Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

109 
 
 
mln.  dolları  məqsədli  işlərə,  1,816  mln.  dolları  məsləhət  xidmətlərinin 
haqqının  ödənilməsinə,  622,577  min  dolları  treyninqlərə,  1,307  mln. 
dolları  materialların  alınmasına  sərf  edilmiş,  70,860  min  dolları  isə 
əməliyyat  xərcləri  təşkil  etmişdir.  Bu  layihə  başa  çatdıqdan  sonra  BİA 
Azərbaycanın  təhsil  sistemində  yeni  və  iri  bir  layihənin  reallaş-
dırılmasına qərar verdi. 2003-cü il sentyabrın 19-də BİA ilə Azərbaycan 
Hökuməti  arasında  kredit  sazişi  imzalandı.  «Azərbaycanın  təhsil 
sistemində  islahatın  aparılması»  adlı  bu  layihə  3  mərhələdən  ibarətdir: 
2003-2007-  ci  illər,  2007-2010-cu  illər  və  2010-2013-cü  illər.  10  il 
müddətində  həyata  keçiriləcək  bu  layihə  məktəblilər,  müəllimlər  və 
təhsil sahəsində çalışan məmurlar daxil olmaqla 1,6 milyon nəfəri əhatə 
edəcək  və  onun  ümumi  dəyəri  60  mln.  dollar  təşkil  edir.  Layihənin 
icrasında əsas məqsəd kimi aşağıdakı göstərilir: tədris proseslərinə yeni 
standartlar  tətbiq  etməklə  mövcud  tədris  sistemini  təkmilləşdirmək 
əsasında Azərbaycanda ümumi və orta təhsilin keyfiyyətini yüksəltmək. 
Layihənin I mərhələsində – 2007-ci ilin sonuna qədər həyata keçiriləcək 
tədbirlər  beş  istiqamətdə  quruplaşdırılmışdır.  Onlar  aşağıdakılardır:  
ümumi  təhsilin  keyfiyyətinin  yüksəldilməsi;  təhsilin  maliyyələşdirmə 
sisteminin 
səmərəliliyinin 
artırılması 
və 
islahat 
işlərinin 
sürətləndirilməsi;  məktəblərdə  qrant  proqramlarının  reallaşdırılması;  
idarəetmə,  planlaşdırma  və  monitorinq  işlərinin  təşkili;  layihənin 
kordinasiyasının  və  monitorinqin  həyata  keçirilməsi.  Birinci  istiqamət 
üzrə  aşağıdakı  tədbirlər  həyata  keçirilməlidir:  kurrikumların  islahatı  – 
1,28  mln.  ABŞ  dolları;  308  -  hazırlıq,  müəllimlərin  təkrar  hazırlığı  və 
onların  ixtisasının  artırılması  –  2,57  mln.  ABŞ  dolları;  məktəblərin 
mütaliə  materialı  ilə  təmin  edilməsi  və  dərsliklərin  yaradılması  –  3,27 
mln.  ABŞ  dolları.  İkinci  istiqamət  üzrə  həyata  keçiriləcək 
«Maliyyələşdirmə  və  büdcə  islahatları»  tədbirlərinə  450  min  ABŞ 
dolları, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə 8,42 mln. 
dollar  vəsait  xərclənməsi  nəzərdə  tutulub.  Bu  layihənin  üçüncü 


110 
 
 
istiqamətidir. Dördüncü istiqamətə aşağıdakı tədbirlər aiddir: şagirdlərin 
biliyinin  qiymətləndirilməsi  sisteminin  təkmilləşdirilməsi  –  1,12  mln. 
ABŞ  dolları;    təhsilin  idarə  edilməsi  üzrə  informasiya  sisteminin 
qurulması  –  700  min  ABŞ  dolları;  idarəetmə  və  planlaşdırma 
imkanlarının  artırılması  –  510  min  ABŞ  dolları.  Təhsilin  idarə 
edilməsinin  informasiya  sisteminin  qurulması  birinci  mərhələdə  Təhsil 
Nazirliyini, rayon təhsil şöbələrini, ali və orta ixtisas məktəblərini, ikinci 
mərhələdə  isə  respublikanın  bütün  məktəblərini  əhatə  edəcək.  Bununla 
təhsil sisteminin vahid informasiya bazası yaradılacaq ki, bunun vasitəsi 
ilə  hər  bir  şagird  və  müəllim  haqqında  zəruri  məlumatları  almağa, 
müxtəlif məktəblərin,  yaxud rayon və regionların təhsildəki  uğurlarının 
statistikasını əldə etməyə imkan olacaq. Beşinci istiqamət üzrə isə - 1,87 
mln.  ABŞ  dollarının  xərclənməsi  planlaşdırılıb.  DB-nin  kreditinin  1,7 
mln. ABŞ dolları 846 min nüsxə «Uşaq ensiklo- pediyası» nəşr edilmiş 
və 2005-ci ildə ölkənin bütün məktəblərində paylanılmışdır. 2003-cü ilin 
avqust ayında Səudiyyə İnkişaf Fondu Azərbaycanda, Bakı şəhərində 5 
min  948  yerlik  beş  müasir  ümumtəhsil  məktəbinin  tikintisi  üçün  9,75 
mln. ABŞ dolları kredit ayırmışdır. Fond bu krediti 20 il müddətinə, illik 
2  %-lə  vermişdir.  Mütəxəssislərin  fikrincə,  beynəlxalq  maliyyə 
qurumlarının  təhsil  sisteminə  ayırdığı  kreditlər  Azərbaycan  üçün  ona 
görə sərfəlidir ki, ayrılan vəsait təhsil sisteminin inkişafına yardım edən 
mühüm  vəzifələri  vaxtında  həll  etməyə,  həm  də  krediti  uzun  illərdən 
sonra  qaytarmağa  imkan  verir.  Təhsil  Nazirliyinin  mütəxəssislərinin 
hesablamalarına  görə  Azərbaycanın  təhsil  sistemində  islahatların 
aparılması  üçün  250  mln.  dollar  vəsait  tələb  olunur.  Bunun  üçünsə 
beynəlxalq  maliyə  qurumlarının  kreditdləri  mühüm  əhəmiyyətə  malik-
dir.  Qeyd  etmək  lazımdır  ki,  təhsil  daim  islahat  tələb  edən  sahədir. 
Təhsil  ölkənin  gələcəyi,  inkişaf  perspektivlərini  müəyyən  edən  ən 
başlıca  amildir.  Dövlət  büdcəsindən  bu  sahəyə  vəsaitin  qoyuluşu  ilbəil 
artaraq  1,1  milyard  manata  çatmışdır.  Heydər  Əliyev  Fondunun 


111 
 
 
prezidenti,  millət  vəkili,  309  YUNESKO-nun  xoşməramlı  səfiri 
Mehriban  xanım  Əliyeva  ölkəmizdə  təhsilin  inkişafına  böyük  qayğı 
göstərir. 
Respublikamızda 
1400 
yeni 
məktəb 
tikilmiş, 
kompüterləşdirilmiş, 2008-ci ildə isə birinci sinfə gedən bütün şagirdlərə 
pulsuz  dərs  vəsaitləri  təqdim  olunmuşdur.  2005-2008-ci  illər  ücün 
Dövlət  Proqramına  (Elektron  Azərbaycan)  uyğun  olaraq  «Elektron 
hökumət»in, 
«Elektron 
məktəbin»in 
və 
bilik 
iqtisadiyatının 
formalaşması prosesləri inkişaf etdirilir və genişləndirilir. BİA Ekologi-
ya  və  Təbii  Sərvətlər  Nazirliyinin  hazırladığı,  ümumi  dəyəri  24,5  mln. 
ABŞ  dolları  olan  «Təxirəsalınmaz  ekoloji  investisiyalar  layihəsi»nin 
maliyyələşdirilməsi  üçün  20  mln.  ABŞ  dolları  dəyərində  kredit 
ayırmışdır. Layihə çərçivəsində aşağıdakı tədbirlərin görülməsi nəzərdə 
tutulmuşdur: Neftçalada yeni balıqyetişdirmə zavodunun inşası hesabına 
körpə  nərələrin  çoxaldılması  işinin  bərpası  –  9,1  mln.  ABŞ  dolları; 
Hədsiz  çirklənmiş  bir  ərazinin  zərərsizləşdirilməsi  hesabına  civə 
təmizləmə  texnologiyası  və  metodikasının  nümayişi,  Sumqayıtda 
radiaktiv  tullantıların  basdırılması  üçün  poliqonun  tikilməsi  –  8,0  mln. 
ABŞ  dolları;  Abşeron  yarımadasında  bir  sahilyanı  neft  yatağında 
çirklənmənin  mövcud  səviyyəsinin  aşağı  salınması  –  5,1  mln.  ABŞ 
dolları;  Ekoloji  idarəetmənin  hüquqi  və  nizamlayıcı  bazasının  yenidən 
nəzərdən  keçirilməsi,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
potensialının inkişafı. Neftçalanın Xıllı qəsəbəsində yerləşən, sözügedən 
zavod  layihə  çərçivə-  sində  müasir  texnologiya  ilə  təchiz  edilmiş  və 
2003-cü  ilin  oktyabr  ayında  işə  salınmışdır.  Bu  zavodda  ildə  15  mln. 
körpə nərə balığı yetişdirilməsi gücü təmin olunmuşdur. 2004-cü ildə bu 
zavodda  nərəkimilər  cinsindən  5,8  mln.  körpə  balıq  yetişdirilib  dənizə 
buraxılmışdır.  Layihə  çərçivəsində  Sumqayıt  şəhərində  fəaliyyət 
göstərən,  «Azərkimya»  Dövlət  Şirkətinin  tabeliyində  olan  Səthi  Aktiv 
Maddələr  Zavodunun  civə  ilə  çirklənmiş  ərazilərinin  zəhərli 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə