BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

________________Milli Kitabxana______________ 
101 
 
Sədaqət istəyirəm. 
Mən "Hümmət istəyirəm
Mən qeyrət istəyirəm..." 
 
"Min ildir sirdaşımız  
Ələm oldu, qəm oldu,  
Niyə, niyə bəs bizim  
Qeyrətimiz kəm oldu? 
 
Yarım bu tayda qaldı,  
Yarım o tayda qaldı.  
Toyum burda çalmdı,  
Yarım o tayda qaldı.  
Daha bu əzablara  
Canimda bir tabım yox...  
Mən təpədən-dırnağa  
Sualam...  
Cavabım yox...  
Bilmirəm öz əlimdən  
Mən hara, hara qaçım?  
Bir əlim qanhm oldu,  
Bir əlimsə harayçım! 
 
Bizi xəlbirə qoyub,  
Sovurdular havaya,  
Biz toz olub ələndik.  
Min ildir, anamızdan  
Süd yerinə qəm əmdik. 
 
İnlədikcə, azalmır  
Dərdlərimiz daha da  
Ürəkdə köz-köz olur.  
Bu haqdır, ağladıqca  
Kişi qeyrətsiz olur.  
Bizdən sonra oyanan  
Ala bildi haqqmı,  
Biz hələ ağlayırıq, 
 


________________Milli Kitabxana______________ 
102 
 
Tarixin təkərinə  
Hey ümid bağlayırıq".  
Yox, mən bağırmalıyam,  
Yox, mən çığırmalıyam!..." 
 
 
2. ÜRƏK VƏ ÇÖRƏK 
 
"Artdıqca həyasızlıq olur el, mütəhəmmil,  
Hər zülmə dözən canları neylirdin, ilahi?" 
 
Sabir 
 
Zərrədə küllə bax!... Şirvan dedikcə  
İslam aləminə lağ etdi Sabir.  
Tiyanda sabunu dağ elədikcə  
Fikrində zamanı dağ etdi Sabir. 
 
Qaranlıq daxmada gecə sübhədək  
O, işıq naminə yazdı, yaratdı.  
Sabirin qəzəbli gülüşlərindən  
Vətən göylərində Günəş dan atdı. 
 
Bütün sualların cavablarını  
Tapdı ilhamında, təbidə Sabir.  
Böyük bir ölkənin dərdini yazdı  
Sabun tiyanının dibində Sabir. 
 
Dünyaya sığmayan fikirlərini  
Zaman, bir tiyana bağlamadımı?  
O dedi: - Anlamaq istəsən məni,  
Düşün ləqəbimi, unut adımı! 
 
Düzü, çox düşündüm... Təxəllüsünü 
Niyə Sabir qoydu Mirzə Ələkbər?  
Böyük gələcəyə dikib gözünü  
Demək istəmiş ki, dözən əzilər!  
Demək istəmiş ki, Vətən lalədir,  
Bağrının başında qarasıyam mən.  
Müsəlman nə demək? 
  


________________Milli Kitabxana______________ 
103 
 
Təşbehi-Sabir, 
İslam dünyasının yarasıyam mən!  
Demək istəmiş ki, səbr edən insan,  
Dünyadan əbədən üzülüşübdür.  
"Şükür" - deyə-deyə bədbəxt müsəlman  
Səbrin lay-lasından cəbrə düşübdür. 
 
Demək istəmiş ki, zavallı Şərqin,  
O sonsuz səbrinin kasasıyam mən.  
Çatıb xirtdəyimə daha qəzəb, kin,  
Səbrim tükənibdir, daşasıyam mən. 
 
Deyirəm, anası süd deyil, ona  
Atəş içiribdir öz döşlərindən.  
Axır göz yaşları hey yana-yana  
Sabirin yaralı gülüşlərindən. 
 
Onun gülüşləri səbirdənmi?  
Yox!.. O, kinin, qəzəbin qəhqəhəsidir.  
Onun gülüşləri bir atəş, bir ox!  
Səbrə qılınc çəkən üsyan səsidir!  
Dardini xalqıyla bölüb ağladı,  
O gülüb ağladı, gülüb ağladı! 
 
Cahilə nə var ki?.. Ürəklər dələn  
Dəli qəhqəhəni bir gülüş sanar.  
Sabirin şeirini oxuyub gülən,  
Nə Vətən anlayar, nə millət qanar. 
 
Bir gün fitva verdi axund minbərdən:  
- Lənətlə çəkilsin Sabirin adı.  
O günün səhəri qəssab Mir Həsən  
Şairə bir misqal quyruq satmadı.  
Axund tapşırdı ki, Şirvanda heç kəs  
Mirzə Ələkbərlə alver etməsin.  
Axundun əmrindən o çıxa bilməz  
Burada bir sirli illət var, yəqin. 
  


________________Milli Kitabxana______________ 
104 
 
Qəssab bilmədi ki, Mirzə Ələkbər,  
Neçin onun kimi yanaşmır dinə.  
Qəssab bilmədi ki, qara gecələr  
O yazıb-yaradır işıq naminə. 
 
Qəssab bilmədi ki, sel tək çağlayır,  
Alışıb yaradır o, ac qarına...  
Qəssab bilmədi ki, o gün ağlayır.  
Millətin gələcək övladlarına. 
 
Qəssab bilmədi ki, bu xalqın nədən  
Özü ağırlıqda qəm yükü vardır  
"Təvəkkül" deməkdən, "şükür" deməkdən,  
Ağzında dili də cadar-cadardır. 
 
Çağırdı elləri o, haqq yoluna,  
Məslək yolçusuna el "yolsuz" dedi.  
O, böyük insanı qəssab bir yana,  
Ömür yoldaşı da başa düşmədi. 
 
Qəlbi qəlbimizdə daim döyündü,  
Yumulu gözlərə göz verdi Sabir  
Yazdı... Qarşımızda güzgüyə döndü, - 
Bizi özümüzə göstərdi Sabir. 
 
Saldı ürəyinə Sabir hər şeyi,  
Min ilin dərdini çəkdi bir anda.  
Yolunda canını qurban verdiyi  
Bədbəxtlər də onu anlamayanda. 
 
Sözüylə, şeirilə o, zaman-zaman  
Donuq şüurlara min toxum əkdi.  
Dəmir çəkic altda fəryad qoparan  
Dəmir parçasi tək o, nalə çəkdi.  
Qızılı döydülər... Haray-həşirsiz  
Yapıxıb mum kimi eləcə qaldı. 
 
  


________________Milli Kitabxana______________ 
105 
 
Dəmiri döydülər... Qışqırığından  
Qulaqlar tutuldu, gözlər qaraldı.  
Qızıl dedi: - Dəmir, söylə nədir bu?  
Məni də döydülər, axı, sənin tək.  
Səsimdən bir adam xəbər tutdumu?  
Dəmirsən, əzaba dözəsən, gərək. 
 
Dəmir söylədi ki: - O zərbələrdən,  
Ahü-nalə çəkib ağlamadım mən.  
Bədbəxt yaranmışam mən, a bəxtəvər,  
Səni dəmir döydü - özgəsi döydü.  
Ona ağladım ki, məni döyənlər  
Özgəsi deyildi, özümünküydü. 
 
Bir gün fitva verdi axund minbərdən,  
-Lənətlə çəkilsin Sabirin adı.  
O günün səhəri qəssab Mir Həsən,  
Şairə bir misqal quyruq satmadı. 
 
Sabun bişirməkçün ona yağ gərək,  
Bəs indi neyləsin? O, çox düşündü.  
Neyləyə bilərdi? O, yalqız, o, tək.  
Dükan da bağlandı, ocaq da söndü. 
 
O, qaralan ocağa  
Baxa-baxa düşünür.  
"Yoxsa arzularım da  
Bu qaralan köz kimi,  
Ocaq kimi tez sönür?..  
Yox, yox! Bu mümkün deyil,  
Sönən ocaqdır ancaq.  
Qəlbimdəki ocaqsa,  
Daha betər yanacaq.  
Yazıram zəmanədən  
Atəş, od uda-uda.  
Könlümdəki ocağı 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə