BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

________________Milli Kitabxana______________ 
150 
 
Axı, neçin özümüzü  
Qurban verək dəblərə biz?  
Gəlin, tapaq özümüzü 
bir kərə biz! 
Hər yetənə baş əyməyək;  
Adamda bir sifət gərək, 
inam gərək! 
Yazıq söyüd! 
Nə meyvəsi, nə barı var, 
Onunçun da 
Nə qeyrəti, nə arı var. 
Vüqar ki, yox, "bəli" deyir, 
Gah bu yelə, 
Gah o yelə! 
Ey dəblerə uyan oğlan, 
sən də belə! 
Öz barın ki, yoxdu sənin,  
Vüqarın ki, yoxdu sənin,  
Gərək ağzın tez sulana  
Özgələrin meyvəsinə,  
Öz səsin ki, yoxdu sənin,  
Elə dəm tut yad səsinə!... 
 
 
Suallar 
 
Nəsimi söylədi: - Allahdır insan,  
Onun qüdrətilə dünya bir zaman  
Gülüstan olacaq,  
Cənnət olacaq!..  
İnsanın gücünə inandı... 
ancaq,  
Bu günsə... 
başqadır hökmü zamanın,  
Cahanı qorxudur insan fitnəsi,  
Atom bombaları - köhnə dünyanın  
Başmın üstündə barmaq hədəsi. 
 
  


________________Milli Kitabxana______________ 
151 
 
Elə bil Nəsimi qalxıb məzardan,  
Deyir: - Mən güvəndim sənə, ey insan.  
Sənin əməlinlə indi söylə bir,  
Bu qoca dünyamız bəs hara gedir? 
 
Tolstoy dedi ki: - Bəşər ucalsın,  
İnsan öz nəfsinə qələbə çalsın.  
Vicdan nəğməsilə boy atsın bəşər,  
Yaratsın,  
Yaşatsın, 
yaşatsın bəşər! 
İnsan təmizlikdə bənzəsin suya,  
Ağıl yoldaş olsuıı eşqə, duyğuya.  
Vicdanın səsinə dəm tutsun əməl,  
Dünyanın dərdini ovutsun əməl  
Bəşərdən həmişə yaxşılıq uman  
O böyük peyğəmbər, o böyük insan,  
Yaşayıb görsəydi bu dəhşətləri, - 
Yeraltı, yerüstü müsibətləri  
Deyərdi: - İnsana dünya dar olmuş,  
Əməli başına bir çidar olmuş.  
Nədir insandakı 
bu tamah,  
bu nəfs,  
Dünya bu minvalla hara gedir bəs? 
 
"Qürurla səslənir insanm adı!"
*
  
Deyən 
əsrimizin böyük ustadı,  
Güclülər önündə alçalanları,  
Yalana, böhtana əl çalanları  
Görsəydi, deyərdi: - Bu nə kəshakəs?  
Bu qoca dünyamız hara gedir bəs? 
 
Hadi də, 
London da, 
 
 
 
                                                 
*
M.Qorki 
  


________________Milli Kitabxana______________ 
152 
 
Sveyk də, 
Hem də, 
Həyata necə də qəlbən vuruldu.  
Elə ki, tapdılar nəşəni qəmdə,  
Hər biri özünə bir qatil oldu.  
Onlar dedilər ki, - əsəblərimiz  
Daha dözə bilmir, gərilıb simtək.  
Könüllü gəlmədik bu dünyaya biz,  
Nə olar, dünyadan könüllü getsək?.. 
 
Onlar dedilər ki, - bəzən bir günü  
İnsan neçə-neçə ömrə dəyişməz.  
Daşıya-daşıya ağır yükünü,  
Bu qoca dünyamız hara gedir bəs? 
 
İnsana xidmətdə gördü Şveyser  
Bütün mənasını, dadını ömrün.  
Gəzdi ölkələri, gəzdi birbəbir,  
Yaşatdı, yaratdı başqalarıyçün...  
Deyir insanlara Şveyser bu gün: 
- Özünü düşünür, özünü hər kəs, 
Bu qoca dünyamız hara gedir bəs? 
 
Nələrə qadirmiş insan hünəri!..  
Səsiylə yarışan təyyarələrin 
Gurultusunda  
Elə bil düşünür Sent-Ekzuperi: 
- Ağıldan, əməldən geri qaldı səs. 
Bu qoca dünyamız hara gedir bəs? 
 
Gözəgörünməzdən ummadıq kömək,  
İnsanın özüdür - dedik - pənahı.  
Yerdə axtarmadıq biz Arşimettək,  
Fikrimizdə tapdıq istinadgahı. 
 
Ucaldıq göylərə, baş vurduq yerə,  
Güldü üzümüzə göyün qatları,  
Mindik maşınlara, təyyarələrə,  
Verdik kolbasaya biz Qıratları... 
  


________________Milli Kitabxana______________ 
153 
 
Həmişə irəli! 
Geri dönmədik. 
Duyduq qəlbimizdə günün səsini, 
Ancaq... 
düşünmədik, 
heç düşünmədik  
Qıratın, Bozatın faciəsini... 
 
Nə olar... bir baxsaq keçmişə hərdən,  
Düşünək dünyanın qəmini bir-bir.  
O qədim, möhtəşəm abidələrdən  
Düşən kərpiclərin dərdi kimindir? 
 
Nə qədər güclüsən, ey qadir insan,  
Ö
zün bir yanasan, əzmin bir yana.  
Nə qədər acizsən, əsir olursan  
Özün öz əlinlə yaratdığına... 
 
Nə qədər güclüsən, 
öləcəyini  
Bilsən də 
işdədir yenə əllərin.  
Nə qədər acizsən, 
qorxudur səni  
Öz fikrin,  
Öz hissin,  
Öz əməllərin! 
Gözlə görünməyən bir zərrəylə sən  
Bu boyda dünyanı hədələyirsən. 
 
Güclüsən, ən uzaq ulduzun belə  
Sirrinə, sözünə vaqifəm - dedin...  
Acizsən, ən yaxın dostunun hələ  
Qəibindən keçəni duya bilmədin.  
Həm elə güclüsən, həm belə gücsüz,  
Ağılda güclüsən, ürəkdə aciz. 
 
  


________________Milli Kitabxana______________ 
154 
 
Gəl, ana təbiət 
 
Yorulduq, 
bir dayan, 
maşını saxla! 
Nə qədər yol gedək rezin "ayaqla"?  
Səhərdən bu yerə səfərdəyik biz.  
Maşın da adamtək yorulur yəqin.  
Deyirəm, nə olar ayaqlarımız  
Bir az da bu qara torpağa dəysin! 
 
Təkərlər fırlanır. 
Yol gedirik biz, 
Dikib uzaqlara gözlərimizi. 
Təkərlər fırlanır, 
addımsız, izsiz  
Bu eldən o elə aparır bizi... 
 
Ağappaq yollardan elə bil bu an  
Ağ mərcan taxıbdır dağlar boynuna.  
Çıxmışıq şəhərin dar qucağından,  
Ana təbiətin geniş qoynuna... 
 
Görürsən, ürəyə söz dəyəndə də  
Tutulur, 
kövrəlir, 
küsür hamıdan. 
Bəzən adamlardan inciyəndə də  
Dağlara, daşlara üz tutur insan. 
 
Söz də xəncər kimi işləyir cana,  
Qanı laxtaladır əzab, iztirab.  
Şəhərin sözünə, suallarına  
Ana təbiətdən umuruq cavab. 
 
Güllərin şəbnəmi, otların şehi 
"Gəl, məni duy!..." - deyə bizə göz dikir. 
Dağların küləyi, bağların mehi 
İncik ruhumuza bir sığal çəkir. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə