“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   ...   17   18   19   20   21   22   23   24   25

 

GİRİŞ 



 

Ali  əczaçılıq təhsili sistemində üzvi kimya fənni əsas yerlərdən birini tutur. 

Üzvi  kimya  kursunda  bioloji  kimya,əczaçılıq  kimyası,  farmakoqnoziya  və 

dərmanların  texnologiyası  kimi  ixtisas  fənlərinin  təməli  qoyulur  və  gələcək  ali 

təhsilli  əczaçıların  formalaşması  üçün  zəmin  yaradır.Üzvi  kimya  kursunun 

materialları materialist dünya görüşünü və dialektika qanunlarının dərk edilməsini 

dərinləşdirir. 

 

Yeni  tipli  ixtisasçılar  hazırlamaq  məqsədi  ilə  üzvi  kimya  kursu  elə 



öyrənilməlidir  ki,üzvi  birləşmələrin  kimyəvi  xüsusiyyətləri  ilə  onların  quruluşu 

arasındakı  qarşılıqlı  əlaqənin  qanunauyğunluqları  tam  şəkildə  dərk  edilsin  və 

dərmanşünaslığın kimyəvi problemləri həlli mənimsənilsin. 

 

Proqram  tərtib  edilərkən  son  məqsədə  çatma  arzusu  və  onun  yolları  əsas 



götürülmüşdür. Bu məqsədlə külli miqdarda müxtılif üzvi birləşmələrin və onların 

qarşılıqlı  təsirləri  proqramda  vahid  nəzəri  prinsiplərə  əsaslanmış  və  yerləş-

dirilmişdir. 

 

Proqramın  əsasını  təşkil  edən  elmi,nəzəri  ümumiləşdirilmələr  və  üzvi 



birləşmələrin təsnifat anlayışları qarşılıqlı əlaqədə olan bütün sinifləri əhatə edir və 

bütün mövzulara tətbiq edilir. Proqramda üzvi reaksiyaların nəzəri əsaslarına lazi-

mi  diqqət  yetirilir.  Bunlara karbonun və  digər  element  atomlarının  elektron  quru-

luşları,  onların  kimyəvi  rabitələri,  üzvi  birləşmələrin  fəza  quruluşu,molekulda 

atomların  qarşılıqlı  təsirinə  və  onun  elektron  effektinin  köməyi  ilə  molekul 

boyunca  ötürülməsi,  aromatiklik,  turşuluq  və  əsaslıq  xassələri,  üzvi  reaksiyaların 

elektron mexanizmləri və s. nəzəri məsələlər aiddir. 

 

Mövzular  elə  seçilmişdir  ki,  onlar  kimya  elmi  təfəkkürünü  və  “Quruluş-



xassə” probleminin əsasını təşkil etsin. Bunlara karbohidrogenlər, sintetik və təbii 

dərman maddələri üçün səciyyəvi olan müəyyən funksional qruplu üzvi birləşmələr 




 

aiddir. Karbohidrogenlər, halogenli törəmələr, hidroksitörəmələr və onların tioano-



loqları, efirlər, karbonilli  birləşmələr, aminlər  və s. belə birləşmələrdəndir. 

Proqramda  obyekt  seçərkən  ixtisas  xüsusiyyətlərinə  də  fikir  verilmişdir.Dərman 

preparatları  çox  cüzi  hallarda  homofunksional  təbiətli  olur.  Adətən  onlar  hetero-

funksional birləşmələrdən ibarət olurlar. Bunu nəzərə alaraq proqrama heterotsiklik 

birləşmələr,  alkaloidlər,  terpenoidlər,  steroidlər  kimi  çox  vacib  mövzular  daxil 

edilmişdir.  Əvvəlki  proqramlardan  fərqli  olaraq  bu  proqramda  bioloji  polimerlər 

haqqında  materiala  daha  geniş  yer  verilmişdir.  Bu  məqsədlə  əvvəlcə  bioloji 

polimerlərin  (karbohidratlar,  zülallar,  nuklein  turşuları)  makromolekullarını  təşkil 

edən monomer birləşmələrin alınmsı, xassələri və səciyyəvi xüsusiyyətləri öyrənil-

dikdən  sonra  müvafiq  bioloji  polimerlər  haqdageniş  məlumat  verilir.  Nuklein 

turşusunun  tərkibinə  daxil  olan  monomer  vahidlərinin  mənşəyini  nəzərə  alaraq 

həmin bəhs sulu karbonlar və heterotsiklik birləşmələr bəhsindən sonra  öyrənilir. 

 

Üzvi  kimya  kursuna  aid  tərtib  edilmiş  bu  proqram  digər  baza  və  profil 



fənləri  ilə  sıx  əlaqələndirilmişdir.  Bu  məqsədlə  funksional  analizin  əsasını  təşkil 

edən  funksional  qrupların  tipik  reaksiya  abiliyyətlərinə  böyük  əhəmiyyət  veril-

mişdir. 

Proqramda kimyəvi təyin reaksiyaları və fiziki-kimyəvi analiz üsullarına xüsusi yer 

verilir.  Burada  əldə  edilən  biliklər,  təcrübələr,  sintezlər  vasitəsilə  möhkəm-

ləndirilir. 

Köhnə  proqramla  müqayisədə  yeni  proqramda  mühazirə  kursu  azaldığına 

görə mühazirənin problemliyi daha da qüvvətləndirilir. Əvvəlki proqrama nisbətən 

bu  proqramda  təcrübə  işlərinə  daha  geniş  yer  verilir.  Əvvəlki  proqramda  3-cü 

semestrdə ancaq kiçik praktikum işləri aparılırdı. Bu proqramda kiçik praktikumla 

yanaşı  üzvi  maddələrin  sintezinə  və  fiziki-kimyəvi  analiz  üsullarına  aid  labora-

toriya işlərinə də geniş yer verilmişdir. 




 

Fənnin  məqsədi:  Əczaçılıq  təhsil  sistemində  mühüm  fənnlərdən  biri  kimi 

tələbələrdə üzvi reaksiyaların nəzəri əsaslarını, üzvi birləşmələrin kimyəvi xüsusiy-

yətləri  ilə  onların  quruluşu  arasındakı  qarşılıqlı  əlaqənin  qanunauyğunluqlarını, 

kimyəvi və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəy-

yən  etmək  üçün  səmərəli  üsullar  seçə  bilməsini  aşılamaqdır.  Bununla  yanaşı, 

əczaçılıq  kimyası,  bioloji-kimya  və  digər  ixtisas  fənnlərinin  mənimsənilməsində 

yardımçı olmaq, əczaçıların formalaşması üçün zəmin yaratmaqdır. 

Tələbə  nəyi  öyrənməlidir:  Kimyaya  aid  ədəbiyyatdan  sərbəst  istifadə  etmək 

bacarığı.  

      Üzvi  birləşmələrin  izomerliyi  və  adlandırılmasını  mənimsəmək    nəticəsində  

birləşmələrin adlarına görə kimyəvi düsturların tərtib edilməsi, düsturlara görə isə 

adlarının  oxunmasını  öyrənməlidir.  Üzvi  birləşmələrdəki  funksional  qruplara 

əsasən  onların  təsnifatını    aparmağı  bacarmalıdır.  İş  texnikasını  mənimsəmək, 

hesablama  aparmaq,işə  aid  referat  və  hesabat  tərtib  etməklə  bəsit  tədris-tədqiqat 

təcrubələri aparmağı. 

Üzvi  birləşmələrin  kimyəvi  xassələrinə,  fiziki-kimyəvi  analiz  üsullarına  aid  bilik-

ləri  öyrənmək  və  onların  ayrılması,  saflaşdırılması  və  təyini  üsullarını  mənim-

səmək və təcrübədə tətbiq etməyi öyrənməlidir. 

Tələbə  nəyə  yiyələnməlidir:  Molekulda  reaksiya  mərkəzlərini  tapmaq,  onlardakı 

funksional  qruplara  və  quruluşlarına  əsasən  reaksiya  istiqamətini  və  şəraitini 

əvvəlcədən müəyyən etməyi bilməlidir. Üzvi sintezlərdə optimal variantı, kimyəvi 

və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək 

üçün səmərəli üsullar seçə bilməlidir.  

       Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının 

miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimidir: 

 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə