onun mükafatı hücumlar oldu.  
Yalan danışmadı, onun dilində  
Həqiqət əbədi bir şüar oldu.  


________________Milli Kitabxana______________ 
115 
 
Təhqirdən, təhdiddən hər saat, hər gün 
Onun sinəsində neçə ox yanıb.  
Sənət yollarında bir amal üçün  
Bizmi çox yanırıq, omu çox yanıb? 
 
Biz hara gedirik, gül, çiçək, alqiş,  
O, hara gedibsə, min təhdid, hədə.  
Bizimtək hörmətlə qarşılamamış,  
Qəlbini gizlədib onu sevən də. 
 
Özünü hörmətə layiq sanmadı,  
Böyük qəlb xidmətə əvəz istəməz.  
Hörmətlə, izzətlə qarşılanmadı,  
Ən böyük hörmətə layiq olan kəs. 
 
O, amal yolunda mücahid oldu.  
O, nə pul tanıdı, nə alqış bildi.  
Əzəldən ürəyin alovu, odu,  
Hansı məbləğ ilə qiyas edildi?.. 
 
Yox, yox! İlham ki, var, könül atıdır,  
Çapacaq həmişə o, harın-harın.  
Öz qəlbinin səsi mükafatıdır,  
Bir amal yolunda yaradanların. 
 
Amal! Həqiqətin səsidir ancaq,  
Onu boğ! Sinədə dayana bilməz.  
Haqqı, ədaləti ayaqlayaraq,  
Oda da atsalar o, yana bilməz! 
 
İlham da amalın, məsləkin oğlu,  
Amalın var isə, ilhamın da var.  
Hünərlə açılar sənətin yolu!  
Amalsız ürəkdə ilham yas tutar!  
Sənət fədakarlıq, sənət cəsarət,  
Sabir möhkəm durdu məslək atında.  
Nə pul, nə mükafat, nə şan, nə şöhrət!  
Ölçüsü amaldır istedadın da... 
 
Bir amal eşqinə yaratdığından,  
Dalğalar içində o, dağa döndü.  


________________Milli Kitabxana______________ 
116 
 
Elə ucaldı ki, o böyük insan,  
Şərqin hər yerindən Şərqə göründü! 
 
6. DƏRMAN 
"Arizi qəmlər əlindən ürəyim şişmiş idi..." 
Sabir 
Sabirin "arizi qəmlər əlindən"  
Ciyəri dağlandı, ürəyi şişdi.  
O ürək dünyanı dərk edən gündən  
Nə qədər cəfaya tab eyləmişdi. 
 
Ən kiçik dərdi də azı min kərə,  
Saldı ürəyinə hər saat, hər gün.  
Qəlbinə saldığı sonsuz dərdlərə  
Daş dözə bilməzdi, ət necə dözsün?.. 
 
Tiflisi dolandı, Bakıya gəldi,  
Özünü göstərdi çox həkimlərə.  
Hamısı toplandı, məclis düzəldi,  
Yozdu xəstəliyi hərə bir yerə. 
 
Həkimlər düşündü hey dərin-dərin,  
Davalar, dərmanlar vermədi fayda.  
Həkimlər bilmədi, dərdli şairin  
Dərmanı tapılmaz əczaxanada. 
 
Həkimlər bilmədi, bir xəstəliyin  
Səbəbi həmişə eyni deyildir.  
Həkimlər bilmədi, dərdli şairin  
Dərmanı - azadlıq, loğmanı - eldir.  
 
Həkimlər, həkimlər, sizdən əlhəzər!  
Dərmanınız eyni, nüsxəniz eyni.  
Yüz nədir, min nədir, neçə min yaşar,  
İnsana versələr istədlyini! 
 
Neçəniz bir yerə hey toplaşdınız,  
Əlac tapmadınız bir dərdə yalnız.  
Sabir təkbaşına arzularından  
Yazdı milyonların dərdinə dərman! 
Bakı, yanvar-fevral, 1962 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə