BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

________________Milli Kitabxana______________ 
165 
 
İndi neyləmək? 
Durub matdım-matdım üzümə baxdı 
Yazdım "iki"sini... 
çətin,  
çox çətin !  
Tələbə bilmir ki,  
Müəllimlərin,  
Yazdığı hər "iki", 
Min sual kimi  
Onun yuxusuna girir, 
Söz sorur. 
"İki"lər hər biri, qara xal kimi  
Onun məsləkində qaralıb durur. 
 
Çox inamla gəlir tapşırılanlar  
Özündən razıdır,  
Adından əmin.  
O elə baxır ki, 
guya borcu var 
Onun dədəsinə mənim dədəmin...  
Beləcə, birisi durub önümdə 
döyür gözünü.  
İşarır...  
Bu gizli işarəsiylə 
Deyir sözünü...  
Bileti əlində, işarır yenə,  
Demək istəyir ki, "tanıyın məni".  
Suallar dalında cavab yerinə  
Görür tanışının "əzəmətini".  
O başa düşür ki, hirslənmişəm mən,  
Deyən, bu xınadan deyil o xına.  
Əl çəkir o arsız təbəssümündən,  
Əlini astaca qoyur alnına.  
Düşünür. 
Köməyi umur başından.  
Başında nə var ki, köməyə gəlsin,  
Qoparıb bir-iki söz yaddaşından, 
  


________________Milli Kitabxana______________ 
166 
 
Danışır; "Baxanda görürük..." 
Çətin! 
Danışır mənasız,  
Danışır hədər. 
Bayaqkı vüqarı çöküb diz üstə.  
Yarımçıq cümlədir, qırıq kəlmələr,  
Əriyib toz kimi düşür miz üstə. 
 
Qırıq kərpiclərə bənzəyir sənin 
Sönük cümlələrin, qırıq sözlərin. 
Qırıq kərpiclərlə ev tikmək sənə 
Asanmı görünür? 
Dayan, düşün bir. 
Kərpiclər hərəsi baxır bir yana, 
Niyə bir-birinə yapışa bilmir? 
...Dili topuq çalır, 
Rəngi ağappaq... 
Oğlan xırdalanıb yumağa dönür. 
Əlində tutduğu kiçik bir varaq, 
Onunçun əlçatmaz bir dağa dönür. 
Tərəzi qurmuşam sual-cavabdan 
Bir gözdə suallar, 
Bir gözdə oğlan. 
O baxdı üzümə dilsiz, ağızsız. 
Danladım, 
dinmədi, 
o, qulaq asdı. 
Bu boyda vücudu, bir varaq kağız  
Gör necə kiçiltdi
gör necə basdı... 
Qiymət verməliyəm mən ona indi,  
O öz qiymətini özü bilmədi.  
Günün doğuşunu dan yerində yox,  
Axtardı xırdaca çöp işığında.  
O öz qiymətini, dəyərində yox,  
Gördü özgələrin tanışlığında.  
Ona deyən yoxdur hanı mənliyin? 
  


________________Milli Kitabxana______________ 
167 
 
Sən özün özünü niyə danırsan?  
Öz gücünə deyil, 
a bədbəxt, neçin  
Özgənin gücünə arxalanırsan?  
Gəldin tapşırıqla! 
Heçsən, demək, sən.  
Mənliyin kiminsə kölgəsindədir.  
Əgər sən varsansa... 
Keçib özündən, 
Özünü bu qədər alçaltmaq nədir?  
Sən bir büllur idin...  
Önümdə sındın. 
Oldun para-para, sən çilik-çilik.  
Özgə kölgəsinə niyə sığındın – 
Səni alçaltmırmı bu dilənçilik?  
Dərsini bilmədin...  
Bəs neyləyim mən?  
Öğul, heç olmasa buna 
cavab ver. 
Sən özün-özünə inanmayırkən,  
Mən necə inanım sənə? 
Cavab ver!..  
Çətinmi? 
Yanıram bəs, axı, mən də!..  
Dil-dil ötən dilin niyə lal olmuş?  
Suallar hər yandan hücum çəkəndə,  
O boyda vücudun bir sual olmuş...  
Sonu görünməyən yollarda çaşqın  
Səyyaha bənzədək biz ömrümüzü.  
Dünyaya sualı olmayanların,  
Sualdır varlığı, sualdır özü!..  
Cavabı ömürdən uzun suallar  
Yerin hikmətidir, göyün sirridir.  
Suallar, 
suallar, 
dərin suallar,  
Daim yüksəlişin pillələridir. 
  


________________Milli Kitabxana______________ 
168 
 
Hər kiçik sualda neçə sual var.  
Sual yüksəlişdir, 
Sual bilikdir.  
Həmişə sual ver, 
Həmişə axtar, 
Ən böyük dahilik tələbəlikdir.  
Sonsuz həyəcanlar, sonsuz təlaşlar,  
Sualdan başlanıb, yoxdan var olmuş,  
Ən böyük dahilər, ən böyük başlar,  
Suallar dalınca qaçanlar olmuş.  
Sual - fikirlərin çığıran səsi – 
Bütün uçuşların dayaq nöqtəsi!..  
O bunu bilmədi, 
bilməz heç zaman!  
Zənn etmə, qəsdindən o, dönəcəkdir,  
Tutub alimlərin boş damarınıdan,  
Elmin yollarında sürünəcəkdir.  
Keçəcək beləcə havayı beş il,  
Onunçun elm-yük,  
Zəhmət - ziyandır.  
O, elmin yolunda mücahid deyil,  
Vurğun yolçuları yamsılayandır.  
Uzümə şiniyib o veyil-veyil, 
işarır yenə, 
Yəqin ki, o indi özünün deyil,  
Gülür tanışının gücsüzlüyünə. 
 
Tanış... 
Mənim ona çox hörmətim var.  
Kağızın üstündə dayanır qələm.  
İtsinmi ortada salam-kalamlar?  
Yox! Onun üzündən keçə bilmərəm.  
Müəllim - tələbə... İki sərt baxış  
Dayanıb ortada müştərək tanış.  
Salama, xahişə ilişib qələm,  
Vurur bir yandan da ədalət məni.  
Düzlük tələb edir məndən vəzifəm, 
 
  


________________Milli Kitabxana______________ 
169 
 
Çəkir əyriliyə vəziyyət məni. 
 
Keçən il bağımda ev tikdirirdim,  
Arayış düzəltdim, 
ərizə verdim. 
Olmadı işimə bir can yandıran  
Nə daş tapa bildim, nə taxta-şalban.  
Axır, tanış oldum bir müdirlə mən,  
İşlərim düzəldi səxavətindən.  
Düşdüyüm o çətin, o bərk ayaqda  
O, satın alırmış məni, heç demə.  
Minnətli yaxşılıq - bir-iki taxta,  
Bu gün qiymətini göstərir mənə.  
Mən nə biləydim ki, həmin bü müdir,  
Qəsdinə duracaq haqqın bir zaman.  
Məni minnətiylə haqdan döndərir  
Bir-iki taxtayla məni aldadan. 
 
"İki"ni yazımmı? 
Bəs sonra? 
Yox, yox... 
Kağızın üstündə dayanır qələm. 
Kəsilən tələbəm deyil, 
Yaxşı bax. 
Vəzifə başında kəsilən mənəm... 
Taxta istəmişdim mən ondan... osa, 
Məndən dəyərsizə dəyər istədi. 
Mən ki düşmən idim söz anlamaza, 
Məndən düşmənimə səngər istədi. 
O mənə daş verdi, əvəzindəsə 
Aldı ürəyimi bir baqqal kimi. 
Ürəyi daş olan bir filankəsə, 
İndi necə qıyım öz ürəyimi? 
 
Ürəyim - öz fikrim, andım, əqidəm  
Əsil oğul bu yolda gərək baş qoya.  
Görün, nəyi nəyə dəyişməliyəm? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə