BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

________________Milli Kitabxana______________ 
144 
 
Böhtanlar atıldı, damğa vuruldu  
Andı Vətən olan vətəndaşlara.  
Bu nədən belədir? 
Bir hakim oldu  
Həmişə boş başlar dolu başlara. 
 
Nədən qarşı qoydu "mənəm" deyənlər,  
Cılız mənliyini yüz-yüz minlərə? 
Bu nədən belədir 
düşünməyənlər 
Bir düşmən kəsildi düşünənlərə?..  
Sual yerindədir. 
Cavabı: Qorxu!  
Boş başlar şübhəylə, qorxuyla dolu! 
 
Zoru bu dünyada haqq sayanların  
Ən böyuk silahı iftira, böhtan.  
Öz nahaq işini anlayanların  
Həmişo üşümuş canı qorxudan. 
 
Vuruşmuş, döyüşmüş onlar müttəsil,  
Zülmü hədələyən haqqın səsiylə,  
Zora güvənənlər, ağılla deyil,  
Düşünmüş həmişə əzələsiylə. 
 
Haqqa deyiniblər: - Deyəsən, sənin  
Yemin bir balaca artıq olubdur.  
Doğru danışanın, doğri deyənin  
Papağı həmişə yırtıq olubdur. 
 
Vətəni hamıdan çox sevdiyindən  
Vətənin düşməni dedilər ona.  
Vətən zindan olub dövrü-qədimdən  
Vətənin ən böyük oğullarına. 
 
  


________________Milli Kitabxana______________ 
145 
 
QARA-AĞ 
 
Cərrah Kr. Bernard ikinci ürək köçürmə əməliyyatını  
diş həkimi Blayberqin üzərində aparmışdır, Blayberq  
indi bir zəncinin ürəyi ilə yaşayır. 
 
İndi deyirsən ki, insandır hamı, 
Bəs onda?.. 
Blayberq, de, yadındamı;  
-Dişimi çək! - deyə sənə yalvaran
Zəncini evindən qovdun o zaman. 
Dedin: 
-Çəkilməsə dişi zəncinin 
Günəşmi sönəcək, Aymı batacaq? 
Ayrıdır millətin, ayrıdır dinin, 
Mənim pasientim ağlardır ancaq. 
O sənə yalvardı, 
Rədd elədin sən. 
Dedin: - Zəhləm gedir dilənçilərdən. 
O getdi... 
Sübhədək çəkib əl-aman, 
Gözünü qırpmadı diş ağrısından... 
Ağlını itirir insan az qala  
Zamanın dolaşıq keşməkeşində.  
Ağrıyan zəncinin dişiymi?.. 
Əsla! 
Zaman ağrıyırdı onun dişində.  
Ancaq... heç bilmədin, heç bilmədin sən  
Dünyada çox böyük bəlalar da var.  
Çoxları azlara məhkum eyləyən  
Zamanın da yaman oyunları var.  
İllər düyün-düyün ötüşdü... 
Bir gün, 
Ürək ağrısından yatağa düşdün.  
Sən onda umdun ki, yer üzündəki  
Həkimlər tək səni düşünüb ansın. 
 
  


________________Milli Kitabxana______________ 
146 
 
Yalvardın hamıya əl açıb, 
təki  
Bir az da, bir az da ömrün uzansın. 
Bir günlük ömürçün kim bilir, bəlkə  
Sən qurban verərdin ciyərparanı.  
Qarşına çıxartdı taleyin yenə  
Qapından qovduğun həmən qaranı. 
 
Qapından qovduğun həmən zəncinin 
Ürəyi döyündü köksündə sənin... 
Zəncinin əməyi, 
Duzu, çörəyi, 
Böyük duyğularla vuran ürəyi 
Sizə gərəkmiş! 
Hamının ürəyi, demə, ürəkmiş!.. 
 
İndi deyirsən ki, insandır hamı,  
Blayberq, Blayberq, bəs yadındamı,  
Qapından qovduğun o qara zənci?.. 
İndi özün de, 
Sənmi dilənçisən, omu dilənçi?  
Zəncinin ürəyi sənin sinəndə  
Vurandan bəri, 
Sevməyə başladın, de, bəlkə sən də,  
O böyük ürəkli qara üzləri?.. 
 
Dəblər 
 
Restorana gəlmişəm, 
Yeyəm, 
İçəm, 
Həzz alam. 
İtmi boğuşdururlar, 
Bu nə səsdir, ay balam?.. 
Orkestr haray salıb, 
Yöndəmsiz gurultular 
  


________________Milli Kitabxana______________ 
147 
 
Bir-birindən seçilmir.  
Vallah, ağız deyəni  
Qulaq eşidə bilmir.  
Bəlkə... 
Geri qalmışam – 
Əsr çox qabaqdadır,  
Mənə uzaqdan baxır?..  
Neyləyim ki, bu yönsüz, 
eybəcər gurultular  
Beynimə mismar çaxır.  
Biz bu kəlmə səslərə - 
Bu uydurma,  
Bu saxta, 
Bu düzəlmə səslərə  
Əsrin səsimi deyək?  
Mən bilmirəm, 
özgənin 
Qabağından qalanı,  
Axı, niyə gövşəyək?  
Məgər yenilikmidir,  
Özünü bəyənməyib,  
Özgəni doğma tutmaq?  
Geyib özgə çəkməsi,  
Yerişini unutmaq?  
Başa salın bir məni,  
Gözəl nəğmələrimiz 
var ikən  
nədən ötrü  
Yamsılayaq özgəni!..  
Yenilikmi?  
Bağışla! 
Yamsılamaq - ən böyük  
Köhnəlikdir, köhnəlik!  
Bizi hara aparır  
Bu "yenilik" ədası?  
Həndbolun,  
Futbolun  
Hakimlik iddiası? 
  


________________Milli Kitabxana______________ 
148 
 
Hara olur qoy olsun,             
Çörək çıxartdığım yer  
Vətənimdir - deyənlər – 
Vətənin qeyrətini  
Ömründə çəkməyənlər,  
Futbol oyunlarında  
Dönür vətənpərvərə.  
Öyünür əbəs yerə!..  
Onun Vətən qeyrəti  
Özü kimi saxtadır  
Qeyrətinin siqləti  
Ayaqlarda sürünən  
Futbol ağırlıqdadır. 
 
Nədir bu əyləncələr? – 
Dərk edə bilmirəm mən.  
Adamlar usanıbmı  
Dərin düşüncələrdən?..  
Deyirlər, Amerikada  
Alimlər baş sındırıb  
İnsan üçün 
cürbəcür  
Kokainlər,  
Tiryəklər,  
Əyləncələr 
düşünür.  
Neçin? 
İnsan fikirdən.  
Qayğıdan,  
Düşüncədən  
Bir az ayrılsın deyə.  
Bu dünyadan üzülüb  
Özünə dalsın deyə...  
LSD - təzə tiryək.  
Nəşələnməkçün 
insan  
Ağlın itirsin gərək.  


________________Milli Kitabxana______________ 
149 
 
Bircə günlük kef üçün, 
Bəzən insan 
əl çəkir 
Ağlından da büsbütün. 
Dərdə bax! 
Əl götürür 
Düşüncədən, ağıldan, 
Ağıl əsrində insan!.. 
Nəyə gərək düşünmək? 
Gül, 
Hırılda, nəşələn! 
Özünü dərdə salır 
Çox düşünən, 
Çox bilən! 
Əsr buramı gəlmiş?.. 
 
İnanmıram buna mən! 
Bu gün bu dəb, sabah o dəb. 
Bu dəb gedir, 
o dəb gəlir.  
Paltarımız köhnəlməmiş 
dəb köhnəlir. 
Dəb dəyişir, biz açmamış gözümüzü  
Bu dəblərə  
Uyğunlaşa-uyğunlaşa  
İtiririk özümüzü. 
 
Nəğmədə də, 
şeirdə də təzə dəblər...  
Dəyişdikcə 
bu qaydalar, 
bu ölçülər, 
bu ədəblər,  
İnam itir  
Təqlid gəlir, 
zövq alçalır.  
Özümüzdən bəs nə qalır? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə