“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

15 

 

лабораторно-  практическим  занятиям  по  токсикологической    химии. 



Баку, 1997, 28 c. 


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ 

 

        



“BƏYƏNİLMİŞDİR”                                    “TƏSDİQ EDİRƏM” 

Azərbaycan Tibb Universitetinin                  Azərbaycan Tibb Universitetinin 

Tədris-metodik və innovasiya                     Mərkəzi Metodik Komissiyasının 

             şöbəsinin müdiri                                                  sədri 



      prof.A.İ.QURBANOV                                ə.e.x., prof.S.C.ƏLİYEV 

  ______________________                          _______________________ 

    

               15.09.2015-ci il 

Protokol № ________________ 

 

 

ÜMUMİ KİMYA 



fənni üzrə 

 

P R O Q R A M 

 

 

 

 

 

 

 

BAKI – 2016 


 

 



 

 

İPF-B04 

Ümumi kimya üzrə tədris proqramı 

050806-Əczaçılıq



 

 

Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji  

kimya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, 

 prof.Q.B. İskəndərovun redaktəsi ilə kafedranın əməkdaşı 

dosent E.L. Əhmədov tərəfindən hazırlanmışdır. 

 

 



 

 

 



 

 

Rəy verənlər:          1. Prof. İlyaslı T.M., Bakı Dövlət Universitetinin  



                                      Ümimi və qeyri-üzvi kimya kafedrasının müdiri. 

                                 2. Prof. Süleymanov Ə.S., Azərbaycan Tibb  



                                         Universitetinin Ümumi və toksikoloji kimya  

                                          kafedrası.    

 

 

 



 

 

 



 

 

 



 

 

 




 

GİRİŞ 



 

      Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakültəsinin əsas 

tədris  fənlərindən  biri  də  ümumi  kimya  fənnidir.  Bu  fakültənin  I  kurs  tələbələri 

tədris  ilin  I  semestr  müddətində  mövcud  tədris  planı  üzrə  14  saat  mühazirə 

materialı dinləyir və 61 saat laboratoriya məşğələ dərsləri keçirlər. 

      Ümumi  kimya  kursunun  başlıca  vəzifəsi  gələcək  gənc  mütəxəssislərə  tibbdə 

geniş  istifadə  olunan  maddələrin  çevrilmə  və  qarşılıqlı  təsir  məhsullarının  elmi 

əsaslarla  proqnozlaşdırılması  üzrə  ən  mühüm  vərdişlərin  yaradılması  və 

möhkəmləşdirilməsindən  ibarətdir.  Həmçinin  nəzərə  alınmalıdır  ki,  bu  fakültədə 

məntiqi  ardıcıllıqla  sonradan  tədris  olunan  qeyri-üzvi  kimya,  analitik  kimya,  üzvi 

kimya  və  fiziki  kimya  fənlərinin  də  nəzəri  təməli  ümumi  kimya  fənninin  tədris 

prosesində  qoyulur  və  o,  bu  fənlərin  tələbələr  tərəfindən  mənimsənilməsində 

müəyyən həlledici əhəmiyyət kəsb edir. 

     Yuxarıda  qeyd  olunanlarla  əlaqədar  olaraq  proqramda  atomun  quruluşundan, 

kimyəvi  rabitənin  təbiəti  haqqında  klassik  və  müasir  nəzəriyyələrdən,  atom 

orbitalların  hibridləşməsi  və  maddələrin  quruluşundan,  canlı  orqanizmin  maddi 

kütləsini yaradan, onun daxili idarəolunma mexanizmlərini hərəkətə gətirən bioloji 

komplekslərin əmələ gəlməsindən, onların quruluşu və xassələrindən bəhs olunur. 

Fənnin məqsədi: kimyanın əsas qanunları haqqında tələbələrdə dərin nəzəri biliklər 

və əməli vərdişlər aşılamaqdır. 

Tələbə nəyi öyrənməlidir:   

1. Ümumi kimyanın nəzəri əsaslarını və qanunlarını. 

2. Atomun quruluşunu və kimyəvi rabitələrin növlərini. 

3. Məhlullar haqqında əsas anlayışları. 

4. Oksidləşmə-reduksiya və kompleksəmələgəlmə reaksiyaları haqqında  

    məlumatları. 

Tələbə nəyə yiyələnməlidir:     

1. Kimya laboratoriyasında təhlükəsizlik və əməyin mühafizə qaydalarına.  

2. Kimyəvi qanunları əməli məqsəd üçün düzgün tətbiq etməyə. 



 

3. Müxtəlif qatılıqda məhlullar hazırlamaq və ifadə formalarını mənimsəməyə. 



4. Oksidləşmə-reduksiya reaksiya tənliklərinin əmsallarını müəyyən etməyə. 

      Mövcud  tədris  planı  üzrə  əczaçılıq  fakültəsində  ümumi  kimya  kursunun 

öyrənilməsində aşağıdakı həcmdə tədris saatları ayrılır. 

 

     Tədris          Mühazirə       Laboratoriya            Cəmi                 Yekun 

     semestri                               məşğələləri                    

 

     I                        14                       61                     75                    imtahan                       

 

 

P R O Q R A M 

   Kimya  fənni  və  onun  vəzifələri.  Kimya  təbiət  elmlərindən  biri  kimi.  Kimyanın 

inkişaf  mərhələləri  və  onun  digər  təbiət  elmləri  ilə  əlaqəsi.  Kimyanın  tibbdə  və 

əczaçılıqda rolu. 



1. Ümumi hissə 

Kimyanın  əsas  anlayış  və  qanunları.    Maddə  kütləsinin  saxlanması,  tərkibin 

sabitliyi  və  ekvivalent  qanunu.  Kimyəvi  işarə,  düstur  və  tənliklər.  Kimyəvi 

tənliklərin tərtibinin  maddə kütləsinin saxlanması qanununa əsaslanması. 

      Termokimya.  Reaksiyanın  istilik  effekti.  Termokimyəvi  tənliklər.  Hess 

qanununa  görə  kimyəvi  reaksiyaların  istilik  effekti  və  maddələrin    həllolma, 

dissosasiya, turşu və əsasların neytrallaşma istiliklərinin hesablanması.     

 

2. Atomun quruluşu. D.İ.Mendeleyevin dövri 

qanunu və kimyəvi elementlərin dövri sistemi. 

Atom maddi aləmin ilkin əsasıdır. 

      Atomun  bir  sistem  kimi  özünəməxsus  mürəkkəbliyi  və  quruluşu  haqqında 

təlimin  əsas  inkişaf  mərhələləri.  Atom  spektrləri,  onlarin  atomun  qurukuşu 

haqqında əsas məlumatlar mənbəyi kimi. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə