BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

________________Milli Kitabxana______________ 
106 
 
Heç söndürə bilərmi  
Dəryaların suyu da?  
Bəs bir bölük külfətim?.  
Onların hər arzusu  
Bu ocağa bağlıdır,  
Axı, külfətim üçün,  
Könlümdəki ocaqdan  
Bu ocaq maraqlıdır. 
 
Bu ocaqla yaşayır  
Evdəki lüt balalar,  
Sinəmdəki ocaqdan  
Onlara nə fayda var..." 
 
Milyonları düşünən  
Böyük bir qəlb sahibi.  
Közərən köz önündə  
Alışır ocaq kimi... 
 
Milyonları düşünən,  
Milyonların yolunda  
Əriyib muma dönən  
Müyon-milyon insanın  
Azadlıq yollarında  
Çıraq olan, nur olan,  
Milyonlarçın doğulan,  
Balacabir külfətin  
Çörəyidir, suyudur.  
Milyonların yolunda  
Atəş udan, od udan  
Külfətinin yolunda  
Zəhər udur, qan udur.  
Milyonlara dərs deyən  
Mis tiyana baş əyir – 
Bir balaca külfəti 
 


________________Milli Kitabxana______________ 
107 
 
Dolandıra bilməyir. 
"Yox, yox! Bu mümkün deyil, 
Sönən ocaqdır, ancaq. 
Könlümdəki ocaqsa, 
Daha betər yanacaq..." 
 
Ona yağ satmadılar  
Sabun bişirmək üçün.  
Ürəyinin yağını  
Əridərək günbəgün  
Şair yazdı... Şeirlə  
Haqqını anlamayan  
Nadanları bizlədi.  
Ürəklərin minillik  
Pasını təmizlədi.  
Sabun!  
Şeir!  
İşə bax!  
Təsadüfmü bu, ancaq? 
 
Hər ikisi təmizük!..  
Sən bu təsadüfdəki  
Ahəngə bax, məğzi gör.  
Sabun zahir üçünsə,  
Şeir batin üçündür...  
Sabundan əl çəkməli!  
"Bəs mən necə dolanım?"  
Deyə o, fikrə dalır...  
Əməllər, arzularla  
Yaşayanda ucalan,  
Çörək dərdi çəkəndə  
Görün, necə alçalır... 
  


________________Milli Kitabxana______________ 
108 
 
3. İMTAHAN 
 
"Zahida! Gəl soyunaq bir kərə paltarlarımızı!  
Çıxaraq zahirə batindəki əfkarımızı.  
Hər kəsin ağı qara isə utansın, a balam!" 
 
Sabir 
 
O, həqiqət naminə  
Qələm çaldı... həqiqət!  
Sabun bişirmək - peşə,  
Şeir yaratmaq - sənət.  
Sabun - çörək üçündür. 
 
Şeir - ürək üçündür.  
O, könlünü, eşqini  
Vətənə, xalqa verdi,  
Çörəyi də ürəklə  
Qazanmaq istəyirdi. 
- Necə?.. 
- Müəllim olmaq! 
Körpəcə ürəkləri 
Pərvazlayıb uçurmaq! 
Onların nəzərində 
Arzular dünyasından 
Minbir kaşanə qurmaq! 
Balalara hər şeyin 
Öz yerini tanıtmaq!  
Ah!.. Onlara... onlara,  
Özlərini tanıtmaq!  
Həm bu günü tanıtmaq,  
İndidən, lap indidən  
O körpə balalara  
Dost, düşməni tanıtmaq! 
 
Şairim, düz deyirsən.  
Mən səni anlayıram.  
Düzü, müəllimliyi 
  


________________Milli Kitabxana______________ 
109 
 
Mən bütün peşələrin  
Ən ucası sayıram.  
O, elə ulduzdu ki,  
Bu gün yanır... işığı  
Bizə sabah görünür.  
Özü batsa da, ancaq  
Vətənin göylərində  
Min-min ulduza dönür. 
 
* * * 
 
O bilmir ilk mənzili  
Son mənzili haradır;  
Bu günkü əməliylə  
O, sabahı yaradır.  
Omrü bir nur parçasi  
O, sabahın carçısı!.. 
 
Bəli, müəllim olmaq!  
Bunun üçün nə gərək?  
Ona bildirdilər ki,  
Rəsmi vəsiqə, gərək.  
Vəsiqə! 
- Kimdən? 
- Hardan? 
Dedilər: 
- Mollalardan. 
Yox, yox! O uda bilməz  
Bu təhqiri, bu dərdi.  
O ki ana dilindən  
Dərs demək istəyirdi.  
İstəyir ki, balalar  
Bizim ana dilinin  
O büllur çeşməsindən  
Nur içib feyz alalar...  
Bəs bunun mollalara,  
Bilmirdi nə dəxli var? 
  


________________Milli Kitabxana______________ 
110 
 
- Dərs demək istəyirəm 
Şəriətdən, cənablar, 
İmtahan edin məni. 
Dayanıb heykəl kimi, 
Cahillərin önündə 
Cahillərin düşməni. 
Taleyə bax, günə bax, 
Zamanın hökmünə bax! 
Zaman öz loğmanını 
Pəncəsində inlədir. 
Əsrin nəbzi, nəbzində 
Döyünən bir arifi 
Cahil imtahan edir. 
Zaman - onun ustadı, 
O, zamanın həkimi. 
Zamanın qarşısında 
Dayanıb xəstə kimi... 
Yağır bir-bir suallar: 
- De görək, cəhənnəmin 
Neçə yüz qapısı var? 
Əsrin hər cəfasına 
Dözüb dayanan insan, - 
Əsrin cəhənnəmində 
Alışıb-yanan insan 
Sayır qapılarını 
Xəyali cəhənnəmin... 
 
Dözür, buna da dözür,  
Ona vəsiqə gərək.  
Özü bilir dalını...  
Min cənnətə dəyişməz  
O ki öz amalını.  
Mənasiz suallara  
Cavab verir  
Birbəbir 
O, bığaltı gülərək. 
 İyirmicə uşağa 
  


________________Milli Kitabxana______________ 
111 
 
Müəllim olmaq üçün  
Ona vəsiqə gərək...  
Axund nə biləydi ki,  
Qarşısında dayanan  
Milyonların ən böyük  
Dahi müəllimidir.  
Əsrin ağız dolusu  
Həqiqət mahnısını  
Ötən sarı simidir...  
Böyük müəllim idi  
O ki, vəsiqəsiz də.  
O, əzilən xalqının  
Üsyan deyən səsiydi.  
Vətən üçün od tutub  
Alovlanan ürəyi,  
Onun vəsiqəsiydi.  
O ürəyin başında  
Qaysaqlanan yaralar,  
Daim yanan yaralar,  
Ən gözəl möhürüydü  
Onun vəsiqəsinin... 
 
Axundda ağıl hanı?  
Düşünə dərin-dərin,  
Axund nə biləydi ki,  
Dayandığı minbərin  
Kökünə balta vuran  
Elə bunun özüdür.  
Bu buxara papaqlı,  
Bəstə boylu müəllim,  
Xalqın görən gözüdür.  
Axund nə biləydi ki,  
Ona imtahan verən,  
Bu məğmun, miskin insan – 
şeirilə çoxdan çıxıb  
Əsrin imtahanından,  
Axund nə biləydi ki, 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə