BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

________________Milli Kitabxana______________ 
134 
 
Beşinci xəbər 
 
Cənab Conson 
Görk üçün  
Əmr edir qəzetlərə:  
" - Bildirsinlər Ağ evin  
Növbəti xəbərini:  
Prezident çəkinmədən  
Vyetnama göndərir  
Öz qızının ərini" 
 
Rücu: 
 
Tez yayır bu xəbəri  
"Amerikanın səsi" də:  
"Ədalətin naminə"  
Vyetnamda döyüşür  
Consonun yeznəsi də.  
Yazdı başqa qəzetlər:  
"Bu da prezidentin  
Əzmidir,  
Hünəridir..."  
Ancaq... heç yazmadılar  
Vyetnamda döyüşən  
Consonun tək qızının  
Səkkizinci əridir... 
 
Çox da ata göndərir, 
Bu gedər gəlməz yola 
Razılaşdı nədən qız? 
Doqquzuncu, 
Onuncu 
Ərlərə getməzmi bəs 
Səkkizinə gedən qız?.. 
  


________________Milli Kitabxana______________ 
135 
 
EFİRDƏ DÖYÜŞ 
 
Düyməni burursan, 
Efirdə səslər...  
Qarışıb dolaşır biri-birinə  
Bir ölkə havadan hey axşam-səhər  
Böhtanlar yağdırır özgələrinə. 
 
Əvvəllər beləydi: 
durub döş-döşə 
Çıxardı düşmənlər açıq döyüşə...  
Qılıncda parlardı qəzəb, ədavət,  
Bu açıq döyüşdə sözə nə hacət?  
Arxadan vurmazdı düşməni düşmən,  
Həm ölən kişiydi, həm də öldürən... 
 
Dəyişdi dünyanın köhnə əhvalı,  
Artıq bu adətlər qocaldı, getdi;  
Koroğlu demişkən:  
"Tüfəng çıxalı,  
Mərdlik də dünyadan baş aldı getdi..."  
Bu gün, bu əsrdə biz nahaq yerə  
Vəhşilik demirik bu adətlərə.  
Deyirik, məhv olsun ədavət görək,  
Qardaş olmalıdır btitün adamlar.  
Böyük duyğularla yaşasın ürək,  
Axı, qan tökməkdə nə yaxşılıq var? 
 
Ancaq dərd odur ki. 
ədavətin də 
Özü məhv olmadı, sözü dəyişdi;  
Xain ürəklərdə, 
qəzəb də, 
kin də, 
Astarı saxladı üzü dəyişdi.  
Qan tökmək qanunla yasaq olandan,  
Qanları qaraltmaq dəb olub yaman!.. 
  


________________Milli Kitabxana______________ 
136 
 
İnqilab elədik, zülmü devirdik,  
Uymadıq zamanın min qəzasına.  
Biz mərdü mərdanə döyüşə girdik,  
Haqsızı çatdırdıq öz cəzasına. 
 
- Bəs onda?..  
Bilirəm, nə soracaqsan,  
Nədir bu yaltaqlıq, ikiüzlülük?  
Əfsus! Öz yoluyla gedirkən zaman,  
On safı korlayır bəzən bir çürük... 
 
Dəyişir sonunu hər şey, diqqət et  
Dəyişir adətlər, qanun-qaydalar.  
İndi ədavətin başında beret,  
Üzündə təbəssüm, əlində gül var. 
 
Baxırıq keçmişə indi uzaqdan,  
Araya illərdən dağ endirmişik.  
Kinin, ədavətin əyninə çoxdan  
Mədəniyyət donu geyindirmişik. 
 
Təhsillə, sənədlə sanırıq ki, biz  
Çatmışıq ən ali mədəniyyətə.  
Ancaq qıcqıranda əsəblərimiz,  
Məhəbbət bir anda dönür nifrətə. 
 
Qəzəbli anlarda  
İnsan büsbütün  
Dəyişir, alçalır, 
(gözlərdən iraq...)  
O, öz mənliyini böyütmək üçün  
Dediyi "mən"lərlə kiçilir ancaq. 
 
Arxada "filankəs alçaqdır" deyən,  
"Alçağın" üzünə irişir indi.  
Açıqca döyüşə girə bilməyən,  
İmzasız məktuba girişir indi. 
 


________________Milli Kitabxana______________ 
137 
 
Yazır ki: "Oğrudur filan, filankəs",  
Yazır ki: "Onların gözü tox deyil".  
Hamıdan yayınıb gizli-gizli bəs  
Ozgəyə gor qazmaq oğurluq deyil? 
 
Özgəyə xəlvəti quyu qazanda,  
Söylə, öz-özündən utanmadınmı?  
Öz dəsti-xəttində sən "K" yazanda  
Kişilik sözündən utanmadınmı? 
 
Qələm gələcəyə yol göstərəndir,  
O ki, yaranmayıb böhtanlar üçün.  
Qələm könüllərdən çiçək dərəndir,  
Ona yaraşarmı gor qazmaq bu gün?  
Düşün babaları: Müdrik sözləri 
Yurdun dövlətidir, elin varıdır.  
Qobustan dağında qılınc izləri  
Düşmənə imzalı məktublarıdır. 
 
Düyməni burursan, 
Efirdə səslər... 
Qanşıb dolaşır biri-birinə; 
Bir ölkə havadan hey axşam-səhər 
Böhtanlar yağdırır özgələrinə. 
 
Amerikanın səsi, 
Bi-bi-si, 
Pekin... 
Dinməmiş bilirsən nə deyəcəkdir. 
Dolub qulaqları bəşəriyyətin - 
Axı, bu yalanlar kimə gərəkdir? 
 
Biri digərinə "zülümkar" deyir,  
Özü də bilir ki, yalan danışır.  
Zalim öz gözündə tiri seçməyir,  
Ö
zgə gözündəki qıldan danışır. 
 
  


________________Milli Kitabxana______________ 
138 
 
Efirdə qarışıb səslər səslərə, 
Yalanlar titrəyir, 
Əsir havada. 
Bir mətləb səslənir gündə min kərə, 
Sözlər bir-birini kəsir havada. 
 
Susun, ey bayquşlar, yazıqdır insan,  
Sizdə bir azacıq insaf varmıdır?  
Bu bəşər övladı eşq ucbatından  
Dünyaya gəlməkdə günahkarmıdır? 
 
İnsanın qayğısı, dərdi cürbəcür,  
Ona aman vermir həyəcanları.  
Onsuz da qəlbləri təlatumlüdür,  
Qoyun qulaqları dincəlsin barı. 
 
Efirdə dəhşətli bir çarpışma var,  
Səslər bir-birindən qeylü-qal edir;  
Yalan fabrikləri - teletayplar  
Hər saat min yalan istehsal edir.  
Ölkələr qışqırıb, deyir: "Mənəm, mən!"  
Eşidə bilmirik "O da var!" - deyən. 
 
Nigar Koroğludan sordu: - Heç səni  
Bir yıxan olubmu, biləydim bunu?  
Koroğlu dedi ki: "Gizir Mustafa  
Bu gün çaya basdı qoç Koroğlunu". 
 
Daladı qurd kimi bəşəriyyəti
"Mən!", "Mən!" - deyə-deyə Hitler də bir vaxt 
Özgə hesabına, o, bir milləti 
Böyütmək istədi, kiçildi ancaq. 
 
İndi silahları əvəz edib söz,  
Boyunlar söz ilə düşür qarmağa.  
Böhtanlar yağdırır Bonn, gecə-gundüz  
Çalışır haqsızı haqlandırmağa. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə