BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

________________Milli Kitabxana______________ 
155 
 
Çalışır, vuruşur nə qədər insan  
Adamlar içində yer tutmaq üçün 
 
... Nərgizə baxıram, 
Mənə kəm baxan  
 
Nadürüst gözləri unutmaq üçün... 
Haçalı dağlara baxıram, 
mənə 
Qıcanan dişləri unutmaq üçün.  
Baxıram üfüqün genişliyinə  
Soyuq baxışları unutmaq üçün. 
 
Baxıram sıldırım, daş qayalara,  
Yolum üstünə 
Atılan daşları unutmaq üçün.  
Baxıram dağların dik vüqarına,  
Əyilən başları unutmaq üçün. 
 
Gəl, ana təbiət, qovuşum sənə,  
Sənin bir parçandır, axı, ilkimiz.  
Nolar, əslimizə qayıdaq yenə,  
Axı, bu torpaqla bir vəhdətik biz. 
 
Mayam da, südüm də səndədir mənim,  
Bu yorğun ruhumu, gəl, dindir mənim...  
İlkimiz təmizdir təbiət qədər,  
Əmdiyi süd kimi safdır körpələr. 
 
Güllərin şəbnəmi, otların şehi, 
"Gəl, məni duy!..." - deyə bizə göz dikir; 
Dağların küləyi, bağların mehi 
İncik ruhumuza bir sığal çəkir. 
 
Keçidlər adlayıb, dağlar aşdıqca,  
Böyüyür anbaan ürəklərimiz.  
Ana təbiətə yaxınlaşdıqca,  
Dönüb özümüzə qayıdırıq biz. 
  


________________Milli Kitabxana______________ 
156 
 
Yəqin ki, oxuyur quşlar dərədə,  
Eşidə bilmirik motor səsindən.  
Laləli, nərgizli çəmənlərə də  
Baxırıq maşının pəncərəsindən. 
 
Olsaq da torpağa bu qədər yaxın,  
Hələ yol gedirik öz yerimizdə.  
"Qutular" içində olur
bir baxın,  
Ana təbiətə səfərimiz də... 
 
"Qutular" kiçiltdi ürəyimizi, 
Sıxdı bədəni də, 
Sıxdı canı da... 
Yağışdan, yağmurdan qoruyub bizi, 
Aldı əlimizdən bol havanı da... 
 
Hərdən həkimlərin məsləhətilə  
Çıxırıq bulvara bir tələb kimi.  
Uduruq havanı biz gilə-gilə  
Aptekdən verilən sarı həb kimi. 
 
De, düşək, 
Qurtaraq benzin iyindən. 
Nola bir yel əsib tufan qoparsın. 
Dərək bu döşlərin gül-çiçəyindən 
Validol iyini bizdən aparsın. 
 
Kiçik otaqlara çəkilib qış, yaz,  
Gəzdik dahilərin söz bağlarını  
Dedik kitabları qapayıb bir az,  
Çevirək çöllərin varaqlarını...  
Enişdə, yoxuşda əldən salıbdır  
Bizi, bir-birinə calanan yollar.  
Elə bil dağları əsir alıbdır  
Dağların belinə dolanan yollar.  
Yolların önündə baş əyir dağlar, 
 
  


________________Milli Kitabxana______________ 
157 
 
Dağların qoynunda obalar yeni,  
Əyləşib gedirik... 
indi ayaqlar  
Təkərlərə verib vəzifəsini. 
 
Əyləşib gedirik göydə, yerdə biz,  
Uzanıb üzürük gəmilərdə biz.  
Fikrimiz öndədir həmişə bizdən,  
Səyyahıq... 
Xəyal ki, görünmür gözə  
Alıb hərəkəti bədənimizdən  
Verdik beynimizə, ürəyimizə. 
 
Beynin haqq-hesabı candan sorulmur  
Fikirlər qoynunda yol gedirik biz.  
Odur, bədənimiz çox da yorulmur,  
Yorulur beynimiz, ürəklərimiz. 
 
Min arzu,  
Min qayğı, 
hələ üstəlik,  
Dava təhlükəsi,  
Atom hədəsi,  
İnfarkt, qan təzyiqi!.. 
İki xəstəlik – 
Əsrin gərginliyi, əsrin zədəsi! 
 
Düşürük maşından biz gülə-gülə, 
Dəyir nəm torpağa ayaqlarımız. 
Sükut layla çalır çəmənə, çölə, 
Sükut!.. 
Cingildəyir qulaqlarımız. 
 
Oxqay! 
Havaya bax, necə təmizdir.  
Burdan qaçaq düşər azar, bezar da.  
Bakı canımızdır, ciyərimizdir,  
Ancaq... bu havaya həsrətik orda... 
 


________________Milli Kitabxana______________ 
158 
 
Elə bil nur yağır havadan yerə,  
Xoşbəxtlik gölündə üzür bu çöllər.  
Deyirəm, yəqin ki, burda bir qətrə  
Radyaktiv zəhərdən tapılmaz əsər. 
 
Radyaktiv sözündən gözüm qaraldı  
Bu söz ağlımı da başımdan aldı  
Qopdu ürəyimdən bir yanıqlı səs:  
- Qrenlandiyada, deyirəm, görən,  
İtən bombaları tapdılarmı bəs? 
 
Sual hamımızı çaşdırdı bir dəm,  
Bu təmiz hava da zəhərə döndü.  
Dönüb gözümüzdə qaraldı aləm,  
Laləli yamaclar oda büründü. 
 
Elə dil dəyişdi hamının rəngi,  
Aldı çöhrələri narın bir kədər.  
Hava da gözəldir, 
neyləyəsən ki,  
Könül havamızı zəhərləyiblər... 
 
 
EPİLOQ 
 
Təzadlar! 
Təzadlar artır ilbəil.  
Zaman öz-özünü necə danır hey.  
Gedirik... 
Getdikcə qısalmır bu yol,  
Çəkirik... Çəkdikcə dərd uzanır hey... 
 
Bu qədər yazmışam, hələ azdır, az.  
Ən böyük, ən dərin söz içimdədir.  
Haqq-nahaq, 
düz-əyri, 
qəm-sevinc, 
qış-yaz 
Mənim öz içimdə, öz içimdədir.  
Mənim ürəyimdə baş-başa durur, 
 


________________Milli Kitabxana______________ 
159 
 
  
Qorxuyla cəsarət,  
Şübhəylə inam.  
Biri o birinə min cür tor qurur,  
Onlar vuruşurlar... 
Mən harayçıyam! 
 
Cəsarət - vüqarım, əzmim, hünərim,  
Qorxu - mütiliyim, itaətimdir  
Özümə düşməndir öz fikirlərim,  
Bunlar barışmasa... fəlakətimdir.  
Cəsarət qorxunu üstələyəndə,  
"Beş adam içində, deyirəm, mən də  
Adamam... 
Öz yolum, öz əməlim var,  
Axı, niyə qorxum? 
düz əməlim var..." 
 
Bunu öz-özümə söyləsəm də mən,  
Qorxu baş qaldırıb sinədə hərdən  
Bir ilan kimi  
İzləyir hər yerdə cəsarətimi... 
 
Bilmirəm, içimdə baş-başa duran, 
Məni gah dindirən, gah da donduran 
Bu müdhiş xəyallar
Bu hallar nədir? 
Cəsarət gələndə rahatlıq gedir... 
Qorxu hökm edəndə... 
kiçilirəm mən...  
Vicdanım gizlənir xəcalətindən. 
 
Bir də görürsən ki, oyanır vicdan,  
Deyir: - Həyatmıdır səni qorxudan?  
Axı, neyləyirsən bu çürük ömrü?  
Kişi kimi yaşa beş günlük ömrü.  
Qorxuyla cəsarət durub döş-döşə  
Tazə bir inamla girir döyüşə! 
 
Neçə "mən" yaşayır tək bircə "məndə",  
Öldürən də mənəm, axı, ölən də. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə