BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

________________Milli Kitabxana______________ 
124 
 
Xalqın cəsarəti
kini, 
nifrəti.  
Od oldu, 
Yel oldu, 
Tüğyana gəldi. 
Özümüz yaratdıq bu cəmiyyəti,  
Bu gün özümüzə düşmən kəsildi. 
 
Haqsızlıq önündə səf çəkib durduq,  
Məgər bu günçünmü biz vuruşurduq?  
Çətməyə saldılar eşqi, ilhamı,  
Bir cürə düşünsün dedilər, hamı. 
 
Rücu: 
 
Baxa da bilmirəm, 
lap zəhləm gedir,  
Mənim inkubator cücələrindən.  
Hamısı bir rəngdə, bir biçimdədir  
Seçə də bilmirsən biri-birindən. 
 
Hamının əynində toxunma paltar,  
Şişburun çəkmələr ayağımızda.  
Ucalır yol boyu eyni binalar  
Kibrit qutusutək sol-sağımızda... 
 
Qəzet, kitabdan da gəlmişik cana,  
Eynidir cümlə də, eynidir söz də.  
Eyniyyət içiridə ürək bir yana,  
Vallahı, yoruldu gözlərimiz də. 
 
Fəlakət, bədbəxtlik, dərd ondadır ki,  
Yaşadıq beləcə can güdə-güdə.  
Fikri də, 
hissi də, 
biz paltar kimi  
Dükandan alırıq eyni ölçüdə. 
 


________________Milli Kitabxana______________ 
125 
 
Azadlıq naminə qan tökən də biz,  
Bu gün azadlığa sədd çəkən də biz.  
Belə yaşamaqdan axı nə məna?  
Deyə tapançanı sıxdı alnına... 
 
Üçüncü xəbər 
 
VYETNAMDA MÜHARİBƏ 
 
Rücu: 
 
Vyetnam, bu əzmi sən hardan aldın?  
Bu əzmə, qüdrətə heyrandır cahan,  
Dünyaya səs salan bir əjdahanın  
Önündə dağ kimi necə durmusan?  
Pentaqon düşündü, 
Vuruşdan əvvəl 
Yüz ölçdü, bir biçdi hər şeyi təkrar.  
Sənin qüdrətini, sənin əzmini  
Dəqiq maşınlarla hesabladılar. 
 
Pentaqon düşündü döyüşdən qabaq:  
On min neyləyəcək neçə yüz minə?  
Maşın ömür kəsdi altı ay ancaq  
Sənin iradənə, sənin əzminə.  
Ağalar, maşına qəzəblənməyin,  
Cansız rəqəmlərin nə günahı var;  
Əzmi, iradəni özünüz deyin,  
Necə hesablasın cansız maşınlar? 
 
Maşın vara bilməz bu incəliyə, 
Maşın zoru ölçər, 
Gücü hesablar. 
Maşın nə bilsin ki, "mən haqqam" - deyə, 
Coşan ürəklərdə nə boyda güc var... 
Deməyin günahkar maşınlar oldu, 
Artıq sizin üçün işləmir zaman. 
  


________________Milli Kitabxana______________ 
126 
 
Maşın nə bilsin ki, bir ürək odu  
Min qat qorxuludur yüz-yüz bombadan.  
Haqqını dərk edən özünü anlar,  
Bunu məndən yaxşı Pentaqon bilir.  
Haqqın gözlərilə güllə atanlar  
Nə qüvvət tanıyır, nə qanun bilir. 
 
Dananq cəngəlliyi, 
Gecə tən yan... 
Qoca bir qan 
Hərbi bazalara gedən yolları  
Dolanır birbəbir, gəzir birbəbir.  
Cızıb sinəsini xəritə çəkir...  
Köksə köçürülür cığirlar, yollar.  
(Burda yada düşür qədim nağıllar). 
 Özünü yetirir o, cəngəlliyə.  
Mən də bu cığazı bacardım! - deyə  
Bir xəritə kimi açır köksünü.  
Qoca bir qanda bu qədər belə,  
Şücaət, iradə bəs hardan oldu?  
Deyərdim, ən aciz adamlar belə  
İnamın gücünə qəhrəman oldu. 
Vyetnam təpədir, düşməniysə dağ. 
Deməyin bu qüdrət ona bəs hardan? 
İnamdır, 
inamdır,  
inamdır ancaq. 
Onu döyüşlərdən qalib çıxardan. 
 
Vyetnam, qüvvət də, haq da səndədir,  
Sənin bütün gücün əqidəndədir.  
Güclüsən min dəfə öz düşmənindən,  
Çünki o haqsızdır, haqsan amma sən.  
Korun duyğusu da ona göz olar,  
Əgər eşqi varsa, inamı varsa.  
Gücsüzün bir gücü dönüb yüz olar  
Özünə, haqqına o inanirsa. 
  


________________Milli Kitabxana______________ 
127 
 
Səhhətin qədrini yataqda bimar  
qalandan soruş. 
Azad yaşamağın qədrini ancaq,  
zindanda dustaq  
olandan soruş. 
 
Azadlıq! 
Azadlıq əldən getdimi, 
Dünya da xəyala darısqal gələr. 
İnsan azadlığı itirən kimi, 
Bütün fəlakətlər dalbadal gələr. 
 
Gedər ağızlardan dad da, ləzzət də,  
Ağıl da, ürək də gülər arzuya.  
Azadlıq olmayan bir məmləkətdə  
Həqiqət riyadır, ədalət boya! 
 
İnsan ürəyində kin də, nifrət də  
Əbədi köz bağlar, bir anlıq olmaz.  
Azadlıq olmayan bir məmləkətdə  
Adamlar yaşayar, insanlıq olmaz. 
 
Düşünən beyinlər sönər zülmətdə - 
Yalanla həqiqət üzbəüz olar.  
Azadlıq olmayan bir məmləkətdə  
Düz əyri adlanar, əyri düz olar. 
 
İdrak da boğular, söz də, sənət də,  
Ağıl kilidiənər dildə, dodaqda:  
Azadlıq olmayan bir məmləkətdə  
Nadan başda gəzər, aqil ayaqda. 
 
Bunları apaçıq sən bildiyindən,  
Azadlıq yolunda döyüşə girdin.  
Axı, azadlığın ləzzətini sən  
Qədim tarixindən yaxşı bilirdin. 
 
  


________________Milli Kitabxana______________ 
128 
 
Rücu: 
 
Filin ayağına hələ körpəykən  
Zəncirli, qıfıllı qandal vurdular. 
Niyə? 
Çünki filin gələcəyindən, 
Ağır zərbəsindən çox qorxurdular. 
Günlər aya döndü, 
aylar il oldu. 
Böyüdü, 
bala fil, yekə fil oldu. 
 
O, elə bildi ki, elə sandı ki,  
Bəzəkdir, ziynətdir qandallar filə.  
Fil elə bildi ki, elə qandı ki,  
Dədə, babası da yaşamış belə. 
 
Onu incitmədi bu dustaq halı,  
"Yəqin ki, bu mənim haqqımdır" - dedi.  
Fil öz ayağında gördü qandalı,  
Məhbus olduğunu qana bilmədi... 
 
Zərərsiz heyvandır gördülər bu fil,  
Azad elədilər onu zəncirdən.  
Ancaq... elə bil ki, o, heç fil deyil,  
Bir addım atmadı durduğu yerdən.  
"Yeri! Yeri!" - deyə vurdular onu.  
Qalxmadı, 
Qamçıya başını əydi.  
Axı, azadlığın nə olduğunu  
Fil hardan biləydi, fil nə biləydi. 
 
Vyetnam, sökülür üfüqlərdə dan,  
Sənə arxa durur solun, sağın da.  
Həmişə sən azad yaşadığından,  
Bilirsən qədrini azadlığın da. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə